Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx


AUDİOVİZUAL NƏŞRLƏRİN TƏSVİRİ



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə7/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   2   3   4   5   6   7   8   9   10   ...   74

20 
AUDİOVİZUAL NƏŞRLƏRİN TƏSVİRİ 
 
Sənubər Mustafayeva 
BDU, Kitabxana resursları və informasiya axtarış sistemləri 
 kafedrasının baş müəllimi 
mustafayeva.s@ yandex.ru 
 
Описание аудиовизуальных изданий 
Резюме: Данная статья посвящена библиографическому описанию 
аудиовизуальных материалов. Основная цель этой статьи заключается в том 
чтобы показать описание отдельных видов (грампластинок, магнитных 
фонограм, диафильмов, кинофильмов, дисков, СD-RОМ и др.) аудиовизуальных 
изданий. В статье также изложены набор областей и елементов описания 
аудиовизуальных изданий, последовательность их расположения, применение 
предписанной пунктуации и сокращения слов. 
Description of audiovisual publications 
Abstract:This article is devoted to the bibliographic description of audiovisual 
materials. The main purpose of this article is to show the description of individual 
types (records, magnetic phonograms, filmstrips, movies, CDs, CD-ROMs, etc.) of 
audiovisual publications. The article also sets out a set of areas and elements for 
describing audiovisual publications, the sequence of their location, the application of 
prescribed punctuation and word reduction. 
 
Açar sözlər: Biblioqrafik təsvir, audiovizual nəşrlərin təsviri, qrammafon vallarının 
təviri, kinofilmlərin təsviri, maqnit fonoqramlarının təsviri. 
Kлючевые слова: Библиографическое описание,описание аудиовизуальных 
изданий, описание грампластинок, описаниекинофильмов, описание магнитных 
фонограм. 
Keywords: bibliographic description, description of audiovisual publications, 
description of gramophone shades, description of motion pictures, magnetic 
phonograms. 
 
Giriş 
XXI  əsr qlobal informasiya mühiti Azərbaycanda kitabxana işinin 
inkişafında yeni meyarların formalaşmasını, modern informasiyalaşdırma 
imkanlarının təmin edilməsini və gücləndirilməsini tələb edir. Məhz dünyada 
qlobal problemə çevrilən  əhalinin informasiya təminatı ölkəmiz üçün bu gün 
aktuallıq kəsb edir. İnformasiya bütün dövrlərdə ictimai münasibətlərin 
formalaşmasında mühüm rol oynamışdır.  İnformasiyanın yaradılmasında və 
ötürülməsində başqa kommunikasiya vasitələri kimi kitabxanaların da mühüm 
rolu vardır. Azərbaycanın müasir dövrdə davamlı inkişafını  təmin etmək 
məqsədilə ölkənin güclü intellektual potensialı yaradılmalı, informasiya 
cəmiyyəti quruculuğu  şəraitində ölkənin kitabxana-informasiya şəbəkəsi 
vasitəsilə  əhalinin bütün təbəqələrinin müxtəlif biliklərə  və informasiyaya 
tələbatı tam ödənilməlidir.  


21 
Müasir dövrdə kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması, 
zaman və məkandan asılı olmayaraq hər bir istifadəçinin və cəmiyyətin hər bir 
qurumunun operativ olaraq dolğun informasiya ilə  təmin edilməsi 
kitabxanaların qarşısında duran əsas vəzifədir. Elm, mədəniyyət və  təhsilin 
informasiya təminatı  məhz  İKT-dən (İnformasiya Kommunikasiya 
Texnologiyaları) istifadə etməklə və elektron məlumat bazalarının yaradılması 
ilə mümkündür.  
Azərbaycan Respublikası Prezidentinin son illər kitabxana sahəsinin 
inkişafı ilə bağlı biri-birinin ardınca qəbul etdiyi çoxsaylı qərarlar, o cümlədən 
ilk dəfə Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-
2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı (2) Azərbaycan Dövlətinin bu 
sahəyə prioritet bir məsələ kimi baxdığını  və kitabxana ictimaiyyətinin bu 
qərardan irəli gələn məsələlərin həyata keçirilməsi üçün çox böyük məsuliyyət 
daşımasının vacibliyini ortaya qoymuşdur. 
Hər bir xalqın, dövlətin mədəni səviyyəsinin göstəricisi olan kitabxanalar 
ən böyük informasiya mənbəyi olub insanların bu qiymətli xəzinəsinin 
qorunmasını, nəsildən-nəsilə ötürülməsini həyata keçirirlər. Xalqımızın  əsrlər 
boyu yaratmış olduğu qədim və  bənzərsiz mədəniyyətin tərkib hissəsi kimi 
kitabxanalar dünya mədəniyyətini misilsiz incilərlə  zənginləşdirən mənəvi 
sərvətimizin qorunub saxlanılmasına xidmət edirlər.  
Hazırda kitabxanalarımızda həm  ənənəvi, həm də elektron kataloqlar 
oxucuların xidmətinə verilmişdir. Kitabxana-informasiya proseslərinin 
avtomatlaşdırılmasıayrı-ayrı proseslərdən başlayaraq, kompleks sistemlərə, 
daha sonra inteqral və  şəbəkə sistemlərə  qədər inkişaf edərək yüksək 
texnologiyalara  əsaslanır. Müasir kitabxana fondları öz tərkibi etibarilə 
müxtəlif növlü və  məzmunlu çap əsərlərini  əhatə edir. Həmin  əsərlərə geniş 
oxucu kütləsi müraciət edir. 
 Bu  sorğuların özü isə müxtəlif formalarda özünü göstərir. Oxucu 
tələbatı yalnız o vaxt hərtərəfli təmin oluna bilər ki, kitabxanalar müxtəlif 
quruluşlu və  məqsədli kataloq və kartotekalar sisteminə malik 
olsun.Kataloqların tərtibində biblioqrafik təsvirlərin qruplaşdırılması xeyli rol 
oynayır. Biblioqrafik təsvirlərin qruplaşdırma xüsusiyyətlərinə görə kataloqun 
bir sıra növləri meydana çıxır. Bu da bilavasitə oxucu sorğularının 
xarakterindən irəli gəlir. Biblioqrafik təsvirlərin qruplaşma xüsusiyyətlərinə 
görə kitabxanalarımızda  ənənəvi və avtomatlaşdırılmış kataloqlaşdırma 
fəaliyyət göstərir.  
Məsələnin qoyuluşu 
Kitab təsvirinə ehtiyac yazılı  əsərlərin bir yerə toplanması ilə meydana 
gəlmişdir. Hər bir növ kataloqun təşkili biblioqrafik yazıların 
qruplaşdırılmasından ibarətdir. Kataloqlarda kitabxanada saxlanılan konkret 
nəşrlər  əks etdirilir. İlk kataloqların yaranması müxtəlif dövrlərin təsvir 
qaydalarına  əsaslanmışdır. Hazırda isə biblioqrafik təsvirlər müəyyən 
standartlar üzrə  tərtib edilir. Müasir dövrdə dünyanın müxtəlif ölkələrində 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə