Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə5/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   2   3   4   5   6   7   8   9   ...   84

 
19 
El, Elohim, Elyon, Eloah, Elah İbranicədə “El” Allah 
deməkdir. Bu kəlmə  
“Tək gerçək Allah” anlamındadır. Bu kəlmə  Ərəbcəyə 
“Əl” olaraq keçmişdir,  
“Alah” isə qorxu ilə  əlaqədar bir kəlmə olduğu üçün 
Ərəbcəyə Allah olaraq keçmişdir. “Əl”qorxulacaq bir Allahı 
ifadə edir. Qədim kitablarda Allahı digər Allahlardan 
(bütpərəstlikdə olan )ayırmaq üçün “əl “kəlməsi Allahın 
başqa İsmi-Şəriflərini səsləndirmək üçün istifadə olunur.  
"El"–lə başlanan Allahın  İsimləri bunlardır: Elohim, 
Elyon, Al, Eloah, Elah.  
Bu adlar Allahın “Güclü, Böyük, Uca, Qorxulan” sifət-
lərini bildirir.  
Sami dilli xalqlar bu kəlmələri "Ən Yüksək", "Ən Güclü 
İlah" və ya "Tək Olan  
İlah" Allahın gücü və ya “hər  şeyə gücü yetən  İlah” 
mənasında istifadə edirlər.  
Qədim Axitdə bu kəlmələr tək olan Allah üçün 200 
dəfədən çox işlənmişdir.  
“Elohim” Hörmətə layiq, çox güclü bir İlahı ifadə edir. 
(Tekvin 1: 1) 
“Elyon” isə “Uca olan” anlamındadır.  
 “El” və “Qadol”(Böyük) -Ey böyük və güclü İlah. Hansı 
ilah Allah qədər uludur? (Yeremya 32: 18, ) 
“El” uca olan bir Allahı ifadə etmək üçün istifadə 
edilmişdir:  
Göylərin İlahı (Mezmur 136: 26),  
Ucalardaki İlah (Eyub 31: 28),  
Uca İlah (Tekvin 14: 18-20, 22-23).  
“El” və “Misttatter” (Gizləyən) Allah o qədər uca və 
yüksəkdir ki, insan oğlu onun haqqında heç nə bilə bilməz. 
Həqiqətən, Özünü gizlədən bir İlahsan (İşaya 45: 15) 
 
20
“El” və “Roi”(Görən)-Bütün ucalıq və yüksəkliyinə 
baxmayaraq Allahdan heç bir şey gizli deyildir. (Tekvin 16: 
13) 
“El-Roi” adını verdi.”El-Gibbor”-Güclü ilah. (İsaya 9: 6; 
10: 21) 
“El-Haqqadol”, “El-Qadol” (Böyük İlah, Ulu ilah)Bu 
ifadələr həqiqi Allahın hər  şey üzərində böyük və yüksək 
olduğunu göstərir.  
“Qadol Gibbor”-Böyük yaradıcı. (Yeremya 32: 18) 
“Qadol” -Ulu yaradıcı. (Mezmur 77: 13, 95: 3) 
“Ha El-Oseh Pele” Xariqələr yaradan İlah. (Mezmur 77: 14)- 
“El-Elim”-Tapılanların da ilahi. (Daniel 11: 36) 
“El-Elohe Harukot lıkol Basar Ha iş” Bütün insan 
ruhlarının Yaradıcısı. (Sayılar 16: 22; 27: 16)- 
“El-Qay”-Diri İlah. (Yeşu 3: 10; I. Samuel 17: 26, 36; II. 
Krallar 19: 4, 16; Mezmur 42: 2; 84: 2; İşaya 37: 4; Yeremya 
10: 10; 23: 36;Daniel 6: 20, 26; Hoşeya 1: 10) 
“El-Eqad”- Tək və ya Bir İlah. (Malaki 2: 10).  
“El-Haşşamayim” -Səməvatın Yaradıcısı. (Mezmur 136: 26) 
“El-Mimmağal”-Ucalardaki ilah. (Eyub 31: 28) 
“El-Raqum Vıqannun”- Acıyan və lütf edən  İlah. 
(Tesniye 34: 6) 
“El-Raqum”-Acıyan bir İlah. (Tesniye 4: 31; Mezmur 86: 15) 
“El-Qannun Vırakum”-Yaxşılıq edən, bir İlah. Lütf edən, 
acıyan bir İlah. (Nehemya 9: 31; Yunus 4: 2) 
“Ha El-Haqqa dosh”-Qutsal ilah. (İşaya 5: 16) 
“El-Emet”-Sadıq, Həqiqətli  İlah. (Mezmur 31: Tesniye 
32: 4) 
“El-Değot”-Hər şeyi bilən İlah. (I. Samuel 2: 3) 
“El-Haqqabod”-Uca ilah. (Mezmur 29: 3) 
“El-Olam”-Ölümsüz ilah. (Tekvin 21: 33) 
“El-Tsaddiq”-Adil İlah. (İşaya 45: 21) 


 
21 
“El-Qanna”-Qısqanç bir İlah. (Çıxış 20: 5; 34: 14; 
Təsniyə 4: 24; 5: 9; 6: 15; Yeşu 24: 19; Nahum 1: 2 , Mezmur 
7: 11) 
“Ha El-Haqqadol Vıhannora”-Böyük və qorxuducu İlah. 
(Tesniye 7: 21; 10: 17, Nehemya 1: 5; 9: 32, Daniel 9: 4)  
“El-Nağarats”-Heybətli İlah. (Mezmur 89: 7) 
“El-Kımulot”-Qarşılıq verən İlah. (Yeremya 51: 56) 
“El-Nokem”-Qəhredici. (Mezmur 99: 8, Nahum 1: 2) 
“El-Nıkamo”-Öc Alıcı. (Mezmur 94: 1) 
“El-Mistater”-Özünü gizləyən ilah. (İşaya 45: 15) 
“El-Roi” ya da “El-Rai”-Məni görən ilah. (Tekvin 16: 
13)Geriyə qalanlar, Yaqub soyundan sağ qalanlar, Güclü 
İlaha dönəcəklər. (I. Samuel 2: 3) 
Artıq böyük danışmayın, Ağzınızdan pis sözlər çıxmasın. 
Çünki Rəbb hər  şeyi bilən  İlahdır. Odur davranışları ölçən. 
(Mezmur 29: 3)  
“El” kəlməsinin tək istifadə edildiyi ayələr. Tekvin 31: 
13; 35: 1; 46: 3; 49: 25;  
Sayılar 12: 13; 23: 8, 19, 23; 24: 4, 16, 23; II. Samuel 22: 
31, 32; 23: 5; Eyub 5: 8; 9: 2; 40: 9; Mezmur 7: 11; 10: 11, 
12; 16: 1; 17: 6; 19: 1; 52: 1, 5; 55: 19; 57: 2; 73: 11, 17; 74: 
8; 77: 9; 78: 7 8, 18, 19, 34, 41; 82: 1; 83: 1; 90: 2; 104: 21; 
106: 14, 21; 107: 11; 118: 27; 139: 17, 23; 149: 6; 150: 1; 
İşaya 40: 18; 43: 12; 45: 14; 46: 9; Yeremyanın Mersiyeleri 
3: 41; Hoşeya 11: 9, 12; Mika 7: 18; Malaki 1: 9               
 
 
ər-Rəhman-298-Bağışlayan,  əsirgəyən, rəhməti həddən 
artıq olan. Bütün yaranmışlara-dünya həyatında mömin-kafir 
olmasından asılı olmayaraq, məxluqatın hamısına qarşı 
mərhəmətli olandır.  Şəfqəti çox, mərhəməti dərəcəsiz olan
 
22
rəhməti hər  şeyi bürüyən, yəni yaratdıqlarının hamısına 
mərhəmət edən, acıyandır mənasındadır.  
Rəhman: -"Əzəldə bütün yaradılmışlar haqqında xeyir və 
rəhmət iradə buyuran. " "Ruziləri və hər cür yaxşılıqları ehsan 
edəndir. "  
Rəbbimizin “Rəhman” ismi Quranda 57 dəfə  təkrarlan-
mışdır.  
Rəhman ismi ilk yaradılışa baxar. Cənabi-Haqq yaratdığı 
hər varlığa, onların iradələri xaricində neçə-neçə ehsanlar 
bəxş edər. Rəhman olan Rəbbimiz bu dünyada bütün 
yaratdıqlarını Öz rəhməti ilə qoruyur. Bəndələrinin torpağa 
səpdiyi buğdanın əlli qat artığı ilə əvəz verir.  
Hər insan gündə bir neçə  dəfə “Bismilləhir Rahmənir 
Rahim”, - deyərkən Allaha Rəhman və Rəhim isimləri ilə dua 
etmiş olur. Rəhmana iman edən bir mömin Yaradılmışlara 
qarşı  mərhəmətli olmaq məcburiyyətindədir.  Əgər Allahın 
Rəhman və  Rəhim isimlərinin zikri onun qəlbini yumşalt-
mırsa, deməli, bu isimlərdən faydalana bilməmişdir. İman bir 
rəhmətdir. Mömin insan Allahın bütün bəndələrinin iman 
edib Cəhənnəmdə yanmaması üçün çıpınmalıdır. Evdən 
qaçan balasının geri dönməsi üçün ürəyi yanan ananın Allaha 
yalvarışı kimi, insanların da imana gəlmələri üçün Allaha 
yalvarmalıdır. Ac insan və ya heyvan gördükdə, sanki özü 
acdır kimi düşünərək, onu yedizdirməlidir. Bütün canlıların 
dərdinə dəva etməlidir.  
1.  ər-Rəhman ismi-şərifini kim hər gün 298 dəfə oxu-
yarsa, çətin işləri düzələr, ümid etmədiyi yerlərdən ona 
kömək gələr (maddi və  mənəvi), hər kəs tərəfindən sevilər, 
dünyada və axirətdə Allahın ehsan və rəhmətinə nail olar.  
2. Ya Rəhman ismi-şərifini içində Zəmzəm suyu olan bir 
kasaya 298 dəfə oxuduqdan sonra maddi və  mənəvi xəstə-
liklərə və pis vərdişlərə mübtəla olan insana içirdilərsə, xəstə 
şəfa tapar.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə