14
faydalı elmi əməkdaşlıq, siyasi
münasibətlərin dərinləşməsi, respublikamızda
ümumi inkişafa, xalqın rifah halının yaxşılaşmasına, siyasi mühitin
stabilləşməsinə, dövlət quruculuğunun möhkəmləndirilməsinə öz təsirini
göstərir.
Hazırda cəmiyyətdə baş verən qlobal proseslər, ictimai həyatın bütün
sferalarında əhəmiyyətli dərəcədə öz təsirini göstərir. Əlbəttə, bu proseslərin
əsası onu fərqləndirən əsas cəhətlərdən biri və ən başlıcası,
cəmiyyətin
yaşaması və inkişaf etməsi üçün ilk növbədə informasiyanın fundamental
faktora çevrilməsi və insanların şüuruna əsaslı təsir göstərməsidir.
Vaxtilə cəmiyyətin inkişafını mütəxəssislər əsasən maddi istehsalın
azlığı ilə əlaqələndirirdilərsə, hazırki informasiya cəmiyyəti dövründə müxtəlif
növ informasiyaları əldə etmədən inkişafın mümkün olmadığını iddia edirlər.
Qeyd etmək lazımdır ki, hazırki dövrdə informasiya ictimai təlabat kimi yeni
tələbləri irəli sürür və elə buna görə də informasiya mütəxəssisləri kimi
kitabxanaların qarşısında çox mühüm vəzifələr qoyur. Bu vəzifələrin yerinə
yetirilməsində son illərdə kitabxanalarda olduqca
mütərəqqi iş prosesləri, yeni
informasiya texnologiyaları tətbiq edilir.
Dünyada inkişaf edən kommunikasiya texnologiyalarının artması və
informasiyanın oxuculara operativ olaraq çatdırılması, məsafədən asılı
olmayaraq xidmət göstərilməsi, elektron kataloqların yaradılması və
bütövlükdə informasiya bazalarının formalaşması, informasiya təminatının
mötəbərliyinə şərait yaradır. Ənənəvi kataloq-kartoteka sistemlərindən fərqli
olaraq elektron kataloq dünya kitabxanalarında olan sənəd informasiya
fondları haqqında məlumat əldə etmək imkanı yaradır, onları operativ
axtarışını təmin edir.
Müasir kitabxana-informasiya sistemlərindən istifadə etməklə,
tələbatçılar zaman və məkan problemi olmadan lazımi informasiyanı əldə
etmək məqsədilə müasir tipli informasiya texnologiyalarından istifadə etməklə
bilavasitə yaşayış və iş yerlərindən dünyanın ən zəngin informasiya fondlarına
daxil olaraq özlərinə lazım olan informasiyaları operativ şəkildə əldə edirlər.
Respublikamızda zəngin informasiya fonduna
malik olan Mirzə Fətəli
Axundov adına Milli Kitabxana son illərdə məlumat axtarış sistemlərinin
təşkili və istifadəsi üzrə olduqca mütərəqqi tədbirlər həyata keçirir. Görünən
bu mütərəqqi işlərin nəticəsi olaraq artıq demək olar ki, Milli Kitabxanada
informasiya-kommunikasiya sistemləri işlək vəziyyətdə
gətirilmiş,
kitabxananın veb saytı, elektron kataloqu və elektron kitabxanası bir sıra
problemlərin həlli istiqamətində xeyli işlər görmüşdür. Bu gün bir məsələni
xüsusi qeyd etmək lazımdır ki, artıq məsafədən virtual
kitab sifarişi sistemi
tətbiq edilir.
Respublikamızın Milli Kitabxanasının ən başlıca müvəffəqiyyətlərindən
biri də “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci
maddəsinə müvafiq olaraq Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2004-cü il tarixli
15
qərarı ilə “Milli Kitabxana” statusu verilməsidir. Qeyd etmək lazımdır ki,
kitabxanaya verilən bu mötəbər statusu kitabxananın qarşısında duran
vəzifələrin əhatəliliyini xeyli genişləndirilmiş, elmi tədqiqat və informasiya
təminatı sahəsində əməli fəaliyyətini xeyli genişləndirmişdir.
Son illərdə kitabxana işi sahəsində yeniliklər,
xüsusilə informasiya
texnologiyalarının tətbiqi, elektron kitabxananın təşkili Milli Kitabxanada
həmişə yaradıcı şəkildə aparılmış, kitabxana proseslərinin avtomatlaşdırılması
istiqamətində ilk addım atan kitabxanalardan olmuşdur.Bir məsələni qeyd
etmək lazımdır ki, müstəqillik illərinin əvvəllərində bir sıra beynəlxalq
təşkilatların Azərbaycana gəlməsi və respublikamızda fəaliyyətə başlaması
kitabxana-informasiya müəssisələrinin işinə xüsusi təkan verdi. Bu
təşkilatların başlıca məqsədi qrant vermək yolu ilə inkişaf etməkdə olan
ölkələrə yardım göstərməkdən ibarət idi. Həmin təşkilatlar kitabxana işinə
müsabiqə yolu ilə qrant ayırmaqla onların fəaliyyətini yaxşılaşdırmaq
məqsədi
daşıyırdılar. Bu dövrdə, yəni müstəqilliyin ilk illərində Açıq Cəmiyyət
İnstitutu (SOROS fondu) qrantlar ayırmaqda xüsusi fəaliyyət göstərirdi.
Respublikamızda fəaliyyət göstərən bir çox respublika əhəmiyyətli dövlət və
sahəvi kitabxanaları, hətta bir sıra kənd və qəsəbə kitabxanaları qrantlar
udmuş, vəsait əldə etməklə öz kitabxanalarının fəaliyyətini təkmilləşdirmişdir.
Milli Kitabxananın kollektivi qrantlar əldə etməklə öz işlərində xeyli yenilik
və dəyişiklik etmişlər. Beləliklə, son illərdə Azərbaycanda yaradılan
ictimai
siyasi mühit kitabxana-informasiya müəssisələrinin fəaliyyətinin
yaxşılaşdırılmasına geniş yol açdı. Kitabxana işçilərinin xarici ölkələrdə
keçirilən beynəlxalq təşkilatların bu sahədə apardıqları tədbirlərdə iştirakı,
həmçinin beynəlxalq kitabxana və informasiya təşkilatlarının dəstəyi ilə
respublikamızda keçirilən tədbirləri,kitabxana işinin inkişafına güclü təsir
göstərdi.Hazırda bir sıra respublika əhəmiyyətli kitabxanaların
işində
yeniliklər aparılmış, yeni kitabxana texnologiyaları tətbiq edilməkdədir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün kitabxana şəbəkəsi və
sistemlərində yeni kitabxana texnologiyalarının tətbiqi həyata keçirilir. Bu
texnologiyaların tətbiq olunmasında Milli Kitabxanası, Prezident Kitabxanası,
Bakı Dövlət Universitetinin Kitabxanası, Milli Elmlər Akademiyasının
Kitabxanası, Respublika Uşaq Kitabxanası yeni informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi sahəsində də qabaqcıllar sırasındadır.
Müasir kitabxanaların fəaliyyətində tələbatçıların yüksək səviyyədə
xidmət göstərilməsi, bir sıra vacib şərtlərindən asılı olmaqla, tələbat da yeni
oxucu tələbatına və ehtiyaclarına bitkin cavab verməsindən asılıdır.
Belə olan
tərzdə müasir dövrün ayrılmaz tərkib hissəsi olan yeni texnologiyaların
kitabxana işinə tətbiq edilməsi, mükəmməl və operativ olması olduqca
vacibdir.
Müasir dövrdə bütün dünya kitabxanalarında, bütövlükdə son tələblərə
uyğun olaraq, məlumat axtarışı aparatlarına uyğun həyata keçirilir.
İnformasiyanın axtarışı bir anlayış kimi (onun nəzəri cəhətdən işlənməsi və