Microsoft Word ismi sherif doc



Yüklə 4,32 Mb.
Pdf görüntüsü
səhifə8/84
tarix30.10.2018
ölçüsü4,32 Mb.
#75878
1   ...   4   5   6   7   8   9   10   11   ...   84

 
33 
"Quddus ismi cilvəsinin əzəmətilə bütün kainatın mövcu-
datını  təmizləyir, gözəlləşdirir. Bəşərin bulaşıq  əli qarışma-
maq  şərtilə, heç bir şeydə  həqiqi nəzakətsizlik və çirkinlik 
görünməz. " Bu ismə qarşı qulun vəzifəsi təsdiq və təşbihdir. 
Təsdiq-Allahı kamal sifətlərlə  təsdiq etməkdir. Təşbih isə 
nöqsan sifətlərdən tənzih etməkdir. Məsələn: Allah hər  şeyə 
qadirdir demək təsdiq, Allah acizlikdən münəzzəhdir-demək 
təsbihdir.  
Quddus ismi Allahın bütün nöqsanlardan münəzzəh və 
müqəddəs olduğunu öyrətməklə, bizi təmiz bir qul olmağa 
dəvət edərkən, Quddus olan Allahın hüzuruna səlim bir qəlb 
və təmiz bir bədənlə çıxılmasının vacib olduğunu öyrədir. Bir 
günah işlətdiyimizdə  dərhal tövbə etdirərək o ləkəni ruhu-
muzdan silməyə çalışır.  
Quddus isminə məzhər olmanın bir yolu da, maddi təmiz-
liyə diqqət etməkdir. Buna görə, bir insan maddi təmizliyə 
diqqət etdikcə kainatdakı paklığa və  təmizliyə  səbəb olar, 
mənəvi təmizliyi ilə  mələklərə yaxınlaşar. Quddus isminin 
əzəmətinin bir təcəllisi də  Cəhənnəmdən mütləq qurtaracaq-
dır, mənasıdır. Yəni, Mizanda günahları ağır gələn möminlər, 
bu günahlardan təmizlənmək üçün Cəhənnəmə girəcəklər və 
layiq olduqları əzabı çəkdikdən sonra tərtəmiz olaraq Cənnətə 
göndəriləcəklər.  
Küfr edərək ölənlər üçün Quddus ismi onlarda da bir 
başqa şəkildə təcəlli edəcək və onları imansızlıq çirkabından 
təmizləyəcəkdir. Artıq hamısı  Cəhənnəmə  və  mələklərə ina-
nacaqlar və bu dəhşətli  əzabdan qurtarmaq üçün Allahdan 
mədəd diləyəcəklər. Lakin gecikmiş təsdiq onları Cəhənnəm-
dən qurtarmağa kömək etməyəcəkdir. Allahın isimləri içində 
Onun zatının hər cür ayıb və qüsurlardan uzaq olduğunu ifadə 
edən bütün isimlər bu zikrin içindədir. Məsələn:  əl-Quddus, 
əs- Salam ismi də  hər cür ayıb və qüsurdan təmiz olan 
deməkdir.  
 
34
1. Gündə 100 dəfə bu ismi-şərifi oxuyan kimsənin qəlbi 
sakitləşib, fərəhlənər.  
2. Cümə gecəsi “Ya Quddus” ismi 170 dəfə bir kasa suya 
oxuyub, üfürülərək xəstəyə içirdilir.  
3. İçki, zina və pis əxlaqlı adama yenə də bir kasa suya 
170 dəfə “ Ya Quddus” ismini oxuyaraq içirdilərsə, bu 
bəlalardan qurtarar.  
4. 170 dəfə oxuyan gözəl  əxlaqlı olub, qəlbən və ruhən 
yüksələr, ruhi xəstəlikdən qorunar, pis əxlaqdan qurtarar, 
qəlbi nurla dolar.  
5. Kimsələr tərəfindən sevilmək və üzündə nur olması, 
heç kəsə dilindən və  əlindən ziyan gəməməsi üçün bu ismi-
şərifi daim zikr etmək lazımdır. Həm də bu ismi çox zikr 
edənin ruzisi və ömrü bərəkətli olar.  
6. Ürəyində tutduğu mətləbin yuxuda yaxşı  və ya pis 
olmasından agah olmaq üçün 170 dəfə  aşağıdakı zikri 
oxumaq yararlıdır.  
 
 
“Subbuhun Quddusun Rabbul mələikətu vər ruh” 
"Göylərdəkilər və yerdəkilər, Məlik, Quddus, Əziz və 
Həkim olan Allahı təsbih edərlər. "(Cümə-1)  
“Quddusun qabbul məlaikəti vər ruh”. ”Ruhu, mənəvi 
yüksəkliyə çatar.” 
Duası: Ya Quddus!Sənsən Quddus, qüdsiyyət Səndəndir. 
Sən diləməsən, heç bir şey pak sayılmaz, Könlüm Sənə 
yönəlmədikcə saf olmaz. Qanımı  hər nəfəsdə  təmizlədiyin 
kimi, nəfsimi də təmizlə, pak eylə. Təmizlənənlərə məhəbbət 
edərsən, məhəbbətinlə könlümü təmizlə. Quddus olduğun 
üçün bu torpaq bədənimi elə torpağa səcdəylə günahlardan 
pakla. Xeyirli elmlə doydur bizi. Ya Rəbbim !  


 
35 
  
 
əs-Salam-131 rəqəmi. Bəndələrinə salamatlıq hər cür 
təhlükələrdən qullarını salamat çıxaran, barış verən və hər cür 
afət və pisliklərdən uzaq olan deməkdir.  
Allah, Vacibi-Vücuddur, yəni varlığı özündəndir və yox 
olmaqdan salamatdır. "Zatı qüsurlardan, sifətləri nöqsanlar-
dan və felləri  şərdən salim olan.", "Məxluqatını  hər cür təh-
lükələrdən salamata çatdıran”, "Cənnətdəki qullarına salam 
verən.", “O Allah ki, Ondan başqa ilah yoxdur. Malikdir; 
Quddusdur; Salamdır.”(Həşr-23)  
Canlı-cansız her şeyi, yoxluqdan varlığa salamat çıxaran 
Allah, Ona iman edərək ömür sürən bəndələrini də  qəbir və 
məhşər dəhşətindən salamat keçirərək “Darus-Salam” olan 
Cənnətinə qovuşdurar. Uca Allah orada bəxtiyar olan qulla-
rına “Salam” deyərək xitab etməklə  əzab və zülmlərdən sa-
lamat həyat sürəcəkləri ilə müjdələyər. Bu müjdəyə layiq 
olmaq istəyən bəndə  qəlbini və  ağlını pis fikirlərdən, dilini 
yanlış sözlərdən, mədəsini haram tikədən, ruhunu, bədənini 
sonu əzab olacaq şeylərdən uzaq tutmağa çalışacaqdır. Salam 
ismi, bizi Darus-Salama çağırır və o aləmə uyğun bir həyat 
keçirməmizi öyrədir.  
Salam ismini Allahdan mətləb dilərək saymaq digər bü-
tün elmlərin də  təməlidir. Kim ki, Onun isimlərini lazım ol-
duğu kimi sayarsa, bütün elmləri də saymış və öyrənmiş olar.  
İnsanda İlahi təcəlli, öz varlığından başlayaraq hər varlı-
ğa O varlıq üçün baxmaqdır.  İman isə, Allahda yox olmaq
hər şeyi unutmaq, heç bir şeyin fərqində olmamaq və özündən 
keçməkdir.  
Bu dünya bir "zıllı zail-yox olucu kölgə"dir. Bütün çar-
pışmalar, bu qədər rəqabətlər ancaq bu "zıllı-zail" üzərində-
dir.  Əslində isə olan yalnız Allahdır, ölçü yalnız Onun 
 
36
gətirdikləridır. Bəli, “yox” da Allahın məxluqudur. Bunu 
bilsək, bu gün "var"ların onunla var olduğunu və Yaradandan 
başqa "var" olmadığını anlayarıq. Yalnız O var və Salamat 
etmək istədiyi, salamat olar.  
“Salam” kəlməsi Quranda 33 dəfə keçir, bir dəfə isə 
(Həşr-23) Allahın ismi olaraq keçmişdir. 10\9, 10, 13\24, 
19\62, 21\102, 56\26, , 6\127, 8\61, 25\63, 33\44, 39\73.  
Hər doğulan ölür, hər yetişən quruyur, hər var olan, yox 
olur. “Salam” olan Rəbbimiz bütün bunlardan salimdir. 
Cənnətə dəvət edən, bu dünyada könüllər arasına körpü olan, 
salamı öyrədəndir. Allah“Bir salamla salamlaşdığınız zaman, 
ondan daha gözəl salam verin və ya eyni qarşılıq verin”(Nisa 
86), -deyərək salam almağı  əmr edərkən, bəndələrinə  nəza-
kətli olmağı öyrədir. Rəbbimiz möminləri Cəhənnəm  əza-
bından salamat edəndir.  
Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur: “Əsl müsəlman: 
dilindən və əlindən müsəlmanların salamat olduğu, zərər gör-
mədiyi kişidir”. (Buhari 1/9, )“Mömin qardaşının bir ayıbını 
gördüyündə onu yetmiş cür mənalar taparaq təmizə  çıxart-
mağa çalışmalıdır.  Əgər bəhanə tapa bilməsən, sən yenə  də 
yetmiş cür bəhanə tapa bilmədiyin üçün özünü danla”. 
(Kuşeyri, et Tahbir fit Tezkir, s: 29) 
Salam ismi “Zəngin edən də, məmnun edən də O dur” 
Nəcm surəsi 48-ci ayədə, bu mənanı bildirən fel kimi keçmiş-
dir. Möminə də, kafirə də zənginlik verən Odur. Bəzilərimiz 
Allahdan halal yollarla zənginlik istəyir və  bu  ruzi  ilə 
başqalarına yardım etməyi arzulayırıq. Ancaq Allahdan ən 
çox könül zənginliyinə çatmağımızı  arzulayacağıq.  
Bir hekayədə buyurulur ki, dənizdən tapılan,  əldə çox 
yüngül gələn yumru bir sümük parçasını tərəzinin bir gözünə, 
o biri gözünə isə yüz qram qızıl qoymuşlar. Ancaq həmin 
sümük ağır gəlmişdi. Bu səbəbdən yenə də tərəzinin gözünə 1 
kq və  nəhayət, bir tona qədər qızıl qoysalar da tərəzinin 


Yüklə 4,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə