Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə3/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   2   3   4   5   6   7   8   9   ...   80

 
 
13 
I. FƏSİL 
 
“GƏLDİM, GÖRDÜM, ... MƏNİMSƏDİM”, 
yaxud 
“Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi           
erməni ənənəsi haqqında” 
 
“Xalqların öyrənməsinə mane olmaq mümkündür, ancaq onları 
öyrəndiklərini unutmağa məcbur etmək olmaz” 
Berne 
 
Erməni plagiatı
 
və ya mədəni oğurluğunun yüz illər boyunca iş-
lənmiş sxemi Azərbaycan mədəni  ənənələrinin və  dəyərlərinin mə-
nimsənilməsi  ənənəsinə çevrilmişdir. Bu əqli oğurluq  ənənələri hə-
mişə torpaqlarımıza  ərazi iddiaları ilə  sıx bağlı olmuş, ilk növbədə 
“Böyük Ermənistan” haqqında mifi qidalandırmış və onu əsaslandır-
mışdır. Azərbaycan xalqının maddi və qeyri-maddi
 
mədəni irsinin er-
mənilər tərəfindən ələ keçirilməsi heç də təsadüfi deyildir. Bu, yalana 
və saxtakarlığa söykənən bir siyasətdir, çünki riyakarların fikrinə 
görə, mənimsənilmiş  mədəniyyət nümunələri nəinki “böyük erməni 
mədəniyyətinin” dəlil və sübutları kimi çıxış edir, onun Şərq mədə-
niyyətinə, ilk növbədə bir coğrafi məkanda yaşayan etnik qonşularına 
əvəzolunmaz təsirini göstərir, həm də guya “bu torpaqların ilk sa-
kinləri olan cəfakeş xalqın itirilmiş əraziləri” haqqında millətçi illü-
ziyalarına təkan verir. 
O da şübhəsizdir ki, ermənilərin “böyük ərazilər” haqqında uy-
durmaları və burada yaradılmış dəyərlərin hər birinə iddiaları bu böl-
gənin mədəniyyətinin, maddi və mənəvi mədəniyyətinə aid sübutların 
etnik mənsubiyyətinin saxtalaşdırılması ilə  sıx bağlanaraq, həmişə 
Azərbaycanın və bütövlükdə Qafqazın tarixinin təhrif olunması  və 
özünün yalana söykənən uydurma tarixinin yazılması ilə müşayiət 
olunur.  
K A M R A N  İ M A N O V 
 
14 
“Böyük  ərazilər” haqqında erməni mif yaradıcılığının mühüm 
arqumentləri və erməni təcavüzünün və torpaqların, ilk növbədə 
Azərbaycan  ərazilərinin işğal edilməsinin belə demək mümkünsə, 
“əsasları” kimi Urartu və Qafqaz Albaniyasının varisi olmaq tezisi 
xidmət edirdi. Arxeoloji tədqiqatların heç birinin Urartu və erməni 
mədəniyyətlərinin oxşarlığını  təsdiq etməməsinə, urartuluların dil 
mənsubiyyətinin aral-altay qrupuna, ermənilərin isə  məlum olduğu 
kimi, hind-avropa qrupuna aid dildə danışmağına baxmayaraq, onlar 
bu günə qədər də özlərinin Urartu əsilli olduğunu təsdiq etmək üçün 
hansısa dəlil tapmaq şansını  əldən vermirlər. “Ermənistanın  şərq 
əyaləti” kimi göstərilən Albaniya dövləti ilə bağlı iddialara gəlincə, 
uzun tarixi bir dövr ərzində Albaniyanın qüdrətli və müstəqil dövlət 
olmasını  və azərbaycanlıların etnik cəhətdən təşəkkül tapmasında 
onun birbaşa  əlaqəsini təsdiq edən yerli və xarici mütəxəssislərin 
əsərlərinə baxmayaraq, bu gün biz yenə ermənilər tərəfindən bu etno-
sun inkar edilməsi və onun tarixinin, ərazisinin və  mədəniyyətinin 
saxtalaşdırılması ilə qarşılaşırıq. 
Bu “konseptual əsas” çərçivəsində Albaniyanın bütün maddi və 
qeyri-maddi mədəniyyət abidələri erməni abidələri kimi elan edilir. 
Tarixi faktların onları etiraf etməyə  məcbur etdiyi hallarda isə 
Albaniya əhalisi VII əsrə, olsa-olsa XII əsrə yaxın tamamilə erməni-
ləşdirilmiş elan olunur və bununla da onun mədəniyyət abidələri er-
məni mədəniyyət abidələri kimi bəyan edilir. 
Hörmətli oxucular, absurd məntiqinə  əsaslanan, bir neçə oxşar 
residiv misal gətirməyə çalışacağıq, indi isə biz erməni dəlillərinə 
istinad edərək, bir az görünüşü dəyişdirilmiş “Gəldim, gördüm,... 
mənimsədim” latın triadasına keçirik. 
 
 
 
 
 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
15 
§1.  
“Gəldim,...”də, ermənilərin kütləvi şəkildə Cənubi 
Qafqazda məskunlaşdırılmasından danışılır  
 
“Erməni xalqının tarixi”ndə iddia edilir ki, “... bəşəriyyətin beşiyi 
və ən qədim vətəni məhz Ermənistan olmuşdur”. Ermənilər ən qədim 
xalq, ermənilərin dili isə məlum olan dillərdən ən qədimidir. Qeyri-
adilik və  məzlumluq haqqındakı  şişirtmələrin erməni etnosu üçün 
çıxılmaz yol olduğu barədə Ermənistanın bəzi siyasi xadimlərinin xə-
bərdarlıqlarına baxmayaraq, erməni etnosunun qeyri-adiliyi və xüsusi 
rolu haqqında sərsəm ideyalar bu gün də qalmaqdadır. “Hamını düş-
mən gözündə görmək-özünü hamıya düşmən etmək deməkdir. Bu, 
yol deyil, bu, dərin uçurumdur” (Suren Zolyan). 
Ermənilərin qeyri-adiliyi haqqında yaradılan əfsanələrin çoxsaylı 
tərəflərindən biri onların hər yerdə yaydığı belə bir iddiadır ki, guya 
onlar Qafqazın yerli sakinləri, “Dənizdən dənizə uzanan Böyük Er-
mənistan”ın davamçılarıdır. Ermənilərin gəlmə olmalarını, onların 
bugünkü və keçmiş “tranzit” yaşayış yerlərində sonradan məskunlaş-
masını tarix elmi çoxdan sübut etmişdir. “Xalqlar tarixinin atası”
 
Herodot yazır: “Fəratın yuxarı axınında yerləşən ölkəni Ermənistan 
adlandırırdılar. Ermənilər “erməni yaylası adlandırılan yerin qərb 
hissəsində yaşayırdılar” (Herodot, “Tarix”, “Nauka” nəşriyyatı, 
Leninqrad, 1972). İndi isə  məşhur tarixçi İ. Dyakonovun Ermənis-
tanda nəşr olunmuş monoqrafiyasında  əks olunmuş fikri ilə tanış 
olaq: “Erməni etnosu Qafqazın sərhədlərindən kənarda formalaşmış-
dır” (İ.Dyakonov, “Erməni xalqının əvvəlki tarixi”. Yerevan, 1958). 
Bu gün artıq hamıya məlumdur ki, Ermənistan, erməni etnosunun və-
təni deyil. Bununla erməni alimlərinin özləri də hesablaşmaq məc-
buriyyətindədirlər. 
Akademik M.Abeqyan yazır: “... erməni xalqının kökləri hara-
dandır, o, buraya necə, nə vaxt, haradan, hansı yollarla gəlib... Bizdə 
bunun dəqiq və aydın sübutları yoxdur” (“Erməni  ədəbiyyatının 
tarixi”, Yerevan, 1975). “Ermənilərin əcdadları Balkandan gəlmişlər” 
K A M R A N  İ M A N O V 
 
16 
(“Erməni xalqının tarixi”, Yerevan 1980). Hazırda erməni müəlliflə-
rinin özləri də  təsdiq edirlər ki, “ermənilərin qədim  əcdadları kiçik 
Asiyanın  şimal-şərq hissəsində yaşayan  əhali olmuşdur. Bu ölkə ... 
Armatan, sonra isə Hayasa adlandırılmışdır. Oradan isə ermənilərin 
əcdadları Van gölünün cənub-şərqinə yaxın bir yerə (b.e.ə XII əsr) 
köçmüşlər”. Tarixdən bəllidir ki, bizim eradan əvvəl IX əsrdə Şərqi 
Anadoluda Van gölünün yaxınlığında Urartu (Biani) dövləti yaran-
mış  və Hayasanı b.e.ə VII əsrin ortalarında Arme adı altında özünə 
birləşdirmişdir. Bununla da bugünkü Ermənistan adı “Arme”, eləcə 
də “Hayasa” kimi göstərilən həmin coğrafi məkanların adından tö-
rəmişdir.  
Təsadüfi deyil ki, İ. Dyakonov belə hesab edir ki, “...bir halda ki, 
qədim erməni dili erməni yaylasının yerli sakinlərinin dili ilə qohum 
dil deyil, onda o, buraya xaricdən gətirilmişdir”.  
Üstəlik, erkən orta və sonrakı əsrlərdə ermənilərin türk etnosunun 
yaşadığı  ərazilərdə yayılması onların bir etnos kimi qalmasına və 
yaşamasına imkan vermişdir. Məşhur mütəxəssis Levon Dabeqyan 
yazırdı: “... ermənilər həyatdakı öz milli mövcudluqlarına görə,  əs-
lində, səlcuq və osmanlı türklərinə borcludurlar! Əgər biz bizanslı-
ların və başqa avropalıların arasında qalsaydıq, onda erməni adına 
yalnız tarix kitablarında rast gəlinə bilərdi”. Bu cür erməni etirafı ilə 
razılaşmamaq olmaz, ona görə ki, elə ermənilərin özləri M.Abeqyan 
adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış və 1986-cı ildə Ye-
revanda “Sovetan qrox” nəşriyyatında rus dilində buraxılmış kitabda 
orta  əsr erməni tarixçisi Sebeosa istinad edərək, tarixi bir sənədi – 
Bizans imperatoru Mavrikinin (582-602) İran  şahı Xosrova məktu-
bunu misal göstərirlər: “xalq (ermənilər)... bizim aramızda yaşayır və 
ara qarışdırır”. Daha sonra deyilir ki, onları Bizans və İran torpaqla-
rından qovmaq lazımdır. Burada əlavə izahata yer yoxdur. Tarixi xro-
noloji məlumatlara əsasən, birinci minilliyin sonunda Bizans dövləti 
tərəfindən törədilmiş erməni qırğınından sonra erməni katolikosu mil-
lətinin xilası üçün Səlcuq sultanı Alp-Arslandan yalvarışla kömək 
istəyir və Sultan erməniləri öz himayəsi altına alır. 26-cı erməni 
katolikosu Barsesin müraciətindən sonra erməni kilsəsinin vəziyyə-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə