Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə14/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

37 
Biblioqrafik göstərici 5 hissədən ibarətdir: I hissə - Azərbaycançılıq 
ideologiyası – milli birliyin əsası kimi; II hissə - Milli-mədəni müxtəliflik
etnik qruplar – dili, mədəniyyəti və incəsənəti; III hissə - Tolerantlıq – 
Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi; IV hissə - 
Multikulturalizm Azərbaycanda həyat tərzidir; V hissə - Köməkçi göstəricilər.  
Mövzuya uyğun olaraq ədəbiyyat bir neçə bölmə  və ayrı-ayrı hissələr 
daxilində yarımbölmə altında qruplaşdırılmışdır. Bölmə  və yarımbölmələrdə 
materiallar xronoloji prinsiplə, daxildə isə  əlifba sırasına uyğun olaraq 
toplanmışdır. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda 
Azərbaycan, rus və ingilis dillərində müəlliflərin  əlifba göstəricisi tərtib 
olunmuşdur. Biblioqrafik göstərici kitabxanaçı-biblioqraflar və geniş oxucu 
kütləsi üçün nəzərdə tutulmuşdur.  
Biblioqrafik göstəricidə milli birliyimizin əsasını təşkil edən, Ulu Öndər 
Heydər  Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasından başlayaraq, 
ölkəmizdəki etnik qrupların tarixinə, mədəniyyətinə, incəsənətinə, həmçinin 
nəzəri və praktik baxımdan tolerantlığa və multikulturalizmə aid 5560 adda 
ədəbiyyat öz əksini tapmışdır.  
Nəticə 
“Multikulturalizm ili” ilə  əlaqədar Milli Kitabxananın həyata keçirdiyi 
layihənin son mərhələsində Azərbaycan Milli Kitabxanasının tərtib etdiyi 
“Azərbaycanda multikulturalizm” adlı oxucuya təqdim edilən biblioqrafik 
göstəricini xüsusi qeyd etmək lazımdır.  İl  ərzində ölkə  ərazisində müvafiq 
mövzuya dair çap olunan ədəbiyyatı  və il boyu keçirilən tədbirlər haqqında 
dövri mətbuat səhifələrində  və  məcmuələrdə  dərc olunan bütün materialları 
əhatə etməklə mövzuya dair 5560 mənbəni özündə əks etdirən bu fundamental 
biblioqrafiya kitabxana əməkdaşlarının gərgin əməyinin nəticəsidir. 
M.F.Axundov adına Milli Kitabxanada “Azərbaycanda 
multikulturalizm” elektron məlumat bazası da yaradılmışdır. Elektron 
məlumat bazası Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin 
“Multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri ilə başlayır. Sonra Ana 
səhifə, Rəsmi sənədlər, Görkəmli  şəxsiyyətlər Multikulturalizm haqqında, 
Heydər  Əliyev Fenomeni və multikulturalizm, Nəşrlər, Azərbaycan milli 
kitabxanasının multikultural fəaliyyəti, Foto qalereya, Videofilmlər, Heydər 
Əliyev fenomeni və multikulturalizm. Bu bölmədə bir sıra müvafiq 
ədəbiyyatın biblioqrafik siyahısı da verilmişdir: Məsələn, Abdulla K. 
Azərbaycan multikulturalizminin siyasi banisi / Kamal Abdulla // Azərbaycan. 
– 2015. – 1 may. – S.3., Abdullayev K. Ulu öndər Azərbaycan 
multikulturalizminin banisidir // K. Abdulla // Azərbaycan. – 2014. – 23 iyul. 
– S7.Ağayev S. Heydər  Əliyev  şəxsiyyəti multikultural və tolerant dəyərlər 
işığında // 525-ci qəzet. – 2016. – 12 aprel. – S.5. və s. Növbəti bölmələr bu 
ardıcıllıqla davam edir: Nəşrlər bölməsi, Multikulturalizm haqqında, Azsaylı 
xalqlar haqqında, Görkəmli  şəxsiyyətlər multikulturalizm haqqında, 
Azərbaycan milli kitabxanasının multikultural fəaliyyəti. Elektron məlumat 


38 
bazasında yarımbölmələr də verilmişdir: Metodik və biblioqrafik nəşrlər və 
Kütləvi tədbirlər və s. 
Multikulturalizmə  həsr olunmuş haqqında bəhs etdiyimiz ilkin 
mənbələrin və biblioqrafik göstəricilərin tələbatçıların informasiya 
təminatında mühüm rolu danılmazdır. “Azərbaycanda multikulturalizm” 
elektron məlumat bazasının yaradılması isə M.F.Axundov adına Milli 
Kitabxananın multikulturalizm sahəsində innovativ biblioqrafik fəaliyyətinin 
nəticəsidir. 
 
Ədəbiyyat 
1. 
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi 
haqqında: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, 11 yanvar 2016-
cı il//Azərbaycan.-2016.- 12 yanvar 
2. 
Azərbaycanda multikulturalizm: biblioqrafiya /layih. rəhb. Ə.Qarayev; elmi 
red. K.Abdullayev; ixt. red. və burax. məsul K.Tahirov; rəy.: E.Nəcəfov, 
A.Məmmədov; red. G.Səfərəliyeva.- Bakı, 2016.- 504 s.  
3. 
Sadıqova, S.A. Vətəndaş cəmiyyətində multikultural inkişafın informasiya 
təminatında ilkin resursların rolu // Mədəni müxtəliflik: Dünya və Azərbaycan / 
Beynəlxalq Elmi-praktik Konfrans, Bakı, 29 aprel 2016-cı il.- Bakı: Bakı 
Universiteti nəşriyyatı, 2016.- S.90-91. 
4. 
Yaqubqızı, M.Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm: Şəki-
Zaqatala bölgəsində yaşayan xalqların və etnik qrupların folklor örnəkləri 
əsasında: monoqrafiya /Mətanət Yaqubqızı; elmi red. M.B.Əsgərov; ön sözün 
müəl.: M.B.Əsgərov, M.Ə.Mahmudov.- Bakı: Elm və Təhsil, 2016. - 184 s. 
 
 
 
 
 


39 
ƏDƏBİYYATŞÜNASLIQ ÜZRƏ ŞƏXSİ BİBLİOQRAFİK RESURS 
 
Sima İsmayılova 
Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, 
pedaqogika üzrə fəlsəfə doktoru 
simabdu@mail.ru
 
 
Персональной библиографический ресурс по литературоведение 
Резюме: В статье анализируется персональной библиографие в Азервайджане, 
освещена поток информационной ресурс по литературоведение как часть 
общий библиографический ресурс. 
Personal bibliographic resoures on literature science 
Summary: 
This paper gives general information about personal bibliography in 
Azerbaijanand illuminates the bibliographic resoures on literaturescience as an 
important integral part of general bibliographic resource. 
 
Açar sözlər: ədəbiyyatşünaslıq, şəxsi biblioqrafiya, biblioqrafik resurs. 
Kлючевые слова: литературоведение, персональный библиография, 
библиографический ресурс.  
Keywords: literature science, personal bibliography, bibliograhic resource. 
 
Giriş 
Azərbaycan milli biblioqrafiyası çox zəngin vəsaitlər sisteminə malikdir 
və bu sistem xalqımızın mədəni-mənəvi sərvəti olan müxtəlif növ məqsəd və 
oxucu istiqamətli çap əsərlərini özündə  əks etdirir. Biblioqrafik vəsaitlər 
sisteminin sabit və uzunmüddətli tərkib hissələrindən biri də şəxsi biblioqrafik 
informasiya mənbələridir.  Şəxsi biblioqrafik göstəricilərin tərtibində 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası  və AMEA-nın Mərkəzi 
Elmi Kitabxanasının xidmətləri böyükdür. 
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının çoxşaxəli 
biblioqrafik fəaliyyətinin mühüm istiqamətini  şəxsi elmi-köməkçi xarakterli 
biblioqrafik vəsaitlərin tərtib edilib nəşr olunması  təşkil edir. 
Biblioqrafiyalaşdırma prosesinin bilavasitə obyektinin forma və  məzmun 
əlamətinə görə biblioqrafik fəaliyyətin mühüm sahələrindən biri şəxsi 
biblioqrafiya hesab olunur. Ona görə ki, şəxsi biblioqrafik mənbələrin 
yaradılması prosesində bilavasitə obyekt kimi müəyyən  şəxsin qələminə 
məxsus əsərlər və onun haqqında yazılmış ədəbiyyat götürülür. 
Məsələnin qoyuluşu 
Görkəmli adamlara həsr olunan şəxsi biblioqrafik vəsaitlər ayrı-ayrılıqda 
həmin  şəxsin  əsərləri və haqqında olan ədəbiyyat üzrə faydalı biblioqrafik 
axtarış imkanlarına malik olurlar və demək olar ki, oxucunun həmin  şəxslə 
əlaqədar biblioqrafik informasiya ehtiyacını hərtərəfli təmin edirlər. Elə buna 
görə  də elmin, mədəniyyətin, incəsənətin müxtəlif sahələrinin görkəmli 
adamları haqqındakı  fərdi biblioqrafik göstəricilər o sahənin biblioqrafik 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə