Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə4/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   2   3   4   5   6   7   8   9   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
17 
tini yaxşılaşdıran Məlik şah haqqında onun fikrini nümunə göstəririk: 
“O, hər yerdə sakit və ədalətli idarəetmə şəraiti yaratmağı bacarırdı... 
özünün böyüklüyü ilə qətiyyən heç kəsə zərər vermirdi”. Ermənilərin 
türk etnosunun torpaqlarında yayılması  və türklərin onlara münasi-
bəti haqqında erməni tarixçisi Matevosdan olduğu kimi götürülən 
sitatı veririk: “Məlik şahın idarəçiliyi Allaha da xoş gəlir. Onun haki-
miyyəti uzaq ölkələrə  qədər yayılmışdır. Bu hakimiyyət ermənilərə 
rahatlıq gətirmişdir... Onun xristianlara olan mərhəməti aşıb-daşırdı. 
O, xalqlara atalıq qayğısı göstərirdi...” Sultan Fatehin idarəçiliyinin 
səciyyəvi xüsusiyyətini göstərən misal çəkəcəyimiz sonuncu sitat da 
ermənilərin etiraflarındandır: “Sultan Fatehin İstanbulu (Konstantino-
polu) fəth etməsindən sonra demək olar ki, ermənilərin qarşısında ul-
duz parladı, bu tarixi həqiqəti göstərmək lazımdır”. Bütün bu göstə-
rilən xoş münasibətin əvəzində ermənilər Osmanlı Türkiyəsində soy-
qırımla bağlı uydurmanı hər yerdə dünya ictimaiyyətinə zorla qəbul 
etdirməyə çalışırlar. 
Ermənilərin Cənubi Qafqaz vilayətində kök salması daha son 
zamanlarla bağlıdır. Bununla yanaşı, sovet hakimiyyəti dövründə 
Erebuni qalasının 2750 illiyi ilə bağlı məzhəkə çıxarıldı
 
və onun adı 
İrəvanla (Yerevanla) eyniləşdirildi. Mənbələrdə göstərildiyi kimi, 
Urartu dövlətinin çiçəkləndiyi illərdə urartulular bu Zaqafqaziya əra-
zisini düşmən torpağı kimi qəbul edir və sonralar oranı işğal edirlər. 
Belə çıxır ki, ermənilər Urartu dövlətinin tərkibinə vilayət kimi daxil 
olan illərdə Erebuninin əsası onlar tərəfindən düşmən ölkəsində qo-
yulmuşdur. 
Ermənilər müasir İraq, İran, Türkiyə və Suriya ərazilərindən bu-
raya soxularaq, gəlmə etnos kimi XV əsrdən başlayaraq tarixi Azər-
baycan ərazilərində məskunlaşırlar. XVI əsrdə ermənilərin Azərbay-
can xanlıqlarına köçmə prosesi fəallaşır, xüsusilə bu gün Ermənistan 
Respublikasının  ərazisi hesab edilən  İrəvan xanlığında onların kök 
salması sürətlənir. Elə bu illərdə xanlığın hökmdarı Rəvan xan məş-
hur  Şah  İsmayıl Xətaiyə yazmışdı: “...Mesopotomiyadan Van gölü 
sahilinə, oradan da buraya-Qafqaza 8-10 adamdan ibarət kiçik qrup-
lar  şəklində  oğuz-türk torpaqlarına köçən ermənilər  şərtləşdirildiyi 
K A M R A N  İ M A N O V 
 
18 
kimi, burada sənətkarlıqla məşğul olmaq əvəzinə, yurd salmağa səy 
göstərir, kilsələr tikir və bununla belə  təsəvvür yaratmağa çalışırlar 
ki, onlar Qafqazın yerli sakinləridir, bu isə  gələcəkdə bizə bir çox 
xoşagəlməz hallar
 
gətirəcək. Bütün bunlar Ağ kilsədəki (Eçmiədzin) 
katolikosluqdan maliyyələşdirilir...”  
Doğrudan da, bu, ermənilərin bizim torpaqlarda məskunlaşması-
nın başlanğıcını  təsdiqləyən hikmətanə deyilmiş sözlər idi: əvvəlcə 
ayrı-ayrı ailələr, sonra kiçik qruplar və koloniyalar şəklində məskun-
laşır, bununla da tarixi İrəvan xanlığında erməni dövlətçiliyi üçün zə-
min yaradılırdı. 
Əlbəttə, ermənilərin Qafqaza, xüsusən də Naxçıvan,  İrəvan və 
Qarabağ xanlıqlarının  ərazilərinə-tarixi Azərbaycan torpaqlarına kö-
çürülməsi Gülüstan və Türkmənçay müqavilələrindən sonra güclü tə-
kan almışdır. Əgər XVI əsrdə İrəvan xanlığında 15 minə yaxın gəlmə 
erməni yaşayırdısa, eyni zamanda onların sayının kolonistlərin hesa-
bına kəskin surətdə artmasına baxmayaraq, hətta 1828-ci ildə çar hö-
kuməti tərəfindən  İrəvan xanlığı  ləğv olunaraq İrəvan vilayəti yara-
dıldığı dövrdə də onun əhalisinin 80 %-i azərbaycanlılardan ibarət idi.  
Sovet dövrü də daxil olmaqla, son illər yerli türk elementlərinin 
öz tarixi torpaqlarından qovulması deportasiya xarakteri almışdı  və 
ermənilərin buraya köçürülməsi mahiyyətcə Azərbaycan torpaqları-
nın işğalı demək idi. Bütün bunlar yerli Azərbaycan  əhalisi ilə mü-
qayisədə köçkün ermənilərə daha geniş hüquqların və imtiyazların 
verilməsi ilə müşayiət olunurdu. Xatırladaq ki, Gülüstan müqavilə-
sindən (1813-cü il) sonra Rusiya davamlı olaraq Azərbaycan xanlıq-
larının ləğv edilməsini həyata keçirirdi və nəhayət, 1822-ci ildə Qara-
bağ xanlığı da ləğv olunmuşdu. Onun ləğv olunmasından bir il sonra, 
1823-cü ildə “Qarabağ  əyalətinin təsviri” tərtib olunur və Azərbay-
canlıların buradan zorla çıxarılması  tədbirlərinə baxmayaraq, bu sə-
nəddə çar idarələri tərəfindən qeydə alınmış 18563 ailədən yalnız 8,4 
%-i erməni məliklərinin payına düşürdü. Sovet hakimiyyəti illərində 
də azərbaycanlıların tarixi yaşayış yerlərindən çıxarılması ilə yanaşı, 
Azərbaycan ərazisi davamlı olaraq, Ermənistan torpaqlarına birləşdi-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
19 
rilirdi.  Əgər 1920-ci ilin may ayına qədər Azərbaycan  ərazisi 114 
min kv. km idisə, sonralar o, 28 min kv. km kəsilərək,
 
86 min kv. 
km-ə bərabər qalmışdır. Bununla Azərbaycanın ərazisi təxminən Er-
mənistan ərazisi (29,8 kv.km) qədər azaldılmışdır.
 
İndi erməniçiliyin öz etnoslarının tarixi yaşayış yerləri kimi elan 
etdiyi Azərbaycan torpaqları hesabına ermənilərin Cənubi Qafqaza 
köçürülməsinin qısa tarixi xronologiyası belə olmuşdur. Bu proses 
dinc yolla gedə bilməzdi, o, yerli əhaliyə qarşı soyqırımı xarakteri alan 
erməni terroru, təqib, zülm etməklə həyata keçirilirdi. Həmin proses 
həmişə erməni köçkünlərinə vaxtilə sığınacaq verənlərə münasibətdə 
tarixi yalan, saxtakarlıq, təhrif etmə, riyakarlıqla ört-basdır edilmişdir 
və bu gün də onların bizim mədəni irsimizə iddiaları ilə yanaşı, tor-
paqlarımıza olan ərazi iddiaları ilə müşayiət olunur.  
İndi isə “Gəldim,...” adlı birinci hissəni başa çatdıraraq, görünüşü 
dəyişdirilmiş latın triadasının “... Gördüm” adlı ikinci hissəsinə keçirik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
K A M R A N  İ M A N O V 
 
20 
§2.  
“... Gördüm...”də ermənilərin Cənubi Qafqaz 
torpaqlarında nə ilə qarşılaşdıqlarından bəhs 
olunur 
 
Hər şeydən əvvəl, biz ermənilərin Azərbaycan torpaqlarına kolo-
niyalar  şəklində köçürülməsinin başlanması ilə bağlı  həmin dövrə 
kiçik bir ekskurs etməli olacağıq. XVI-XVII əsrlərdə Səfəvilər döv-
ründə Azərbaycan dili (türkcə) dövlət, saray və siyasət dilinə çevrilir. 
Əcnəbilərin bir neçəsinin bu dil haqqında fikirlərindən misal gətirək. 
İtaliya səyyahı Petra della Valle: “Sarayda mənə aydın oldu ki, türkcə 
fars dilindən daha çox işlənir...” Fransız səyyahı Jan Batist Tavernye: 
“Türkcə-Şərq dillərinin ən asanıdır. Bu dilin ləyaqəti, bu dildə danış-
mağın gözəlliyi, onun səslənməsi ona gətirib çıxarıb ki, bu dil saray-
da, bütövlükdə, imperiyada yeganə danışıq dili olmuşdur.” 
XVIII  əsrdə ruslar Qafqaza gələrkən, bu bölgədə qarşılıqlı an-
laşma dilinin təşəkkül tapmasına böyük tələbat yaranmışdı. Belə bir 
ehtiyacı isə yalnız Azərbaycan türkcəsi ödəmişdir. Təsadüfi deyil ki, 
I Pyotr Xəzərə səfərinin səbəb və məqsədlərini elan edərkən, bunları 
məhz Azərbaycan dilində xüsusi bir manifestdə ifadə etmişdi. XVIII 
əsr ərzində Terek və Kuban boyunca yaşayan Şimali Qafqaz xalqları 
Rusiya imperiyasının mərkəzi ilə yazışmanı bir qayda olaraq Azər-
baycan dilində aparırdılar. Qeyd edək ki, Rusiyanın  əsgi sənədlər 
saxlanılan Dövlət arxivində yalnız bir beşillik dövrü (1783-1787-ci 
illər)  əhatə edən 925 sənəddən 816-nın mətni, yəni 88%-i Azərbay-
can dilində yazılmışdır. Təsadüfi deyil ki, çar hökuməti rus məktəblə-
rində Azərbaycan dilinin öyrənilməsinə dair xüsusi qərar qəbul et-
mişdi. O, Transqafqaz dövlət xidmətində çalışanlar üçün 1802-ci 
ildən etibarən xüsusi məktəb açmışdı. Həmin məktəb 1829-cu ildə 
gimnaziyaya çevrilmiş və burada gələcək dövlət qulluqçuları intensiv 
şəkildə Azərbaycan dilini öyrənmişlər. Çar hakimiyyətinin atdığı bu 
addımların diqqətəlayiq  əsası var idi. Xüsusilə Qafqaz canişinliyi 
yerli kadrların hazırlanması ilə bağlı Rusiya Maarif Nazirliyinə məlu-


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə