Microsoft Word jurnal k&bN2 27



Yüklə 47,05 Kb.

tarix20.10.2017
ölçüsü47,05 Kb.


Sima İSMAYILOVA 

Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi 

 

ƏDƏBİYYATŞÜNASLIĞIN SƏNƏD-TƏLƏBATÇI SİSTEMİNDƏ 

İNFORMASİYA MANEƏLƏRİ 

 

Azərbaycanda bədii  ədəbiyyat və  ədəbiyyatşünaslığın zəngin sənəd 

kütləsinin yaranması, həmçinin biblioqrafik fəaliyyətdə qazanılmış nailiyyətlər, 

bu sahədə  kəmiyyət və keyfiyyət baxımından yeni biblioqrafik vəsaitlər 

sisteminin meydana gəlməsinə səbəb olmuşdur. 

Keçən  əsrin 60-cı illərində Azərbaycanda  ədəbi-bədii biblioqrafik 

vəsaitlər sisteminin formalaşması vəzifələri milli ədəbiyyatımızın yeni inkişaf 

mərhələsi olan yaradıcılıq imkanları  və qarşıdakı perspektivləri ilə 

müəyyənləşdirilirdi. Bu vəzifələr xalqımızın zəngin  ədəbi irsini biblioqrafik 

üsulla tədqiq etmək, cəmiyyətin  ədəbi-bədii sənədlərə dair biblioqrafik 

informasiya ehtiyacını ödəməkdən,  ədəbi-bədii  əsərlərin nəşrləri üzrə 

biblioqrafik axtarışlar aparmaq, ayrı-ayrı  sənətkarların həyat və yaradıcılığı 

haqqında biblioqrafik əsərlər yaratmaqla Azərbaycan və dünya ədəbiyyatının 

geniş oxucu kütlələri arasında təbliğində, eləcə də ədəbi irsimizə dair aparılan 

tədqiqat işlərində, mütəxəssislərin biblioqrafik informasiya təminatında fəal 

iştirak etməkdən ibarət idi. 

Bu baxımdan ölkəmizdə  bədii  ədəbiyyat və  ədəbiyyatşünaslığa dair 

biblioqrafik məhsulun əsas forması, onun yayılması və istifadəsində əsas vasitə 

sayılan biblioqrafik vəsaitlər sisteminin ədəbi mühitin xüsusiyyətlərinə uyğun 

şəkildə daha da inkişaf etdirilməsi bu dövrdə ədəbi-bədii biblioqrafik fəaliyyət 

üçün ən zəruri vasitələrdən biri idi.  

Professor Zöhrab Əliyevin yazdığı kimi, «Biblioqrafik informasiyanın 

məqsədinə, oxucu istiqamətinə uyğun olan fikrə, məqsədə, forma və məzmuna 

görə vəhdətdə götürülmüş və qaydaya salınmış biblioqrafik yazı toplusu» (1. s. 

19) olan ədəbi-bədii biblioqrafik vəsaitlər sistemi XX əsrin 60-cı illərində 

respublikamızın  ədəbi həyatına dair formalaşan informasiya tələbatının təmin 

edilməsinə yönəlməli idi. Çünki bu dövrdə Azərbaycanda bədii  ədəbiyyat və 

ədəbiyyatşünaslıq sahəsində əsrlər boyu formalaşmış zəngin və çoxsahəli sənəd 

kütləsindən səmərəli istifadə etmək, bu mürəkkəb sənəd kütləsindən lazımi 

informasiyanı  əldə etmək,  ədəbi-bədii biblioqrafik vəsaitlərə olan ictimai 

tələbatı getdikcə artırırdı. 

Qeyd etmək lazımdır ki, bu illərdə Azərbaycanda bədii  ədəbiyyat və 

ədəbiyyatşünaslıq sahəsindəki tələbatçı sistemində ciddi maneələr 

formalaşmışdır. 

Professor Z.Əliyevin qeyd etdiyi kimi, «Sənədlər və informasiya 

tələbatçıları arasında uyğunluq biblioqrafik informasiyanın nəzəriyyəsində 




böyük  əhəmiyyət kəsb edir. Sənəd kommunikasiyaları sistemində onun 

inkişafının ilkin mərhələlərində belə informasiya sədləri, yəni lazımi 

informasiya almağa mane olan və bununla da sənədlərin informasiya mənbəyi 

kimi normal yayılmasını çətinləşdirən daxili maneələr baş verir.» (1.s.15) 

Respublikamızda  ədəbi-bədii sənəd kommunikasiyaları sistemində 

mövcud olan informasiya maneələri əsasən aşağıdakı amillərlə əlaqədar idi. 



1. Azərbaycan  ədəbiyyatına dair bir çox ilk mənbələrin respublikanın 

kitabxanalarında tam və dolğun toplanmaması. 

Belə ki, Azərbaycan  ədəbiyyatı və  ədəbiyyatşünaslığı nümunələrinin bir 

hissəsi keçmiş SSRİ-nin Moskva, Leninqrad (Sankt-Peterburq), Daşkənd, 

Tiflis, Simferepol, Baxçasaray, Həştərxan 

şəhərlərinin müxtəlif 

kitabxanalarında, digər hissəsi isə London, Leypsiq, Vatikan, Varşava, 

İstanbul, Xorasan, Qahirə, Bombey, Bağdad, Tehran və s. xarici ölkə 

kitabxanalarında mühafizə edilirdi və bu sənədləri  əldə etmək və ya onlar 

haqqında informasiya almaq olduqca çətin idi. 



2.  Bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq sənədlərinin respublikanın 

kitabxana-informasiya müəssisələrində pərakəndə şəkildə mühafizə edilməsi. 

Çoxəsrlik Azərbaycan  ədəbiyyatı  və  ədəbiyyatşünaslığına dair sənəd 

kütləsi respublikanın müxtəlif kitabxanalarında, o cümlədən, M.F.Axundov 

adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Respublika 

Əlyazmalar  İnstitutunda, inqilaba qədərki dövri orqanların  əksəriyyəti 

Marksizm-leninizm institutu kitabxanasında mühafizə edilirdi. 

Bir çox ədəbi-bədii jurnalların kitabxanalarda tam komplektinin 

olmaması. Məsələn, özündə xeyli ədəbi-bədii informasiyanı əks etdirən "Molla 

Nəsrəddin" jurnalının, «Dəbistan», «Zənbur» və digər jurnallar tam komplekt 

şəklində heç bir kitabxanada mövcud deyildir. 

3.  Bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq sənədlərinin tələbatçıları üçün 

mühüm maneə yaradan amillərdən biri də  əlifba maneəsi idi. Belə ki, 

Azərbaycanda formalaşmış sənəd kütləsinin orta əsrlərdən başlayaraq 1929-cu 

ilə qədər əlyazmalar və çap əsərlərimiz ərəb əlifbası, 1929-1939-cu illərdə latın 

əlifbası və sonralar isə kiril əlifbası ilə nəşr edilmişdi. XX əsrdə, xüsusən 40-cı 

illərdən sonra formalaşan oxucuların tam əksəriyyəti  ərəb və latın  əlifbası 

əsasında nəşr edilmiş sənədlərdən səmərəli istifadə edə bilmirdilər. 

4. Mütəxəssislərin  ədəbi-bədii mənbələrdən səmərəli istifadə etməsinə 

maneçilik göstərən amillərdən biri də kitabxanalarımızı SBA sistemindəki 

nöqsanlar idi. Kitabxanalarda, o cümlədən, iri elmi kitabxanlarda ədəbi-bədii 

sənədləri tam və mükəmməl əks etdirən kataloq və xüsusən kartoteka sistemi 

yox idi, Oktyabr çevrilişinə  qədər Azərbaycanda nəşr edilmiş  ədəbi və digər 

jurnalların məzmunu məqalələrin sistemli kartotekalarında  əks olunmamışdı, 

həmin dövri orqanların analitik biblioqrafik göstəriciləri yox dərəcəsində idi,  



5. 20-60-cı illərdə bədii ədəbiyyat və ədəbiyyatşünaslıq məsələlərinə həsr 

edilmiş biblioqrafik göstəricilər senzura müdaxiləsinə  məruz qalırdı, 

göstəricilərin məzmunu və struktur quruluşunda da ciddi nöqsanlar var idi. 

6.  Nəhayət, ölkədə  ədəbi-bədii kommunikasiya sistemində mövcud olan 

informasiya maneələrini yaradan səbəblərdən biri də oxucuların kitabxana-

biblioqrafiya biliklərinin, ümumiyyətlə, onların bilik və  vərdişlərinin zəif 

olması idi. Bir çox hallarda mütəxəssislərin belə  sənəd axtarışında düzgün 

strategiya seçməyi bacarmır, mövcud dövri nəşrlər sistemi haqqında 

mükəmməl biliklərə malik deyildilər. Kitabxanalarımızın oxucular arasında 

biblioqrafik biliklərin təbliği istiqamətindəki fəaliyyəti qənaətbəxş deyildi. 

Bütün bunlar şübhəsiz ki, Azərbaycanda bədii  ədəbiyyat və 

ədəbiyyatşünaslığın sənəd kommunikasiya sisteminin normal fəaliyyətinə 

mane olan maneələr idi. 

60-cı illərdə ölkədə  bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq sahəsində 

«sənəd-informasiya tələbatçısı» sistemində informasiya maneələrini aradan 

qaldırmağa kömək edən vasitələrin və ilk növbədə biblioqrafik göstəricilərin 

yaradılması  zərurəti aktuallıq kəsb edirdi ki, bunun da əsas səbəbi qeyd 

etdiyimiz kimi, cəmiyyətdə bu sahədə getdikcə inkişaf edən biblioqrafik tələbat 

idi. 


Tanınmış rus biblioqrafiyaşünası O.P.Korşunov hər hansı bir elm və bilik 

sahəsinə dair cəmiyyətdə biblioqrafik tələbatın meydana gəlməsinin  əsas 

səbəblərini belə qruplaşdırır: 

-informasiyaya olan tələbatın dərk edilməsi; 

-həmin tələbatın sənədlərə müraciət etmədən mümkün olmaması; 

-informasiya tələbatçıları ilə sənədlər arasında mövcud maneələrin aradan 

qaldırılmasını təmin edən biblioqrafik informasiyanın zəruriliyi; 

-informasiya tələbatçılarının biblioqrafik informasiya mənbələrini və 

həmin mənbələrdən istifadə qaydalarını bilməsi (4. s.43).  

Qeyd etmək lazımdır ki, 60-cı illərdə ölkəmizdə ədəbi-bədii biblioqrafik 

informasiyaya olan tələbatın yuxarıda göstərilən bütün şərtləri mövcud idi. 

Nəzəri ədəbiyyatda informasiya tələbatçılarının ədəbi biblioqrafik tələbatı 

iki növə - qeyri-peşəkar və peşəkar tələbata bölünür (2. s.9). 

Dosent  Əşrəf Xələfovun qeyd etdiyi kimi, cəmiyyətdə qeyri-peşəkar 

ədəbi biblioqrafik tələbat «oxucunun bədii  ədəbiyyata estetik qavrayışın 

bilavasitə predmeti kimi yanaşması nəticəsində, ümumi mədəni-estetik tələbat 

əsasında yaranır. Bədii ədəbiyyat mənəvi mədəniyyətin elə sahəsidir ki, insanın 

şüurlu həyatını bütünlükdə müşayiət edir.» (2. s.9) 

60-cı illərdə Azərbaycanda artıq bədii  ədəbiyyata dərin maraq göstərən

eyni zamanda peşə baxımından bu sahə ilə bilavasitə  əlaqəsi olmayan geniş 

oxucu qrupu formalaşmışdı. Bunlara müxtəlif mədəniyyət universitetlərinin 

dinləyiciləri, kitabsevərlər cəmiyyətlərinin üzvləri, 

əksər kütləvi 



kitabxanalarda, mədəniyyət evləri və klublarda fəaliyyət göstərən ədəbiyyat və 

dram dərnəklərinin üzvləri, fərdi  ədəbiyyatsevərlər və s. oxucu qrupları daxil 

idi. 

60-70-ci illərin statistik məlumatlarına görə respublikanın şəhər, rayon və 



xüsusən kənd kitabxanalarının kitab fondlarının orta hesabla 60-70 faizini bədii 

nəşrlər təşkil edirdi və bu nəşrlərin geniş oxucu kütləsi formalaşmışdı. 

Kitabxanalarda bədii  ədəbiyyatın təbliğinə yönəlmiş çoxsaylı kütləvi 

tədbirlər-kitab icmalları, sərgilər, oxucu konfransları,  ədəbi-bədii gecələr,  şair 

və yazıçılarla görüşlər və s. tədbirlər geniş oxucu kütlələrində  bədii  əsərlərə 

olan tələbatı getdikcə gücləndirirdi. 

Məsələn, yalnız Bakı  şəhərinin M.Ə.Sabir, M.Ə.Əzizbəyov, A.Şaiq, 

A.Səhhət adına kitabxanalarının 1965-1970-ci illərdəki hesabatlarından məlum 

olur ki, oxucuların ümumi sayı 100 mindən artıq olan kitabxanaların illik kitab 

verilişinin 70-75%-ni məhz bədii əsərlər təşkil edirdi. 

Bu illərdə Azərbaycanda müxtəlif elm sahələrində, dövlət orqanlarında, 

sənaye və  kənd təsərrüfatı  və s. sahələrdə çalışan mütəxəssislərin də  bədii 

ədəbiyyata marağının güclənməsi meylləri müşahidə edilirdi. 

Nəhayət, bədii  ədəbiyyatdan cəmiyyətdə müvafiq təşkilatlar tərəfindən 

əhali və xüsusən gənclər arasında aparılan tərbiyəvi və  təbliğat xarakterli iş 

metodlarında da geniş istifadə edilirdi. 

Bütün bunlar cəmiyyətdə  bədii  ədəbiyyata qeyri-peşəkar biblioqrafik 

tələbatın yüksələn xətlə inkişaf etməsinə səbəb olurdu. 

Tədqiqat dövründə Azərbaycanda bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq 

biblioqrafiyasının gələcək inkişafı üçün zəmin yaradan dügər amil, cəmiyyətdə 

peşəkar  ədəbi-biblioqrafik tələbatın mövcudluğu idi. Bu tələbat ilk növbədə 

bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq fəaliyyəti ilə bilavasitə  məşğul olan 

mütəxəssislərin,  ədəbiyyatşünasların, yazıçı  və  şairlərin, tərcüməçilərin, 

müəllimlərin, tələbələrin və bu sahəyə yaxın fəaliyyətlə məşğul olanların sənəd 

və mütaliəyə olan tələbatı zəminində meydana gəlmişdi.  

Bu informasiya tələbatçılarının özəyini peşəkar  ədəbiyyatşünaslar təşkil 

edirdi. Buraya ilk növbədə  ədəbiyyat nəzəriyyəsi, tarixi və  ədəbi tənqidlə 

məşğul olan alim və mütəxəssislər daxil idi. Belə oxucuların  əsas hissəsini 

Azərbaycan EA-nın Ədəbiyyat, Dilçilik, Tarix, Şərqşünaslıq, Fəlsəfə və Hüquq 

institutlarında çalışan  əməkdaşlar, eləcə  də ali məktəblərin müvafiq 

kafedralarının professor-müəllim heyəti, ümumtəhsil məktəblərinin dil və 

ədəbiyyat müəllimləri çoxsaylı aspirant və dissertantlar təşkil edirdi. 

Əşrəf Xələfovun qeyd etdiyi kimi, «bu qrup oxucular əsasən elmi-

köməkçi, retrospektiv və cari biblioqrafik vəsaitlərdən istifadə edir, referativ 

biblioqrafik məlumatlarla maraqlanır, onların yüksək dərəcədə çevik olmasını 

istəyirlər» (2. s.15). 




Tələbatçıların biblioqrafik təminatının  əsas  şərtlərini informasiyanın 

dolğunluğu, mötəbərliyi, mükəmməlliyi, analitik əks olunması, relevantlığı və 

operativliyi təşkil edirdi. 

Beləliklə, 60-cı illərdə Azərbaycanda bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq 

biblioqrafiyasının gələcək inkişafını təmin edəcək bütün amillər mövcud idi. 

Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə  ədəbi biblioqrafiyanın gələcək 

inkişafı üçün artıq bünövrə yaranmışdı. Xüsusən, XX əsrin 40-50-ci illərində 

respublikada bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq biblioqrafiyası sahəsində çox 

qiymətli nailiyyətlər əldə edilmiş, zəngin təcrübə formalaşmışdı. 

Azərbaycanda ədəbi biblioqrafiya tarixinin ilk tədqiqatçısı Rasim Kazımovun 

yazdığı kimi, 1920-1965-ci illərdə «Azərbaycanda bədii  ədəbiyyat və 

ədəbiyyatşünaslıq biblioqrafiyası sürətlə inkişaf edərək, biblioqrafiyanın bütün əsas 

tipləri və növlərində  dəyərli  əsərlər yaranmışdı ki, onlar bədii  ədəbiyyatın geniş 

oxucu kütlələri arasında təbliğində və ədəbi irsimizə dair aparılan tədqiqat işlərində 

köməkçi elmi vəsaitlər kimi müvəffəqiyyətlə istifadə olunurdu» (3. s.3). 

Həmin illərdə Azərbaycan  ədəbiyyatı klassiklərinin  əsərlərinin nəşrləri 

haqqında biblioqrafik axtarışlar aparılmış, ayrı-ayrı  sənətkarların, o cümlədən, 

N.Gəncəvinin, M.F.Axundovun, M.Ə.Sabirin, C.Məmmədquluzadənin və 

başqalarının həyat və yaradıcılığı haqqında qiymətli biblioqrafik tədqiqatlar 

yaradılmışdı. 

XX  əsr Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndələri M.S.Ordubadi, 

Ə.Haqverdiyev, C.Cabbarlı, S.Vurğun, M.İbrahimov, S.Rüstəm, M.Rahim, R.Rza, 

M.Hüseyn və başqa sənətkarlarımıza həsr olunmuş biblioqrafik vəsaitlər onların 

ədəbi irsinin öyrənilməsi və təbliğində çox böyük rol oynayırdı. 

Azərbaycan  ədəbiyyatı tarixi, onun zəngin irsi, inkişaf mərhələləri ayrı-ayrı 

sənətkarların həyat və yaradıcılığına həsr olunmuş biblioqrafik göstəricilərlə yanaşı, 

öz əksini xeyli mövzu göstəricilərində, ümumləşdirilmiş, elmi-köməkçi və tövsiyə 

xarakterli biblioqrafik əsərlərdə də tapmışdı.  

Azərbaycan ədəbiyyatının çoxsaylı mənbələri sırf ədəbi biblioqrafik əsərlərlə 

yanaşı, öz əksini eyni zamanda Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasının, 

Dövlət Kitab Palatasının, Bakı Dövlət Universitetinin öz nəşrlərini  əhatə edən, 

həmçinin mətbuat tariximizi əks etdirən  əsaslı biblioqrafik göstəricilərində  də 

tapmışdı.  

1965-70-ci illərdə Azərbaycanda bədii  ədəbiyyat və  ədəbiyyatşünaslıq 

biblioqrafiyasının inkişafının səciyyəvi xüsusiyyətlərindən biri də onun nəzəri 

baxımının tədricən püxtələşməsi idi. Belə ki, bu illərdə «Azərbaycanda biblioqrafiya 

nəzəriyyəsi artıq müstəqil yaradıcılıq sahəsi kimi fikri təkamül dövrü keçirərək kiçik 

həcmli icmal və resenziyadan tarixi və problematik məqalə, monoqrafik əsər və 

dissertasiya səviyyəsinə yüksəlmişdi» (3. s.7). 

Bütün bunlar ədəbi biblioqrafiyamızın zəngin ənənə və yeni məzmun əsasında 

inkişaf etdirilməsi üçün əsaslı zəmin yaratmışdı. 



 

ƏDƏBİYYAT 

 

1.

 

Əliyev Z.H. Ümumi biblioqrafiyaşünaslıq.- B. : BUN.- 2001 – 143 s. 

2.

 

Xələfov  Ə.T. Bədii  ədəbiyyat və  ədəbiyyatşünaslığın biblioqrafiyası.- 

B. : BUN. – 1986. – 78 s. 

3.

 

Kazımov R.Ə. Azərbaycanda bədii  ədəbiyyat və  ədəbiyyatşünaslığın 

biblioqrafiyası(1920 – 1965) : Pedaqoji elmlər namizədi alimlik dərəcəsi 

almaq üçün dissertasiya. – B. , 1972. – 269 s. 

4.

 

Коршунов  О.П.  Библиографоведение.  Общий  курс. - М. : 1990. – 

232 с.  

 

С. П.ИСМАИЛОВА  

ИНФОРМАЦИОННЫЕ  БАРЬЕРЫ  

В СИСТЕМЕ  ДОКУМЕНТ – ПОТРЕБИТЕЛЬ   

ПО ЛИТЕРАТУРОВЕДЕНИИ 

РЕЗЮМЕ 

 

В  статье  рассматриваются  вопросы  возникновения  потребностей  

на  библиографическую  информацию  и  факторы,  которые  влияют  на  

информационные    барьеры,  возникающие    в    системе    документальных  

коммуникаций  по литературоведении. 

 

S.P.İSMAİLOVA 



THE  INFORMATION  BARRIERS  

 ON  SYSTEM OF DOCUMENT – USER  

OF LITERATORY SCIENCE 

SUMMARY 

 

There  were  decribed  the  factors  wich  influence  to  the  system  of  

documental  communiation  of  literature  scinces,  reasons  of  occurance  of  

bibliographic  demainds. 



 

: down -> meqale -> kitabxanashunasliq-biblioqrafiya -> 2 2010
kitabxanashunasliq-biblioqrafiya -> Rübabə RÜSTƏmova kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı
kitabxanashunasliq-biblioqrafiya -> Bu nöMRƏDƏ KİtabxanaşÜnasliq
kitabxanashunasliq-biblioqrafiya -> Magistrant bazar iQTİsadiyyati şƏRAİTİNDƏ Kİtabxanaçiliq
kitabxanashunasliq-biblioqrafiya -> Microsoft Word Kitabxanashunasliq biblioqrafiya 2009 2
kitabxanashunasliq-biblioqrafiya -> Orxan AĞAMİRZƏyev amea m ərkəzi Elmi Kitabxanasının doktorantı
kitabxanashunasliq-biblioqrafiya -> Leyla abasova bakı Dövlət Universitetinin “ Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi
kitabxanashunasliq-biblioqrafiya -> DərsliKLƏRİNİn nəŞRƏ hazirlanmasi, TƏRTİbati və rеdaktəSİ XÜsusiYYƏTLƏRİ
2 2010 -> Microsoft Word jurnal k&bN2 27
2 2010 -> Microsoft Word jurnal k&bN2 27


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə