Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə6/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   2   3   4   5   6   7   8   9   ...   74

18 
vacibdir. Adətən, modelləşmənin növü məsələnin həllindən, yerinə yetiriləcək 
işin məqsədindən asılıdır. 
Kitabxana fondlarının idarə edilməsinin məqsədindən asılı olaraq bir sıra 
kompleks modelləşmə növlərindən istifadə oluna bilər. Bu modelləşmə 
prosesləri riyazi, seçmə, tematik - tipoloji və struktur - biblioqrafik və s. ola 
bilər. Seçmə metodu - əsas metodlardan biri kimi, ondan daha çox istifadə 
olunur.  Əsasən, bu metod kitabxananın özünəməxsus idarəetmə prosesində 
onun pasportu kimi qəbul edilir. bu metodla kitabxananın məqsədini onun 
yerinə yetirəcəyi missiyadan asılı olaraq müəyyənləşdirmək mümkün olur. 
Həmçinin fondun ixtisaslaşdırılması göstərilir, onun məzmunu, işin 
xarakteristikası müəyyənləşdirilir. Kitabxananın modelləşdirilməsi ilə yanaşı, 
kitabxananın struktur quruluşu sənədlərin tipləri və növlərinə görə 
müəyyənləşir və  qəbul olunan sənədlərin nüsxələri nəzərə alınır. Kitabxana 
fondlarının modernləşdirilməsində riyazi metodlardan daha geniş istifadə 
edilir.Bu model fondun ümumi sayı barədə konkret və bitkin məlumat  əldə 
etməyə imkan yaradır.  Əgər kitabxana fondunun komplektləşdirilməsi, onun 
tərkibinə görə optimal(düzgün) həyata keçirilmişsə, oxucuları  tələbatları 
təxminən 70-80% əhatəli təmin edirsə, komplektləşməni qənaətbəxş hesab 
etmək olar.  
Yeni  ədəbiyyatla fondunun komplektləşdirilməsi zamanı eyni vaxtda 
köhnəlmiş  ədəbiyyatlarında fonddan çıxarılması 10-12% həcmində  nəzərə 
alınmalıdır.Fondun tərkibinin təmizlənməsi 
əsasənuniversal elmi 
kitabxanalarda mütləq nəzərə alınmalıdır. Universal elmi kitabxanalarda 
fondun komplektləşdirilməsi və köhnəlmiş  ədəbiyyatlardan təmizlənməsi 
beynəlxalq aləmdə qəbul olunmuş standartlara uyğun olaraq, təxminən 3 faiz 
həcmindən artıq olmamalıdır. 
Fondun komplektləşdirilmiş sahələri müxtəlif kitabxanalarda 
kitabxanaların profilinə uyğun olaraq fərqli cəhətlərə malikdirlər. Məsələn, ali 
təhsil sistemində fəaliyyət göstərən kitabxana fondlarının komplektləşdirilməsi 
əsasən Təhsil nazirliyinin xüsusi sərəncam və göstərişlərinə əsasən aparılır və 
bir sıra normativlər tətbiq edilir. Əlbəttə, tədris  ədəbiyyatına üstünlük 
verilməklə, tələbə, müəllim və professor heyətinin tərkibi nəzərə 
alınır.Mövcud elmi ixtisas ədəbiyyatlarında göstərildiyi kimi, əsas tədris 
ədəbiyyatı ümumi fondun təxmini olaraq 0,5 faizini, təbiət və riyaziyyat 
elmləri 0,5 faizini, əlavə tədris ədəbiyyatı 0,2-25 faizini təşkil edir. Əlbəttə, bu 
rəqəmlər müxtəlif təhsil müəssisələrinin kitabxanaları üçün fərqli ola bilər. 
Fondun modelləşdirilməsində kitabxanalarda biblioqrafik modelləşdirmə 
də  əsas metodlardan hesab olunur və fondun komplektləşdirilməsində ondan 
istifadə olunur. Biblioqrafik metod fondun özlüyündəməzmun tərkibini və 
lazımi sənədləri nəzərdə tutur. Biblioqrafik metod kütləvi kitabxanaların 
komplektləşdirilməsində daha geniş istifadə olunur. 
Ali məktəb kitabxanalarında dolğun biblioqrafik model sistemli kataloq 
və kartotekaların yaradılması və formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. 


19 
Fondun komplektləşdirilməsində sruktur modeldən də geniş istifadə edilir. 
Struktur model yığcam quruluşda sənədlərin tipi və növü üzrə, həmçinin 
müəyyən mövzular çərçivəsində, onların nüsxələri nəzərə alınmaqla 
komplektləşdirilir. Struktur model bir qayda olaraq iki bölmədən ibarət həyata 
keçirilir. Birinci, izahedici qeydlər.  İzahedici qeydlərdə  əsasən fondun izahı, 
yəni fondun pasportu, kitabxana haqqında məlumat, onun məqsədi, oxucuların 
tərkibi, fondun formalaşdırılmasının strukturu və xarakteri öz əksini tapır. 
 İkinci bölmə fondun modelləşdirilməsi parametrləri, yəni mövzunun 
tematikası, sənədlərin tipi və növləri, nüsxələri, dili, kitabxananın hansı 
struktura malik olması  və s. ibarətdir. Struktur model haqqında danışarkən 
qeyd etmək lazımdır ki, kitabxana fondunun modelləşdirilməsi bir neçə 
mərhələdən ibarətdir. Başlanğıc hazırlıq mərhələsi özü də bir neçə mərhələyə 
bölünür: 
  Konkret situasiyanın öyrənilməsi,yəni xarici və daxili vəziyyətin 
öyrənilməsi təhliledilməsi; 
  Konkret vəziyyətdə fondun komplektləşdirilməsini müəyyənləşdirmək
  Fondun formalaşdırılmasının taktikasını müəyyənləşdirmək; 
  Maliyyə sərfiyyatı. 
Bu mərhələlər öyrənildikdən və  nəticələr nəzərdən keçirildikdən sonra 
növbəti mərhələdə fondun inkişaf səviyyəsi  əyani olaraq ortaya çıxır. 
Bütünbunlar bütün parametrləri müəyyənləşdirməyə imkan verir və müəyyən 
dövr üçün fondun komplektləşdirilməsi vəzifələrini müəyyənləşdirir. 
 
Ədəbiyyat 
1. 
Васильченко,  Н.Р.  Формирование  библиотечного  фонда.  Научно-
технические библиотеки. 1987, № 5 – стр.8-13. 
2. 
Зорико, 
С.Ю.Покрентование 
библиотечных 
фондов. 
Научно-
технические библиотеки - 2004, № 2 – стр.72-77 
3. 
Столяров,  Ю.Н.  Библиотечный  фонд.  Учебник.  Санкт-Петербург. 2015, 
383 с. 
4. 
Столяров,  Ю.Н.  Формирование  библиотечного  фонда  (практическое 
пособие) Санкт-Петербург. 2015, 505 с. 
5. 
Серебрянникова,Г.О., 
Стегаева, 
М.В. 
Библиотечные 
каталоги. 
Издательство.- Прогессия. 2016.- 144 с. 
6. 
Доврусика,  С.А.  Експертиза  состояния  и  поспортизасия  библиотечных 
фондов. Учебное пособие.-Санкт-Петербург. 2005, 32 с. 
7. 
Мозева,  О.Н.Документации  фонда  библиотек  и  информационных 
сенниб.-Санкт-Петербург. Прогрессия. 2010 – с.220-242 
8. 
Суслова, 
И.М. 
Менеджмент 
библиотечно-информационной 
деятельности: Санкт-Петербург. Прогрессия. 2009 – 600 с. 
 
 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə