Microsoft Word izv2016-N3 doc



Yüklə 78,11 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü78,11 Kb.
#18816


H.Ə.Allahverdiyeva 

XƏBƏRLƏR 

 YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ  НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS  THE SCIENCES OF EARTH

 

22 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, YER ELMLƏRİ, №3-4, 2016 

 

© H.Ə.Allahverdiyeva, 2016 



 

CƏNUB-ŞƏRQİ QAFQAZIN MƏRKƏZİ QOBUSTAN-QƏRBİ ABŞERON 

VİLAYƏTİNDƏ PALEOGEN ÇÖKÜNTÜLƏRİNİN  

STRATİQRAFİK BÖLGÜ MƏSƏLƏSİNƏ DAİR 

 

H.Ə.Allahverdiyeva 

 

AMEA Geologiya və Geofizika İnstitutu, 

AZ1143, Bakı, H.Cavid pr., 119 

E-mail: hallahverdiyeva63@mail.com 

 

Məqalə Mərkəzi Qobustan – Qərbi Abşeron vilayətində paleogen çöküntülərinin plankton foraminiferlərinin 



yeni zonal bölgüsünə  həsr edilmişdir. Kəsilişlər üzrə mikrofaunanın paylanmasını izləməklə, alınan nəticələr 

vilayətdə paleogen çöküntülərinin  əvvəlkilərdən fərqli olaraq 16 zonadan ibarət zonal sxemini tərtib etməyə 

imkan vermişdir. Zonal sxem Şimali Qafqaz paleogen çöküntülərinin eyniadlı sxemi ilə müqayisə edilmişdir. 

 

Giriş.  Mərkəzi Qobustan –  Qərbi Abşeron 

Azərbaycanda paleogen çöküntülərinin geniş yayıl-

dığı ərazilərdən biridir. Paleogen çöküntüləri ilə bir 

sıra faydalı qazıntı yataqları  əlaqədar olduğundan 

onların stratiqrafik bölgü sxeminin dəqiqləşdiril-

məsi vacib məsələlərdən biridir. Vilayətdə paleo-

genin Qovundağ çöküntüləri neftlidir, maykop se-

riyasında isə neft təzahürlərinə rast gəlinir. Bu çö-

küntülərin litologiyası, stratiqrafiyası, mikrofaunası 

və digər geoloji məsələlər 100 ildən artıq müddətdə 

bir çox görkəmli tədqiqatçılar tərəfindən öyrənil-

mişdir. Bu tədqiqatçılardan  İ.M.Qubkin, V.V.Ve-

ber, V.V.Menner, D.V.Qolubyatnikov, V.V.Bo-

qaçov, C.M.Xəlilov, D.A.Ağalarova, C.İ.Cəfərov, 

M.A.Bağmanov (2005), L.C.Məmmədova,  Ş.Ə.Ba-

bayev, S.A.Şıxlinski və b. göstərmək olar. 

Həmin çöküntülərin mikrofaunasını mikropa-

leontoloqlar D.A.Ağalarova, C.İ.Cəfərov, C.M.Xə-

lilov və b. tədqiq etmişlər. Azərbaycanın plankton 

foraminiferləri  əsasında ilk faunalı horizontlar 

C.M.Xəlilov (1962, 1967) tərəfindən ayrılmış, bir 

qədər sonra isə C.M. Xəlilov və L.D. Məmmədova 

(1984) tərəfindən zonal bölgü təklif edilmişdir. 

Sonralar bu bölgü X.Əliyulla və S.Şıxlinski (1989) 

tərəfindən dəqiqləşdirilmişdir. L.C.Məmmədova 

(1989) Qobustan –  Qərbi Abşeronun zonal bölgü-

sünü təklif etmişdir. 

Lakin bunlara baxmayaraq, yeni materiallar 

və yeni nəticələr  əsasında paleogenin stratiqrafik 

bölgüsünün dəqiqləşdirilməsi üçün bir sıra tədqi-

qatların aparılmasına hələ də ehtiyac duyulur. 

Bütün paleogen zonal bölgüləri içində üstün-

lük ortostratiqrafik plankton foraminiferlərinin zo-

nal bölgüsünə verilir və digər zonal bölgülərin sər-

hədləri plankton foraminiferlərinin sərhədlərinə 

uyğunlaşdırılır. 

Tədqiqat obyekti.  Tədqiqat işləri Cənub-

Şərqi Qafqazın Mərkəzi Qobustan 

– Qərbi Abşeron 

vilayətində aparılmışdir. Bu vilayətdə paleogen 

çöküntülərinin Xilmilli, Cəngi, Qışlaq, Yunusdağ, 

Qoturdag, Pirəköşkül, Göytəpə, Sumqayıtçay, Nag-

dəli, Qovundağ kəsilişləri öyrənilmişdir (şəkil). 

Bu 10 kəsilişlərdən 290 nümunə götürülərək, 

onların paleontoloji analizi aparılmış  və  təyin olunan 

zəngin foraminifer assosiasiyası  əsasında Mərkəzi 

Qobustan 

–  Qərbi Abşeron vilayətinin paleogen 

çöküntülərində 16 zona ayrılmış  və plankton fo-

raminiferlərinin yeni zonal bölgüsü tərtib edilmişdir. 

Mərkəzi Qobustan – Qərbi Abşeron vilayətində 

fauna ilə  səciyyələnən  Acarinina acarinata, Globi-



gerina tumbeli, Caucasina schischkinskaya olicaenica 

zonaları ilk dəfə tədqiqatlarla ayrılmışdır. 

Tədqiq etdiyimiz vilayətdə paleogen çökün-

tüləri aşağıdan yuxarıya paleosen, eosen və oliqosen 

şöbələrinə  və dörd yerli stratiqrafik vahidlərə bö-

lünür. Bunlar aşağıdakılardır: 1. İlxıdağ lay dəstəsi. 

2. Sumqayıt lay dəstəsi. 3. Qovundağ qatı. 4. May-

kop seriyasi. 



Aparılan tədqiqat işlərı. Paleosen. Bu 

çöküntülər alt və üst yarımşöbələrə bölünür. Alt 

yarımşöbə danimarka, üst yarımşöbə zeland, tanet 

mərtəbələrinə bölünür. İlxıdağ lay dəstəsi danimar-

ka, Sumqayıt lay dəstəsi isə zeland və tanet mərtə-

bəsinə aiddir. 

Paleogen çöküntüləri ayrı-ayrı regionlarda 

özünəməxsus fauna ilə  səciyyələnir. Mərkəzi 

Qobustan  –  Qərbi Abşeronun paleogen çöküntülə-

rinin və qonşu əraziinin – Şimali Qafqazın paleogen 

çöküntülərinin paleogen bölgü sxemi də müəyyən 

dərəcədə fərqlidir. Tərtib edilmiş zonal sxem Şimali 

Qafqazın paleogen çöküntülərinin zonal bölgüsü ilə 

müqayisə edilmişdir. 




CƏNUB-ŞƏRQİ QAFQAZIN MƏRKƏZİ QOBUSTAN-QƏRBİ ABŞERON............. 

XƏBƏRLƏR 

 YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ  НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS  THE SCIENCES OF EARTH

 

23

 



H.Ə.Allahverdiyeva 

XƏBƏRLƏR 

 YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ  НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS  THE SCIENCES OF EARTH

 

24 

Alt paleosen. Danimarka mərtəbəsi çökün-

tüləri aşağıdan yuxarıya 2 zonaya –  Globoconusa 



daubyergensis  və  Acarinina inconstans zonalarına 

bölünür. 



Globoconusa daubyergensis çöküntüləri Xil-

mili və Yunusdağ  kəsilişlərində yaşıl-boz rəngli 

gillər və qumdaşıların növbələşməsindən ibarətdir. 

Bu zonada növ-indeksdən  əlavə  aşağıdakı növlər 

aşkar edilmişdir:  Eponides trumpyi, Heterohelix 

irregularis, H. crinita, H. midwayensis, H. con-

cinna, Globigerina pseudobulloides, G. trilocu-

linoides, G. moskvini, G. fringa, Bolivina subin-

crassata, Globorotalia compressa, Globoconuusa 

daubjergensis, Anomalina danica, Cibicides perlu-

cidus. Qalınlığı 

– 30 m. 


Acarinina inconstans zonası Xilmilli və 

Yunusdağ  kəsilişlərində boz çalarlı mergelli gillər, 

mergellər və lövhəli qumdaşılar ilə  təmsil edilmiş-

dir. Bu zonada aşağıdakı növlər aşkar edilmişdir: 

növ-indeks, Acarinina inconstans, A. indolensis, A. 

trifida, A. spirialis, Globorotalia qlobosa, G. azer-

baidjanica, G. compressa, Globigerina moskvini, G. 

triloculinoides, G. trivialis, G. quadrata, G. 

pseudobulloides, G. trifola, G. taurica, Heterohelix 

midwayensis, H. irregularis, H. pumilia, H. crinita, 

Eponides trumpyi, Cibicides spiropunctatus etc. 

Qalınlığı –76 m. 

Şimali Qafqazda Globoconusa daubyergensis 

zonası Globigerina taurica, G.triloculinoides zona-

larına, Acarinina schashdaqica zonası isə Acarinina 

inconstans zonasına uyğundur (Крашенинников, 

Музылов, 1975). 

Üst paleosen. Zeland mərtəbəsində  Globoro-

talia angulata zonası ayrılır. Globorotalia angulata 

zonasının çöküntüləri Yunusdağ  kəsilişində yayıl-

mışdır. Bu çöküntülər nazik laylı  bərk incədənəli 

qumdaşı araqatları olan boz, tünd-boz, qəhvəyi ça-

larlı gillərlə təmsil edilmişlər. 

Foraminiferlərdən  Globorotalia angulata, G. 



chapmani, G. pseudomenardi, G. pileata, G. 

triloculinoides, G. moskvini, Acarinina uncinata, 

Cibicides praecursorius, Glomospira charoides, 

Hormosina ovulum etc. daxil olan Globorotalia 

angulata zonasının zəngin kompleksi yayılmışdır. 

Qalınlığı – 40 m. 

Qeyd etməliyik ki, zeland mərtəbəsi Alt Sum-

qayıtın üst hissəsinə uyğun gəlir. 

Şimali Qafqazda zeland mərtəbəsinə  (Glo-



borotalia angulata zonası (s.l.)) M.angulata, G. 

conicotruncata zonaları uyğun gəlir. 

Tanet mərtəbəsini Üst Sumqayıt çöküntüləri 

təşkil edir və bizim tədqiqatlara görə, bu regionda 

tanet mərtəbəsi aşağıdan yuxarıya  Acarinina sub-



sphaerica və Acarinina acarinata zonalarına ayrılır. 

Acarinina subsphaerica zonası  Qərbi Abşe-

ronda Qoturdağ  kəsilişində ayrılır və litoloji cə-

hətdən boz, yaşıl-boz gillər və mergellərin növbə-

ləşməsindən ibarətdir. Qalınlığı – 45 m. 

Bu çöküntülərdə Acarinina subsphaerica, Glo-

bigerina nana, G. triloculinoides, Acarinina acari-

nata, Trochamminoides irregularis təyin edilmişdir. 

Acarinina acarinata zonası Xilmilli, Yunus-

dağ, Qoturdağ, Pirəköşkül kəsilişlərində qeyd edilir. 

Bu zonanın çöküntüləri tünd-qırmızı, qonur, tünd-

yaşıl, yaşılımtıl-boz rəngli gillərin növbələşməsin-

dən ibarətdir. Bu zonada Globigerina triloculinoides, 

G. eocaenica, G. quadritriloculinoides, G. nana, G. 

compressaformis, G. velascoensis, Globorotalia chap-

mani, G. occlusa, Acarinina intermedia, Ac. primitiva, 

Ac. acarinata, Glomospira corona etc. yayılmışdır. 

Qalınlıq 10–100 m arasında dəyişir. 

Mərkəzi Qobustan –  Qərbi Abşeron vilayə-

tində bu zonanın çöküntüləri ilk dəfə bizim təd-

qiqatlarla ayrılmışdır. 

Şimali Qafqazda tanet mərtəbəsində aşağıdan 

yuxarıya Acarinina dyanensis, Ac. subsphaerica və 

Ac. acarinata zonaları ayrılır. 

Eosen.  Cənub-Şərqi Qafqazda eosenə Qovun-

dağ lay dəstəsi aiddir. Bu lay dəstəsi çöl şəraitində 

rənginə görə bir-birindən çox aydın fərqlənən alt, 

orta və üst horizontlara bölünür. 

Alt eosen çöküntüləri ipr mərtəbəsi həcmində 

ayrılaraq aşağıdan yuxarıya 3 mikrofauna zonasına 

bölünür:  Globorotalia subbotinae, Globorotalia 

marginodentata və Globorotalia aragonensis. 

Globorotalia subbotinae zonasının çöküntü-

ləri Xilmilli, Yunusdağ, Qoturdağ, Pirəköşkül kəsi-

lişlərində nadir qumdaşı araqatları olan naziklövhəli 

boz gillərin növbələşməsi ilə  təmsil edilmişdir. Bu 

çöküntülərdə  Anomalina ex. gr. affinis,  Globo-

rotalia subbotinae, Bolivina aduncosutura longa, 

Acarinina interposita, Globigerina triloculinoides 

etc. G. aff marginodentata, G. perclara, Acarinina 

soldadoensis, Anomalina affinis, Glomospira coro-

na etc. yayılmışdır. Qalınlğı –125 m. 

Globorotalia marginodentata zonası Yunus-

dağ, Qoturdağ  və Pirəköşkül kəsilişlərində boz

yaşıl-boz, qəhvəyimtıl-qonur gillərin növbələşməsi 

ilə təmsil edilmişdir. Bu çöküntülərdə Globorotalia 



marginodentata, Globigerina triloculinoides, G. 

eocaenica, G. pseudoeocaena, Glomospira charoi-

des və byayılmışdır. Qalınlığı –50 m. 

Globorotalia aragonensis zonasının çökün-

tüləri ilk dəfə olaraq Qoturdağ Pirəköşkül, Qışlaq, 

Göytəpə  və Yunusdağ, Cəngi kəsilişlərində müəy-

yən edilmişdir. Bu çöküntülərdə  Globorotalia 




CƏNUB-ŞƏRQİ QAFQAZIN MƏRKƏZİ QOBUSTAN-QƏRBİ ABŞERON............. 

XƏBƏRLƏR 

 YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ  НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS  THE SCIENCES OF EARTH

 

25



aragonensis, G. caucasica, Globigerina posttriloculi-

noides, G. triloculinoides, Hastigerina micra, Nuttal-

loides trumpyi, Glomospira charoides, Acarinina 

pentacamerata aşkar edilmişdir. Qalınlığı – 40 m. 

Şimali Qafqazda ipr çöküntüləri aşağıdan 

yuxarıya  Gl. subbotinae, Gl. marginodentata,  Glo-

borotalia lensiformis-li qatlar və  Gl. aragonensis 

zonasına ayrılır. 

Orta eosen. Lütet və barton mərtəbələri. 

Yerli bölgüyə görə, alt qovundağa ipr, lütet 

mərtəbələri; orta qovundağa barton mərtəbəsı; üst 

qovundağa priabon mərtəbəsi aid edilir. 

Biz bu rayonun lütet mərtəbəsində Acarinina 

bullbrooki,  Acarinina rotundimarginata, Hantke-

nina alabamensis zonalarını ayrırıq.  Acarinina 

bullbrooki  zonasının çöküntüləri Xilmilli, Cəngi, 

Qışlaq, Yunusdağ, Pirəköşkül, Göytəpə  kəsilişlərində 

kobuddənəlı boz qumdaşıları ilə boz, yaşıl-boz gillərin 

növbələşməsindən ibarətdir və alt eosen çöküntüləri 

üzərində uyğun, Xilmilli kəsilişində isə alt zonanın 

üzərində transqressiv yatır. Bu çöküntülərdə fora-

miniferlərdən  Acarinina bullbrooki, Anomalina 

simplex, Globigerina eocaenica, Asterigerina barto-

niana, Globorotalia caucasica, Globigerina trilocu-

linoides, Globorotalia pseudoscitula, Nutalloides 

trumpyi etc. rast gəlir. Qalınlığı – 20 m. 

Acarinina rotundimarginata zonası  Qışlaq, 

Pirəköşkül, Qovundağ, Göytəpə  kəsilişlərində 

gillərin üstünlük təşkil etdiyi boz gillərlə, qəhvəyi-

qonur qumdaşıların növbələşməsi ilə təmsil edilmiş-

dir. Bu çöküntülərdə  Acarinina rotundimarginata, 

Globigerina eocaenica, G. frontosa, Hastigerina 

micra, Acarinina rotundimarginata, G. triloculi-

noides yayılmışdır. Qalınlığı –30 m. 

Hantkenina alabamensis zonası Göytəpə  və 

Pirəköşkül kəsilişlərində stratiqrafik vəziyyətinə 

görə lütet mərtəbəsinin üst hissəsində faunasız boz 

gillərdə şərti olaraq qeyd olunur. Qalınlığı 10 –60 m 

arasında dəyişir. 

Şimali Qafqazda lütet çöküntüləri aşağıdan 

yuxarıya  Ac. bllbrooki, Ac. rotundimarginata  və 

Hantkenina alabamensis zonalarına ayrılır. 

Barton mərtəbəsi çöküntülərində Globigerina 



turkmenica  zonası ayrılır.  Globigerina turkmenica 

zonası Xilmilli, Cəngi, Sumqayıtçay, Pirəköşkül, 

Göytəpə, Yunusdağ, Qovundağ  kəsilişlərində inki-

şaf etmişdir. Xilmilli, Cəngi kəsilişlərində bu zo-

nanın çöküntüləri alt zonanın çöküntüləri üzərində 

transqressiv yatır. Bu çöküntülərdə  Globigerina 



turkmenica, G. praebulloides, Bolivina budensis, 

Hastigerina micra, Globigerina ouachitaensis, Non-

ion agderensis, Cibicides ungerianus etc. yayıl-

mışdır. Qalınlığı 10 –30 m arasında dəyişir. 

Şimali Qafqazdada barton mərtəbəsində Glo-

bigerina turkmenica zonası ayrılır. Kum horizontu-

nu  əhatə edərək külli miqdarda balıq qalığı olan 

mergellərdən ibarətdir. Qalınlığı ~ 40 m. 

Üst eosen. Priabon mərtəbəsi. 

Priabon mərtəbəsi çöküntülərində  Globige-

rina corpulenta və Gl. officinalis zonalarını ayırırıq. 

Globigerina corpulenta zonasının çöküntüləri 

Xilmilli, Cəngi, Qışlaq, Pirəköşkül, Nağdəli, Göy-

təpə,Yunusdağ, Qovundağ, Sumqayıtçay kəsilişlə-

rində qumdaşı araqatları olan tünd-boz gillərlə 

təmsil edilmişdir. Bu çöküntülərdə Globigerina 

corpulenta, Globigerapsis index, G. ouachitaensis, 

Bolivina caucasensis, Nonion rotulum etc. Globi-

gerina praebulloides, Anomalina hantkeni, A. gra-

nosa, Cibicides perlucidus, Globigerina eocaenica, 

G. inflata etc aşkar edilmişdir. Qalınlığı – 60 m. 

Globigerina officinalis zonası Xilmilli, Qış-

laq, Cəngi, Qovundağ, Sumqayıtçay, Nağdəli, 

Göytəpə, Yunusdağ  kəsilişlərində inkişaf etmişdir. 

Bu çöküntülərdə növ-indeks Globigerina officinalis, 



Globigerina praebulloides, G. ouachitaensis, Boli-

vina tuberna gradata, Nonion curviseptum, Pullenia 

bulloides, Glomospira charoides etc.  Cibicides ex. 

gr. lobatulus, G. eocaena, Eponides praeumbona-

tus, Hastigerina micra, Bolivina antegressa etc. və 

s. qeyd edilmişdir. Qalınlığı – 48 m. 

Şimali Qafqazda priabon mərtəbəsində 

Globigerina tropicalis zonası və iri Globigerina-lar 

ayrılır. 



Oliqosen. Oliqosen çöküntüləri maykop çö-

küntülərinin alt hissəsini təşkil edir, alt və üst oli-

qosenə bölünür. Alt oliqosenə rupel mərtəbəsi, üst 

oliqosenə xat mərtəbəsi uyğun gəlir. 

Alt oliqosen çöküntüləri alt maykop lay 

dəstəsinə aid edilir. 

Rupel mərtəbəsi Globigerina tumbeli  və 

Caucasina schischkinskaya zonalarını  əhatə edir. 

Globigerina tumbeli zonası ilk dəfə Kiçik Qafqazın 

şimali-şərq  ətəklərində C.M.Xəlilov tərəfindən bö-

lünmüşdür. Bu zonaları ilk dəfə mərkəzi Qobustan – 

Qərbi Abşeronda  Ə.Ə.Əlizadə, L.C.Məmmədova, 

R.O.Qoşqarlı yalnız stratiqrafik vəziyyətinə görə 

ayrılmışlar. Bizim tədqiqatlar nəticəsində  isə bu 

zonaları ayırmağa imkan verən fauna kompleksi və 

zonal növ müəyyən edilmişdir. 



Globigerina tumbeli zonası  rupel mərtəbəsi-

nin alt hissəsini əhatə edir. Bu zonanın çöküntüləri 

Xilmilli, Qışlaq, Cəngi, Pirəköşkül, Nağdəli, Göy-

təpə, Yunusdağ, Qovundağ, Sumqayıtçay kəsiliş-

lərində boz, lövhəvarı gillərdə aşkar edilmişdir. Bu 

gillərdə  Globigerina postcretacea, G. pseudoedita, 



Cibicides perlucidus, Globigerina praebulloides, 


H.Ə.Allahverdiyeva 

XƏBƏRLƏR 

 YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ  НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS  THE SCIENCES OF EARTH

 

26 



Virgulina conspigua, Quinqueloculina brauni etc. 

Glomospira charoides, Ammodiscus incertus, 

Ammosphaeroidina caucasica, Nonion pseudomart-

kobi, Bolivina dentalata, Nodosaria inexculta, N. 

capitata inkişaf etmişdir. Qalınlığı – 90 m. 

Caucasina schischkinskaya oligocaenica zo-

nası rupel mərtəbəsinin üst hissəsini  əhatə edir. 

Nağdəli, Göytəpə  kəsilişlərində boz, tünd-boz gil-

lərlə  təmsil edilərək, üstdən faunasız boz gillərdən 

ibarət xat mərtəbəsi ilə örtülmüşdür. 

Caucasina schischkinskaya zonasında  Globi-

gerina praebulloides, Heterohelix pseudostriata, H. 

gracillima, Bolivina elongata, Uvigerinella ex. gr. 

californica, Caucasina schischkinskaya, Cibicides 

stavropolensis, Lagena gracillima, Nodosaria ak-

tillea, Plectofrondicularia paucicostata, Siphonodo-

saria subspinosa, Bulimina macilenta, Lenticulina 

gerlachi, etc. yayılmışdır. Bu kəsilişdə rupel mər-

təbəsinin üstündə xat mərtəbəsi qeyd olunur. 

Qalınlıq 0 –180 m arasında dəyişir. 

Şimali Qafqazda alt oliqosenə (~1500 m) 

xadum horizontu aid edilir. 

Xat mərtəbəsi alt maykopun üst hissəsinə 

uyğun gəlir. Bu mərtəbədə foraminiferlər demək 

olar ki, rast gəlmir. Buna görə  də bu rayonda xat 

mərtəbəsində zonalar ayırmaq mümkün olmamışdır. 

Göytəpə, Nağdəli kəsilişlərində rupel mərtəbəsinin 

üstündə yatan faunasız gilləri  şərti olaraq xat 

mərtəbəsinə aid edirik. 

Şimali Qafqazda üst oliqosenə  Batalpaşi  lay 

dəstəsi aid edilir (Белуженко, 2010). 



Nəticə. Beləliklə, aparılan tədqiqatlar 

nəticəsində  Mərkəzi Qobustan – Qərbi Abşeron 

rayonunun paleogen çöküntülərində 3 yeni zona 

müəyyən edilmiş və yeni zonal bölgü verilmişdir 

(cədvəl). 

 

Mərkəzi Qobustan – Qərbi Abşeron zonal bölgü sxeminin Şimali Qafqaz 



çöküntülərinin eyniadlı sxemləri ilə korrelyasiyası 

 

Sistem



 

Lay d


əst

əsi 


Ş

öb

ə 



Y/

şöb


ə 

M

ərt



əb

ə 

 



Qərbi Abşeron – Qobustan 

Allahverdiyeva H.Ə. 

(Бабаев, Аллахвердиева, 1997) 

Şimali Qafqaz 

(Крашенинников, Музылов, 1975

*

 



Белуженко, 2010

**



Üst

 

Xat



 

 

 

Batalpaşi lay dəstəsi 



Caucasina schisckinskaya 

M a y k o p 

O l i q o s e n

 

Alt



 

Rupel


 

Globogerina tumbeli 

Xadum horizontu 

Globigerina officinalis 

Globigerapsis tropicalis və iri Globogerina-lar

Üst


 

Priabon


 

Globigerina corpulenta 

 

Barton


 

Globigerina turkmenica 

Globigerina turkmenica 

Hantkenina alabamensis ? 

Acarinina rotundimarginata 

Orta


 

Lütet


 

Acarinina bullbrooki 

Hantkenina alabamensis Ac.rotundimarginata 

Ac.bullbrooki 

Globorotolia aragonensis 

G. marginondetata 

Q o v u n d a 

ğ 

E o s e n



 

Alt


 

İpr


 

G. subbotinae 

Globorotalia aragonensis Gl.lensiformis-li qat-

lar G.marginodentata 



G.subbotinae 

Acarinina acarinata 

Tanet


 

Acarinina subsphaerica 

Acarinina acarinata 

Acarinina subshaerica 

Acarinina djanensis 

S u m q a y 

ı t  

Üst


 

Zeland 


Globorotalia angulata 

G.conicotruncata 

M.angulata 

Acarinina incontans 

P a l e o g e n 

 

İlx


ıda

ğ 

P a l e o s e n



 

Alt


 

Danimarka

 

Globoconusa daubjergensis 

Acarinina schadagica 

Globorotalia triloculinoides  

G.taurica 

 

*



 Paleosen-Eosen – Kraşeninnikova, Мuzılova görə. 

**

 Oliqosen – Belujenkoya görə. 




CƏNUB-ŞƏRQİ QAFQAZIN MƏRKƏZİ QOBUSTAN-QƏRBİ ABŞERON............. 

XƏBƏRLƏR 

 YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ  НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS  THE SCIENCES OF EARTH

 

27

Bütün bunları  nəzərə alaraq aşağıdakı  nəti-

cəyə gəlmək olar. Mərkəzi Qobustan – Qərbi Abşe-

ron vilayətinin paleogen çöküntülərində 10 kəsiliş 

öyrənilmiş və 16 zona ayrılmışdır. Onlardan 3 zona 

yeni müəyyən edilmiş  və bu məlumatlar  əsasında 

yeni zonal bölgü verilmişdir. Kəsiliş üzrə zonaların 

komplekslərinin tərkibi və onlardakı  dəyişikliklər 

dəqiq şərh edilmişdir. Yeni zonal bölgü Şimali Qaf-

qaz paleogen çöküntülərinin zonal sxemi ilə müqa-

yisə edilmişdir. 



 

ƏDƏBİYYAT 

  

BAĞMANOV, M.A. 2005. Cənub-Şərqi Qafqazın Sumqayıt və 



Koun lay dəstələrinin mərtəbə bölgüsü. AMEA,  Xəbərlər, 

Yer elmləri. 3, 21- 23.  

АЛИЗАДЕ,  А.  А.,  АЛИЗАДЕ,  К.А.,  АЛИЮЛЛА,  Х, 

БАБАЕВ,  Ш.А. 1989. Региональная  стратиграфическая 

схема палеогена Азербайджана. Елм. Баку. 312с. 

БАБАЕВ,  Ш.А.,  АЛЛАХВЕРДИЕВА,  Х.А. 1997. О  зональ-

ной стратиграфии палеогеновых отложений юго-восточ-

ного Гобустана. В материалах научной конференции, по-

священной  памяти  академика  А.А.Ализаде:  Генерация, 



миграция и аккумуляция углеводородов. Баку. 61-62.  

БЕЛУЖЕНКО,  Е.В. 2010. Стратиграфия  олигоцен-нижне-

миоценовых 

(майкопских) 

отложений 

Северо-


Западного Кавказа. МОИП, отд. геол. 85, 4, 35-46. 

КРАШЕНИННИКОВ,  В.А.,  МУЗЫЛОВ,  Н.Г. 1975. Соот-

ношение  зональных  шкал  по  планктонным  форамини-

ферам,  нанопланктону  в  разрезах  палеогена  Северного 

Кавказа.  В  кн.:  Вопросы  микропалеонтологии.  Палео-

биография  и  палеоэкология  фораминифер.  Наука,  Мо-

сква, 18, 212-224. 

ХАЛИЛОВ, Д.М. 1962. Микрофауна и стратиграфия палео-

геновых отложений Азербайджана. Ч. I. Баку. 322 с. 

ХАЛИЛОВ, Д.М. 1967. Микрофауна и стратиграфия палео-

геновых отложений Азербайджана. Ч. II. Баку. 286 с.  

ХАЛИЛОВ, Д.М., МАМЕДОВА, Л.Д. 1984. Зональное под-

разделение палеогеновых отложений Азербайджана. Элм. 

Баку. 232 с.

  

 



 

  

 Məqaləyə y.e.f.d. E.Z.Atayeva rəy vermişdir. 



 

Yüklə 78,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə