Microsoft Word Journal 20 Design doc



Yüklə 247,2 Kb.
Pdf görüntüsü
tarix03.08.2018
ölçüsü247,2 Kb.
#60611
növüXülasə


 

Journal of Qafqaz University   

 

56 



 

 

 

MİR MEHDİ XƏZANİNİN “KİTABİ‐TARİXİ‐QARABAĞ” ƏSƏRİNİN 

ÖYRƏNİLMƏSİ  VƏ TƏDQİQİ TARİXİNDƏN 

Samir HƏSƏNOV 

Lənkəran Dövlət Universiteti 

Lənkəran / AZƏRBAYCAN 

sami_hasan@mynet.com 

XÜLASƏ 

XIX  əsr  Azərbaycan  tarixşünaslığı  üçün  böyük  əhəmiyyət  kəsb  edən  mənbələrdən  biri  Mir  Mehdi 

Xəzaninin “Kitabi‐Tarixi‐Qarabağ” əsəridir. Aktual bir problem olan Qarabağ məsələsində erməni tarixçiləri‐

nin  iddialarını  puça  çıxartmaq  üçün  Mir  Mehdi  Xəzaninin  “Kitabi‐Tarixi‐Qarabağ”  əsərinin  araşdırılması 

əhəmiyyətlidir. Bunları nəzərə alaraq əsərə müraciət etməyi özümüzə borc bildik. 

Məqalədə  Mir  Mehdi  Xəzaninin    “Kitabi‐Tarixi‐Qarabağ”  əsərinin  tədqiqi  tarixindən    söhbət  açılır.  Sadə 

Azərbaycan  dilində  yazılmış  “Kitabi  –Tarixi‐Qarabağ”  əsəri  sadəcə  Qarabağın  deyil,  ümumilikdə  Azərbay‐

canın  xanlıqlar  dövrü  üçün  mühüm  bir  mənbədir.  Bundan  əlavə  “Kitabi  –Tarixi‐Qarabağ”  əsərində  elə  ma‐

raqlı məlumatlar və faktlar var ki , digər “Qarabağnamələr”də buna təsadüf olunmur . Ən əsası isə bu əsərdə  

erməni tarixçilərin iddialarının əsassız olduğunu sübut edəcək dəlillər çoxdur. 



Açar sözlər: Mir Mehdi Xəzani, Qarabağ, erməni iddiaları, tarixi həqiqətlər.  

FROM THE HISTORY OF RESEARCH OF  

“KİTABİ‐TARİXİ‐QARABAĞ” BY MIR MEHDI KHAZANI 

ABSTRACT 

One of the significant references (sources) for 19th century Azerbaijan history is “Kitabi‐Tarixi‐Qarabağ” 

(“The  book  of  history  of  Karabakh”)  by  Mir  Mehdi  Khazani.  It  is  important  to  do  research  on  this  book  in 

order  to  disprove  the  false  claims  of  the  armenian  historians  about  the  current  Karabakh  problem. 

Considering these we thought the research of the book as a duty. 

This article is about the history of research of “The book of history of Karabakh” by Mir Mehdi Khazani. 

This  work  is  written  in  pure  azerbaijanin  and  is  an  important  source  for  the  khans  period    of  not  only 

Karabakh  region  but  also  the  whole  county  Azerbaijan.  Furthermore,  there  are  some  interesting  points  and 

facts in “The book of history of Karabakh” which are not mentioned in any other “Karabakhnama” (books of 

the history of Karabakh). The most important aspect of the book is that, it includes many points disproving 

the false claims of armenian historians.    

Key words: Mir Mehdi Khazani, Karabakh, the false armenian claims, historical truths. 

 

 



 

Tarixi tədqiqatın əsasını təşkil edən mən‐

bələrin öyrənilməsi tarixçilərin qarşısında 

duran  zəruri  bir  vəzifədir.  Mənbələrdə 

olan  məlumat  müəyyən  dövrün  ictimai  – 

iqtisadi, siyasi və mədəni həyatı ilə əlaqəli 

surətdə,  başqa  mənbə  və  faktlarla  müqa‐

yisəli şəkildə araşdırılmalıdır, çünki “Mən‐

bəşünaslıq tarixi  mənbələr, onların aşkar 



Mir Mehdi Xəzaninin “Kitabi‐Tarixi‐Qarabağ” Əsərinin Öyrənilməsi və Tədqiqi Tarixindən  

Number 20, 2007    

57

olunması,  öyrənilməsi  və  tarixçinin  əsə‐

rində istifadə edilməsi haqqında elmdir”.

1

   



Azərbaycanın XVIII‐XIX əsrlər tarixini təd‐

qiq etmək üçün çoxlu mənbələr vardır.Bu 

mənbələr içərisində böyük əhəmiyyət kəsb 

edən  əsərlərdən  biri  Mir  Mehdi  Xəzani‐

nin “Kitabi‐Tarixi‐Qarabağ” əsəridir. Əsə‐

rin  adı  zahirən  onun  ancaq  Qarabağ  tari‐

xinə  aid  olduğu  təsəvvürünü  verirsə  də, 

həqiqətdə  bu  əsəri  belə  məhdud  hesab 

etmək səhv olardı. Qeyd etdiyimiz əsərdə 

Qarabağ ilə əlaqədar Zaqafqaziyanın bəzi 

hissələrinin, o cümlədən Gürcüstan, İrəvan, 

Şəki, Gəncə, Naxçıvan və Car – Balakənin 

tarixinə  aid  çoxlu  qiymətli  məlumat 

vardır. Birinci və İkinci Rus – İran müha‐

ribələrini  və  Zaqafqaziyanın,  o  cümlədən 

Azərbaycanın Rusiya tərəfindən işğalı ta‐

rixini  öyrənmək  nöqteyi  nəzərindən,  di‐

gər  “Qarabağnamə”lər  kimi,  Xəzaninin 

əsəri  də  müəyyən  qiymətə  malikdir.  Gü‐

nümüzün  ən  aktual  məsələlərindən  biri 

olan  Qarabağ  məsələsində  tarixçilərimizə 

erməni  iddialarının  əssasız  olduğunu  sü‐

büta  yetirmək  üçün  böyük  əhəmiyyət 

kəsb  edən  “Kitabi‐Tarixi‐Qarabağ”  əsəri 

müstəqil bir tədqiqat obyekti kimi tədqiq 

edilməmişdir. 

Mir  Mehdi  Xəzaninin  “Kitabi‐Tarixi‐

Qarabağ”  əsərini  ilk  dəfə  tədqiq  edən 

Həsən  İmanovdur.  Azərbaycan  tarixşü‐

naslığına  həsr  olunmuş  bir  məqaləsində 

H.İmanov  Xəzaninin  öz  əsərini  Mirzə 

Adıgözəlbəy  və  Mirzə  Camalın  “Qara‐

bağnamə”lərindən köçürüb yazdığını bil‐

dirir  və  əsərin  əhəmiyyətsiz  olduğunu 

qeyd  edir.

H.İmanov  bu  üç  əsəri  mü‐



                                                           

1

   Источниковедение .Теоретические и 



методические проблемы, Москва 1969.  səh 14. 

2

   Г.Иманов “Вопросы историографии Азербай‐



джана”. “Наука в АССР за 15 лет”. Баку 1936. 

səh. 161 

qayisəli sürətdə gözdən keçirmədiyindən, 

ancaq Xəzaninin müqəddiməsindəki qey‐

də  və  hadisələrin  oxşarlığına  görə  belə 

yanlış bir qərara gəlmişdir.  

Məşhur  rus  tarixçisi  və  tədqiqatçısı  V.N. 

Leviatov da Xəzaninin əsərindən bir mən‐

bə kimi istifadə etmiş,

 lakin Azərbaycan 



dilində  yazılmış  “Kitabi‐Tarixi‐Qarabağ” 

əsərini  düzgün  təhlil  edə  bilməmişdir. 

Buna  baxmayaraq  Leviatov  1948‐ci  ildə 

çap etdirdiyi “Очерки из истории Азер‐

байджана в XVIII веке” adlı əsərində Mir 

Mehdi Xəzaninin “Kitabi‐Tarixi‐Qarabağ” 

əsərinə tez‐tez müraciət etmiş, Qarabağın 

təsərrüfat  həyatı

və  Şuşa  qalasının  salın‐



ması

haqqında  verdiyi  məlumatlarını 



Xəzaninin  tarixindən  istifadə  edərək  yaz‐

mışdır.  

V.N.  Leviatov  Mirzə  Adıgözəlbəyin 

“Qarabağnamə”sinə  müqəddimə  yazar‐

kən  Xəzaninin  tarixindən  bəhs  edərək 

yazır:  “Mirzə  Adıgözəlbəydən  sonra  Qa‐

rabağın  tarixini  yazan  Mir  Mehdi  Xəzani 

əsərinin  birinci  fəslini  Qarabağın  coğra‐

fiyasının  və  sərhədlərinin  təsvirinə  həsr 

etmiş,  bununla  da  Mirzə  Adıgözəlbəyin 

əsərində  qalmış  boşluğu  qismən  də  olsa 

doldurmuşdur.

Leviatov  Mirzə  Adgözəl‐



bəydən  sonra  Qarabağın  tarixinin  Mir 

Mehdi Xəzani tərəfindən yazıldığını qeyd 

edir.  Bu  iddia  da  yanlışdır.  Çünki,  Mirzə 

Adıgözəlbəydən  sonra  Qarabağ  tarixini 

yazan  Mirzə  Camal,  Qarabağ  coğrafiya‐

sına  aid  ilk  məlumat  da  vermişdir.  Mir 

Mehdi  Xəzani  isə  Mirzə  Camalın  izi  ilə 

                                                           

3

   В.Н.Левиатов .  “Очерки из истории Азербай‐



джана в XVIII веке” Баку 1948. səh 8. 

4

   Yenə orada. səh. 8 



5

   Yenə orada. səh. 127. 

6

   V.N.Leviatov. Müqəddimə. (bax. Mirzə 



Adıgözəlbəy. “Qarabağnamə”). “Qarabağnamə‐

lər”. Birinci kitab. Bakı 1989. səh 27. 




Samir Həsənov 

 

Journal of Qafqaz University   

 

58 

getmişdir.  Xəzaninin  əsəri  bəzi  nüsxələr‐

də  “Asarül‐Camal”  adı  daşıyır  ki,  bu  da 

onun  daha  çox  Mirzə  Camal  təsirində 

yazdığına  dəlildir.

Təsadüfi  deyil  ki,  Mir 



Mehdi  Xəzani  öz  əsərinin  ilk  variantını 

“Asarül‐Camal”  adlandırmışdır

və  əsə‐


rin  adında  olduğu  kimi  məzmunu  və  fə‐

silləri də Mirzə Camalın əsərinə bənzəyir. 

V.N.  Leviatovdan  sonra  üzün  müddət 

AMEA  Əlyazmalar  institutunun  fondun‐

da  olan  “Kitabi‐Tarixi‐Qarabağ”  əsərinin 

əlyazmalarından isifadə edən olmamışdır. 

Həm  Azərbaycan,  həm  də  xarici  ölkə  ta‐

rixçiləri Azərbaycanın xanlıqlar dövrü ta‐

rixinə  müracit  edərkən  daha  çox  Mirzə 

Adıgözəlbəyin  və  Mirzə  Camal  Cavanşi‐

rin  “Qarabağnamə”lərindən  istifadə  et‐

mişlər.  

Fikrimizcə, bunun əsas iki səbəbi ola bilər. 

Birincisi,  uzun  müddət  tarixçilər  “Kitabi‐

Tarixi‐  Qarabağ”  əsərinin  Mirzə  Adıgö‐

zəlbəyin  və  Mirzə  Camalın  əsəri  ilə  eyni 

olduğunu  düşünmüş,  onların  arasındakı 

fərqli  cəhətlərin  ola  biləcəyini  düşünmə‐

yərək bu əsərə müraciət etməmişlər.  

İkincisi  isə  əsər  üzün  müddət  çap  olun‐

madığından  əlyazmalar  şəklində  qalmış‐

dır  və  tarixçilərin  bəlkə  də  bu  əsərin 

varlığından belə xəbərləri olmamışdır. 

Lakin,  Mir  Mehdi  Xəzaninin  “Kitabi‐

Tarixi‐Qarabağ”  əsərinə  ilk  dəfə  düzgün 

qiymət verən tarixşünas alim Əli Hüseyn‐

zadə olmuşdur. Ə.Hüseynzadə 1967‐ci il‐

də çap etdirdiyi “XIX əsrin ikinci yarısın‐

da  Azərbaycan  tarixşünaslığı”  adlı  kita‐

bında  Mir  Mehdi  Xəzaninin  həyatı  və 

tarixi  əsəri  olan  “Kitabi‐Tarixi  ‐Qarabağ” 

                                                           

7

   Əli Hüseynzadə. “XIX əsrin ikinci yarısında 



Azərbaycan tarixşünaslığı”. Bakı 1967.  səh. 117. 

8

   Bax: AMEA Əlyazmalar institutu. Inventar B‐



2331 şifrəli nüsxə. 

haqqında  geniş  məlumat  vermişdir.

9   

Bu 


kitabda  Ə.Hüseynzadə  Həsən  İmanovun 

və  Leviatovun  yanlış  fikirlərinə  aydınlıq 

gətirərək  yazır:  “Mir  Mehdi  Xəzaninin 

əsərini  ondan  əvvəl  yazmış  Qarabağ  ta‐

rixçilərindən  Mirzə  Adıgözəlbəy,  Mirzə 

Camal  və  Mirzə  Yusif  Qarabağinin  əsər‐

ləri  ilə  müqayisəli  olaraq  araşdırdığımız 

üçün  bu  dörd  kitab  arasında  umümi  bir 

yaxınlıq olduğu kimi, bunları bir‐birindən 

ayıran xüsusi cəhətlərin də varlığını qeyd 

etməliyik”.

10 


Bundan əlavə Ə. Hüseyinza‐

də  ilk  dəfə  olaraq  Xəzaninin  “Kitabi‐Ta‐

rixi‐Qarabağ”  əsərinin  giriş,  müqəddimə 

və  24  fəslinin  qısa  izahını  verməyə  çalış‐

mışdır.

11  


Prof. Nazim Axundov “Kitabi‐Tarixi –Qa‐

rabağ”  əsərindən  daha  geniş  istifadə  et‐

mişdir.  N.Axundov  1989‐cu  ildə  nəşr  et‐

dirdiyi  “Qarabağ  salnamələri”  adlı  kita‐

bında  Qarabağ  xanlığı  haqqında  yazılmış 

yeddi  Qarabağnamədən  istifadə  edərək 

Qarabağ  xanlığının  təşəkkülü,  siyasi  tari‐

xi, iqtisadi –ictimai və mədəni həyatı haq‐

qında  geniş  məlumat  vermişdir.

12 


“Qara‐

bağ salnamələri” kitabının “Qarabağ xan‐

lığı barədə salnamələr və onların müəllif‐

ləri”  bölməsində  Mir  Mehdi  Xəzaninin 

həyatı və yaradıcılığı haqqında qısa məlu‐

mat  verən  və  “Kitabi  ‐  Tarixi  ‐  Qarabağ” 

əsərindən geniş istifadə edən N.Axundov 

əsər  haqqında  yazır:  “  Xəzaninin  “Qara‐

bağ tarixi” əsərinin əlyazma şəklində belə 

geniş yayılmasına səbəb onun sadə Azər‐

baycan dilində yazılmasıdır”.

13 


                                                           

9

   Əli Hüseynzadə. Göstərilən əsəri. səh. 113‐134. 



10

   yenə orada. səh 117. 

11

   yenə orada. səh 118‐ 128. 



12

   Nazim Axundov. .“Qarabağ salnamələri” . Bakı 

1989. səh. 17‐18. 

13

   “Qarabağnamələr”. İkinci kitab.(tərtib edən və 



çapa hazırlayan N.Axundov) Bakı 1991. səh. 94. 


Mir Mehdi Xəzaninin “Kitabi‐Tarixi‐Qarabağ” Əsərinin Öyrənilməsi və Tədqiqi Tarixindən  

Number 20, 2007    

59

Bu  istiqamətdə  N.Axundovun  gördüyü 

digər  bir  iş  “Kitabi‐Tarixi  ‐Qarabağ”  əsə‐

rinin  ilk  dəfə  çap  olunması  oldu.  N. 

Axundovun  tərtibi  ilə  elmi  heyət  tərəfin‐

dən  “Qarabağnamələr”  silsiləsindən  bi‐

rinci kitab 1989‐cu ildə nəşr olundu. Birin‐

ci  kitaba  Qarabağnamə  müəlliflərindən 

Mirzə  Adıgözəlbəyin,  Mirzə  Camal  Ca‐

vanşirin  və  Əhməd  bəy  Cavanşirin  əsər‐

ləri daxil edilmişdir. İkinci kitab isə 1991 –

ci ildə işıq üzü gördü. Bu kitabda isə XIX 

və XX əsr salnaməçiləri Mirzə Yusif Qara‐

bağinin,  Mir  Mehdi  Xəzaninin,  Rzaqulu 

bəy  Mirzə  Camal  oğlunun,  Mirzə  Rəhim 

Fənanın,  Baharlının,  Həsən  İxfa  Əlizadə‐

nin,  Həsənəli  Qaradağinin  Qarabağ 

haqqında  tarixi,  ədəbi‐bədii,  publisistik 

oçerkləri  toplanmışdır.  A.  Bakıxanovun 

“Gülüstani‐İrəm” əsərində Qarabağ xanlı‐

ğının  tarixi  və  onun  başqa  Azərbaycan 

xanlıqları  ilə  əlaqəsindən  bəhs  edən  be‐

şinci  fəsli  əlavə  olaraq  kitaba  daxil  edil‐

mişdir.  Bu  kitabın  nəşr  olunması  səbə‐

bindən  ilk  dəfə  olaraq  Mir  Mehdi  Xəza‐

ninin  “Kitabi‐Tarixi‐Qarabağ”əsərinin  B‐

518 şifrəli əlyazması çap olundu. Bu haq‐

da Nazim Axundov yazır: “Keyfiyyət eti‐

barilə  başqa  nüsxələrdən  fərqlənən  B‐518 

şifrəli  əlyazmanı  transliterasiya  üçün  eti‐

barlı  saydığımızdan  bu  əlyazmanı  çapa 

hazırlamağı  lazım  bildik.  Fikrimizcə,  bu 

nüsxədə  müəllif  tərəfindən  düzəlişlər 

aparılmış və redaktə olunmuşdur.”

14

 

Beləliklə,  “Kitabi‐Tarixi‐Qarabağ”  əsrinin 



tədqiqi  tarixinə  nəzər  saldıqda  görürük 

ki, əsər yetərincə tədqiq edilməmişdir. Bu 

əsərdə  Ermənistanın  Azərbaycana  qarşı 

əsassız  ərazi  iddiaları  və  bu  iddia  nəti‐

cəsində  üzləşdiyimiz  Qarabağ  proble‐

mində erməni iddialarının nə qədər əsas‐

                                                           

14

   yenə orada. səh. 94 



sız  olduğunu  sübut  edəcək  yüzlərlə  də‐

yərli  məlumat  vardır.  Erməni  tarixçiləri‐

nin  iddialarının  nə  qədər  əsassız  olduğu‐

nu sübut etmək üçün kiçik bir misal gös‐

tərmək yerinə düşərdi. Üzdəniraq erməni 

tarixçisi  Zori  Balayanın  “Ocaq”  adlı  kita‐

bında  onun  sadəcə  bir  cümləsində  olan 

iddialarına  Mir  Mehdi  Xəzaninin  dili  ilə 

cavab  verməyə  çalışaq.  Z.Balayan  kitabı‐

nın  42‐ci  səhifəsində  qeyd  edir:  “Erməni 

məlikləri arasındakı ixtilafdan yararlanan 

köçəri  qəbilənin  başçısı  Sarıcalı  Pənah 

XVIII  əsrin  II  yarısında  Qarabağa  soxu‐

laraq Şoş (Şuşa) qalasını öz iqamətgahına 

çevirmişdiʺ

15



İndi  isə  Z.  Balayanın  bircə  cümləsində 

olan  səhvləri  və  əsassız  iddaları  hesabla‐

yaraq bu qaranlıq iddialara “Kitabi‐Tarixi 

‐  Qarabağ”  əsərinin  nuru  ilə  aydınlıq  gə‐

tirək: 

1.  Pənahəli  məliklər  arasında  tam  anlaş‐



ma olmamasından deyil, Nadir şahın ölü‐

mündən (1747‐ci il) sonra şahlıq taxtı uğ‐

runda  gedən  mübarizədə  mərkəzi  haki‐

miyyətin zəifləməsindən bəhrələnmişdi.

16   

2. Balayan tərəfindən ʺköçəri”adlandırılan 

Pənahəli  bəyin  əcdadları  uzun  illər  nəsil‐

dən‐nəsilə  Qarabağda  yaşamış,  burada 

möhkəm mövqe sahibi olmuşlar”

17



3.  Pənahəli  bəy  Qarabağa  soxulmamışdı, 

Nadir şahın yanında qısa müddət xidmət 

edəndən  sonra  bu  vəzifəni  ləyaqətinə  sı‐

ğışdırmadığı  üçün  vətəninə  dönmüşdü

18



 



                                                           

15

   З.Балаян. ʺОчагʺ Изд. ʺСоветакан грохʺ, 



Ереван 1984. c.42 

16

   Qarabağnamələr. (tərtib edəni və çapa hazırla‐



yanı professor Nazim Axundov) II cild, Bakı 

1991, səh. 107. 

17

   Yenə orada,  səh. 104 ‐ 105 



18

   Yenə orada,  səh. 106‐107. 




Samir Həsənov 

 

Journal of Qafqaz University   

 

60 

4.  Pənahəli  bəy  Qarabağa  XVIII  əsrin  II 

yarısında  yox,  hələ  Nadir  şah  sağ  ikən, 

yəni  XVIII  əsrin  40‐cı  illərində  qayıtmış‐

19



5. Pənahəli bəyə qədər Qarabağda heç bir 

ʺŞoş  (?)  qalasıʺ  olmayıb.  Nadir  şah  ölən‐

dən  sonra  onun  Qarabağdan  Xorasana 

köçürdüyü azərbaycanlılar (Nadir şah on‐

ların  Gəncə  bəylərbəyilərinə  rəğbət  gös‐

tərmələrindən  şübhələnirdi)  vətənə  qayı‐

daraq  Qarabağdakı  azərbaycanlı  çoxlu‐

ğuna  söykənən  Pənahəli  bəyin  fəaliyyət 

bazasını  gücləndirirdilər.  Nadiri  əvəz  et‐

miş Adil şah (Əliqulu xan) Pənahəli bəyə 

təklif etdi ki, ali şah hakimiyyətini bəyən‐

sə,  ona  xan  titulu  verəcək.  Bu  sövdələş‐

mədən  heç  nə  itirmədiyi  üçün  Pənahəli 

bəy təklifi qəbul etdi. Lakin tezliklə Nadi‐

rin  nəvəsi  Şahrux  Mirzə  Adil  şahı  öldü‐

rüb taxt‐tacı ələ keçirdi. Pənah xan iki od 

arasında  qalmışdı:  onu  həm  şah,  həm  də 

güclənmiş  müstəqil  Azərbaycan  xanları 

hədələyirdilər  və  o,  qısa  bir  müddətdə 

biri  Bayatda  (1748),  o  biri  isə  Tarnakütdə 

(1752)  olmaqla  iki  qala  tikdirdi,  onların 

müdafiə  imkanlarından  razı  qalmadığı 

üçün  50‐ci  illərin  əvvəllərində  yeni  bir 

qala ucaltdırmağa başladı. Bu qala (əslin‐

də  boş  bir  sahədə  salınan  yeni  bir  şəhər) 

Şuşa  kəndinin  yaxınlığında  olduğu  üçün 

əvvəllər  banisinin  şərəfinə  ʺPənahabadʺ 

adlandırılsa  da,  sonralar  ʺŞuşa  qalasıʺ 

kimi məşhurlaşdı. Pənah xan yaxınlıqdakı 

yaşayış  məntəqələrindən  buraya  kəndli‐

lər, ustalar və bəylər köçürərək oranı xey‐

li  əhalisi  olan  alınmaz  qalaya  döndərdi

20



Sonralar  Şuşa  şəhəri  təkcə  Azərbaycanın 



deyil,  bütün  Zaqafqaziyanın  ən  önəmli 

mədəniyyət mərkzlərindən birinə çevrildi.    

                                                           

19

 Yenə orada,  səh. 106‐107. 



20

 Yenə orada,  səh. 113‐118. 

Beləliklə,  bircə  cümlədə  beş  səhv  var. 

ʺBöyük  Ermənistanʺ  utopik  ideyasından 

ʺruhlananʺ  Balayanın  ərazi  iddiaları  həm 

dövlət,  həm  respublika,  həm  etnos,  həm 

elm,  həm  də  əxlaq‐etik  sərhədlərini  aşıb 

keçir. 


2005 – ci ildə Kürəkçay müqaviləsinin 200 

illiyinə  həsr  edilmiş  “Кюрекчайский 

договор‐200”  kitabı  nəşr  edildi.  Kitabda 

bir sıra tarixçi alimlərimizin Qarabağ xan‐

lığı  haqqında  elmi  məqalələri  toplanmış‐

dır.  Bu  məqalələr  içində  tarix  elmləri 

doktoru, professor Şahin Fazil Fərzəlibəy‐

linin  “Mir  Mehdi  Xəzaninin  “Kitabi  –

Tarixi  –  Qarabağ”  əsəri  Qarabağ  xanlığı‐

nın  tarixi  üçün  əhəmiyyətli  mənbə  kimi” 

məqaləsi  əsərin  nə  qədər  əhəmiyyətli  ol‐

duğunu bir daha sübut edir. Məqalədə Ş. 

Fərzəlibəyli  yazır:  “Ermənilər  mərhələ‐

mərhələ  öz  əzəli  niyyətlərinə  yetmək, 

Türkiyə, Azərbaycan, Gürcüstan və başqa 

ərazilərdəki  torpaqları  bu  dövlətlərin  qa‐

nuni  varislərindən  qopararaq  üç  dənizi 

əhatə edən “Böyük Ermənistan” adlı qon‐

darma bir dövlət qurumu yaratmaq məq‐

sədini gerçəkləşdirmək istəyir və bu həris 

qayə  naminə  min  bir  siyasi  hoqqabazlıq 

edir,  göz  yaşları  axıdır,  yaltaqlanır,  baş‐

dan‐ayağa yalanlarla dolu kitab və məqa‐

lələr  yazırlar.  Bu  istiqamətdə  2000‐ci  ildə 

nəşr edilmiş “Arsaxın xəzinəsi”adlı kitab‐

da  erməni  tarixçiləri  Azərbaycanın  tarixi 

abidələrini özününküləşdirərək dünya ic‐

timaiyyətini çaşdırırlar. Bununla əlaqədar 

azərbaycanlı  alimlərə  həqiqətləri  üzə  çı‐

xartmaq  və  erməni  iddialarını  puç  etmək 

üçün  obyektiv  olaraq  Qarabağın  tarixini 

yazmaq olduqca vacibdir .”

21

 

                                                           



21

   “Кюрекчайский  договор‐200” Баку – 2005. 

с.114. 



Mir Mehdi Xəzaninin “Kitabi‐Tarixi‐Qarabağ” Əsərinin Öyrənilməsi və Tədqiqi Tarixindən  

Number 20, 2007    

61

Mir  Mehdi  Xəzaninin  “Kitabi  –  Tarixi  –

Qarabağ”  əsərinin  əhəmiyyəti  haqqında 

Ş.Fərzəlibəyli  yazır:  “Öz  təxəllüsünü  pa‐

yız  fəsli  ilə  əlaqləndirən  və  ömrünün  qış 

mövsümünə yaxın qiymətli bir tarixi əsər 

yazan  Mir  Mehdi  Xəzaninin  “Kitabi‐

Tarixi ‐ Qarabağ”əsəri Qarabağ xanlığının 

tarixinin  araşdırılmasında  olduqca  əhə‐

miyyətli bir mənbədir.”

22

 

Bütün  bunları  nəzərə  alaraq  Mir  Mehdi 



Xəzaninin  “Kitabi‐Tarixi‐Qarabağ”əsərini 

araşdırmağı  və  onu  müstəqil  bir  tədqiqat 

obyekti kimi tədqiq etməyi özümüzə borc 

bildik. 


ƏDƏBİYYAT 

 

AMEA  Əlyazmalar  institutu.  Inventar  B‐2331 



şifrəli nüsxə. 

 

Axundov N. “Qarabağ salnamələri”. Bakı 1989.   



 

Балаян  З.  ʺОчагʺ  Изд.  ʺСоветакан  грохʺ, 

Ереван 1984. 

 

Hüseynzadə  Ə.  “XIX  əsrin  ikinci  yarısında 



Azərbaycan tarixşünaslığı”. Bakı 1967. 

 

Иманов  Г.  “Вопросы  историографии  Азер‐



байджана”.  “Наука  в  АССР  за  15  лет”.  Баку 

1936.  


 

Источниковедение.  Теоретические  и    мето‐

дические проблемы, Москва 1969.   

 

“Кюрекчайский  договор‐200” Баку – 2005.  



 

Левиатов  В.Н.  “Очерки  из  истории  Азер‐

байджана в XVIII веке”  Баку 1948.  

 

“Qarabağnamələr”. Birinci kitab. (tərtib edən və 



çapa hazırlayan N. Axundov) Bakı 1989.  

 

“Qarabağnamələr”.  İkinci  kitab.(tərtib  edən  və 



çapa hazırlayan N.Axundov) Bakı 1991. 

 

                                                           



22

   Yenə orada, səh. 114. 



Yüklə 247,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə