Microsoft Word jurnal k&bN2 27



Yüklə 48,86 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü48,86 Kb.
#20775


Şəfəq İSLAMOVA 

AMEA İqtisadiyyat İnstitutunun 

kitabxana müdiri, 

tarix üzrə fəlsəfə doktoru 

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI KİTABXANA 



ŞƏBƏKƏSİ BÖYÜK VƏTƏN MÜHARİBƏSİ İLLƏRİNDƏ 

 

1941-ci il iyun ayının 22-də faşist Almaniyasının keçmiş Sovet İttifaqına 



hücumu bütün sahələrdə olduğu kimi ölkə əhalisinin mədəni həyatını pozdu, o 

cümlədən, kitabxana işinin də inkişafına mane oldu. Azərbaycanda da bütün 

işlər müharibənin tələblərinə uyğun qurulmağa başladı, bütün qüvvələr qələbə 

naminə xalqın mənəvi cəhətdən səfərbər edilməsinə yönəldi. Müharibə 

illərində kitabxanaları qoruyub saxlamaq və  əhaliyə kitabxana xidmətinin 

təşkilini davam etdirmək üçün bir sıra tədbirlər həyata keçirilməyə başladı. 

Baxmayaraq ki, minlərlə maarif işçiləri cəbhəyə göndərildi, lakin iş 

dayandırılmadı. Müharibənin ilk günlərindən geniş  təbliğat məntəqələrinə 

çevrilən kitabxanalar öz işlərini “hər şey cəbhə üçün!”, “hər şey qələbə üçün!” 

şüarı əsasında qurur, vətənpərvərlik aşılayan əsərləri təbliğ edirdilər. 

Mədəni-maarif müəssisələrinin  ən mühüm sahələrindən biri olan 

kitabxanalar müharibənin ilk günlərindən başlayaraq cəbhənin və arxanın hərbi 

əsaslar üzərində yenidən qurulması  vəzifələri  əsasında təbliğat-təşviqat işində 

hökumətin dayaq bazası kimi xidmət etməyə başladılar. 

Kitabxanalar Müdafiə Komitəsinin  əmr və göstərişlərini geniş surətdə 

təbliğ edir və onların yerinə yetirilməsi uğrunda mübarizə aparırdılar. 

Müharibənin ilk günlərindən Azərbaycan Maarif Komissarlığının 

göstərişi ilə SSRİ EA Azərbaycan filialının Mərkəzi Elmi Kitabxanasında 

“Müharibə dövründə kitabxanaların vəzifələrinə  həsr edilmiş Metodik 

müşavirə keçirilmişdir. Bu metodik müşavirədə kitabxanaların qarşısında duran 

vəzifələr izah edilməklə  bərabər, görüləcək işlər haqqında konkret göstərişlər 

verilmiş, kitabxana işinin yeni şəraitlə  əlaqədar olaraq mühüm problemləri 

müəyyənləşdirilmişdir”. 

SSRİ EA Azərbaycan filialının kitabxana şəbəkəsinin əsas vəzifəsi bölmə 

və institutların elmi-tədqiqat ehtiyaclarını ödəmək işinə xidmət etmək idi. 

Müharibə illərində Azərbaycan alimləri akademik Y.H.Məmmədəliyevin 

başçılığı ilə neft-kimya elmində böyük hadisə olan oktanlı aviasiya yanacağı 

almağa nail olmuşdular. Tank əleyhinə yandırıcı, qarışıq və başqa partlayıcı 

maddələr istehsal edilir, hərbi texnika üçün sürtkü yağlarının istehsal 

texnologiyası hazırlanır, yeni neft yataqları kəşf edilirdi.  




Kitabxanalar müharibə illərindəki hər cür çətinliklərə baxmayaraq öz 

fondlarını yeni ədəbiyyatla zənginləşdirmək, onlarda olmayan nadir kitabları 

əldə etmək sahəsində xeyli işlər görmüşlər. 

II Dünya Müharibəsi illərində  Mərkəzi Elmi Kitabxananın fonduna 

ədəbiyyat aşağıdakı yollarla komplektləşdirilirdi: 

1) Azərbaycan Respublikasının  ərazisində  çıxan  ədəbiyyatın Kitab 

Palatası tərəfindən məcburi nüsxələrinin alınması; 

2) Azərbaycanın kitab mağazalarından, “Akademkitab”dan yeni 

ədəbiyyatın alınması; 

3) Kitab mübadiləsi yolu ilə; 

4) Dövri nəşrlərə abunə yolu ilə.  

Kitabxanaların komplektləşdirilməsi, demək olar ki, çox çətin  şəraitdə 

aparılırdı. Belə ki, yeni nəşrlər kitab mağazalarına az daxil olurdu. Əsas 

etibarilə bukinist mağazalarında olan ədəbiyyatı əldə etmək olurdu. 

1941-ci ildə  Mərkəzi Elmi Kitabxana fondunun darısqal, yarıtmaz 

vəziyyətdə olması, eyni zamanda, böyük sayda kitabların sahəvi kitabxanalara 

(elmi-tədqiqat institutlarının kitabxana şəbəkələrinə) verilməsi dəqiq uçot işini 

aparmağa çətinlik yaradırdı. 

Ona görə də 1941-ci ildən etibarən kənardan gələn əlavə işçilər hesabına 

yenidən inventarlaşdırma işinə başlanıldı. 1941-ci ildə 54925 nüsxə kitabı 

inventarlaşdırmaq nəzərdə tutulduğu halda, cəmi 35842 nüsxə kitab 

inventarlaşdırıldı. Plan işinin belə az yerinə yetirilməsinin əsas səbəbi fondun 

yeni kitab saxlayıcılarına köçürülməsilə  əlaqədar idi. Həmin ildə oxuculara 

kitab verilişi də 9732 nüsxə olmuşdur. Bunlardan 3801 nüsxə abonementdən, 

5931 nüsxə isə qiraət zalından verilmişdir. 

Böyük Vətən Müharibəsinin ilk aylarından Azərbaycanda hərbi 

xəstəxanalar yaradılmağa başladı. Azərbaycan KP MK və Azərbaycan SSR 

XKS-nin qərarı ilə 1942-ci ilin yanvarında yaralı  əsgərlərə  və komandirlərə 

Azərbaycan Respublikası Yardım Komitəsi yarandı. Qısa müddət  ərzində 

Bakıda və respublikanın bir sıra yerlərində 70 hərbi hospital təşkil edildi. 

Məşhur cərrah M.Topçubaşovun hərbi cərrahiyədə yeni müalicə metodları ilə 

minlərlə əsgər ölümdən xilas edildi. 

Bu dövrdə kitabxanaların da qarşısında müharibəyə dair yazılmış 

kitabları toplamaq, geniş  zəhmətkeş  və oxucu kütlələrinə  məruzə  və 

mühazirələrlə xidmət etmək kimi çox mühüm vəzifələr dururdu. Azərbaycan 

filialının kitabxana şəbəkəsi hərbi xəstəxanalarda təbliğat-təşviqat və kütləvi 

işlərin təşkilində yaxından iştirak edirdilər. 

Kitabxananın  əməkdaşları müharibənin çətinliklərinə baxmayaraq, 

hospitallara hamilik edir. 7 hospitalı  bədii, tarixi əsərlərlə,  əsgər oxucuların 

tələbatını ödəyən  ədəbiyyatla təmin edirdi. Yazıçı alimlərimiz çoxmilyonlu 

sovet xalqının faşizmlə mübarizəsinə və müharibədə qələbəsinə həsr olunmuş 



əsərlər yaradırdılar. Müharibədə döyüşən  əsgərlərə SSRİ EA Azərbaycan 

filialının kitabxana şəbəkəsi tərəfindən 502 bağlama kitab göndərilmişdi. 

Məsələn, belə kitablardan: Böyük Vətən Müharibəsi: cəbhə  və arxa. – 

Bakı,1942; Faşizmlə mübarizə.–Bakı,1942; Rus artilleriyası dünya 

müharibəsində. –I-II cild. – M., 1938 və s. göstərmək olar. İctimai elmlər 

sahəsində çalışan alimlərimizdən H.Hüseynov və M.A.Dadaşzadənin 

“Azərbaycan  ədəbiyyatının qısa tarixi”, S.Vurğunun “Şəfqət bacısı”, 

“Qəhrəmanlıq öyüdü”; S.Rüstəmin “Ana və poçtalyon”, R.Rzanın “Əsgər 

ananın sözləri”, N.Rəfibəylinin “Get, sevgilim uğur olsun”, M.H.Vəkilovun 

“Cavanşir” və s. kimi əsərləri dövrün mübarizə ruhu ilə səsləşən kitablarından 

idi. 

II Dünya Müharibəsi illərində Azərbaycan K(b)P MK və Azərbaycan 



SSR XKS müharibə illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan 

filialının fəaliyyətinə xüsusi diqqət yetirirdi. 1943-cü ilin noyabrında Mərkəzi 

Komitə Elmlər Akademiyası filialının işi haqqında qərar qəbul etdi. Bu qərarda 

filialın işini daha da yaxşılaşdırmaq, onun yeni institutlarını  və bölmələrini 

yaratmaq kimi geniş perspektivlər müəyyənləşdirildi. 

Qərarda, həmçinin, kitabxanaların da işinin yaxşılaşdırılması, onların 

yeni ədəbiyyatla təkmilləşdirilməsinə diqqət yetirilməsi,  əlyazmalar fondunun 

təşkili və s. məsələlər də öz konkret həllini tapdı. 

1943-cü ildə SSRİ EA Azərbaycan filialının Mərkəzi Kitabxanası öz 

işində  əsas diqqəti yeni ədəbiyyatın komplektləşdirilməsinin nizama 

salınmasına yönəltdi. Həmin ilin planına  əsasən 4250 nüsxə  ədəbiyyatın 

alınması  nəzərdə tutulmuşdu. Lakin kitabxanaya nəzərdə tutulduğundan 552 

nüsxə artıq kitab daxil oldu. Beləliklə, daxil olan kitabların sayı 4802 nüsxəyə 

çatdı. Bunlardan 2159 nüsxə kitab (rus dilində), 1388 nüsxə jurnal (rus 

dilində), 441 xarici kitab və jurnallar, 814 nüsxə Azərbaycan və şərq dillərində 

olan kitablar idi.  

Daxil olan kitablar içərisində Qafqazşünalığa dair əsərlər xüsusi yer 

tuturdu. Kitabxanaların fondundan istifadə  Rəyasət Heyətinin 1940-cı ildə 

təsdiq etdiyi və kitabxana tərəfindən işlənib hazırlanmış “Kitabxanadan istifadə 

qaydaları” haqqında təlimata əsasən həyata keçirilirdi. 

Hələ müharibə illərində “Elmi-maarif təbliğatının təşkili haqqında” qəbul 

edilən qərar Mərkəzi Elmi Kitabxanada oxucular arasında elmi-təbii biliklərin 

geniş surətdə  təbliğini təşkil etməyə istiqamətləndirirdi. Qərarda ölkədə elmi-

maarif təbliğatının təşkili sayəsində olan nöqsanlar qeyd edilir və bu 

nöqsanların aradan qaldırılması  zəruri hesab edilirdi. Çünki həmin  şəraitdə 

oxucuların ümumi mədəni səviyyəsinin daha da yüksəldilməsində, keçmişin 

qalıqlarının aradan qaldırılmasında təbii-elmi biliklərin təbliği böyük 

əhəmiyyətə malik idi. 




1943-cü ildə Mərkəzi Elmi Kitabxanada oxuculara 16000 nüsxə kitab verilmişdir. 

Müharibə illərində kitabxana öz elmi-biblioqrafik fəaliyyətini də dayandırmamışdır. 

Onun biblioqrafik fəaliyyəti  əsasən kitab və  əlyazmalar fondunun kartotekasının və 

ölkəşünaslıq xarakterli göstəricilərin tərtib edilməsinə doğru yönəldilmişdir. Bütün 

bunlarla yanaşı, kitabxanaya daxil olan yeni ədəbiyyatın siyahıları da tərtib edilir, 

məlumat-biblioqrafiya işləri genişləndirilirdi. Həmin il kitabxana 6 kitab sərgisi təşkil 

etmişdir. Bu sərgilər H.Zərdabiyə,  Ə.Haqverdiyevə, görkəmli alim Nyutonun elm 

tarixində roluna həsr edilmiş sərgilər idi. 

Bu dövrdə institut və bölmələr nəzdində yaranmış olan kitabxanalar öz işlərində 

Mərkəzi Elmi Kitabxananın metodik köməkliyindən istifadə edirdilər. Belə ki, Mərkəzi 

Elmi Kitabxana elmi-tədqiqat institutlarının kitabxanalarına komplektləşdirmə  işinin 

təşkilində, kitabxana işinin müxtəlif məsələlərində, kitabxanaların hesabatlarına nəzarət 

etməkdə və s. köməklik edirdi. Şəbəkə kitabxanalarının hesabatları dinlənilir, kitabxana 

işi məsələləri müzakirə edilir, işlərində olan çatışmazlıqlar göstərilirdi. Kitabxana işçiləri 

də bu məsləhətlərdən öz işlərində istifadə edirdilər. 

SSRİ EA Azərbaycan filialının Mərkəzi Elmi Kitabxanasının işində  ən böyük 

nailiyyət “SSRİ EA Azərbaycan filialının 10 illik nəşrlərinin biblioqrafiyası”nın 

tərtibidir (15 çap vərəqi həcmində M.P.Karpinskaya tərəfindən tərtib edilmişdir). 

Müharibə  şəraitinin olmasına baxmayaraq, SSRİ Elmlər Akademiyası 

Azərbaycan filialının kitabxana şəbəkəsi hərbi hospitallara xidmət etməklə yanaşı, 

özlərinin daxili işlərinə  də diqqət yetirirdilər.  Şərq  ədəbiyyatı  şöbəsində  şərq 

əlyazmalarının və qədimdə çap olunmuş kitabların seçilməsi və qiymətləndirilməsi üzrə 

xüsusi komissiya yaranmışdı. Komissiya qiymətli  əlyazmaların, köhnə  nəşr olunmuş 

kitabların əldə edilməsi sahəsində böyük işlər görmüşdür. Mərkəzi Elmi Kitabxananın 

Şərq ədəbiyyatı şöbəsinə qiymətli ədəbiyyatın toplanılması sahəsində böyük köməkliyi 

Rəyasət Heyətinin sədr müavini H.Hüseynov etmişdir. O, eyni zamanda, komissiyanın 

sədri idi. Ümumiyyətlə, həmin komissiya bu dövrdə digər kitabxanalara da (məsələn, 

kütləvi)  şərqə dair kitabların komplektləşdirilməsi işinə,  əlyazmaların toplanmasına 

köməklik etmişdir. 

1945-ci il mart ayının 7-də SSRİ EA Azərbaycan filialı və respublikanın bir sıra 

digər elmi-tədqiqat idarələri əsasında Azərbaycan Respublikasının Elmlər Akademiyası 

yarandı. Həmin ildə kitabxananın həyatında yeni inkişaf mərhələsi SSRİ EA 

Azərbaycan filialının Respublika Elmlər Akademiyasına çevrilməsilə başlandı. 

Azərbaycan Respublikası Elmlər Akademiyasının yaranması ilə əlaqədar olaraq 

onun kitabxana şəbəkəsi də xeyli genişləndi. 1945-ci ildə təşkil edilən kitabxanalardan 

biri Nizami adına Azərbaycan  Ədəbiyyatı Muzeyi nəzdindəki kitabxana idi. Bu 

kitabxana Muzeyin hədiyyə fondunun, həmçinin, T.B.Saltıkov-Şedrin adına Leninqrad 

Dövlət Kütləvi Kitabxanasının fondundan alınmış nəşrlərin əsasında təşkil edilmişdir. 

Fondda bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və tənqid, dilçilik və muzeyşünaslığın və s. 

məsələlərinə dair əsərlər vardır. Azərbaycan klassiklərinin və alimlərinin nadir nüsxələri 

xüsusilə qiymətlidir. Onların içərisində  Qətran Təbrizi, Nizami Gəncəvi, M.P.Vaqif, 



M.F.Axundov, M.Ə.Sabir, C.Məmmədquluzadə və b.-nın əsərləri, İranda və Türkiyədə 

nəşr edilmiş bir sıra jurnallar da vardır. 

Rus ədəbiyyatı klassiklərindən A.S.Puşkinin, L.N.Tolstoyun, M.Y.Ler-montovun, 

A.P.Çexovun, A.M.Qorkinin və b. əsərləri buraya toplanmışdı. 

Həmin ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində də kitabxana təşkil 

edilmişdi.  İnstitutun fonduna torpaqşünaslığa, aqrobiologiyaya, üzümçülüyə aid, 

həmçinin botanika, biologiya, coğrafiya, meşəçilik üzrə əlaqədar məsələlərə həsr edilmiş 

əsərlər “Poçvovedenie”(1904-cü ildən), “İzvestiya AzFAN SSSR”(1936-cı ildən), 

“Dokladı AN SSSR”(1938-ci ildən), “İzvestiya AN SSSR.Seriya biologiya” (1939-cu 

ildən), “Dokladı AN AzSSR” (1945-ci ildən) və s. dövri mətbuat nəşri də toplanmışdı. 

Artıq 1945-ci ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasının 16 

institut kitabxanası, 3 muzey kitabxanası və 4 baza (Kirovabad, Stepanakert, Naxçıvan 

və Quba bazaları) kitabxanası  fəaliyyət göstərirdi. Kitabxanaya bütün keçmiş Sovet 

İttifaqında nəşr olunan ədəbiyyatın məcburi pullu nüsxəsini  əldə etmək səlahiyyəti 

verildi. Azərbaycan Respublikasında Elmlər Akademiyasının təşkili ilə əlaqədar olaraq 

Mərkəzi Elmi Kitabxananın işi yenidən təşkil edilmiş, onun ştatı  və funksiyaları 

genişləndirilmişdir. 

Böyük Vətən Müharibəsi ölkəmizdə başqa sahələrə olduğu kimi, kitabxana işinə 

də böyük zərbə vurmuşdu. Alman – faşist işğalçıları 43 min kitabxananı  və 100 

milyondan artıq kitabı  məhv etmişdilər. Müharibə qurtarmamış alman – faşist 

işğalçılarından azad edilmiş ərazidə kitabxanaları bərpa etmək üçün Dövlət ədəbiyyat 

fondu yaradıldı. Bu fond ölkədə alman-faşist işğalçıları  tərəfindən dağıdılmış 

kitabxanaları bərpa etmək üçün olduqca böyük rol oynadı. AEA Mərkəzi Kitabxanası 

da dağıdılmış kitabxanaların bərpasında onlara ədəbiyyat göndərməklə yaxından iştirak 

etmişdi. 

Bu dövrdə respublikamızda da kitabxana işi sahəsində geriləmə və tənəzzül özünü 

göstərirdi. Bu tənəzzül əsas etibarilə kitab fondlarının və maddi vəsaitlərin azalmasında 

özünü göstərirdi. 

Şiddətli vuruşmalarda faşizmə qarşı misilsiz qəhrəmanlıq salnaməsində 

Azərbaycan xalqı çoxlu parlaq səhifələr yazmışdır. Azərbaycanın igid oğulları Böyük 

Vətən Müharibəsi cəbhələrində  qəhrəmancasına vuruşaraq adlarını  əbədi 

şöhrətləndirdilər. 

Azərbaycan xalqının bu qəhrəmanlığına dair çoxlu monoqrafiya, dissertasiya, 

oçerk, məqalə, xatirə və s. həsr olunmuşdur ki, bu materialları toplamağın, bir sistem 

halına salmağın, dərc etməyin zəruriliyi hələ Vətənimizin başı üstünü təhlükə alanda – 

1941-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın qərarında göstərilmişdi. 

Müharibə haqqında, cəbhələrdəki qələbələrimizin  əzəməti, arxa cəbhədə 

əməkçilərimizin rəşadəti haqqında və s. yazılanların hamısını üzə  çıxarmaq, 

ümumiləşdirmək, qayğı ilə qoruyub saxlamaq çox mühüm ideoloji və elmi-məlumat 

işidir. Bu məqsədlə  də Azərbaycan Respublikasının EA İctimai elmlər üzrə Elmi 

Məlumat Mərkəzi həmin mövzu üzrə əsas ədəbiyyatın biblioqrafiyasını tərtib etmişdir. 



Biblioqrafiyaya 1941-ci ildən başlayaraq bu günə  qədər respublikamızda, onun 

ərazisindən kənarda Azərbaycan və rus dillərində çap olunmuş  ədəbiyyat daxil 

edilmişdir. Bunlar kitab və jurnal məqalələri olub, mövzu ardıcıllığına görə 

yerləşdirilmişdir. Azərbaycanın mərd oğul və  qızlarının böyük qələbəmizdəki 

xidmətlərinin öyrənilməsi bu gün də davam etdirilir. 

 

ƏDƏBİYYAT 



 

1.

 

Azərb.EA Arxivi. F.5,siy.1,arx.185,qutu 14. – S.55. 

2.

 

Azərb.EA Arxivi. F.5,siy.1,arx.230,qutu 14. – S.5. 

3.

 

Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası: Bələdçi. – 

Bakı: Elm.1990.- S.29; 88. 

4.

 

Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi. -Bakı: Azərnəşr,1974. – 

S.129. 

5.

 

Xələfov A.A. Böyük Vətən Müharibəsi illərində Azərbaycanda kitabxana işi 

(1941-1945-ci illər) // ADU-nun Elmi Əsərləri. Kitabxanaşünaslıq və biblioqrafiya 

seriyası. – Bakı,1971. – S.33. 

6.

 

Материалы  к  истории  библиотечного  дела  в  СССР (1917-1959гг.). - 

М.,1964. – С.152-153. 

 

Ш. И.ИСЛАМОВА 

БИБЛИОТЕЧНАЯ СЕТЬ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ 

АЗЕРБАЙДЖАНА ЗА ГОДЫ ВЕЛИКОЙ ОТЕЧЕСТВЕННОЙ ВОЙНЫ 

РЕЗЮМЕ  

 

В статье рассказывается о деятельности библиотек, формах обслу-живания 



населения,  проблемы  охраны  и  оборота  документов,  о  вопросах  перестройки 

пропагандистской и агитаторской работы библиотек на фронте в годы Великой 

отечественной войны 

 

Sh.İ.İSLAMOVA 

THE LIBRARY’S  NETWORK OF THE NATIONAL ACADEMY 

SCIENCES OF  AZERBAIJAN IN THE YEARS  

OF GREAT PATRIOTIC WAR 

SUMMARY 

Activities of the libraries in the article in the years of the Great Patriotic War, 

forming of the service of the libraries to the population, it has guarded them and 

encirlement have been important problems as like problem base of the government on 

the bases of posts of the reconstructing on military bases of the front of to keep in the 

work of propaganda and agitation. 



 

Yüklə 48,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə