Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə2/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   2   3   4   5   6   7   8   9   ...   80

 

 
Müqəddimə əvəzi 
 
 
 
 
 
 
 “Olan ləyaqət haqqında nadir hallarda danışırlar,  
olmayan haqqında isə olduqca tez-tez şərh verirlər” 
Lessinq 
 
Azərbaycan xalqının mədəni irsinin yüz illər boyunca ermənilər 
tərəfindən “Gəldim, gördüm,... mənimsədim” sxemi üzrə  mənimsə-
nilməsi onların torpaqlarımıza olan ərazi iddiaları ilə  sıx bağlıdır. 
“Böyük Ermənistan” haqqında mifin reanimatorlarının niyyətləri 
kifayət qədər aydındır: gəlmə etnos olan ermənilər onlara məxsus 
olmayan torpaqlara aid ərazi iddialarının “əsaslandırılmasını” həmin 
torpaqların həqiqi sakinlərinə  məxsus olan maddi və qeyri-maddi 
irsin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi ilə  əlaqə-
ləndirirlər. Ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğ-
rafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və əlbəttə 
ki, Azərbaycanın və bütövlükdə bölgənin tarixini təhrif etməklə “dada 
gətirilir”. 
Bütün bunlar erməni milli informasiya maşınının apardığı  təbli-
ğatın vacib, lakin yeganə hissəsi deyil. Saxtakarların niyyətinə görə, 
bu,“böyük erməni mədəniyyəti”nin “arqumenti” və “böyük ərazilər” 
və onların yerli sakinləri-ermənilər haqqında əfsanələr üçün daim qi-
da mənbəyi kimi çıxış edirsə, təbliğatın digər tərkib  hissəsini erməni 
“əzabkeşliyi” mövzusu  təşkil edir. Din xadimləri tərəfindən kütləvi 
erməni şüurunda formalaşdırılmış ermənilərin “tənha qalması”, “başı 
bəlalar çəkməsi” kimi şovinist ideya, türklərin erməni dövlətçiliyinin 
qurulmasına qarşı duran qüvvə kimi düşmən obrazının yaradılması, 
eləcə  də bütün ermənilərin başlanğıcını birləşdirən erməni qriqorian 
 

kilsəsinin monofizitliyi,  hər  şeydən  məhrum edilmiş xalq obrazını 
yaratmaqla zordan və terrordan istifadəyə milli xilas aləti kimi haqq 
qazandırmalıdır. J.de Malevil erməni təbliğat maşınında marksist 
dialektikasının üç metodunun: tarixin yenidən yazılması, erməni xal-
qını  əsarətdə saxlayanların gizli sövdələşməsi haqqında tezis və  əx-
laqi bilərəkdən hüquqla dolaşıq salaraq, əxlaq naminə  təqib edilən 
düşmənin təqsirləndirilməsi metodlarının hərəkətə  gətirildiyini çox 
sərrast şəkildə qeyd edərək, siyasəti həyata keçirmək dilini – riyakar-
lığı mif yaradıcılığının ictimai şüura yeridilməsinin işlənmiş üsulu 
kimi xarakterizə etmişdir. Onu da əlavə edək ki, erməniçilik həmişə 
özünə xas olan niyyət və məqsədlərini böyük ustalıqla rəqibinin  aya-
ğına yazmışdır. “Avropanın gələcəyi üçün olduqca ağır nəticələr ver-
mək riski olan erməni təbliğatının özbaşınalığının qarşısını almaq üçün 
bütün sağlam düşüncəli adamların ona reaksiya göstərməsi zəruridir”.  
Erməni təbliğat maşınının  əsas tezislərinə uyğun olaraq, Azər-
baycana qarşı formalaşdırılmış informasiya müharibəsi son illər daha 
həyasızlıqla həyata keçirilir və bu, Azərbaycan torpaqlarını işğal et-
miş dövlətin  aqressiv  mahiyyətinin  üstünə pərdə çəkməyə xidmət  
edir. Bu müharibə beynəlxalq ictimai fikri çaşdırmaq arzusundan 
doğmuş və erməniçilik obrazının “olduğu kimi yox, istədiyi kimi gö-
rünmək” prinsipi üzrə formalaşdırılması niyyətini güdür. Elə bu sə-
bəbdən də, qeyd edildiyi kimi, yalan və saxtakarlıq, ikiüzlülük və ri-
yakarlıq bizə qarşı başlanmış informasiya müharibəsinin daimi yol 
yoldaşları olmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyev in-
formasiya və əks-təbliğat işinin qurulmasında bu amilin nəzərə alın-
masına, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb et-
mək üçün daha genişmiqyaslı  və müntəzəm tədbirlərin həyata keçi-
rilməsinə çağırmışdır. Yalnız Azərbaycan xalqının müdafiəsi naminə  
deyil, bütövlükdə saxta erməni  təbliğatını  ifşa etmək vəzifəsi qoyul-
muşdur. 
“Mən dəfələrlə demişəm  və yenə təkrar etmək istəyirəm ki, biz 
təbliğat hücumuna keçməliyik” (Prezident İlham  Əliyevin Azərbay-


 

can Respublikası diplomatik xidmət orqanları    rəhbərlərinin  ikinci  
müşavirəsindəki  nitqindən, 14 avqust  2006-cı  il ). 
“Erməni (yad)el(li) nağılları”
 
iki tematik sərlövhədən ibarətdir. 
“Gəldim, gördüm,... mənimsədim” adlı birinci fəsildə Azərbaycan 
xalqına məxsus  əqli mülkiyyətin ermənilər tərəfindən qavranılması, 
mənimsənilməsi və  erməniləşdirilməsindən bəhs edilir. Burada das-
tanlarımızın, əfsanələrimizin və digər epik əsərlərimizin əqli oğurlu-
ğundan, bayatılarımızın, atalar sözləri və  məsəllərimizin  ələ keçiril-
məsi cəhdlərindən, nağıllarımızın və  lətifələrimizin, folklor janrının 
musiqi və digər nümunələrinin erməniləşdirilməsindən danışılır. 
“Gəldim, gördüm, ...mənimsədim” bölməsi altında verilən erməni 
plagiatçılığıının müxtəlif təzahür formalarındakı ümumi olan nədir? 
Hər şeydən öncə, bu “nağıllar” qətiyyən erməni mənşəli deyil, onlar 
ancaq ermənisayağı təqdimatdır. Bunlar  yadelli nağıllarıdır,
 
elə nəşr 
özü də ona görə belə adlandırılmışdır. Bununla yanaşı, onlar həm də 
“Absurd teatrı” adlı ikinci bölmədə yalançı iddialar şəklində göstəri-
lən, bu terminin ikinci dolayı məcazi mənasına uyğun “lətifələr”dir.  
Erməni nağılları və lətifələri hələ də “inkişaf”da olduğu və yeni 
plagiat motivləri və növbəti absurdlarla zənginləşməsi də sonradan 
bu mövzuya qayıtmağa imkan verir. 
 
 
 
 
 
 
 
10 


 
 
11 
 
M Ü N D Ə R İ C A T 
 
I FƏSİL. 
“GƏLDİM, GÖRDÜM,... MƏNİMSƏDİM”, yaxud   
“Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi                     
erməni ənənəsi haqqında”  
13 
 
§1. “Gəldim,...”də, ermənilərin kütləvi şəkildə Cənubi Qafqazda 
məskunlaşdırılmasından danışılır
  
15
 
§2.  “..., Gördüm...”də ermənilərin Cənubi Qafqaz torpaqlarında                           
nə ilə qarşılaşdıqlarından bəhs olunur
  
20 
§3.  “..., Mənimsədim”də erməni plagiatının                                        
mənbələrindən söhbət açılır
  
24 
§4.  “..., Mənimsədim”də erməni əqli oğurluğunun ümumi                             
fonunda erməni etiraflarından və “sübutlarından” danışılır
  
27 
§5.  “...,Mənimsədim”də Azərbaycan bayatılarının                  
mənimsənilməsindən danışılır
  
37 
§6.  “..., Mənimsədim”də Azərbaycan rəvayətlərinin                 
mənimsənilməsindən danışılır
  
44 
§7.  “..., Mənimsədim”də Azərbaycan dastanlarının                   
mənimsənilməsindən danışılır
  
51 
§8.  “..., Mənimsədim”də ermənilərin “Koroğlu” dastanını                                  
necə ələ keçirmək cəhdlərindən bəhs olunur
  
64 
§9.  “..., Mənimsədim”də Azərbaycan atalar sözləri və                        
məsəllərinin mənimsənilməsindən danışılır
  
73 
§10. “..., Mənimsədim”də Azərbaycan nağılları və                                 
lətifələrinin mənimsənilməsindən danışılır
  
85 
§11. “..., Mənimsədim”də erməni musiqi plagiatının                                    
mənbələri və “inkişafı” haqqında danışılır
  
95 
§12. “..., Mənimsədim”də Azərbaycan bəstəkarlarının, ilk növbədə            
Üzeyir Hacıbəyovun yaradıcılıq nümunələrinin ermənilər               
tərəfindən mənimsənilməsindən danışılır
  
111 
 
 
12 
§13. “..., Mənimsədim”də Azərbaycan musiqisinin və Üzeyir Hacıbəyov 
yaradıcılığının erməni peşəkar musiqi məktəbinin təşəkkülünə            
böyük təsiri haqqında danışılır
  
122 
§14. “..., Mənimsədim”də Üzeyir Hacıbəyovun “Arşın mal alan” 
operettasının mənimsənilməsi cəhdlərindən danışılır
  
133 
§15. “..., Mənimsədim”də ənənəvi biliklərin və ənənəvi mədəni ifadələrin 
müxtəlif obyektlərinin mənimsənilməsi nümunələri göstərilir
  
149 
 
 
II FƏSİL.  
 
Cəfəngiyat teatrı  
165 
 
§1.  Azıxantrop absurdu
  
169 
§2.  Qafqazda ilk xristianlıqla bağlı absurd
  
172 
§3.  Alban əlifbası və ilk erməni yazı nümunəsi barədə absurd
  
179 
§4.  Qafqaz Albaniyasının ədəbi irsinin mənimsənilməsi                                        
ilə bağlı absurd
  
184 
§5. Qafqaz Albaniyasının maddi-mədəni irsinin                                  
mənimsənilməsi ilə bağlı absurd
  
192 
§6.  Akademik absurd və etimoloji ekvilibristika
  
207 
§7.  Çar-sülalə absurdu və erməni tarixşünaslığı haqqında
 
214 
§8.  Kürəkçay absurdu
  
232 
§9.  Aşıq absurdu
  
239 
§10.  Qəbiristanlıq absurdu
  
248 
§11.  Gəmiqaya  absurdu
  
262 
§12.  Erməni atları barədə absurd
  
275 
§13. “Dəniz” erməniləri barədə absurd
  
292 
 
Yekun əvəzi  
324


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə