Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə6/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   2   3   4   5   6   7   8   9   ...   84

 
23 
3. Cümə günü əsr namazından sonra üzü qibləyə oturaraq 
Günəş batana qədər yavaş-yavaş “Ya Allah, Ya Rəhman” 
deyə zikr edərək, günəş batdıqdan sonra Allahdan niyyət və 
murad istəyən kimsəni Allah arzularına çatdırar.  
4. Bir kimsə 2980 dəfə “Ya Rəhman” ismini oxuyub 
yatarsa və bunu 7 gecə  təkrar edərsə, (ümumi 20860 ədəd 
olur), qəlbi qüvvətlənər, ruzi və  uğur yolları açılar, duaları 
qəbul olar.  
5. Hər namazdan sonra 100 dəfə “Ya Rəhman” ismini 
zikr edən Allahın razılığını qazanar.  
6. 40 gün ard-ardına “Ya Rəhman” ismini 1000 dəfə zikr 
edənin qəlb gözü açılar.  
7. Hər namazdan sonra 2500 dəfə Ya Rəhman ismini zikr 
edən kimsə hər işdən xəbərdar olar.  
8.  ər-Rəhman isminin vəqfini müşk, zəfəran, gül suyu 
qarışmış mürəkkəblə kağıza yazıb üzərində daşıyan insanlar 
arasında sevgi, hörmət görər.  
9. Gündə 290 dəfə zikr edənin hər arzusu gerçəkləşər. Bu 
ismi-şərifin mələyi Hz. Sarfiyaildir.  
Duası: Ya Rəhman!Sən elə  Rəhmət edənsən ki, rəhmə-
tinin hər cilvəsi Cənnətim olar. Rəhmətindən bir parıltı 
sonsuz sevincimdir. Rəhmətinin bir damlası hər kəsin ruzisinə 
zamin olur. Bu bəhrəsiz, qırıq könlümə  mərhəmətini endir. 
Bu fani ömrümü sonsuzluğa yetişdir. Ya Rəbbim! Anladım 
ki, ehtiyacımız yalnız Sənədir. Bizi xeyirli elminlə doydur. 
Bizi Sənsiz buraxma ya Rəbbim! 
 
 
ər-Rəhim-258 Axirətdə  rəhmət təcəllisi ilə möminləri 
sevindirən, Rəhməti sabit olan deməkdir. Rəhim daha çox 
ikinci yaradılışa baxar və iradəsini xeyrə, doğruya, gözəlliyə 
yönəldən bəxtiyar qullar üçün ikinci yaradılışda sonsuz 
 
24
lüftlər, nemətlər veriləcəyi müjdəsini verəndir. Deməli, Rə-
him isminin təcəllisində  məxluqata qarşı ikram və ehsanda 
olandır. Bu əsma rəhmi olanlar üçün bir İsmi-  Əzəmdir. 
Əsmanın əbcəd sayı 258/66564.  
“Rəhim” ismi Quranda 115 dəfə təkrarlanmışdır. Yalnız 
Tövbə surəsinin 128-ci ayəsindəki “Rəhim” ismi Peyğəm-
bərimizin sifəti olaraq verilmişdir.  İnsan dünyaya gəldiyi 
andan etibarən həyatını ancaq Allahın rəhməti, qoruması  və 
yardımı ilə davam edə bilir. Bütün dünyada hər an təbii 
fəlakətlər baş verə bilər və insan hər an xəstələnə bilər. Xəs-
təlik və bəlalar Allahın hər insana verə biləcəyi sıxıntılardır. 
Belə  vəziyyətlərdə bir həqiqət vardır:  İnsan nə  qədər çalışsa 
da, Allah tərəfindən başına gələcək hər hansı bir hadisədən nə 
qoruna bilər, nə  də ki, qarşısını ala bilər. Bu halda ona bir 
başqa adam da kömək edə bilməz.  İnsan üçün tək qoruyucu 
və yardımçı  Rəhman olan Allahdır. Quranda bu haqda 
aşağıdakı ayələrdə buyurulmuşdur. (Ənam-63-64, Hud-43, 
Nisa -173, Bəqərə-245, İsra- 30)  
1. Hər namazdan sonra 258- dəfə “Ya Rəhim” ismini zikr 
edənə Allah maddi və  mənəvi ruzilər ehsan edər. Bu ismi-
şərifi çox zikr edən kəslər dünya və axirətdə Allahın rəhmə-
tinə nail olarlar. Pis əxlaq və  vərdişlərdən islah olar. Ətra-
fındakılar ona hörmət və məhəbbət bəsləyər. Ruzisi bərəkətli 
olar və bütün ruzilərinə görə şükür edərlər.   
2. Bu ismi-şərifi davamlı oxuyanın Allah yanında hər 
duası qəbul olar və hər cür fəlakət və müsibətlərdən qorunar.  
3. Zəmzəm suyu olan bir kasaya “Ya Rahim” ismini 258 
dəfə oxuyub, sonra aşağıdakı ayəni də həmin suya oxuyaraq 
bir xəstəyə içirdilərsə, Allahın köməkliyi ilə xəstə şəfa tapar. 
Ayə budur:  
 


 
25 
Və nunəzzilu minəl Qurəni mə huvə şifəun və rahmətun 
lil mu`minin.  
4. Adı  İbrahim olan insanlar bu ismi daim oxuyarlarsa
onlara saysız-hesabsız uğurlar gətirər.  
5. Bir kimsə  təzə ayın ilk cümə günü “ər-Rahmənir-
Rahim” İsmi-şəriflərini 618 dəfə oxuyarsa, bütün üzüntü, qor-
xu və  dərdlərdən qurtarar, xoşbəxtlik tapar, ruzi və  bərəkəti 
çoxalar.  
Duası: Ya Rəhim! Elə  Rəhimsən ki, istədiyini verərsən, 
istəmədikdə də lütf edərsən. Elə Rəhimsən ki, haqq edənə az-
az verərsən, haqq etməyənə isə çox bəxş edərsən. Elə 
Rəhimsən ki, dünyanı bu qədər gözəl etmisən, deməli, axirəti 
bundan daha gözəl etmisən. Ey Rəbbim! Qorxudan əmin eylə 
məni, hüzndən azad eylə, qəlbimi atəşdən uzaq eylə, məni 
hicrana salma Ya Rəbbi! Anladım ki, bütün yollar yalnız 
Sənədir... Xeyirli elminə qovuşdur bizi Ya Rəbbim! 
              
Rəhman və Rəhim isimlərinin müqayisəsi 
 
Rəhman həm isimdir, həm də sifət, Rəhim isə sadəcə 
sifətdır. Bundan başqa, Rəhman ismi başqalarına nisbət edil-
məz, ancaq Rəhim ismi nisbət edilə bilir. Digər tərəfdən, 
Allah dünyanın Rəhmanı, axirətin Rəhimidir buyurulur. Rəh-
man sifətinin  əzəli, Rəhim sifətinin isə  əbədiyyətlə  əlaqədar 
olduğu bildirilir. Quranda Rəhim ismi daha çox Ğafur ismi ilə 
birlikdə işlədilmışdir. Bununla da ən böyük rəhmətin məğfirət 
olduğu bildirilmişdir. Bu halda məğfirət, Rəhim isminin ən 
gözəl bir təcəllisidir 
Rəhman ismi, mərhəmət: ”Dərdləri, afətləri, sıxıntıları 
apararaq yerinə xeyirli, uzun müddət davam edəcək səadət 
verəcək, -duyğudur. Rəhim isə, iradəsini doğru istifadə edən 
qullarına:”  İman, ibadət, hidayət səadətini qazandıran və 
onlara əbədi Cənnətlər hazırlayan"-deməkdir.  
 
26
Bəqərə -249-cu ayədə buyurulan, verdiyimiz tək bir sədə-
qə üçün Allah yeddi yüz qat savab veriləcəyini vəd edir ki, bu 
da Rəbbimizin bizə qarşı olan rəhmətidir. (Həşr-59-22) 
(Əhzab-43)-“O Allah ki, Ondan başqa ilah yoxdur. Qeybi də, 
müşahidə ediləni də biləndir. Rəhman, Rəhim olan Odur. "  
Hər iki mübarək isim, Rəhman və Rəhim Allahın sonsuz 
bir mərhəmət sahibi olduğunu ifadə edir. Rəhmət və  mərhə-
mət; qısaca, “xeyri iradə etmək və sonsuz ehsan və ikram 
edilmək”-mənasına gəlir.                         
Rəhman ismi dünyada nail olduğumuz müxtəlif nemə-
lərə, Rəhim ismi isə axirətə qovuşmağa məhkum olduğumuz 
əbədi səadətlərə çatacağımızı bildirir. "Gücsüzlərə  Rəhman 
olan Allah mərhəmət edər. "  
Deməli, mərhəmətin Rəhman, şəfqətin isə Rəhim ismi ilə 
əlaqədar olduğu bildirilir: "İnsana şəfqət və mərhəmət Rabba-
niyyənin bir cilvəsi olduğundan;  əlbəttə, rəhmətin dərəcə-
sindən çıxmamaq, yəni “Rahmətən-lil-aləmin” Allahin 
şəfqətinin mərtəbəsini aşmamaq gərəkdir." (Bəqərə-143)  
Hədid -9- Sizi zülmətlərdən nura (küfrdən imana) çıxart-
maq üçün Öz bəndəsinə (Muhəmməd s.ə.s.) açıq-aşkar ayələr 
nazil edən Odur. Allah sizə şəfqətlidir, mərhəmətlidir! 
İslam dini axirətin  əhəmiyyətini və daimliyini nəzərə 
alaraq, axirətə yaxşı  əməllər hazırlamağı tövsiyə etmiş  və 
dünya-axirət tarazlığının qurulmasını  tələb etmişdir. Hz. 
Peyğəmbərin,  Əhli Beytinin və  əshabının cəmiyyət içində 
olması və dünya üçün lazım olan işlərə də əhəmiyyət verməsi 
bunu göstərir. Ayədə belə buyurulur:  
əl-Qəsas-77-“Allahın sənə verdiyindən özünə axirət qa-
zan (malını Allah yolunda sərf et). Dünyadakı  nəsibini də 
unutma. Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən 
də (varından yoxsullara, qohum- əqrəbaya xərcləməklə) 
yaxşılıq et.”  
Rəhman zamandır, Rəhim məkandır.  


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə