Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə3/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   2   3   4   5   6   7   8   9   ...   84

 
11 
Raşid-hidayətçi, Bais-ölüləri dirildən, Varis-təkcə özü qalan
Kafi,  Şafi, Vafi, Muafi-əziyyət və  xəstəliklərdən qoruyan, 
Hadi-hidayət edən, daim-dəvət edən, Qazi-Razi-əmrini icra 
edən bəndələrdən razı olan, Ğafur-bağışlayan, Satir-eyibləri 
örtən, Həbib, Təbib, Qarin-yaxın, Raqib-hər şeydən xəbərdar 
olub, keşik çəkən. Həsib-kifayət edən, Muhib-heybətli, 
Muğis-pənah verən, Mucib-icabət edən, Xabir hər  şeydən 
xəbəri olan, Bəsir hər şeyi görən.  
Ya Allahu-Cəllə-Cəlaluhu, Allah, Cənabi-Haqqın özünə-
məxsus ismidir və bütün kamal sifətləri özündə toplamışdır.                   
  
 
   
 
Ya Allahu 
   
  
 “Məşəəllahu kənə  və  mələm yəşə`ləm yekun”-Yalnız 
Allahın istədiyi olur. İstəmədiyi heç vaxt olmaz.  
Ya Allahu-Cəllə-Cəlaluhu, Allah Cənabi-Haqqın özünə 
məxsus ismidir. Allah ismi- şərifi Əsmau-Hüsnanın sultanıdır 
və bütün kamal sifətləri özündə toplamışdır. Allah deyən bir 
qul, bütün ilahi sifətləri və bütün Əsmau-Hüsnanı birdən zikr 
etdiyini bilərək, xilqət möcüzəsini yaradan Rəbbinə sonsuz 
həmd və səna edər. Ləfzi Cəlal deyilən bu ismi-əzəmi oxuyan 
bir mömin, ona qulluq həqiqətini düşünər və Ona qulluq edər. 
Bu ən böyük səadətdir.  
Allah ismi, bütün ilahi isimlərə  şamildir, yəni bütün 
isimləri içinə alır. "Bütün isimlər Allahın isimləridir, " 
deyilir, ancaq Allah, Rəhmanın ismidir, Rəhimin ismidir...' 
demək olmaz.  
 
12
 Quranda  Əsmau-Hüsna ilə birlikdə Allahın adı 4842 
dəfə zikr edilmişdir.  
Alimlərin araşdırmalarından məlum olmuşdur ki, Allah 
kəlməsinin ərəb dilində hansı kökdən gəldiyi məlum deyildir. 
“Ya Allah” deyən bir kimsə, Allahın bütün isimlərini anmış 
olur. Bütün əsmalar bu ismin digər sifətidir. Sayılan Əsmau-
Hüsna içində "Allah”ismi-şərifi  İsmi-Əzəmdır. Onun üçün 
şanı böyük, bərəkəti daha bol olandır.  
1) Cümə günü min (1000) dəfə Ya Allah deyə zikr 
edənlər övliyalar sırasına daxil olarlar.  
2) Cümə günü namazdan əvvəl yüz dəfə“Ya Allah, Ya 
Hu”deyən kimsənin xeyirli diləyi yerinə yetər.  
3) Hər gün min dəfə “Ya Allah “ deyən kimsə təmiz bir 
qəlbə, yəni Qəlbi Səlimə yetişər.  
4) Bir xəstə üçün iki yüz (200)dəfə oxunsa, əcəli 
gəlməyibsə şəfa tapar.  
5) Namazların sonunda yüz (100) dəfə “Lə İlahə İllə Hu” 
deməyə davam edənlər, qəlb qatılığından, qəflətdən və 
unutqanlıqdan qurtararlar.  
6) Dualarımıza “Allahummə” ilə başlamaq buyurulur.  
7) “Vallahu Qalibun alə  əmrihi” Yusuf surəsindəki bu 
ayəni 71 dəfə oxumaq xeyirli bir işdə bacarıqlı olmaq üçün 
vəsilədir.  
8)Allah adını çox zikr edən kimsələr nəfsi istəklərinə 
qalib gələr və heybətli görünər. Yersiz zarafatlardan və 
insanlara rişxənd etməkdən qurtarmaq üçün gündə (5000)beş 
min dəfə “Allah” ismini zikr etmək lazımdır.  
9) Müsəlman gündə 1000 dəfə“Ya Allah”desə, möminlər 
sırasına daxil olar, qəlbi yumşalar.  
10)Allah ismi sərifini Cümə günü Cümə namazından 
əvvəl (Ya Allah) 1000 dəfə zikr etdikdən sonra “ Ya Heyyul, 
Ya Qayyum deyə zikr edən kimsənin ruzi-qazancı artar və 
bolluq içində yaşayar.   


 
13 
11) Dəstəmazlı halda yatan zaman “Allah” ismini yatana 
qədər zikr edən insan hörmət və lütf sahibi olar, yuxuda yaxşı 
röyalar görər və səhərəcən əmin –amanlıqda olar.  
12) Həkimlərin aciz qaldığı  xəstə üzərində Allah ismi 
çox zikr edilərsə, xəstənin  əcəli gəlməmişsə, Allahın iznilə 
yaxşılaşar. Xəstə olan kimsə Allah ismini daim zikr edərsə, 
Allahın izni ilə tezlikə şəfa tapar. Əbcəd sayı 66\4356 
Beyti: Şəratu bi tovhidil-İlahi mubəsmilə,  
Sə əhtimu biz zikril-xamidi mucəmməl.  
Mənası: Bəsmələ gətirmiş olduğum halda Məbudumuzun 
Tovhidinə başlayıram.  
Əlbəttə, gözəl təriflə  və zikrlə  də tamamlayacağam. 
(İnşaallah)  
                
Ya Rəbb 
 
Allahın bir adı da Rəbbdir: Hər  şeyin sahibi-Rabbul-
Aləmin- deməkdir. "Həmd aləmlərin Rabbi Allaha məxsus-
dur.  
Dualarda, xüsusən Rəbb ismi daha çox zikr edilir. Rəbb, 
tərbiyə edən, hər şeyi bir ilk nöqtədən etibarən tərbiyə edərək 
son nöqtəyə gətirən anlamına gəlir. Xaliq ismi yaratma felinə, 
Razzaq ismi rizq vermə felinə dayandığı kimi Rəbb ismi də 
tərbiyə etmə felinə dayanır. Quranın ilk surəsi olan Fatihə 
surəsində, Allahın bütün aləmlərin Rəbbi - Rabbul-Aləmin – 
olduğu bildirilir. Son surədə isə Rabbun-Nas ismi yer alır və 
insanların diqqəti insan tərbiyəsinə çəkilir. Digər surələrdə də 
fərqli tərbiyə  təcəllilərindən çoxlu bəhs edilir. Bu səbəbdən, 
müsəlmanlar bu ismi çox yad edər və dualarına da elə bu isim 
ilə başlayarlar.  
 Rəbb, sözü tərbiyə edən, tədricən (yavaş-yavaş olaraq)  
kamala çatdıran anlamına gəlir. Kainatın yaradılışı bir ilk 
nöqtədən başlamış və Quranda altı gün şəklində ifadə edilən 
 
14
altı dövrədə son şəklini almışdır. Bu yaradılmışların ən şərəf-
lisi olan insan, ana rəhnində, ana xətləri ilə, altı dövr hesab 
edilən bir mərhələli tərbiyədən keçmişdir. Bu mərhələlər 
nütfə (iki ayrı cinsdən hüceyrələrin birləşdiyi duru su), ələq 
(laxta qan), mudğa (bir tikə  ət parçası),  əzm (sümük), ləhm 
(ət), xəlqi cədid (yəni yaradılış, son şəkil alma) dövrləridir.  
Canlılara və həm də insanlara bəxş edilmiş daxili və xa-
rici orqanlar haqqında düşündükdə çox geniş  və  ağlagəlməz 
bir tərbiyə  şəkli ilə qarşılaşırıq. Rəbb isminin, bunların hər 
birində ayrı bir cilvəsi olduğunu görürük. Görəcək  şəkildə 
tərbiyə edilən göz, eşitməyə qadir olan qulaq, gəzən ayaqlar, 
tutan əllər, hamısı fərqli-fərqli tərbiyə edilmişdir. Həmçinin iç 
orqanlarımızda, qəlbimizdə, mədəmizdə, ağ ciyərimizdə, 
böyrəklərimizdə və daha neçə belə“İlahi əsərlər”də bu tərbiyə 
üsulunu görürük.  
Göyün və  ərşin də Allah tərəfindən qanun qoyulmuş öz 
tərbiyə qanunları vardır. Yer və başqa planetlər öz sırası ilə 
günəşin ətrafinda və öz ətrafında da dövr edirlər.  
Allah-təala insanlar içində Muhəmmədi (s.ə.s.) Peyğəm-
bər seçərək. “Ya Rabbən-Nəbiyyinə  vəl  əxyər.” deyə adlan-
dırmışdır. Yəni, “Ey Peyğəmbərləri və bütün xeyirli insanları 
tərbiyə edən.” -deyə Öz Rəsulunu bizləri tərbiyə etmək üçün 
göndərdiyini xəbər verir.  
Mələklər aləmində  də belədir. Onların da seçilmişləri, 
Peyğəmbərləri, tərbiyə edənləri vardır. Məsələn, Rəbb ismi-
nin Hz. Cəbraildəki təcəllisi Hz. Əzraildəki təcəllisi ilə bir 
deyildir və yaxud da hər mələyin öz vəzifəsi və öz işi vardır. 
Bu səbəbdən də bütün kainatı, Yer kürəsini bitkiləri, hey-
vanları, insanları, mələkləri, cinləri, ruhaniləri idarə edən 
Allah, yaratdıqlarını  “İlahi tərbiyə”dən keçirir. Bu kainata 
ibrət və hikmətlə baxan bir insanın da ilk görə biləcəyi 
hərəkət, tərbiyə felidir. Bunu görüb, duymaq üçün“Rəbb” 
ismini çox zikr etmək lazımdır.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə