Microsoft Word jurnal 10 cu docx



Yüklə 213,45 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü213,45 Kb.
#76569


140 

 

YUBİLEYLƏR, TƏDBİRLƏR.  ЮБИЛЕИ, МЕРОПРИЯТИЯ.  JUBILEES, CEREMONIES 



                                                                            

Ülkər Nəbiyeva 

Bakı Dövlət Universiteti (Azərbaycan) 

 

GÖRKƏMLİ TÜRKOLOQ, ŞÖHRƏTLİ ELM TƏŞKİLATÇISI VƏ BÖYÜK MÜƏLLİM 

Akademik Ağamusa Axundov - 80 

(qısa bioqrafik məlumat) 

 

Açar sözlər: Ağamusa Axundov, dilçilik, türkoloq, təşkilatçı, alim, müəllim 

 

Çağdaş Azərbaycan filologiyasının, xüsusən də dilçilik elminin korifeylərindən biri, gör-

kəmli türkoloq, şöhrətli elm təşkilatçısı və böyük müəllim, AMEA-nın həqiqi üzvü, Azərbaycan 

Respublikası Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Ağamusa Axundovdur. 

Ağamusa Ağası oğlu Axundov 1932-ci il fevralın 2-də Azərbaycan Respublikasının Kürdə-

mir şəhərində anadan olmuşdur. Orta məktəbi medalla bitirdikdən sonra ADU-nun (indiki BDU-

nun) filologiya fakültəsində (1950-1955) və Azərbaycan Pedaqoji Dillər  İnstitutunun Qərbi 

Avropa dilləri fakültəsində  təhsil almışdır (1959-1965). Bu illərdə o, eyni zamanda ADU-nun 

(indiki BDU-nun) aspirantı, müəllimi (1958-1959), baş müəllimi (1959-1961), dosenti (1961-

1967), sonra universitetin ümumi dilçilik kafedrasının professoru, filologiya fakültəsinin dekanı 

(1967-1974 və 1980-1990) olmuş, Ümumi dilçilik kafedrasının müdiri vəzifəsində çalışmışdır 

(1981-1999). 1990-cı ildən AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutunun direktorudur. 2001-ci 

ildən 2011-ci ilə  qədər o. eyni zamanda AMEA-nın humanitar və  ictimai elmlər bölməsinin 

akademik katibi vəzifəsində çalışmışdır. 

A.Axundov 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru 

(1964), professor (1967), AMEA-nın həqiqi üzvü (2007), Azərb. Respublikası Dövlət Mükafatı 

laureatı (1986), Əməkdar elm xadimidir (1990). 

Ağamusa Axundov həmkarları arasında alicənab, nəcib insan, əsl ziyalı kimi tanınmaqla 

yanaşı, zəngin yaradıcılıq yolu keçmiş ciddi bir tədqiqatçı kimi bu gün böyük nüfuz sahibidir. 

Onun əsərləri filologiyamızın bir çox aktual problemlərinə sistemli yanaşmanı nümayiş etdi-

rir. Gözümüzün önündə yüksək mədəniyyətə və intellektə malik bir tədqiqatçının obrazı canlanır. 

Ağamusa Axundov yüksək mənəvi-əxlaqi dəyərlərin sahibi kimi çoxlarına nümunə ola biləcək 

böyük şəxsiyyət, kamil mənəviyyat simvoludur. Onun adı qədim mənşəyə malikdir. Birinci his-

səsi hörmət və ehtiram sahibi deməkdir, ikinci hissəsi əfsanəvi peyğəmbərin ismidir. Bu ad əs-

lində onun həm də daxili dünyasını bütövlükdə tamamlayır.  Əbəs yerə demirlər ki, hər bir in-

sanın adı onun Tanrı tərəfindən təbiətini əks etdirən aynadır. 

Ağamusa Axundov milli filologiyamızın – türkologiya, dil nəzəriyyəsi və dilçiliyin bir çox 

sahələri üzrə özünəməxsus xidmətləri olan vətəndaş alimlərimizdəndir. Onun əsərlərində doğma 

dilimizə  və  ədəbiyyatımıza, Azərbaycan dilinin incəlik və gözəlliklərinə sonsuz bir məhəbbət, 

onu hər cür xarici müdaxilələrdən qorumağa böyük vətəndaş çağırışı aydın sezilir. 

Ağamusa Axundov Azərbaycan və dilçiliyin müxtəlif problemlərinə yüzlərlə elmi məqalə və 

iri həcmli dəyərli tədqiqatlar həsr etmişdir ki, onlar hələ uzun onilliklər mütəxəssislərin stolüstü 

kitabı olaraq bu elmin inkişafına öz nüfuzedici təsirini göstərəcəkdir. 



141 

 

A.Axundovun «Müasir Azərbaycan ədəbi dilinin fonetikası» (1963), «Dil və üslub məsələlə-



ri» (B., 1970), «Ümumi dilçilik (dilçiliyin tarixi, nəzəriyyəsi və metodları) (B., 1979), «Riyazi 

dilçilik» (B., 1979), «Şeir sənəti və dil» (B., 1980), «Dilin estetikası» (B., 1985), «Dil və mədə-

niyyət» (B., 1992), «Dil və ədəbiyyat» (iki cilddə, B., 2003) və adını çəkmədiyimiz bir çox başqa 

əsərlərində dilçilik elminin silsilə aktual problemlərini analitik təfəkkür prizmasından tədqiq və 

təhlil etmişdir. 

Ağamusa Axundov 1951-ci ildə yazdığı  «İlk görüş» məqaləsi ilə  ədəbi və elmi fəaliyyətə 

başlamışdır. O, bədii yaradıcılıqla yanaşı poeziyanın sənətkarlıq xüsusiyyətlərinin tədqiqi ilə ar-

dıcıl məşğul olmuş, bu sahədə bir sıra dəyərli tədqiqatların müəllifi kimi tanınmışdır. 

Ümumilikdə, A.Axundovun elmi fəaliyyətinin əhatə çevrəsi genişdir. O, bütövlükdə Azər-

baycan filologiyasını, dilimizi, ədəbiyyatımızı dünyanın bir çox qabaqcıl elm, təhsil ocaqlarında 

təbliğ və tədris etmişdir. 1965-1966-cı illərdə MƏR-nın Qahirə şəhərindəki Eyn-Şəms Univer-

sitetində, Tokio Universitetində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxumuş, bir çox 

ölkələrdə, o cümlədən Praqa (1967), Ankara (1972), Belqrad (1984), Budapeşt (1986), Kayseri 

(1990),  İstanbul (1992), Kobe Universitetində  və Tokio Şərq kitabxanasında «Azərbaycan dili 

inkişaf yollarında və s. mözularda keçirilən beynəlxalq konfranslarda dəyərli məruzələrlə  çıxış 

edərək Azərbaycan elmini  layiqincə təmsil etmişdir. 

A.Axundovun ictimai-elmi fəaliyyəti də çoxşaxəlidir. O, həmçinin 1974-cü ildən Sovet 

Türkoloqları Komitəsinin, 1978-ci ildən Almaniyada nəşr edilən «Fonetika, dilçilik: Kommuni-

kativ tədqiqatlar» beynəlxalq elmi-nəzəri jurnalın redaksiya heyətinin, AMEA-nın Terminologi-

ya Komissiyası  sədrinin müavini, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin və Milli Məclisin 

Toponimika Komissiyasının, Azər TAC-ın tərcümə  Şurasının, Azərbaycan və  ərəb ölkələri 

Dostluq Cəmiyyəti İdarə heyətinin üzvü, Sovet-Amerika Dostluq Cəmiyyəti Bakı şöbəsinin səd-

ri, Azərbaycan Respublikası Dillərin işlənməsi və inkişaf qanunauyğunluqları  Əlaqələndirmə 

Şurasının sədri, ASE-nin Məsləhətçilər  Şurasının, Gürcüstan EA-nın Dilçilik İnstitutunun və 

BDU-nun doktorluq dərəcəsi verən ixtisaslaşmış müdafiə  şuralarının üzvü, «Sovetskaə törko-

loqiə» jurnalının baş redaktoru, «Ulduz», «Azərbaycan» jurnallarının redaksiya heyətinin üzvü 

kimi göstərmişdir. Eyni zamanda, bir vaxt özünün təklifi ilə  təsis edilmiş «Folklorşünaslıq 

məsələləri» beynəlxalq elmi-nəzəri, ədəbi-bədii jurnalının redaksiya heyətinin üzvüdür. 

1987-ci ildə Xalqlar arasında mədəni əlaqələrin inkişafı sahəsində xidmətlərinə görə ABŞ-ın 

«Frendşip fors» («Dostluq qüvvələri») ictimai təşkilatının fəxri fərmanına layiq görülmüş, ABŞ-

ın Nyu-Orlean şəhərinin fəxri xarici vətəndaşı, Luiziana ştatının paytaxtı Batson Rujin şəhər 

şurasının fəxri üzvüdür. Uzun illər ərzində Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü 

Ağamusa Axundovun elmi-ictimai fəaliyyəti haqqında çox bəhs etmək olar və inanıram ki, 

gələcəkdə də bu istiqamətdə geniş işlər aparılacaq. 

Filologiya fakültəsinin dekanı olduğu illərdə A.Axundov savadlı, ümidverici, parlaq 

istedadına inandığı  gəncləri dilçiliyin yeni sahələri, xüsusilə riyazi dilçilik üzrə bir mütxəssis 

kimi yetişmələri üçün Rusiyanın müxtəlif şəhərlərinə – Moskvaya, Sankt-Peterburqa göndərirdi. 

Riyazi dilçilik iki elmin – riyaziyyat və dilçiliyin qovşağında yarandığından ona yiyələnəcək 

gənclər hər iki sahəni eyni dərəcədə yaxşı bilməli idilər. Tələbələrin seçimini şəxsən özü aparan 

A.Axundovun bu fəaliyyəti gələcəyə yönəlmişdi. 

Hələ illər öncə  Ağamusa müəllim öz mühazirələrini bu günün tələblərinə uyğun aparırdı. 

Belə ki, ana dilimizdən başqa ingilis, rus, ərəb dillərini də gözəl bilən alim müxtəlif qrammatik 




142 

 

kateqoriyaların şərhini verərkən onları digər dillərdəki analogiyaları ilə müqayisə edirdi. Hazırda 



bütün istiqamətlərdə, o cümlədən elmdə qloballaşma və inteqrasiya prosesləri intensivləşmişdir. 

Lakin hələ o zaman Ağamusa müəllim elmin milli çərçivələrə qapanaraq, dünya dilçiliyindən 

təcrid olunmuş halda inkişaf edə bilməyəcəyini yaxşı dərk edir və həm tədris prosesində, həm də 

elmi fəaliyyətində bunu nəzərə alırdı. 

Hazırda bütün dünyada folklora, onun toplanması və tədqiqinə böyük maraq vardır. Dekanı 

olduğu illərdə  Ağamusa müəllim Bakı Dövlət Universitetində Folklor kafedrasının açılmasına 

nail oldu. Xalqımızın söz sərvətinə, milli dəyərlərimizə böyük qiymət verən uzaqgörən alim san-

ki dünyada folklora bugünkü qayıdışı hələ o zaman hiss etmişdi. Ağamusa müəllim ağız ədəbiy-

yatımızı  tədqiq və  tədris edən, söz incilərimizi el-el, oba-oba gəzib toplayan mütəxəssislərin 

çalışdığı müstəqil kafedranın olmasını vacib hesab etmişdi. 

Bu müxtəsər informatik məlumat əslində Ağamusa Axundovu bir elm xadimi kimi təqdim 

etməyə kifayət edə bilərdi. Ancaq mən böyük müəllimin başqa bir keyfiyyəti barədə müxtəsər 

söz açmaq istərdim. Bu da onun yüksək müəllimlik mədəniyyəti, alicənablığı və insansevərliyi 

ilə bağlıdır. 

Mən akademik Ağamusa Axundovla Bakı Dövlət Universitetinin «Azərbaycan dilçiliyi» ka-

fedrasının nəzdində  fəaliyyət göstərən Azərbaycan dilinin tətbiqi məsələləri ETL-də tanış ol-

muşam. Mən burada elmi işçi vəzifəsində çalışırdım. Kafedraya yeni müdir təyin olunan, Ağa-

musa müəllim  əvvəlcə ETL-də elmi işçilərlə tanış oldu, onların hər birinə mövzu təklif etdi. 

Məsələn, «Azərbaycan dilinin rəsmi üslubunun inzibati-hüquq qolu», «Azərbaycan KİV dilinin 

əlifba və orfoqrafiyası haqqında», «Azərbaycan dilində tərcümə ədəbiyyatının dili: problemlər, 

nöqsanlar, təkliflər» və s. mövzuları tövsiyə etdi və hər bir işdə müasir Azərbaycan diinin aktual 

problemlərini araşdırmağın vacibliyi barədə məsləhətlərini verdi. 

İlin sonunda isə elmi işlərimizi bir-bir diqqətlə  nəzərdən keçirib ETL-in illik hesabatını 

dinlədi. Bu zaman Ağamusa müəllim həm laboratoriyada aparılan elmi işlərin səviyyəsinə, həm 

də hesabatların səliqə-sahmanına xüsusi diqqət yetirirdi. Hesabat zamanı  səliqəsiz və solğun 

kağızlarda yazılmış işləri kənara qoydu, özünə xas təmkinlə onları qəbul etməyəcəyini bildirdi. 

Növbə  mənə  və  həmkarım Lalə  Əfəndiyevanın işlərinə çatanda hər ikisini nəzərdən keçirdi. 

Üzündəki məmnunluq ifadəsi heç kimin diqqətindən yayınmadı  və bizim qeydlərimizə yüksək 

qiymət verdi. Adımı oxuyarkən isə, xoş bir təbəssümlə «Sənin nə gözəl adın var, adının mənasını 

bilirsənmi?» - deyə soruşdu. Cavab verdim ki, «Bəli, ulduz deməkdir». Ağamusa müəllim təkrar 

etdi: - «Bəli, ulduz adıdır, özü də yeddiqardaş ulduz, adın sənə yaraşır, elmdə  həmişə belə 

səliqəli ol», - dedi və bu vaxt onun üzündə mənim gələcək elmi inkişafıma ümid gördüm. 

Düzü, o zaman böyük bir alimdən belə səmimi münasibət gözləmirdim, çünki elmin çətin 

yollarında təzəcə addımlayırdım. 

Bu kiçik əhvalat yaddaşıma əbədi həkk olundu. Ağamusa müəllimi onun tələbələri və tabe-

liyində çalışan işçiləri həmişə belə qayğıkeş, alicənab insan kimi tanıyırlar. Ümumilikdə, isə 

Ağamusa Axundov istər şəxsiyyəti, istərsə də elmi yaradıcılığı ilə həm bugünkü, həm də sabahkı 

nəsillərə örnək olan bir insan, müəllim və görkəmli elm təşkilatçısıdır. 

Bu gün mən fəxr edirəm ki, Ağamusa Axundovla bir yerdə işləmiş, onu yaxından tanımı-

şam. Haqqında ürək sözlərimi yazmaq mənə də nəsib olduğuna görə qürur hissi keçirirəm. 

Əziz müəllimim Ağamusa Axundovu səksən illik yubileyi münasibətilə  səmimi qəlbdən 

təbrik edir, ona cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq uğurları diləyirəm! 




143 

 

                                                                           



Улькер Набиева 

Бакинский государственный университет(Азербайджан) 

 

ВЫДАЮЩИЙСЯ ТЮРКОЛОГ, ПРОСЛАВЛЕННЫЙ НАУЧНЫЙ 

ОРГАНИЗАТОР И БОЛЬШОЙ ПЕДАГОГ 

(краткие биографические сведения) 

 

РЕЗЮМЕ 

 

Статья посвящена 80-летннему юбилею выдающегося ученого-языковеда, действительного 

члена  НАН  Азербайджана  Агамусы  Ахундова.  Здесь  дается  его  краткий  биографический  очерк, 

доводится  до  сведения  читателей  его  научная  и  общественная  деятельность,  оценивается  его 

большая роль в определении путей развития лингвистики, подготовке кадров с высоким научным 

потенциалом,  в  создании  фундаментальных  научных  произведений.  В  статье  также  приводятся 

названия  книг  и  статей  ученого,  в  которых  наиболее  полно  отражены  его  научные  взгляды  и 

новаторские идеи.     



Ключевые  слова:  Агамуса  Ахундов,  языкознание,  тюрколог,  организатор,  ученый, 

педагог. 

 

                                                                                                              

Ulker Nabiyeva 

 Baku State University(Azerbaijan) 

 

OUTSTANDING TURKOLOGIST, THE GLORIFIED SCIENTIFIC ORGANIZER AND 

THE BIG LECTURER 

(short biographic data) 

 

SUMMARY 

 

The article is devoted to 80



th

 anniversary of Aghamusa Akhundov, the outstanding linguistic 

scientist, full member of National Academy of Sciences of Azerbaijan. There is given a short biographic 

sketch, it is possible to data of readers his scientific and public activity, is estimated his big role in 

definition of ways of linguistics development, a professional training with high scientific potential, and in 

creation of fundamental scientific products. In the article also are resulted names of scientist’s books and 

articles in which its scientific views and innovative ideas are most full reflected. 

 

Keywords: Aghamusa Akhundov, linguistics,

 

turkologist,

 

organizer, scientist,

 

big lecturer 

 

 



 

 

 



 

 

 



Yüklə 213,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə