Microsoft Word istehsalat tercubesi



Yüklə 161,41 Kb.

tarix08.12.2017
ölçüsü161,41 Kb.


 

 



    

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ 

 

«BANK İŞİ»  KAFEDRASI 

 

 

i.e.d., prof.  Z.F. Məmmədov 

                                            мцяллим П.В. Зейналов 

 

 

 

 

 

İ

stehsalat təcrübəsi üzrə Metodik Göstəriş 

 

                               («Bank işi» kafedrası üzrə) 

          

 

Azərbaycan Təhsil Nazirinin 19.08.2014 tarixli əmri ilə «



 İstehsalat təcrübəsi üzrə 

Metodik Göstəriş 

»  fənni üzrə tədris proqramına nəşr hüquqi verilmişdir. 

 

 

                                                



                                                Bakı 2014 

                


 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



Ön söz  

İ

stehsalat  təcrübəsi  ixtisaslı  kadr  hazırlığı  prosesinin  əsas  tərkib  hissəsidir. 



Təcrübə  əsasən  maliyyə-kredit,  investisiya  institutları,  müəssisələrdə  və 

iqtisadiyyatın müxtəlif sahələrindəki təşkilatlarda həyata keçirilir. 

Azərbaycan Dövlət İqtisad Universitetində «Bank işi» ixtisası üzrə ixtisaslaşan 

tələbələrin istehsalat təcrübəsinin keçirilməsi zamanı proqramın olmaması təcrübə 

prosesini  qüsurlu  edirdi.  Lakin,  «Bank  işi»  kafedrasının  müdiri  professor  

Z.F.Məmmədovun  rəhbərliyi  ilə  ilk  dəfə  hazırlanmış  «İstehsalat  təcrübəsi  və 

buraxılış  işlərinin  hazırlanması  üzrə  metodik  göstəriş»in  yazılması  bu  boşluğun 

doldurulması üzrə fəaliyyətin artıq səmərə verdiyini göstərir. Belə ki, bu metodiki 

göstərişdə  ümumi,  xüsusi  və  ixtisaslaşma  modullarının  mövcudluğu  tələbələrə 

istehsalat  təcrübəsində  əldə  etdikləri  bilikləri  daha  da  möhkəmləndirmələri 

baxımından  əhəmiyyət  kəsb  edir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  modullar 

yalnız  ölkə  ərazisində  deyil,  həmçinin  xarici  ölkələrdəki  кредит  тяшкилатларында 

keçirilən  istehsalat  təcrübələrində  tətbiqi  mümkün  olacaqdır.  Belə  ki,  artıq 

uzunmüddətdir  ki,  “Bank  işi”  ixtisası  üzrə  təhsil  alan  bir  çox  tələbə  istehsalat 

təcrübəsini Rusiyanın aparıcı banklarında həyata keçirmək imkanı əldə edirlər. Son 

zamanlar  universitet  rəhbərliyinin  də  dəstəyi  ilə  aparılan  məqsədyönlü  işlərin 

nəticəsi  olaraq  bunun  coğrafiyası  daha  da  genişlənmişdir.  Бу  илдян  етибарян, 

тялябяляримиз Туркийянин ян ири банкларында тяжрцбя имканы ялдя едирляр. 

Hesab edirəm ki, bu metodik göstəriş praktiki problemlərin həll edilməsində, 

eləcə  də    tələbələrin  məqsədəuyğun  şəkildə  yönəldilməsinə  xidmət  edəcək  və 

gələcəkdə  digər  ixtisas  kafedralarının  bu  metodik  göstərişdə  qeyd  olunan 

modulların  öz  ixtisaslarına  uyğun  şəkildə  tətbiq  etmələri  istehslat  təcrübəsinin 

keyfiyyətinin yüksəlməsinə töhfə olacaqdır. 

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİnin  

 “Təcrübə və işədüzəltmə”      şöbəsinin müdiri   

F.B.Əliyev 



 

 



 

İ

stehsalat təcrübəsi üzrə proqram və metodik göstəriş 

 

Ümumi əsaslar



 

1.

 



Bu  metodik  göstəriş  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2008-ci  19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq edilmiş -  Ali (orta ixtisas) 

təhsil  müəssisələri  tələbələrinin  ixtisas  üzrə  təcrübəsinin  keçirilməsi  haqqında 

ə

sasnaməni rəhbər tutaraq hazırlanmışdır (1.5. Tabeliyində təhsil müəssisələri olan 



nazirlik,  komitə  və  təşkilatlar  bu  Əsasnaməyə  uyğun  olaraq,  sahənin 

xüsusiyyətlərini nəzərə almaqla, təcrübənin keçirilməsinə dair tövsiyələr hazırlaya 

bilər).  

2.

 



İ

stehsalat  (pedaqoji)  təcrübəsi  bir  qayda  olaraq,  peşə  hazırlığı  və 

diplomqabağı  təcrübədən,  magistr  pilləsində  isə  elmi  tədqiqat  və  elmi-pedaqoji 

mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, 

bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir. 

3.

 



Təcrübənin əsas vəzifələri:  

1)

 



tələbənin  ali  (orta  ixtisas)  məktəbdə  aldığı  nəzəri  bilikləri 

möhkəmləndirmək,  dərinləşdirmək  və  sonrakı  əmək  fəaliyyətində  istifadəsini 

təmin etmək;  

2)

 



tələbələri  ixtisasın  profilindən  və  xüsusiyyətindən  asılı  olaraq,  yeni 

texnologiyalarla, iş üsulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək;  

3)

 

tələbələrdə  işgüzarlıq,  təşkilatçılıq  və  kommunikativ  vərdişləri 



aşılamaq;  

4)

 



tələbələrin 

kompüter 

texnologiyaları 

sahəsindəki 

biliklərini 

təkmilləşdirmək;  




 

 



5)

 

pedaqoji  ixtisaslar  üzrə  təhsil  alan  tələbələrdə  pedaqoji  peşəyə  olan 



meyl  və  marağı  möhkəmləndirmək  və  təlim-tərbiyə  işlərini  yaradıcılıqla  həyata 

keçirmək bacarığını inkişaf etdirmək.  

4.

 

Magistr  pilləsində  təhsil  alanlar  isə  pedaqoji  və  elmi-tədqiqat 



təcrübələrini  təhsil  aldıqları  ali  məktəblərdə  və  respublikada  fəaliyyət  göstərən 

elmi-tədqiqat qurumlarında keçirlər. 

5.

 

Təcrübələr üçün ayrılan həftələr (ixtisasdan asılı olaraq)   8-18; 



6.

 

Təcrübələrin  keçirilməsinə  ayrılmış  hər  bir  həftə  1,5  kreditə 



bərabərdir  (“Ali  təhsil  müəssisələrinin  bakalavriat  və  magistratura  səviyyələrində 

kredit  sistemi  ilə  tədrisin  təşkili  Qaydaları”nın  təsdiq  edilməsi  haqqında 

Azərbaycan   Respublikasinin Nazirlər  Kabineti Qərarı 24.12.2013; 

7.

 



Tədris  təcrübəsi  fənnin  davamı  olduğu  halda,  bu  təcrübəyə  rəhbər 

kimi həmin fənni tədris edən müəllim təyin edilir. 

8.

 

 Təhsil müəssisəsi tərəfindən təyin olunan rəhbər:  



1)

 

istehsalatdan olan rəhbərlə birlikdə təcrübənin keçirilməsinə dair işçi 



proqramını hazırlayır;  

2)

 



tələbələrin  əmək  mühafizəsi  və  təhlükəsizlik  texnikası  qaydalarına 

riayət etmələrinə cavabdehlik daşıyır;  

3)

 

tələbələrə 



fərdi 

tapşırıqların, 

təcrübə 

mövzularının 

müəyyənləşdirilməsində və onların iş yerlərinə təhkim olunmasında iştirak edir;  

4)

 



tələbələrə  fərdi  tapşırıqların  yerinə  yetirilməsində  metodiki  yardım 

göstərir və onlara buraxılış işi üçün lazım olan materialların toplanmasında kömək 

edir;  

5)

 



tələbələrə təcrübə proqramının yerinə yetirilməsi barədə hesabat tərtib 

edilməsində metodiki yardım göstərir;  




 

 



6)

 

təcrübə proqramının yerinə yetirilməsi üzrə nəticələr təhsil müəssisəsi 



tərəfindən müəyyənləşdirilmiş formada qiymətləndirilir.  

9.

 



Qiyabi  təhsil  alanlar  təhsil  aldıqları  istiqamət  (ixtisas)  üzrə  kifayət 

qədər  iş  stajı  olduğu  halda,  müvafiq  kafedranın  rəyinə  əsasən  tədris  və  istehsalat 

(diplomqabağı təcrübə istisna olmaqla) təcrübələrindən azad oluna bilər. 

10.


 

Təcrübə  keçməsi  barədə  tələbənin  hesabat  forması  və  təcrübənin 

yekunlarına 

dair 


attestasiya 

forması 


təhsil 

müəssisələri 

tərəfindən 

müəyyənləşdirilмякля тясдиг едилир. 

11.

 

Təcrübələrin  yekunlarına  görə  alınan  qeyri-müvəffəq  qiymət 



akademik  borc  hesab  edilir.  Təcrübədə  müxtəlif  səbəblərdən  iştirak  etməyən  və 

qeyri-müvəffəq  qiymət  alan  tələbələr  ейни  типли  диэяр  мцяссисядя  təkrarən 

təcrübədən keçməlidirlər. 

12.


 

İ

stehsalat  təcrübəsi  bank  iqtisadiyyatı  və  maliyyə  bazarı  sahəsində 



ixtisaslı  kadr  hazırlığı  prosesinin  əsas  tərkib  hissəsidir.  Təcrübə  əsasən  monetar 

orqanlarında,  bank  sektorunda,  kredit  təşkilatlarında,  investisiya  şirkətlərində  və 

iqtisadiyyatın  müxtəlif  sahələrindəki  fəaliyyət  göstərən  maliyyə  -  kredit 

təşkilatlarında həyata keçirilir. 

13.

 

İ



stehsalat  təcrübəsi  tədris  planına  əsasən  III  kursda  tədrisdən 

ayrılmaqla  iyul-avqust  aylarında  keçirilir.  Tələbələr  isxtisaslarına  uyğun  sərbəst 

şə

kildə  təcrübə  yerlərini  seçə  bilər  və  ya  universitetin  “Təcrübə  və  işədüzəltmə” 



ş

öbəsinin və kafedraların təklif etdiyi yerlərdə keçirlər. 

14.

 

“Bank işi” kafedrasında  “Maliyyə” ixtisası üzrə tələbələrin istehsalat 



təcrübəsinin  keçməsinin  əsas  məqsədi  tələbələrin  əldə  etdikləri  nəzəri  biliklərin 

maliyyə-kredit  və  investisiya  institutlarında,  eləcədə  iqtisadiyyatın  müxtəlif 

sahələrindəki  təşkilatlarda  təcrübə  keçməklə  möhkəmləndirilməsi,  həmçinin 



 

 



müstəqil iş təcrübəsinin, bacarıq və vərdişlərinin əldə edilməsi, bakalavr buraxılış 

işinin yazılmasında təhlillərin aparılması və materialların toplanmasıdır. 

15.

 

İ



stehsalat  təcrübəsinin  məqsədlərinə  nail  olmaq  üçün  tələbələr 

tərəfindən aşağıdakı məsələlərin həll edilməsi həyata keçirilir: 

1.

  Təhlil üçün vacib olan məlumatların toplanması, məlumatın etibarlı 



mənbədən olmasının yoxlanılması və hesablamalarda istifadə edilməsi; 

2.

  Təşkilatın fəaliyyətinin rəsmi təhlil metodları ilə maliyyə vəziyyətinin, 



maliyyə nəticələrinin və rentabelliyinin yoxlanılması (obyektin təhlili); 

3.

  Təhlil  edilmiş  tədqiqat  məlumatlarının  nəticələrinin  mümkün  idarəetmə 



qərarlarının  verilməsi  zamanı  əsaslandırılaraq  təşkilatın  qısa  və  orta  müddətli 

perspektivdə effektivliyinin yüksəldilməsinə istiqamətləndirilməsi; 

4.

  Təşkilatın  maliyyə  resurslarının  operativ  idarəedilməsində  effektiv 



metodların  və  tövsiyyələrin  işlənib  hazırlanması  (təşkilatın  fəaliyyətinin 

təkmilləşdirilməsi). 

16.

 

İ



stehsalat təcrübəsində baza olaraq aşağıdakılar iştirak edə bilər: 

1.

 



Mərkəzi Bank; 

2.

 



Bankлар,  банк  олмайан  кредит  тяшкилатlары,  харижи  банкларын  йерли 

филиаллары. 

3.

 

Банк  вя  валйута  биръаларында  peşəkar  fəaliyyət  göstərən  maliyyə-



investisiya müəssisələri (Broker, Diler, Klirinq,  Depozitar və с. мцяссисяляр). 

17.


 

Təcrübənin  məzmunu  “Bank  işi”  kafedrası  tərəfindən  hazırlanmış 

proqram əsasında müəyyən edilir. 



 

 



18.

 

Rektorun  əmri  ilə  “Bank  işi”  kafedrasının  ştatında  olan  профессор-



müəllim  щейяти  arasından  istehsalat  təcrübəsinin  keçirilməsinə  məsul  olan  şəxs 

müəyyən edilir. 

19.

 

Kafedra tərəfindən hər груп цзря istehsalat təcrübəsiнин rəhbərи təyin 



olunur. 

20.


 

Təşkilatda  təcrübəyə  rəhbərlik  etmək  məqsədi  ilə  tələbələrə  təşkilat 

tərəfindən бир rəhbər təyin olunur. Təşkilatlarda təcrübə müqavilə və yа эюндяриш 

ə

sasında həyata keçirilə bilər. 



21.

 

 Tələbələr fərdi qaydada təşkilatla təcrübə müqaviləsi imzalamışdırsa 



bir qayda olaraq istehsalat təcrübəsini bu təşkilatlarda keçirə bilərlər (ixtisas buna 

imkan verirsə). 

22.

 

 Tələbələr  təcrübəyə  yerləşdirildikdən  sonra  təcrübə  dövründə 



təşkilatdakı daxili nizam-intizam qaydaları, əməyin mühafizəsi qaydaları və əmək 

qanunvericiliyi тяжрцбя дюврцндя onlara da şamil edilir. 

23.

 

Tələbələrin  təcrübə  yerlərinə  gediş-gəlişi  (Bakı  şəhərindən  kənarda 



təcrübə  keçməsi  də  buna  aiddir),  həmçinin  məsafədən  asılı  olmayaraq  şəhər  və 

şə

hər  ətrafı  nəqliyyat  vasitələrindən  istifadə  etməsinə  görə  çəkdiyi  xərclər  öz 



hesabına ödənilir. 

24.


 

Təcrübənin qiymətləndirilməsi, nəzəri biliklərin qiymətləndirilməsinə 

bərabər  tutulmaqla  tələbənin  müvəffəqiyyət  nəticələrinin  qiymətləndirilməsində 

nəzərə alınır. 

25.

 

 Üzürlü  səbəb  olmadan  təcrübə  proqramını  yerinə  yetirməyən  və  ya 



qeyri-kafi alan tələbə Universitetin Əsasnaməsinə görə akademik borcu olan tələbə 

kimi universitetdən рящбярлийин гярарына ясасян xaric edilə bilər. 



II. Tələbələrin təcrübəsinin təşkili: 


 

 



1.

 

Təcrübənin  təşkilati-metodiki  rəhbərliyini  kafedra  üzrə  Təcrübə  



komissiyasına həvalə edilir, o isə öz növbəsində aşağıdakıları  həyata keçirir: 

• Təcrübənin 

təşkilatlarda 

təşkili 


zamanı 

onun 


effektivliyinin 

qiymətləndirilməsi  və  çatışmamazlıqların  aradan  qaldırılması  məqsədi  ilə 

monitorinqlərin keçirilməsi; 

• Bank sektorunda iqtisadçı mütəxəssislərə olan tələbatın öyrənilməsi məqsədi 

ilə əmək bazarının monitorinqini həyata keçirir; 

• Təcrübə  ilə  əlaqədar  kafedra  ilə  əməkdaşlıq  etmək  istəyən  bankları    cəlb 

edir; 

• Cari ildə təcrübələrin təşkili, müddətinin müəyyən edilməsi və mərhələlərini 



müzakirə  etmək  məqsədi  ilə  kafedrada  tədris  yükündə  təcrübə  saatı  olan 

ə

məkdaşlarla mütəmadi iclaslar təşkil edir; 



• Kafedraya müqavilə əsasında və ya эюндяришля təşkilatlardakı təcrübə yerləri 

və onun sayı haqqında məlumat hazırlayır; 

• Кafedranı  təcrübə  prosesində  zəruri  sənədlərlə  (müqavilə  blankları, 

göndərişlər, protokollar və s.) təmin edir və onları təkmilləşdirir; 

• Kafedraya  daxil  olan  və  təcrübələrin  nəticələrini  özündə  əks  etdirən 

hesabatları hazırlayır; 

• Təcrübələrin  təşkili  və  keçirilməsi  üzrə  bank  rəhbərliyi  tərəfindən  təyin 

olunmuş məsul şəxslərə müvafiq məsləhətlər verir; 

• Тəcrübənin 

keçirilməsinin 

effektivliyinin 

və 


təşkil 

edilməsinin 

qiymətləndirilməsi  məqsədi  ilə  tələbələr  və  banklar  вя  малиййя  тяшкилатлары 

arasında sosioloji sorğu keçirilməsini təşkil edir; 




 

 

10



• Тяжрцбя  коммисийасы  иля  бирэя  kafedra  müdiri  tədris-metodiki  təminat  və 

təcrübənin vaxtında yerinə yetirilməsinə nəzarət edir; 

• Тяжрцбя  коммисийасы  иля  бирэя  kafedra  müdiri  təcrübə  proqramlarının  Ali 

təhsilin  dövlət  standartlarına  və  tədris  prosesinə  uyğun  olaraq  hazırlanmasına 

diqqət edir; 

• Тяжрцбя  коммисийасы  иля  бирэя  kafedra  müdiri  təcrübə  rəhbərlərinin  tədris 

yükünü müəyyən edir. 

2.

 



“Bank  işi”  kafedrasında  tədris-metodiki  və  təşkilati  rəhbərliyi 

kafedranın müdiri həyata keçirir və vəzifəsinə aşağıdakılar daxildir: 

• Kafedrada  təcrübə  üzrə  proqram  və  metodiki  göstərişlərin  vaxtlı-vaxtında 

hazırlanmasını təmin edir; 

• Тəcrübə keçəcək tələbələrlə təşkilati iclas keçirir; 

• Kafedrada təcrübənin təşkili və keçirilməsi zamanı ən təcrübəli müəllmlərin 

rəhbər olaraq seçilməsini təmin edir, onları təlimatlandırır və təcrübə vaxtı onların 

fəaliyyətinə nəzarət edir; 

• Təcrübənin  nətcələrini  əks  etdirən  hesabatların  qəbul  edilməsi  üçün  

komissiya  tərkibi  haqqında  məlumatı  universitet  rəhbərliyinə  təqdim  edir  və 

təcrübə komissiyanın işinə rəhbərlik edir; 

• Cari  ildə  keçirilən  təcrübənin  hesabatların  nəticələrini  kafedra  iclasında 

müzakirəyə çıxarır; 

• Təcrübənin nəticələrini tədris prosesində istifadəsinin məqsədəuyğunluğunu 

qiymətləndirir; 

• Təcrübənin  keçirilməsi  sahəsində  tədbirlər  planı  hazırlayır  və  onun  həyata 

keçirilməsini təmin edir. 



 

 

11



• Təcrübə rəhbərlərini və tələbələri zəruri olan təcrübə sənədləri ilə (proqram, 

göndəriş, gündəlik və fərdi iş planı ilə) təmin edir; 

• Təcrübə  rəhbərləri  ilə  tələblərin  təcrübə  mövzusunda  məsləhət  saatlarının 

qrafikini tərtib edir; 

• Təcrübə  hesabatlarının  qəbulu  üzrə  təcрübə  komissiyasının  işində  iştirak 

edir. 


3.

 

Kafedra  tərəfindən  təyin  olunmuş  təcrübə  rəhbəri  aşağıdakı  işləri 



həyata keçirir: 

• Fərdi tapşırıqların tematik mövzularını hazırlayır; 

• Təcrübə  prosesində  meydana  gələn  operativ  məsələlər  üzrə  müəssisədən 

olan  təcrübə  rəhbəri  ilə  əlaqə  quraraq  onunla  müəssisənin  fəaliyyət  istiqaməti, 

xüsusiyyəti  və  tələbənin  müvafiq    informasiya  ilə  təmin  edilməsinə  görə  fərdi 

tapşırıqlarını razılaşdırır; 

• Tələbələrin  ümumi  təcrübə  proqramlarının  və  fərdi  tapşırıqlarının  yerinə 

yetirilməsində tələbələrə metodiki köməklik göstərir; 

• Tələbələrin təcrübə yerlərinə bölüşdürülməsini təmin edir; 

• Təcrübə  hesabatlarının  tərtibi,  təqdim  edilməsi  və  məlumatın  mərhələli 

şə

kildə toplanması müddətini tələbələrin nəzərinə çatdırır; 



• Diplomqabağı  təcrübədə  fərdi  tapşırıqla  tələbənin  yazdığı  buraxılış  işi  ilə 

ə

laqəsini  təmin  edir.  mövzusu  təcrübə  başlayana  qədər  müəyyən  edilməlidir. 



Toplanmış  analitik  məlumatlar  təcrübə hesabatında   və  Buraxılış  işində öz  əksini 

tapmalıdır; 

• Tələbələrin  təcrübə  yerlərinə  vaxtlı-vaxtında  gəlməsinə,  təcrübənin  vaxtına 

və  məzmununa  nəzarət  edir.  Tələbələr  və  onların  təcrübəsi  ilə  əlaqədar 




 

 

12



dəyişikliklər  (təcrübə  yeri  və  ya  təcrübə  rəhbərinin  dəyişməsi,  fors-major 

vəziyyətlər) haqqında məlumatı kafedra müdirinə təqdim edir; 

• Modul  çərçivəsində  analitik  məlumatların  təhlili  və  onların  təcrübə 

hesabatlarında istifadəsini təmin edir və qrafik üzrə məsləhət saatlarını keçirir; 

• Tələbələrin təcrübə hesabatlarının müdafiəsində iştirak edir; 

• Təqdim edilmiş təcrübənin nəticələrini qiymətləndirir; 

• Tələbələrin hesabatlarını kafedra müdirinə təhvil verir. 

III. Təşkilat tərəfindən təcrübəyə rəhbərlik 

Təşkilat 

tərəfindən 

təyin 


olunmuş 

təcrübə 


rəhbərinin 

vəzifələri 

aşağıdakılardır: 

• İmzalanmış müqaviləyə və təcrübə proqramına əsasən tələbələrin təcrübəsini 

дахили гайдаларына уйэун təşkil edir; 

• Təcrübə  proqramının  yerinə  yetirilməsi  üçün  müvafiq  şərait  yaradır, 

tələbələrin  təcrübə  yerlərini,  təcrübə  məsələlərini  yerinə  yetirərkən  onların 

vəzifələrini  müəyyən  edir,  təcrübəçi-tələbələrin  təcrübə  proqramında  nəzərdə 

tutulmayan işlərdə istifadə edilməsinə icazə vermir; 

• Tələbələrə  buraxılış  işinin  yazılmasında  istifadə  edə  biləcəyi  ганунла 

гадаьан  олунмайан  məlumatlardan  olan  təşkilatın  daxili  strukturu,  fəaliyyət 

sahəsi və iqtisadi sənədlərlə  ilə tanış olmasına şərait yaradır; 

• Tələbələrin  мцвафиг  iqtisadi  sənədlərlə  işləməyinə  dair  məsləhətlər  verir, 

onların  təhlil  edilməsi  və  idarəetmə  qərarlarının  verilməsində  istifadə  edilməsini 

izah edir; 

• Tələbələrin təcrübənin əsas mərhələlərini (modullar) keçməsinə nəzarət edir; 




 

 

13



• Operativ  məsələlərdə  kafedradan  təyin  olunmuş  təcrübə  rəhbəri  ilə  əlaqə 

qurur, tələbələrin təcrübə proqramını və fərdi tapşırıqlarını onunla razılaşdırır; 

• Bütün iş yerlərində tələbələrə təhlükəsiz iş şəraitini təmin edir; 

• Təcrübənin  sonunda  tələbəyə  təcrübənin  keçməsi,  işgüzar  və  şəxsi 

keyfiyyətlərini dəyərləndirən xasiyyətnamə təqdim edir. 

IV. TƏLƏBƏLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

1.

 



Tələbə aşağıdakı hüquqlara malikdir: 

• Təcrübə keçəcəyi müəssisənin tapılmasını müstəqil şəkildə həyata keçirmək 

və  ya  müəyyən  şərtlərlə  işlədiyi(qiyabi  tələbəляр  üçün)  müəssisələri  təcrübə  yeri 

olaraq seçmək (ixtisası buna imkan verirsə) ; 

• Təcrübə  yerlərinin  tapılması  üçün  dekanlığa,  kafedraya  və  müvafiq 

strukturlara müraciət etmək; 

• Kafedrada  təcrübədən  məsul  şəxsdən  və  təcrübə  rəhbərlərindən  təcrübə 

mövzusunda məsləhətlər almaq; 

• Buraxılış işinin mövzusunu təcrübə keçəcəyi müəssisəyə görə seçmək; 

• Təcrübə və staj keçmək üçün universitet adından göndəriş almaq. 

2.

 

Tələbələr təcrübə keçərkən aşağıdakıları diqqət yetirməlidirlər: 



• Təcrübə başlayanadək proqram və fərdi iş planını kafedradan götürmək; 

• Rektorun əmrinə əsasən göstərilən müddət ərzində təcrübəni keçməlidir; 

• Təcrübə  proqramı  və  fərdi  iş  planında  nəzərdə  tutulan  məsələləri  dəqiq  və 

tam yerinə yetirməlidir; 




 

 

14



• Təcrübə rəhbərinin tapşırıqlarını yerinə yetirməli, müəssisənin daxili nizam-

intizam  qaydalarına,  texniki  təhlükəsizlik,  əməyin  mühafizəsi  tələblərinə, 

avadanlıqların istismar qaydalarına və digər iş şərtlərinə riayət etməlidir; 

• Müəssisənin  struktur  bölmələri,  fəaliyyət  növləri  və  iqtisadi  sənədləri  ilə 

tanış olur; 

• Kafedradan olan təcrübə rəhbərinə vaxtlı-vaxtında yazılı hesabat verir; 

• Kafedradan  olan  təcrübə  rəhbərinin  tapşırığına  əsasən  kafedranın  elmi-

tədqiqat işində iştirak edir; 

• Təcrübə yeri hesab olunan müəssisənin iş rejiminə riayət etməlidir; 

• Təcrübə  hesabatının  hazırlanması  üçün  zəruri  materialların  toplanmasını 

təmin etməlidir; 

• Təcrübə  sona  çatdıqdan  sonra  beş  gün  ərzində  kafedraya  təsdiq  edilmiş 

хцсуси  formaya  uyğun  olaraq  müəssisə  tərəfindən  təyin  olunmuş  rəhbərin  imzası 

və müəssisə möhürü ilə hesabat və xasiyyətnaməni təqdim edir; 

• Təcrübənin  rəsmi  sona  çatmasından  bir  həftə  sonra  kafedra  komissiyasının 

qarşısında hesabatını müdafiə edir. 



Tələbənin xasiyyətnaməsinin məzmununa olan tələblər: 

• Tələbənin təcrübə keçdiyi təşkilatın tam adı; 

• Tələbənin тяжрцбя мцддятиндя  габилиййятини характеризя едян арайыш; 

• Tələbənin təşkilatda fəaliyyət göstərdiyi bölmələrin siyahısı; 

• Tələbənin  peşəkar  bacarıqlarına  dair  xasiyyətnamə  (nəzəri  biliklərinin 

dərinliyi onun təcrübədə göstərilməsi, əldə etdiyi bilik və bacarıqlar); 




 

 

15



• Rəhbər tərəfindən tapşırılan və tələbə  tərəfindən apaılan  işin məzmunun  və 

xarakterinin  təsviri  (ixtisas  və  ixtisaslaşma  çərçivəsində  aparılan  işlər  daxil 

olmaqla); 

• Tələbənin  yerinə  yetirdiyi  işə  münasibəti,  tapşırıqları  yerinə  yetirmə 

səviyyəsi, tələbənin digər tapşırıqları müstəqil olaraq yerinə yetirməsi dərəcəsi və 

keyfiyyət səviyyəsi; 

• Tələbənin  təcrübə  vaxtı  göstərdiyi  işgüzar  keyfiyyətlər  və  nizam-intizamlı 

olması; 


• Tələbənin  müəssisənin  rəhbəri,  əməkdaşları  və  müştəriləri  ilə  əlaqə  qurma 

bacarıqları; 

• Tələbənin  apardığı  analitik  tədqiqatlar,  hazırladığı  təklif  və  tövsiyyələr 

ə

sasında onun təcrübəsinin qiymətləndirilməsi; 



• Xasiyyətnamənin  tərtib  olunma  tarixi,  təşkilat  tərəfindən  təcübə  rəhbərinin 

imzası (S.A.A., vəzifəsi, işlədiyi bölmə, əlaqə telefonları). 



V. İSTEHSALAT TƏCRÜBƏSİNİN PROQRAMI 

İ

stehsalat təcrübəsinin təşkili və keçirilməsi 3 mərhələdən ibarətdir: 



1.

 

Hazırlıq mərhələ; 



2.

 

Ə



sas (iş) mərhələ; 

3.

 



Yekun mərhələ. 

Birinci  mərhələdə  təcrübə  yerlərinin  axtarılması,  bakalavr  buraxılış  işlərinin 

mövzularının  müəyyən  edilməsi  və  təcrübə  üzrə  fərdi  iş  planının  təsdiq  edilməsi 

yerinə yetirilir.  

İ

kinci  iş  mərhələsində  tələbələr  müəyyən  edilmiş  müddətlərdə  təcrübələrini 



keçir və yekun hesabatlarını kafedradan olan rəhbərlərinə təqdim edirlər. 


 

 

16



Üçüncü  yekun  mərhələdə  isə  tələbələr  təcrübə  hesabatlarını  kafedra 

komissiyasının qarşısında müdafiə edirlər.  

Hazırlıq  mərhələsi  15  sentyabr  tarixindən  tələbələr  təcrübəyə  başlayacaqları 

günə qədər davam edir və aşağıdakılarla nəticələnir: 

• Buraxılış işlərinin kafedra tərəfindən təsdiq olunması və tələbələr tərəfindən 

seçilməsi; 

• Kafedranın  təsdiq  etdiyi  və  tələbələrin  konkret  təcrübə  yerlərinin  müəyyən 

edilməsi; 

• Tələbələrin təcrübə yerləri və rəhbərləri ilə tanışlığı; 

• Tələbələrin təcrübə rəhbərləri arasında иш bölgüsünün aparılması; 

• Kafedra tərəfindən təcrübənin keçirilməsinə dair kompleks fərdi planlarının 

hazırlanaraq onun kafedra müdiri və təşkilat tərəfindən təsdiqlənməsi. 



Ə

sas (iş) mərhələ ….. тарихдян ….. tarixinə qədər davam edir. 

Bu mərhələ tələbələrin təcrübə proqramı və fərdi iş planını yerinə yetirilməsi 

ilə nəticələnir. 

Ə

sas mərhələ özündə aşağıdakı modulları (fərdi tapşırıqların yerinə yetirlməsi 



mərhələləri) və onun nəticələrini əks etdirir.  

Ümumi  modul  tələbənin  təşkilatla  ümumi  tanışlığını,  onun  fəaliyyət 

sahələrini,  daxili  strukturunu,  tarixi,  istehsalat  texnologiyaları,  idarəetmə 

sisteminin və təşkilatın perspektiv inkişafının öyrənilməsini nəzərdə tutur. 

Xüsusi  modul  şirkətin  fəaliyyətinin  əhatə  dairəsi,  əməkdaşların  vəzifə 

öhdəliklərinin təhlili və ya onun hazırlanması, fərdi tapşırığın hazırlanması, zəruri 

məlumatların  toplanılması,  tapşırığın  hesablanma  və  analitik  hissəsini  nəzərdə 

tutur. 



 

 

17



İ

xtisaslaşdırılmış  modul  ixtisas  işinin  əsası  olmaqla  təcrübənin  nəticələrinə 

görə  yekun  təkliflərin  və  tövsiyyələrin  hazırlanmasını,  empirik  məlumatların 

toplanması  və  təhlilini  nəzərdə  tutur.  Bu  mərhələ  ümumi  və  xüsusi  modul 

materiallarının  da  istifadə  edilməsi  ilə  təcrübə  hesabatının  tərtib  olunması  ilə 

nəticələnir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

18



 «Bank işi» üzrə ixtisaslaşan tələbələrin istehsalat təcrübəsinin məzmunu 

I.Ümumi modul. Təcrübə bazası olan təşkilatın ümumi xarakteristikası 

Бank strukturunun öyrənilməsi: 

• Adı, bankın inkişaf  tarixi, yerləşdiyi ərazi; 

• Bankın fəaliyyətinin hüquqi əsası; 

• Bankın əsas fəaliyyəti haqqında məlumat; 

• Tənzimləyici  təşkilatla  (AR  Mərkəzi  Bankı)  - lisenziya  növləri,  dövrilik  və 

hesabatların təqdim etmə qaydaları. 

• Bankın  idarəetmə  strukturu  (Səhmdarların  Ümumi  Yığıncağı;  Müşahidə 

Ş

urası;    Audit Komitəsi;  İdarə Heyəti;    Daxili komitələr; Baş direktorlar .  



• Daxili  komitələr:  Aktiv  və  passivləri  idarəetmə  komitəsi  Bankın  strateji 

planına,  digər  daxili  normativlərinə  və  təlimatlarına,  likvidlik  riskinin,  valyuta 

riskinin, faiz riskinin və digər bazar risklərinin lazımi səviyyədə idarə edilməsinin 

təmin  edilməsi  ilə  gəlirliliyin  maksimum  həyata  keçirilməsi  vəzifəsinə  əsasən, 

aktivlərin və passivlərin idarə edilməsi funksiyasını həyata keçirir.  

• Bankın  Aktiv  və  passivlərin  idarə  edilməsi  Komitəsinin  tərkibinə  daxildir:  

Riskləri  idarəetmə  komitəsi  risklərin  idarə  edilməsi  strategiyasına,  siyasətinə  və 

qaydalarına  baxmaq,  risklərin  müəyyənləşdirilməsi  və  qiymətləndirilməsi  üzrə 

müvafiq metod və alətləri seçmək və onları həyata keçirmək, bankın məruz qaldığı 

risklərin vəziyyəti və risklərin idarə edilməsi sisteminin effektivliyi barədə hesabat 

hazırlamaq,  risklərin  idarə  edilməsi  sistemini  təkmilləşdirilmək  və  bu  kimi  digər 

funksiyaları həyata keçirir.  

• Bankın  Risklərin  idarə  edilməsi  Komitəsinin  tərkibinə  daxildir:    Kredit 

komitəsi  -  Kredit  fəaliyyətinin  səmərəliliyini  artırmaq,  öz  səlahiyyətləri 




 

 

19



çərçivəsində kreditlərin verilməsi barədə qərarlar qəbul etmək funksiyasını həyata 

keçirir.    İnformasiya  texnologiyaları  komitəsi  Bankın  strateji  inkişaf  planında 

qarşıya  qoyulmuş  məqsəd  və  vəzifələrə  nail  olmaq  üçün  Bankın  İnformasiya 

texnologiyaları sahəsində siyasətinin başlıca istiqamətlərini müəyyən etmək, həmin 

siyasətin həyata keçirilməsinə nəzarət etmək funksiyalarını həyata keçirir. 

• Baş direktorlar 



II.

 

Xususi  modul.  Təcrübə  keçirilən  bankın  departamentin 

səciyyələndirilməsi 

• Departamentin təşkilati strukturu;  

• Bankda  idarəetmə  strukturunda    departamentlərin  fəaliyyəti,  o  cümlədən  -  

Korporativ biznes departamenti; Risklərin idarə edilməsi departamenti; Pərakəndə 

biznes  departamenti;  Strateji  inkişaf  və  marketinq  departamenti;  Mərkəzi 

xəzinədarlıq  departamenti;  İnsan  resurslarının  idarə  edilməsi  departamenti; 

İ

darəetmə  orqanları  ilə  iş  departamenti;  Hüquq  departamenti;  Bank  fəaliyyətinin 



təminatı  departamenti;  Daxili  nəzarət  və  monitorinq  departamenti;    Mühasibatlıq 

və  büdcə  proqnozlaşdırılması  departamenti;  Kredit  fəaliyyətinə  nəzarət 

departamenti; Daxili audit departamenti; Müxbir hesablarla iş departamenti; Bank 

fəaliyyətinin təhlükəsizliyi departamenti; Nağd vəsaitlərlə iş departamenti; Rabitə 

və informasiya texnologiyaları departamenti. 

• Банкда шöbə müdirləri və supervayzerlər;  

• Funksional məsələlər; 

• Шюбя əməkdaşlarının funksiyaları və vəzifələri; 

• Шюбя fəaliyyətinin normativ-hüquqi bazası; 

• Müştəri bazasının strukturu.  

• Müştərilərin cəlbedilməsi üsulları; 



 

 

20



• Xidmət göstərmək haqqında müqavilələrin növləri və formaları; 

• Xidmət göstərilmə texnologiyaları; 

• Daxili uçot və nəzarət sistemi; 

• Bank əməliyyatların mühasibat uçotunun xüsusiyyətləri; 

• Baş ofislə qarşılıqlı əlaqə qaydaları. 

III.

 

İ

xtisaslaşdırılmış modul 

1.

 

Bankda fiziki şəxslərə xidmətlət:  

• Bank kartları -  Kredit kartlar, Debet kartlar; İnternet kartlar,  Biznes kartlar, 

Ə

manət kartı, POS Card,  Anikart, Mil Kart Proqramı,  American Express; 



• Əmanətlər-  Əmanətlər üzrə faiz dərəcələri; Əmanətlər üzrə kredit limitləri; 

Sığorta paketləri;  Qızıl Depozit Əmanət kartı; Elektron Depo

зит;

 

• Кreditlər-  İstehlak  kreditləri;  Mikro-kreditlər;  Avtokredit;  Kredit  kartları; 



İ

poteka kreditləri; Lombard kreditləri;  Sərbəst kreditlər; 

• Коммунал  хидмятляр  –  ящалидян  газ,  ишыг,  су,  телефон,  рцсумлар  вя  с. 

юдянишлярин гябулу;   

• Köçürmələr:  İBA-Express;  KartTransfer;  Western  Union;  UPT;  Blizko; 

LEADER; Coinstar; Contact;  MIGOM; Xpress Money; VISA Personal Payment; 

MasterCard; MoneySend;   

• Ödəniş  tapşırığı  ilə  köçürmələr-  Bankdaxili  köçürmə;  Respublikadaxili 

köçürmə  -  AZİPS;  Respublikadaxili  köçürmə  -  XÖHKS;  Xaricə  köçürmə  - 

SWIFT; Təcili köçürmələr; 




 

 

21



• İnternetbank 

-  Hesabın  idarəedilməsi;  kart  hesabının  balansının 

yoxlanılması;  kart  hesabı  üzrə  aylıq  çıxarışların  əldə  edilməsi  və  Xidmətlərin 

ödənilməsi. 

• 

Щesablaşma kassa xidmətləri - Rezidentlər və qeyri-rezidentlər üçün milli və 



xarici  valyutada  bank  hesablarının  açılması  və  onlara  kompleks  xidmət 

göstərilməsi; Nağd pul vəsaitlərinin mədaxili və məxarici; Milli və xarici valyutada 

köçürmələr;  Sənədli  əməliyyatlar;  Əmək  haqqı  kartlarının  açılması  və  onlara 

xidmət göstərilməsi; InternetBank sistemi vasitəsilə hesabın online rejimində idarə 

edilməsi və əməliyyatların aparılması; 

• 

Müştəri  üçün  münasib  vaxtda  nağd  pul  vəsaitlərinin  inkassasiyası  və 



çatdırılması; 

• 

Konvertasiya əməliyyatlarının aparılması; 



• 

Xarici bankların çeklərini inkassoya qəbul edilməsi. 

• Щesablaşma-kassa xidmətlərini - seyflərin icarəsi; Web – money - İnternet 

şə

bəkəsində  xüsusi  elektron  pul  kisəsi  vasitəsilə  hesablaşmaların  aparılması  üçün 



imkan yaradan beynəlxalq ödəniş sistemidir; Seyflərin icarəsi-  Qiymətli əşyaların, 

sənədlərin  və  s.  etibarlı  şəkildə  saxlamaq  üçün  banklarda  depozit  seyflərindən 

istifadə etmək; Avtomatik Ödəmə mütəmadi ödəmələri  avtomatlaşdırmağa imkan 

verən xidmət; POS - Kredit xidməti nağd vəsaitin kart hesabınıza dərhal, “online” 

rejimində əks etdirilməsi imkanını verir; fiziki şəxslərə göstərilən bank xidmətlər 

üzrə tarif cədvəli. 



2.

 

Banklarda Hüquqi şəxslərə göstərilən  xidmətlər 

• 

Hesabların  açılması:    Cari  hesablar: dövlət  və  bələdiyyə  orqanlarının, 



hüquqi  şəxslərin,  onların  filial,  nümayəndəlik  və  digər  ayrıca  bölmələrinin, 

həmçinin  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 

şə

xslərin  maliyyə-təsərrüfat  fəaliyyəti  ilə  bağlı  bank  əməliyyatlarının  aparılması 



üçün  açılır. Cari  hesablara  müvəqqəti  cari  hesablar  və  xüsusi  cari  hesablar  da 


 

 

22



aiddir:  Müvəqqəti  cari  hesablar  - təsərrüfat  ortaqlıqları,  cəmiyyətləri, 

kooperativlərvə  digər  təsərrüfat  subyektlərinə  onların  dövlət  qeydiyyatına 

alınanadək  müvafiq  olaraq  nizamnamə,  şərikli  kapitallarının,  habelə  paylarının 

ödənilməsi üçün açılır. Xüsusi cari hesablar dövlət və xüsusi notariusların notariat 

fəaliyyətləri 

ilə 


ə

laqədar 


olaraq 

notariat 

orqanlarına 

açılır. 


Cari 

subhesablar hüquqi  şəxslərə  onların  regional  fəaliyyətləri  ilə  əlaqədar  filial  və 

nümayəndəlik  statusu  daşımayan  yerli  qurumlarına  açıla  bilər.  Ssuda 



hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu üçün, kredit müqaviləsində 

nəzərdə  tutulduğu  hallarda  isə,  həmçinin  kredit  vəsaitlərinin  istifadəsi  və 

ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.  

• 

Ə



manət  (depozit)  hesabları  -  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsinə uyğun olaraq bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin 

bank əməliyyatlarının aparılması üçün açılır.  

• 

Müxbir  hesablar bankların  özlərinin  və  müştərilərinin  apardıqları  bank 

ə

məliyyatlarının uçotu hesabıdır. Müxbir hesablar banklar üçün açılır. 



• 

Konvertasiya  əməliyyatları:  Milli  valyutanın  satışı/alışı;  Xarici  valyutaların 

satışı/alışı (USD, EUR, GBP, RUB). 

• 

Щesablaşma kassa xidmətləri - Rezidentlər və qeyri-rezidentlər üçün milli və 



xarici  valyutada  bank  hesablarının  açılması  və  onlara  kompleks  xidmət 

göstərilməsi; Nağd pul vəsaitlərinin mədaxili və məxarici; Milli və xarici valyutada 

köçürmələr;  Sənədli  əməliyyatlar;  Əmək  haqqı  kartlarının  açılması  və  onlara 

xidmət  göstərilməsi;  InternetBank sistemi  vasitəsilə  hesabın  online  rejimində 

idarəedilməsi və əməliyyatların aparılması; Müştəri üçün münasib vaxtda nağd pul 

vəsaitlərinin  inkassasiyası  və  çatdırılması;  Konvertasiya  əməliyyatlarının 

aparılması; Xarici bankların çeklərinin inkassoya qəbul edilməsi. 

• 

Кreditlər  (kreditləşmə  növləri):  Milli  və  xarici  valyuta  ilə  qısa-,  orta-  və 



uzunmüddətli 

kreditləşdirmə 

(kreditlər 

və 


kredit 

xətləri); 

Layihə 

maliyyələşdirilməsi  (Project  Finance);  İxracdan  əvvəl  və  ixracdan  sonra 




 

 

23



kreditləşdirmə;  Ticarətin  maliyyələşdirməsi  (Trade  Finance);  Sindikatlaşdırılmış 

kreditləşdirmə; Faktorinq. 

• Тəminatlı və ya təminatsız (blank kreditləri) Kredilər.  

• Kreditin  təminatı  borcalanın  və  ya  üçüncü  şəxslərin  mülkiyyətindəki 

müxtəlif əmlak, zaminlik, qarantiya və sair ola bilər. 

• 

Köçürmələr



  -  Bankdaxili  köçürmə;  Respublikadaxili  köçürmə  -  AZİPS; 

Respublikadaxili köçürmə - XÖHKS; Xaricə köçürmə - SWIFT. 

• 

Sənədli  əməliyyatlar  -  Sənədli  akkreditivlər;  Bank  qarantiyaları;  Sənədli 



inkasso. Akkreditiv növləri:Ləğv edilməz akkreditiv;Geri çağırıla bilən akkreditiv; 

“Stand-by”  akkreditivi;  Təsdiqlənmiş  akkreditiv;  Təsdiq  olunmamış  akkreditiv; 

Köçürülə bilən akkreditiv; “Back-to-back” akkreditiv. 

• 

 Zəmanət  növləri:Tender  zəmanəti;  İcra  zəmanəti;  Əvvəlcədən  ödənişin 



qaytarılmasi zəmanəti;Ödəniş zəmanəti.  

• 

Bank  Qarantiya  xidmətləri:Qarantiyaların  açılması,  təsdiqi  və  avizo 

edilməsi.Qarantiyalarla  iş  zamanı  konsultasiya  xidmətlərin  göstərilməsi.Yüksək 

dərəcəli  müxbir  banklar  tərəfindən  qarantiyaların  təsdiq  edilməsi.Müştərilərin  öz 

vəsaitləri hesabına qarantiyaların açılması. 

• 

Ekvayrinq  -  Bankda  hesabın  açılması;    POS-terminalın  quraşdırılması;   



Müəssisə  işçilərinin  təlimatlandırılması;    POS-hesablardan  nağd  vəsaitlərin 

verilməsi üzrə xidmət haqqı;  POS-hesabına bağlı;  POSCard debit kartı. 

• 

İ

nternet  bankinq  əməliyyatları:  əməliyyatlar  üzrə   bank  çıxarışlarının 



alınması;  on-line  rejimində  hesablara  dair  məlumatların  əldə  edilməsi;müştərinin 

və  ya  digər  şəxsin  hesabına  (istər  Azərbaycandakı,  istərsə  xaricdəki  bankda) 

nağdsız  qaydada  pul  vəsaitinin  köçürülməsi;ƏDV-nin  ödənilməsi;konvertasiya 

ə

məliyyatlarının həyata keçirilməsi;depozit əməliyyatlarının həyata keçirilməsi. 




 

 

24



•  Яmək haqqı kartları (дебет) 

• 

E-  commerce-  Hesabları  istənilən  valyutada  olan  VISA  International  və 



MasterCard International beynəlxalq ödəmə sistemlərinin kartları; 

• 

AzəriKard şirkəti tərəfindən xidmət olunan bütün bankların bank kartları. 



3.  Elektron  bankinq  -    MobilBank;  InternetBank;  SMS  Xəbərdarlıq;  Mobil 

rabitə  ödənişləri;  Elektrik  enerjisinin  ödənişləri;  KartTransfer;  Cash-by-

Code(Günün  istənilən  vaxtı  nağd  pul  vəsaitlərinin  köçürülməsi  və  alınması 

imkanıdır);    Uzaq  məsafədə  yaşayan  və  bank  kartı  olmayan  şəxslərə  ani  pul 

köçürmələri; Cash to any Card PIN-Change; Elektron Depozit Digər. 

4. İnvestisiya qiymətli kağızlar. 

5.Bankın Konsolidə edilmiş Maliyyə Hesabatları: Maliyyə vəziyyəti haqqında 

konsolidə  edilmiş  hesabat;  məcmu  gəlirlər  haqqında  konsolidə  edilmiş  hesabat; 

Kapitalda  dəyişikliklər  haqqında  konsolidə  edilmiş  hesabat;  Pul  vəsaitlərinin 

hərəkəti haqqında konsolidə edilmiş hesabat. 

 

Tələbələr  tərəfindən  təcrübənin  keçməsi  prosesində  aşağıdakı  fərdi 

məsləhətlərin və nəzarətin aparılması nəzərdə tutulur: 

• Tələbələrin təcrübə yerlərində olmasına nəzarət; 

• Fərdi tapşırıqların yerinə yetirilməsinə nəzarət. 

Yekun mərhələ təcrübənin sonu olmaqla təcrübənin rəsmi sona çatmasından 2 

həftə sonra həyata keçirilir. 

Yekun mərhələnin nəticəsi aşağıdakılar hesab edilir: 

• Müəyyən  olunmuş  vaxtda  kafedra  komissiyasının  qarşısında  hesabatın 

müdafiə edilməsi; 




 

 

25



• Tələbənin  nəzəri  və  praktiki  hazırlıq  səviyyəsi  və  hesabatın  keyfiyyəti 

ə

sasında  tələbəyə  мцсбят  вя  йа  гейри-кафи  qiymət  yazılır.  Hesabat  və 



xasiyyətnamə kafedraya təhvil verilir. 

• Tələbənin  hesabatı  müsbət  olaraq  müdafiə  etməsi  təcrübənin  sona  çatması 

hesab edilir. 

Üzürlü  səbəbə  görə  təcrübə  keçməyən  tələbəyə  tədris  prosesindən  sərbəst 

vaxtlarda fərdi qrafik və nəzarət forması ilə təkrar təcrübəyə göndərilir. 

Üzürlü  olmayan  səbəbdən  təcrübə  keçməyən  və  ya  qeyri-kafi  qiymət  alan 

tələbяlər akademik borcu olan hesab олараг edilир. 

Kafedraya təhvil verilmiş hesabat və щесабатын мцсбят мцдафияси təcrübənin 

müvəffəqiyyətlə sona çatması deməkdir. 

VI.  TƏCRÜBƏ  HESABATININ  TƏRTİB  OLUNMASINA  DAİR 

METODİK GÖSTƏRİŞLƏR 

Təcrübə hesabatının məzmun və strukturuna olan tələblər 

Təcrübə  haqqında  hesabat  təcrübə  proqramı  və  tələbənin  fərdi  tapşırığı 

ə

sasında tərtib edilir. Hesabatda fərdi tapşırıqlarda qoyulan suallara olan cavablar 



ə

ks olunmalıdır. 

Hesabat aşağıdakılardan ibarətdir: 

• Ümumi  modul  üzrə  hesabat:  bankın  adı,  bankın  inkişaf  tarixi,  bankın 

xarakteristikası,  bankın  idarəetmə  orqanları  və  strukturu,  bankın  əsas  fəaliyyət 

növləri, bankın sektorda payı (bazar payı); 

•  Xüsusi  modul  üzrə  hesabat:  bankın  struktur  bölmələrinin  təsviri,  bankın 

daxili  sənədləşməsinin və  fəaliyyətini tənzimləyən  normativ bazanın  öyrənilməsi, 




 

 

26



tələbənin  istər  təcrübə  keçdiyi  bölmənin,  istərsədə  bütün  təşkilatın  fəaliyyətinin 

iqtisadi göstəricilərinin ümumi təhlili materialların səciyyələndirilməsi; 

• İxtisaslaşdırılmış  modul  üzrə  hesabat:  çıxarılan  nəticələr,  tələbə  tərəfindən 

bankın  iqtisadi  fəaliyyətinə  dair  aparılan  təhlillərin  nəticələrinə  görə  təklif  və 

tövsiyyələrin hazırlanması. 

Hesabata həmçinin tələbə tərəfindən təcrübə yerində topladığı və bankın real 

fəaliyyətinin  göstəricilərini  əks  etdirən  müxtəlif  sənədlər,  hesablamalar  və 

cədvəllər əlavə olunur. 



Təcrübə hesabatının tərtib edilməsinə dair tələblər: 

• Hesabatın həcmi - əlavələr istisna olmaqla, kompüter yazısı ilə 20-30 səhifə 

olmalıdır. 

• Hesabat  “Times  New  Roman”  şrifti,  14  ölçüdə  və  1,5  aralıqla  çap 

edilməlidir. 

• Kağızın formatı A4, yuxarı və aşağı sahələrdən 2sm, sağdan 1 sm və soldan 

3sm olmalıdır. 

• Hesabat qovluğa tikilir. 

Analitik tədqiqatların nəticələri qrafik və diaqramların köməyi ilə illustrasiya 

edilə bilər.  

Analitik hesablamalar əks olunan cədvəllərin adı və sıra nömrəsi olmalıdır. 

Hesabatın titul vərəqi qoyulan tələblərə müvafiq olaraq tərtib olunmalıdır. 

Tələbələr hesabatla bərabər ona olan əlavələri ayrı qovluqda kafedraya təqdim 

edirlər. Bura aşağıdakılar daxildir: 

• Mühasibat və statistik hesabat formalarının surəti; 



 

 

27



• Mühasibat hesabatlarına olan əlavə informasiya; 

• Bankın fəaliyyətinə dair daxili normativ əsasnaməsinin surəti. 



  

 

 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə