Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə74/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   66   67   68   69   70   71   72   73   74

177 
13.  Toffler, A. Future Shock. New York: Random House, 1975, 562 p. 
14.  Бейкуэл, К.Г. Управление библиотечными и информационными 
службами, ориентированными на пользователя / К.Г.Бейкуэл; Пер. с англ. 
Багровой; Рос. гос. б-ка. НИО Информкультура. Отдел организации и 
функционирования библиотечных систем.- М., 1997.-118 с.  
15.  Гиляревский, Р.С. Основы информатики [Текст]: курс лекций / Р.С. 
Гиляревский.- М.: Экзамен, 2003.- 319 с.  
 
 
 
 


178 
MİLLİ DƏRSLİKLƏRİN YARANMA MƏRHƏLƏSİ 
 
Sevda Elman qızı Səfərova 
Bakı Dövlət Universiteti 
Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının doktorantı 
s.sevda_84@mail.ru 
 
Этапы формирование националных учебников 
Резюме: В статье обсуждаютсяо проблемах и путях их решения возникших в 
процессе формирования новых учебниках в годы независимости. Здесь 
подчеркивается о претворенных реформообразных мероприятиях, 
объясняются идеи и цели реформ а также рассказывается о конкретных 
предложениях и рекомендациях. Одновременно освещаются нововвидения в 
сфере образования учебных пособий. 
Creationstagesofthenationaltextbooks 
Abstract: The article discusses the problems and solutions in the process of formation 
of new textbooks. It emphasizes on the implementation of activities, explained the 
ideas and goals of reform and describes specific suggestions and recommendations. 
At the same time highlights new lines in preparing of textbooks. 
 
Açar sözlər: təhsil, dərslik, dərslik siyasəti, təshil sistemi, milli dərsliklər. 
Ключевые слова : образование, учебники,политика по учебникам, cистем 
образование, традиционный учебник. 
Keywords:education, textbooks, textbook policy, education system, national 
textbooks. 
 
Müstəqillik illəri Azərbaycanda ümumi təhsil sahəsində  əhəmiyyətli 
islahatlar dövrü kimi xarakterizə olunur. İlk növbədə, 70 il ərzində mövcud 
olmuşkiril əlifbasından imtina edildi, latın qrafikalı əlifbaya keçildi. 
Milli dərslik yaradıcılığı sahəsində  əhəmiyyətli nailiyyətlər qazanıldı. 
Ümumi təhsil sistemində istifadə olunan bütün dərsliklər milli-mənəvi və 
ümumbəşəri dəyərlərə uyğun olaraq yenidən hazırlandı.  Şagirdlərin 
dərsliklərlə pulsuz təminatı bərpa edildi. Yeni dərslik siyasəti işləndi, ilk dəfə 
olaraq şagirdlər üçün dərslik, iş dəftəri və müəllim üçün vəsaitdən ibarət olan 
dərslik komplektləri hazırlandı və tətbiq edildi. (1,60) 
Məktəblərdə  ədəbiyyat, tarix, musiqi, rəsm və s. dərslər keçilsə  də, 
bunlar çox vaxt təhsilin humanitarlaşdırılması yönümündə deyil, ənənəvi 
qaydalarla tədris olunmuşdur. Onların yerli-yersiz ideolojiləşdirilməsi 
təcrübədə böyük ziyan vermişdir.  Ədəbiyyat dərsliklərində poetika 
məsələlərinə, bədii yaradıcılığın sirlərinə sistemli şəkildə diqqət yetirilməyib, 
sosioloji təhlil öz-özünə üstünlük təşkil edib. Onlar çox vaxt şagirdləri bədii 
sözün möcüzəsilə  təəssüf ki, heyrətləndirə bilməyib.  Ədəbiyyat dərslərində 
hətta «Leyli və Məcnun»u öyrənəndə də çox vaxt insan məhəbbətinin gözəlliyi 
açıqlanmayıb.  Ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və Azərbaycan dili 


179 
dərsləri nə  qədər təəccüblü olsa da, bəzən az qala bir-birilə  əlaqəsi olmayan 
ayrı-ayrı fənlər kimi tədris olunub. Azərbaycan tarixi, Azərbaycan coğrafiyası 
və s.-nin tədrisi çox vaxt günün tələblərinə cavab vermirdi. 
Humanitar fənlər - ədəbiyyat, tarix və s. özünün qanına, iliyinə  qədər 
xüsusilə ideolojiləşmişdi. Onların məqsədi də, məzmunu da, vəzifələri də 
mahiyyətcə «Demoklunqılıncı» kimi zamanın ideoloji ölçülərilə  qəlibə 
salınmışdı. 
Dərslik mətnləri və onların elmi-metodik aparatı, xüsusilə sual və 
tapşırıqlar humanitar ölçülərə cavab vermirdi. Dərsliklərdə çox vaxt ideoloji 
ölçülərlə köklənmiş «quru» intellektualizm hökm sürürdü. Şagirdlərin 
hisslərinin, təxəyyülünün aktivləşdirilməsinə  əhəmiyyət verilmirdi. Əslində, 
bu tipli mətnlər bir qayda olaraq canlı insan təfəkkürünün - təbii intellektin 
xüsusiyyətlərinə deyil, daha çox «süni intellektin» xüsusiyyətlərinə söykənirdi. 
Dərsliklərin tərtibində, xüsusilə ibtidai sinif dərsliklərinin illüstrativ 
materiallarında uşaq (şagird) qavrayışının, diqqətinin, hafizəsinin və s. 
xüsusiyyətləri nəzərə alınmırdı. «Əlifba», «Oxu» və b. dərsliklərdəki rəsmlər 
uşaqların dünya mənzərəsindən daha çox yaşlı anlamını  əks etdirirdi. Uşaq 
psixologiyasının incəliklərinə yaxşı bələd olan peşəkar dərslik rəssamlarına bu 
gün nə  qədər ehtiyac var?! Deyilənlərə sözlü-söhbətli bir məsələni - 
dərsliklərin təkcə mütəxəssislərin deyil, həm də müəllimlərin, valideynlərin, 
ilk növbədə,  şagirdlərin haqlı narazılığına səbəb olan poliqrafik keyfiyyəti 
məsələsini də zəruri surətdə əlavə etmək lazımdır. (6,10) 
“Azərbaycan tarixi” çox cüzi əks olunurdu. Moskvadan gətirilən 
dərsliklərinhamısı rus ədəbiyyatı idi. Bəs Azərbaycan  ədəbiyyatı? Bəzən 
həmin bu rus məktəblərində təhsil almış, Azərbaycan dilinə meyl göstərməmiş 
gənclərdən Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin və yaxud da 
müasirlərimiz olan şair və yazıçıların  şerlərini soruşanda görürdüm ki, 
onlardan xəbərləri yoxdur. Onlar, məsələn, Nizaminin rus dilinə  təcümə 
olunmuş poemalarını, şerilərini oxuyurdular. Amma sən onu nə qədər oxusan 
da, Nizami sənin qəlbinə yatmayacaq. Oxusalar da, bunlar Azərbaycan dilində 
olan  şeirlər deyildi. Ona görə  də rus dilində  təhsil alanların, təəssüf ki, 
Azərbaycanın tarixi, onun zəngin mədəniyyəti,zəngin  ədəbi irsi haqqında 
məlumatları az idi. (3,42) 
Respublikada siyasi-iqtisadi sabitlik formalaşdıqca dərsliklərin 
məzmunca yeniləşdirilməsi istiqamətində müəyyən işlər görülürdü. Lakin 
ölkənin mövcud iqtisadi vəziyyəti, yeni dərsliklərin hazırlanması sahəsində 
təcrübə və səriştənin olmaması səbəbindən müstəqilliyin ilk illərində daha çox 
sovet dövründə hazırlanmış  dərsliklərdən istifadə olunurdu. Bununla belə, 
həmin illərdə hazırlanmış tarix və  ədəbiyyat dərsliklərində sovet 
dövründəkindən fərqli olaraq milli və ümumbəşəri dəyərlərə üstünlük verilir, 
köhnə siyasi ideologiyadan imtina edilirdi. Çünki sovet dövrünün tarix 
dərsliklərində Azərbaycan və ümumtürk tarixi, eləcə  də  ədəbiyyatı obyektiv 


180 
işıqlandırılmır, türk-islam mədəniyyəti ilə bağlı verilən məlumatlar tarixi 
reallıqları düzgün əks etdirmirdi. 
Təhsil sistemində yeniləşmənin uğurla getməsi, yəni sovet təhsil 
sisteminin ideoloji-siyasi buxovlardan ayrılıb bəşəri təhsil sisteminə qoşulması 
üçün ilk növbədə yeni təhsil sisteminin nəzəriyyəsi, fəlsəfəsi, təhsil sahəsində 
dövlət siyasətinin  əsas istiqamətləri, konseptual müddəaları, fəaliyyət 
prinsipləri, təhsilin məzmunu, məqsədi və quruluşu müəyyənləşməlidir. (7,8) 
Dərsliklərin yaradılması sahəsində  əldə olunmuş  təcrübələr göstərir ki, 
ənənəvi qaydada əksər dərsliklərin hazırlanmasına müvafiq elm sahəsinin 
nailiyyəti kimi yanaşılmışdır. Ona görə  də  dərsliklərin ümumi quruluşunun 
müəyyən olunmasında daha çox elmi-nəzəri materialların mənimsənilməsi 
ardıcıllığı  əsas götürülmüşdür. Bu fikri əsaslandırmaq üçün hazırda istifadə 
edilən hər bir dərsliyi misal gətirmək mümkündür. Məsələn, Azərbaycan dili 
dərslikləri fonetika, leksika, sözün tərkibi və söz yaradıcılığı, morfologiya, 
sintaksis, nitq mədəniyyəti və üslubiyyat materiallarının ardıcıllığı sistemində 
qurulmuşdur. Yaxud biologiyadan təlim materialların sıralanmasında botanika, 
zoologiya, insan və onun sağlamlığı, ümumi biologiya materiallarının 
ardıcıllığı gözlənilmişdir.  Əslində, bu sistem həmin fənlər üzrə proqramlara 
uyğun olaraq yaradılmışdır. 
Nəticədə  dərsliklərin belə bir sistemlə hazırlanması, onun daha çox 
deklarativ xarakterli materiallarla yüklənməsinə  gətirib çıxarmışdır. Bundan 
əlavə, həmin dərsliklərin müəllifləri elmin daxili məntiqinə tabe olmaqla onu 
daha çox monoqrafık üslubda yazmağa meyil göstərmişlər. Bu proses ayrı-ayrı 
elmlərin sisteminə uyğun olan, anlayışlarla yüklənmiş kitabların (dərsliklərin) 
meydana çıxması ilə  nəticələnmişdir. Ona görə  də çox hallarda ümumtəhsil 
məktəblərinin dərsliklərindən danışarkən onun keyfıyyətinə, oradakı 
anlayışların təhlilinə, nəzəri mülahizələrin doğruluğuna elmin nailiyyəti 
baxımmdan yanaşılır, qiymət verilir. (5,9) 
Dərslik komplektlərinin müsabiqə qaydasında hazırlanması prosesi elmi-
nəzəri və praktik cəhətdən hazırlıqlı, dərslik yaradıcılığı sahəsində  səriştəyə 
malik, müasir düşünməyi bacaran xeyli sayda mütəxəssis meydana çıxardı. 
Müsbət haldır ki, onların arasında məktəb müəllimləri üstünlük təşkil etmişdir. 
2002-ci ildə  Təhsil Nazirliyi və Dünya Bankının ekspertləri tərəfindən 
aparılan birgə tədqiqatlar mövcud tədris proqramları ilə bağlı əsas problemləri 
aşkar etmişdi. Birinci problem məzmunun nəticəyönümlü deyil, təklifyönümlü 
olması idi. Yeni tədris proqamları mövzuların siyahısından və  mətnlərdən 
ibarət idi, qiymətləndirmə standartları  və üsulları barədə heç bir məlumat 
verilmirdi. Qiymətləndirmə  məzmunun tərkib hissəsi sayılmırdı. Nəticədə 
şagirdin hansı bilik və bacarıqları əldə edəcəyi müəyyən deyildi. 
İkinci problem məzmunun nəzəri və mücərrəd olması, həyati bacarıqlara 
əsaslanmaması  və  nəticə etibarilə  şəxsiyyətyönümlü olmaması idi. Məzmun 
faktoloji xarakter daşıyırdı, məlumatların yadda saxlanılması bacarığına 
üstünlük verilirdi. Bu da şagirdləri əzbərçiliyə sövq edirdi, onların təfəkkür və 


181 
düşüncə qabiliyyətini inkişaf etdirmirdi. Əlbəttə, bilik inkişafın hərəketverici 
qüvvəsidir, lakin şagirdə  məhz o biliklər aşılanmalıdır ki, gələcək həyatında 
ona lazım olsun. Əgər verilən biliklərin təcrübi və  tətbiqi  əhəmiyyəti 
yoxdursa, onun səmərəsindən danışmağa dəyməz. Müasir dövrün tələbi budur 
ki, təlimin məzmunu təriflərin, düsturların, tarix gün və hadisələrin 
əzbərlənməsindən, nəzəri materialların mənimsənilməsindən daha çox, 
şagirdlərə yaradıcı düşünmə, müstəqil öyrənmə  və  qərarqəbuletmə, 
təşəbbüskarlıq, tətbiq və  tədqiqatçılıq bacarıqlarının, iradi keyfiyyətlərin 
formalaşmasına yönəlməlidir. 
Üçüncü problem məzmunda şaquli və üfüqi inteqrasiyanın olmaması idi. 
Məzmunda siniflərarası  və  fənnlərarası bağlılıq zəif idi, asandan daha çətinə 
keçid və bir-biri ilə bağlı olan mövzuların inteqrasiyası təmin edilmirdi. 
Ona görə  də  həyata keçirilən islahatyönümlü tədbirlərin böyük 
əksəriyyəti məhz ümumi təhsilin məzmunun yeniləşdirilməsinə  və mütərəqqi 
dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdi.  Əsas məqsəd  şagirdlərin 
idrak fəallığını, ümumi inkişafını  ləngidən mövcud “yaddaş  məktəbi”ndən 
“təfəkkür və düşüncə  məktəbi”nə keçmək və bu əsasda ümumi təhsilin 
modelini qurmaqdan ibarət idi. (1,174) 
Azərbaycanda 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-
tədris prosesinin sistemli planlaşdırılmasını  əks etdirən kurikulum islahatları 
adı altında aparılırdı. 
Milli Kurikulumsənədinin hazırlanmasında tanınmış alim-pedoqoqlar, 
təhsil mütəxəssisləri, metodistlər, müəllimlər yaxındaniştirak etmişlər. Bu 
sənəd formaşaldırılarkən xeyli sorğu keçirilmiş, ictimaiyyətin təhsil 
ehtiyacları, dünya təcrübəsi nəzərə alınmışdır. Gərgin əmək sahəsində ərsəyə 
gətirilmiş bu sənəd Azərbaycan hökumətinə təqdim olunmuş və ümumi təhsil 
üzrə  təlim nəticələrini və  məzmun standartlarını,ümumi təhsilin hər bir 
pilləsində  nəzərdə tutulan fənləri, həftəlik dərs və  dərsdənkənar məşğələ 
saatlarının miqdarını, fənn kurikulumlarının strukturunu, pedoqoji prosesin 
təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə  əsas 
prinsipləri  əhatə edən “Azərbaycan Respublikasında ümumi təhsilin 
konsepsiyası (Milli Kurikulum)” Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il 
tarixli qərarı ilə  təsdiq olunmuşdur. Beləliklə  də, təhsil sistemində “hafizə”, 
“yaddaş” məktəbindən “təfəkkür”, “düşüncə” məktəbinə keçidin real əsası 
qoyulmuşdur.  
Tarix keçmiş haqqında informasiya mənbəyindən tərbiyə vasitəsinə 
çevrilməli, gənclərin vətəndaş kimi formalaşmasına xidmət etməlidir. “İnsan 
və  cəmiyyət” fənni də  məhz sinfi qütbləşmə mövqeyindən ümumbəşəri 
sərvətlərə qayıdış dalğasında meydana çıxmışdır və gənclərin dünyagörüşünün 
yeni təfəkkür mövqeyindən formalaşdırılmasına xidmət etməlidir. O, baza 
iqtisadiyyatı, azad rəqabət və  işgüzarlıq  şəraitində müstəqil həyata atılan 
gənclərə həyati zərurət kimi olan biliklər kompleksini əhatə etmək baxımından 
aktualdır. (4,130) 


182 
Fənn kurikulumlarında məzmun istiqamətləri, onun mahiyyətinin 
açıqlanması xüsusi yer tutur.Əgər Milli Kurikulumda hər fənnə aid təlim 
nəticələri təhsil səviyyələri çərçivəsində müəyyənləşdirilmişdisə, fənn 
kurikulumlarında hər bir sinif üzrə ayrıca təsbit edilmişdir. 
Fənlərin məzmunun vahid bir istiqamətdə deyil, ümumi məqsədə xidmət 
edən ayrı-ayrı  məzmun xətləri üzərində qurulması  fənn kurikulumlarının 
diqqətçəkən cəhətlərindən biridir. Məzmun xətləri hər bir fənn üzrə şagirdlərin 
əldə edəcəyi təlim nəticələrini, bilik və bacarıqları daha aydın təsəvvür etmək 
və onları sistemləşdirmək məqsədi daşıyır. Məzmun xətlərinin səciyyəvi 
xüsusiyyəti həm də onların dəyişkən olmaması, sabit qalmasıdır. Yəni bunlar 
konkret fənn üzrə  təlim kursunu əvvəldən axıra qədər müşayiət edir. Başqa 
sözlə onları böyük standartlar da adlandırmaq olar. Məsələn, ana dili təlimi 
üçün 4 məzmun xətti-ədədlər və  əməllər, cəbr və funkiyalar, həndəsə, 
ölçmələr, statistika və ehtimal məzmun xətləri təyin olunmuşdur. 
Kurikulumlarda hər bir məzmun xəttinin müvafiq təhsil səviyyələri daxilində 
məqsəd və  vəzifələri  əsaslandırılıb ümumi təlim nəticələri verilmiş, onların 
əsasında da konkret siniflər üzrə  əsas və alt-standartlar formalaşdırılmışdır. 
Əsas standartlar da ümumi nəticələri  əks etdirdiyindən, bir qayda olaraq, 
dəyişməz qalır. Təlim nəticələri işlənib hazırlanarkən “şagirdlər nələri 
bilməlidir” yox, “nələri bacarmalıdır” tələbi  əsas tutulmuşdur. Belə yanaşma 
heç də  təlim prosesinin vacib elementlərindən olan nəzəri biliklərinrolunun 
azaldılması demək deyildir. (1,174) 
Məlumdur ki, yeni kurikulumlar şagirdlərdə oxu vərdişləri, “öyrənməyi 
öyrənmək”, tədqiqat aparmaq və problemi həll etmək kimi əsas bacarıqların 
formalaşmasına yönəlmişdir.  
Fənlər üzrə  təlimin məzmununun nəticə standartlarında öz əksini 
tapması  çərçivə xüsusiyyətinə malik olmaqla konkretlik yaradan əlamətdir. 
Buna görə  də  dərslik və müəllimlər üçün vasitələri hazırlayan mütəxəssislər 
istəsələr belə standartların tələbindən kənara çıxa bilməzlər. Nəticədə isə 
dərslik və vasitələrin artıq materiallarla yüklənməsi ehtimalı minimuma enir. 
Yeni fənn kurikulumları I siniflərdən başlayaraq tətbiq edilirdi. Digər 
siniflərdə isə təlim ənənəvi qaydada tədris planları əsasında həyata keçirilirdi. 
Kurikulumlarla müqayisədə  tədris proqramları yalnız fəsil, bölmə  və 
mövzulardan, tədrisə ayrılan saatlardan ibarətdir.  Şagirdlərin bilməli və 
bacarmalı olduğu məsələlər çox ümumi şəkildə verilmişdir. Bu sənədlərdə nə 
təlim nəticələri, nə də standartlar öz əksini tapmamışdır. Ona görə də dərslik 
müəllifləri zəruri olub-olmamasına baxmayaraq, öz mülahizələrinə görə 
istədikləri bölmə  və mövzuları  dərsliklərə daxil etmişlər.  İndiyədək mövcud 
olan variativ dərsliklərdə belə bir vəziyyət daha qabarıq nəzərə çarpır. 
Məsələn, vaxtilə belə bir fakt aşkara çıxarılmışdı ki, tədris planında həftədə 1 
saat vaxt ayrılan fənnə 400 səhifədən ibarət dərslik yazılmışdır.  Şübhəsiz, 
sonradan onun həcmi azaldıldı, müəyyən dəyişikliklər aparıldı. Lakin belə 
vəziyyətin yaranması,  əlbəttə ki, standartların olmamasının nəticəsi idi. Yeni 


183 
yanaşmaya görə, hər bir fənn üzrə müəyyənləşdirilən bölmə  və mövzular 
təsadüfi xarakter daşıya bilməz, bunlar standartlarda nəzərdə tutulmuş 
məzmunun reallaşdırılması üçün bir vasitədir, başqa sözlə, bölmə və mövzular 
şəxsi rəy və mülahizəyə görə deyil, məhz standartların tələbi  əsasında 
müəyyən edilir, bu prosesdə standartlar, bir növ indikator rolunu oynayırdı. 
(2,141) 
Təhsil Nazirliyinin 23 iyul 2007-ci il tarixli əmri ilə respublikanın təlim 
Azərbaycan və digər dillərdə aparılan ümumtəhsil məktəblərinin I-IV sinifləri 
üçün yeni fənn kurikulumları və tədris planları təsdiq olundu. Təsdiq edilmiş 
fənn kurikulumlarında hər bir sinif üzrə  təlim nəticələri, məzmunvə 
qiymətləndirmə standartları, müvafiq təlim strategiyaları əhatə olunmuşdu. 
Dövrün, zamanın tələblərinə görə müasir dünya təcrübəsi  əsas 
tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd 
və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmunun 
konseptual müddəalarının müəyyənləşdirilməsi və  fənn kurikulumlarının 
yaradılması, məzmunda standart məfhumunun reallığı çevrilməsi mühüm 
nailiyyətlərdən idi.  
“Ümumi təhsil sistemində  dərslik siyasəti” sənədindən irəli gələn 
tələblərə görə, dərsliklər  əvvəlki kimi subyektiv mülahizələrə  əsasən formal 
deyil, təsdiq olunmuş konkret meyarlara əsasən qiymətləndirilirdi. Bu 
yanaşma dərslik müəllifliyi sahəsində inhisarçılığın aradan qaldırılmasına, 
müsabiqəyə təqdim olunan dərsliklərin seçiminin obyektiv aparılmasına imkan 
yaratmaqla yanaşı, onların fənn kurikulumlarına uyğunluğunu təmin edir. 
Ümumu təhsil sistemində  dərslik siyasətinin qəbul olunması  və 
kurikulumların tələblərinə uyğun yeni nəsil dərsliklərin hazırlanması prosesinə 
start verilməsi ilə, faktiki olaraq, dərslik islahatı sahəsində üçüncü mərhələnin 
əsası qoyuldu. (1,176) 
İslahatların nəticəsi olaraq mütərəqqi dünya təcrübəsi nəzərə alınmaqla 
ümumi təhsilin məzmununda təklifyönümlülükdəntələbyönümlülüyə 
keçilməsi, şəxsiyyətyönümlülük, inteqrativlik istiqamətlərinin gücləndirilməsi, 
məzmunun  əvvəlcədən müəyyən edilmiş  nəticələrin (standartların) 
reallaşdırılmasına yönəldilməsi və bununla əlaqədar təlim prosesində 
“müəllim-şagird” münasibətlərinin, təlim strategiyalarının mahiyətcə 
dəyişməsi dərslik hazırlığı  məsələlərinə  də yeni yanaşma formalaşdırmışdı. 
Bütün bunlar dərslik yaradıcılığı sahəsində III mərhələni  şərtləndirən  əsas 
amillər kimi özünü biruzə verirdi.  
 
Ədəbiyyat  
1. 
Mərdanov, M.C. "Azərbaycan Təhsil Tarixi.- III cild.- Bakı: Təhsil, 2011, 672 
səh. 
2. 
Mərdanov, M.C.Azərbaycan təhsili yeni inkişaf mərhələsində. Bakı: Çaşıoğlu.- 
526 səh.  


184 
3. 
Mərdanov, M.C. H.Əliyev Təhsil millətimizin gələcəyidir. Təhsil xalqımızın 
bu günü, millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib sahədir. Heydər 
Əliyevin nitqi. Bakı: Təhsil, 2002.-540 s 
4. 
Xəlilov, S. Azəbaycanda elm və onun aktual problemləri: Bakı: Oskar, 2010.-
184 s 
5. 
Abbasov, Ə. Şəxsiyyətyönümlükurikulumlar əsasında yaradılan dərsliklərin 
xüsusiyyətləri// Kurikulum 2008, №2 
6. 
Əlizadə Yeni pedoqoji təfəkkürün ana xətti: Təhsilin humanistləşdirilməsi 
problemi// Kurikulum jurnalı, 2013, №2  
7. 
Əliyev, H. Tədris planları: mülahizə və təkliflər: (Təhsil və elm: 
islahatlar)//«Azərbaycan müəllimi» qəz.- 1998.-20 avqust 
 
 
 
 
 
 
 
 
 
 
*** *** *** 
 
Korrektor - Elçin ƏHMƏDOV 
 
 
 
 
Журнал «Мцтяръим» Няшриййат-Полиграфийа Мяркязиндя  
чап олунмушдур. 
 
 
Чапа имзаланыб: 25.09.2017. 
Формат: 70х100 1/16. Гарнитур: Тимес. 
Щяъми: 11,5 ş.ч.в. Тираж: 120. 
Сифариш № 06. Гиймяти мцгавиля иля. 
 
 
 
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА 
МЯРКЯЗИ
Аз 1014, Бакы, Рясул Рза кцч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 
www.mutercim.az 
 

Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə