Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə14/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   10   11   12   13   14   15   16   17   ...   84

 
57 
Və lir rizqi ya Rəzzaqu kun lî musəhhilə.  
Zatın haqqı üçün Ya Vahhəb, helmi və hikməti ( mənə 
bağışla!) 
Ruzi üçün mənə köməkçi ol Ya Razzaq! 
Duası: Ya Vahhab! Yoxluğa yox olduğu üçün varlıq bəxş 
edərsən. Nankorların belə ruzisini kəsməz, inkar edənlərə 
belə nəfəs verirsən. Varlığım Sənin lütfündən, Sənin ehsanın-
dır. Aciz varlığıma lütfünü, ehsanını daimi eylə. Anladım ki, 
səcdələr yalnız Sənindir. Xeyirli elmini istəyirik, bizi qapın-
dan boş çevirmə ya Rəbbim!                            
 
 
əl-Razzəq-308-Məxluqatın bədən və ruhlarının qidasını 
yaradıb verən. Onlara bol-bol ruzi verən deməkdir. Ruhlara 
mənəvi qida qapısını açan“Ya Razzaq”.  
 (Ey Rəbbimiz!) Bizə ruzi ver, çünki Sən, ruzi verənlərin 
ən xeyirlisisən. "  
“Ruzi verən” mənasına gələn “ər-Razzaq“ ismi Quranda 
bir dəfə, Zariyat surəsi 58-ci ayədə: -“Şübhəsiz, Allah ruzi 
verəndir və çox böyük qüvvət sahibidir”deyə keçmişdir. Altı 
dəfə  də “Xayrur-Raziqin” ruzi verənlərin  ən xeyirlisi anla-
mında keçmişdir.  
Bizə can verən də, bədən verən də O Allahdır. Bədənimiz 
torpaqdan yaradıldığından, qidamız da torpaqdan yaradıl-
mışdır. Hz. İsanın həvarilərindən bəziləri: - “Rəbbinin bizə 
göy üzündən süfrə endirməyə gücü çatarmı?-“deyə ondan 
soruşduqda, Hz. İsa: -“Əgər iman edirsinizsə, Allahdan çəki-
nin”, -deyə cavab vermişdir. (Maidə-112, Rəd-4, Hud-6)  
Canımız Rəhmandan gəldiyi kimi qidası da Rəhmandan 
gəlir. Tarix boyu Peyğəmbərlər və  gətirdikləri kitablar da 
ruhumuzun qidasıdır. Çörəyi gözümüzün üstünə qoysaq, mə-
 
58
dəmiz doymaz. Quranı da başımızın üzərinə qoysaq, ruhumuz 
doymaz.  
Çöldə yetişən buğda dənəsinin gedəcəyi ünvanı bilən və 
onu istədiyi kimsəyə yetirən Allahın işlərindən ağıl mat qalır. 
Bir qarışqanı belə unutmadan ruzi verən və onun bütün 
həyatının xırdalıqlarınacan biləndir. Ağacların budaqlarında 
uçuşan sərçələrin də ruzisini verən Allahdır. Heç kimsə 
kimsənin ruzisinə sahib ola bilməz. Hər kəsin Allah tərə-
findən yazılan qismət üzrə ruzisi vardır.  
Ya Razzaq- Bütün verdiklərin və verəcəklərin üçün Sənə 
şükürlər olsun, Allahım. Bu günü, gecə-gündüzü və  gələcək 
sabahı mənə qismət edəcəyin üçün Sənə şükürlər olsun.  
1. Hər namazın sonunda bu əsmaları zikr edin: “Ya 
Rəhman, Ya Rahim” və “Ya Razzaq, Ya Fəttah”-deyə iki 
əsmani birlikdə zikr edin.  
2. Bu İsmi-şərif Hz. Mikailin (ə. s. ) təsbihidir. Günəş 
doğarkən 308 dəfə”Ya Razzaq” ismini oxumağı adət edən 
kimsəyə Allah heç ümid etmədiyi yerdən bol ruzi verər.  
3. Bu Ayə Qurandan ruzi üçün oxunur.  
 
  
İnnnəllahə huvər razzəqu zul quvvətil mətin.  
4. Şaban ayının 15-də ”Ya Razzaq” isminin vəqfini yazıb 
üzərində  gəzdirən və gündə 308 dəfə zikr edənin həyatı 
bolluqda keçər. Bütün işləri xeyirli və bərəkətli olar.  
Beyti: Yaratdığın yer də, göy də, hamısı  Sənə ibadətdə-
dir. Həm dünyada, həm axirətdə bizləri naçar etmə Ya Raz-
zaq!  
Duası: ”Ya Razzaq! Xəzinəndə yox yoxdur, Ol! deyərsən 
hər şey olar. Yaratdığın hər canlının ruzisi Sənin qatında sax-
lanılır. Vəhyin mömin qəlblərin və  dərin ağılların ruzisidir. 
Ya Rəbbi! Sənə möhtac olmaq ən böyük zənginliyimdir. 


 
59 
Sənin fağırın eylə  məni, Sənin verdiyinlə doymaq ən böyük 
ləzzətimdir, Süfrəndən ayırma məni, Süfrəndə doyur məni. 
Anladım ki, göz yaşlarım Sənin üçündür...   Xeyirli elm ver 
bizə, Ya Rəbbim!”                                           
 
 
əl-Fəttah –489-Açan mənasındadır. Yaxşılıq qapılarını 
açan,  ən gözəl hakim, fateh. "əl-Fəttah" ismi bağlı olan hər 
şey üçün bir ümid, görməyən gözə, danışmayan dilə, gül-
məyən üzə, belə ki, bəzən sənin özünün bağladığın işləri və 
ya kiminsə bağladığı yolları açmaq üçündür.  
“Fəttah” ismi ümid ediləcək bir niyazdır. Hər şeydən əli 
üzülüb, artıq hər işin sonudur, deyən bir kəsin çağırdığı 
“Fəttah” ismidir. Bağlanan bir qapının arxasında açılmasını 
gözləyən kiçik bir nidadır. Hər bir iş üçün güc-qüvvət verən, 
yolunu açıb qalib edən, həqiqi elm qapılarını üzünə açan və 
onlara hər cür elm və feyz alma imkanı verən Allahdır. Bu 
əsmanın maddi-mənəvi vəziyyəti pozulub çarəsiz qalanların 
yollarının açılması üçün çox təsiri vardır.”Fəttah”  əsması 
İsmi-Əzəm sirrini daşıyır. Sonuncu imamımız Hz. Mehdi 
Sahibəz Zaman da bu əsmanın bərəkəti ilə dünyanın dörd bir 
yanını fəth edəcəkdir.  
Sufizm dünyasında bu əsmanı zikr etməklə əcaib sirlərə 
sahib olarlar. Qərib sirlərin pərdələri yavaş-yavaş onların 
üzünə açılar. Sufizm yolunda olanlar bu isimdən yararlanırlar. 
Adın təcəllisi altında tərbiyə olanlara heç bir şey güc gəlməz. 
Bu isim minlərcə  işi, heç yorulmadan, çox böyük bir keyflə 
görə bilmə bacarığını üzə  çıxarmaqdadır. Fəttah  əsması 
yalnızca maddi sıxıntıları ortadan qaldıran bir isim deyildir. 
Röya pərdələrini, gizli pərdələri, könül gözü pərdələrini də 
ortadan qaldırıb açan, fəth edən möcüzəvi bir əsmadır. Bu 
əsmanı çox zikr edənlər onun faydasını görərlər.  
 
60
Yaxşı  işlər görərək, pis nəticələr qazana biləcəyini dü-
şünmək nə qədər səhvdirsə, pis işlər görə-görə yaxşı nəticələr 
qazanacağını da düşünmək bir o qədər səhvdir.  
İbrahim surəsinin 23-cü ayəsində  nəfsin timsalı olan 
Şeytan haqqında belə deyilir: “ İş bitdikdə (Cənnətliklər Cən-
nətə, Cəhənnəmliklər də  Cəhənnəmə daxil olduqda) Şeytan 
(onu məzəmmət edən kafirlərə) belə deyəcək: “Allah (pey-
ğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə  Cəhənnəmə 
düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək 
edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf 
çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm, sizi 
özümə tabe edə biləcək heç bir qüdrətim yox idi. Lakin mən 
sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də 
mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin 
dadınıza çata bilərəm, nə  də siz mənim dadıma. Mən öncə 
(dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar 
etmişdim (qəbul etməmişdim). “ Həqiqətən, iş olub bitdikdən 
sonra, yəni doğru yoldan sapdıqdan sonra Şeytan deyər: ”Uca 
Allah sizə əsla düz yoldan çaşmayın deyə əmr etməmişdimi? 
O sizə bir yaxşılıq edənə 10 mükafat verəcək deyə  vəd 
etmişdi.”  
Zalımlar üçün isə mütləq aclıq və bəla ilə bir əzab vardır. 
Bu əzab iş-gücünü itirmək, aclıq, xəstəlik, doğmaların itkisi, 
qorxu, dava-dalaş  və sair bu kimi müsibətlərdir. (Allah 
qorusun) İbrət olsun deyə bütün bu kimi hadisələri ömrümüz 
boyu  ətrafımızda müxtəlif nümunələrlə bizə göstərib, sübut 
etməkdədir. (Nisa -51) 
İmtahan dünyası olan bu dünyada Allah-təala insanları 
şəhvət və qəzəb hisslərinin rəzalətləri olan (həsəd, qürur, böh-
tan, qeybət, eybçilik, şəmatət, məkr-hiylə kimi) xəstəliklərlə 
imtahan etməkdədir. Bu dünyaya ayaq atıb gəzəndən son 
nəfəsimizə  qədər hər saniyə 16-17 dəfə  nəfəs alıb verərək, 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə