Microsoft Word jurn Kitabshunasliq ve bibilioq 1(40) 17. docx



Yüklə 16,45 Kb.
Pdf görüntüsü
səhifə8/74
tarix14.06.2018
ölçüsü16,45 Kb.
#48409
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

22 
biblioqrafik təsvirə dair 3 standart tətbiq edilir: biblioqrafik təsvirin Beynəlxalq 
standartı  (İSBD), kataloqlaşdırmanın  İngilis-Amerika qaydaları (AASR 2) və 
maşınla oxunan kataloqların müxtəlif MARC formatları.  İSBD (Biblioqrafik 
təsvirin Beynəlxalq standartı) daha universaldır və ondan bütün dünyada 
istifadə edilə bilər. AASR 2 standartı (İngilis-Amerikan qaydaları) ingilis dilli 
ölkələrdə tətbiq edilir. (8,s.92) 
Kitabxanaların kompüterlə  təchiz edilməsi ilə  əlaqədar olaraq 
biblioqrafik yazı informasiyanın maşınla oxunan daşıyıcıda  əks etdirilməsi 
zəruriliyini yaratmışdır. Kitabxana-informasiya texnologiyasının inkişafı ilə 
əlaqədar olaraq kitabxana informasiyasının  əksər hissəsi MARC formatının 
köməyi ilə kodlaşdırılmışdır. MARC formatı – informasiyanın maqnit lenti və 
diskdə, lazer disklərində, yəni maşınla oxunan daşıyıcılarda yazının  əks 
etdirilməsi qaydalarından ibarətdir. 
Qeyd etmək lazımdır ki, hər bir formatın  əsasını biblioqrafik təsvir 
qaydaları  təşkil edir. UNİMARC formatının  əsasını  İSBD standartı 
(Biblioqrafik təsvirin Beynəlxalq standartı) təşkil edir. Bütün ölkələr 
UNİMARC formatından istifadə etmək məqsədilə öz kataloqlarından yazıları 
İSBD-nin təsvir qaydalarına uyğunlaşdırmağa səy göstərirlər. İlk dəfə maşınla 
oxunan formatlar ABŞ-da meydana gəlmişdir. Müasir informasiya dünyasında 
təxminən 60-dan çox ölkədə milli formatlar hazırlanmışdır ki, onların da 
ümumiləşdirilmiş adı MARC adlandırılır. 
Lakin qeyd etmək lazımdır ki, bütün formatların tərtibi biblioqrafik 
təsvirə dair dövlət standartına əsaslanır ki, həmin standartların da Beynəlxalq 
Biblioqrafik Təsvir qaydalarına əsaslanması vacib şərtlərdən biridir.  
1968-ci ildə Rusiyada İdarələrarası kataloqlaşdırma komissiyasının iki 
iclası keçirilmişdi. Burada kataloqlar üçün dövlət standartlarının layihələri 
təsdiq edilmişdir. Beləliklə,  əsas biblioqrafik təsvir qaydaları bütün 
kitabxanalar üçün məcburi hesab edilirdi. 1970-ci il yanvarın 1-dən etibarən 
kitabxanalarda aşağıdakı dövlət standartları  tətbiq edilməyə başladı: DÖST 
7.1-69 “Biblioqrafik və informasiya nəşləri üçün çap əsərlərinin təsviri”; 
DÖST 7.2-69 “Kataloqlar üçün dövri nəşrlərin təsviri”; DÖST 7.3-69 
“Kataloqlar üçün kitabların təsviri”; DÖST 7.13-70 “Kataloqlar üçün xüsusi 
nəşr növlərinin və texniki sənədlərin təsviri” və s. 
İdarələrarası kataloqlaşdırma komissiyası 1979-cu ildən etibarən 
Beynəlxalq təsvir qaydalarının hazırlanması ilə  məşğul olur. Bu dövlət 
standartının qarşısında bütün kitabxanalar, idarələr, elmi idarə  və texniki 
informasiya mərkəzləri, həmçinin də nəşriyyatlar üçün vahid təsvir qaydalarını 
özündə əks etdirmək məqsədi qoyurdu. 
Bu baxımdan Rusiyanın və eləcə də respublikamızın kitabxanalarında 10 
ilə yaxın bir müddətdə  tətbiq edilən “Çap əsərlərinin biblioqrafik təsvir 
qaydaları” (7.1-76) adlı dövlət standartı xüsusi mərhələ təşkil etmişdir. 7.1-76 
dövlət standartında biblioqrafik təsvirin 7 sahəsi müəyyənləşdirilmişdir. 
 


23 
Məsələnin həlli 
XX əsrin 70-ci illərindən biblioqrafik təsvirin standartlaşması problemi 
ilə dünyanın  ən görkəmli mütəxəssisləri məşğul olmuşlar. Mütəxəssislərin 
böyük bir qrupu beynəlxalq kitabxana cəmiyyətləri və idarələri 
kataloqlaşdırma bölməsinə 
(İFLA) cəlb olunmuşlar. Beynəlxalq 
kataloqlaşdırma işində Rusiya mütəxəssisləri də  fəal iştirak etmişlər.  İFLA 
tərəfindən hazırlanan sənədlər silsiləsində xüsusən biblioqrafik təsvirin 
quruluşu, biblioqrafik təsvirin mətni, biblioqrafik ünsürlər konkretləşdirilmiş 
və bu da bir sıra ölkələrdə milli təsvir qaydalarının yaradılması və yeniləşməsi 
üçün bazaya çevrilmişdir.  
Bu məqsədlə 1984-cü ildə Rusiyada yeni dövlət standartı hazırlanıb çap 
edilmişdir. 1986-cı il yanvarın 1-dən kitabxanaların, elmi-texniki məlumat 
orqanlarının, kitab palatalarının, nəşriyyatların və biblioqrafik fəaliyyətlə 
məşğul olan digər müəssisələrin işində “Sənədlərin biblioqrafik təsvir 
qaydaları: Ümumi tələblər və tərtibi qaydaları” (7.1-74) dövlət standartı tətbiq 
edilməyə başlamışdır. Bu standart 1978-ci ildən qüvvədə olan “Çap əsərlərinin 
biblioqrafik təsviri” (7.1-76) standartının əvəzinə tərtib edilmişdir. 
DÖST 7.1-84 dövlət standartı özündə prinsipial dəyişiklikləri  əks 
etdirməsə də, DÖST 7.1-76 dövlət standartı ilə müqayisədə aydın olur ki, hər 
iki standart arasında əhəmiyyətli fərqlər vardır. Qeyd etmək lazımdır ki, 7.1-84 
dövlət standartında təsvirin funksiyası  dəqiqləşdirilmiş, onun əsas növləri və 
quruluşu müəyyələşdirilmişdir. Standartda ilk dəfə olaraq biblioqrafik təsvirlər 
obyektinə görə 3 qrupa bölünmüşdür: monoqrafik təsvirlər, toplu təsvirlər, 
analitik təsvirlər. 
Biblioqrafik təsvirin tərtibi metodikası ilə məşğul olan hər bir şəxs bilir 
ki, 7.1-84 standartı biblioqrafik təsvirə dair standartların üçüncü nəslinə aiddir 
(7.1-69; 7.1-76; 7.1-84) və standart uzunömürlü olaraq 20 ilə yaxın bir dövr 
ərzində Rusiyanın və eləcə  də Azərbaycanın kitabxanalarında tətbiq 
edilmişdir. Hər bir standarta yenidən nəzər salınması onların Beynəlxalq 
biblioqrafik təsvir qaydalarına (İSBD) uyğunlaşdırılması ilə əlaqədar idi. 7.1-
76 standartı biblioqrafik təsvir qaydalarına keçid mərhələsini təşkil etsə  də, 
ciddi dəyişikliklərə görə ondan fərqlənirdi. DÖST 7.1-84 standartı daha çox 
Beynəlxalq təsvir qaydalarına yaxınlaşdırılsa da, burada bəzi prinsipial 
fərqlərə yer verilmişdi. (8,s.93) 
Buna görə  də yeni bir standartın yaradılması  əsas məsələ kimi qarşıda 
dururdu. Bu məqsədlə 2003-cü ildə Rusiyada Standartlaşdırma, metrologiya 
və sertifikatlaşdırma komitəsi tərəfindən DÖST 7.1-2003 “Biblioqrafik yazı. 
Biblioqrafik təsvir” Beynəlxalq dövlətlərarası Standartı yaranmışdır ki, bunun 
da  əsas məqsədi biblioqrafik yazıların mübadilə üçün Rusiya və Beynəlxalq 
katalodlaşdırma qaydalalarını bir-birinə yaxınlaşdırmaqdan ibarət olmuşdur. 
Bu məqsədlə  əvvəlcədən bir sıra işlər görülmüşdür. Görülən işlərin  əsasını 
DÖST 7.80-2000 “Biblioqrafik yazı. Təsvirin başlığı. Ümumi tələblər və 


Yüklə 16,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə