Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə6/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   2   3   4   5   6   7   8   9   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
25 
karlıqlarını  və erməniləşdirilmiş plagiatı  həqiqətə oxşatmaq üçün 
Xorenasi oxuculardan soruşur: “Yəqin ki, oxucu, əjdahalar haqqında 
bizim bu qaranlıq əhvalatın  şərhinin doğruluğuna şübhə etməyəcək-
sən?” Beləliklə, erməniləşdirilmiş, özü də qəsdən təhrif olunmuş əf-
sanələrin erməni xalqına mənsub olması barədə uydurma yazılı 
sübuta çevrilən bu folklor nümunələri qeydə alınmışdır. Bəs bütün 
bunlar həyata necə vəsiqə alır? Bu günkü legitimlik tarixi uydurmaya 
və plagiata müvafiq yalançı elmi tədqiqat fonu verir. Misal üçün, 
Ermənistan EA-nın  Ədəbiyyat  İnstitutu tərəfindən hazırlanmış  və 
1986-cı ildə “Sovetakan Qrox” nəşriyyatında çapdan çıxmış “Ermə-
nistanın orta əsrlər ədəbiyyatı” kitabında yazılır: “tarixi həqiqət
 
axta-
rışında vətəndaşlıq cəsarəti və sağlam düşüncə göstərərək, müəllif 
[Xorenasi]  İncilin nüfuzunu belə möhkəm saymır. Erməni tarixinin 
qədim dövrü nə qədər dərindən və diqqətlə öyrənilirsə, bir o qədər də 
“erməni tarixinin atası”nın elmi düzgünlüyünü təsdiq edən faktlar üzə 
çıxır”. Sonra: “Xalq fantaziyasının ən qiymətli incilərinin”, qədim er-
məni folkloru əsərlərinin, daha doğrusu, “Tiqran və  Əjdaha” haq-
qında və “Artaşes və Satenik” əfsanələrinin Xorenasinin bacarıqla 
oraya daxil etməsi bu hekayəyə  təkrarolunmaz gözəllik və özünə-
məxsus səciyyəvi xüsusiyyət verir”. “Artaşes və Satenik” dastanı və 
şifahi xalq yaradıcılığının başqa gözəl nümunələri nəinki bizim tarix-
dən qabaqkı vaxtların özünəməxsus mifoloji təsəvvürləridir, onlar 
həm də onun yaradıcılarının incə bədii zövqə malik olduğunu göstə-
rən sübutlardır və bu əsərlərin müstəsna gözəlliyi, ideallığı və kamil-
liyidir”. Bir şeyi  əlavə etmək qalır ki, Xorenasidə  də, Herodot kimi 
Midiya hökmdarının genealoji siyahısı verilir, lakin Xorenasi oraya 
“erməni çarlarının” və katolikoslarının siyahısını da əlavə edir.  
Baxın, “Yeni xronologiya” silsiləsindən akademik A. Fomenko-
nun “İmperiya” kitabında (səh.664-687 və 714-717) müasir riyazi-
statistik metodlarla alınmış nəticələrin təhlili əsasında nə təsdiq olu-
nur: “Erməni katolikoslarının siyahısı bir neçə variantın düzülüb-
qoşulması yolu ilə, mahiyyət eribarilə çox kiçik bir siyahıdan alın-
mışdır və burada göstərilir ki, “Ermənistanın IV əsrdən IX əsrə qədər 
olan kilsə tarixi IX əsrdən sonrakı tarixin kompilyasiyası yolu ilə 
yaradılmışdır. 
K A M R A N  İ M A N O V 
 
26 
Qeyd edək ki, müəllifin söylədiyi fikirlər bir çox halda skandina-
viyalıların qədim saqilərini tədqiq edən məşhur rus mütəxəssisi E.A. 
Melnikovanın kitabında (“Qədim skandinaviya coğrafi əsərləri”, M., 
“Nauka”, 1986) əks olunan nəticələrlə üst-üstə düşür. İki rus müəlli-
finin gəldiyi ümumi fikirdən belə bir nəticəyə gəlmək olur ki, Ermə-
nistan Bizansın keçmiş tarixi fem-əyaləti olmuş, həm onun adını, 
eləcə  də bütün tarixini özünə götürmüş, yəni köhnə Roma-Bizans 
xronikasını öz yerli tarixinin əsası kimi göstərmiş, bəzi  şeyləri isə 
Almaniyanın Müqəddəs Roma imperiyasının tarixindən götürmüşdür. 
Belə  çıxır ki, ermənilər tərəfindən həm bu gün, həm də keçmişdə 
planlı şəkildə başqa xalqların tarixi keçmişi və ənənələri istifadə olu-
nur, həmçinin erməni şəcərəsinin süni olaraq qədimləşdirilməsi, pla-
giat və saxtalaşdırılması aparılır. Əlbəttə, bütün bunlar mütləq şəkildə 
müəyyən sənədlərdə əks etdirilir ki, sonrakı dövrlərdə onlardan isti-
fadə etmək və onlara istinad etmək mümkün olsun.  
Buna görə də həmişə olduğu kimi, xalqımıza məxsus olan bu və 
ya digər  əqli mülkiyyət nümunələrinin erməni təbliğat maşını  tərə-
findən “tarixi erməni” nümunələri kimi yazılı şəkildə təqdim olunma-
sının növbəti faktları ilə qarşılaşır və istər-istəməz  əqli mülkiyyət 
adlanan hər  şeyin zərərinə olan yazılı abidələrlə bağlı metamorfoza 
üzərində düşünürsən.  Əflatunun “Fedra” əsərində  qələmə aldığı bir 
əhvalat yada düşür, burada belə nağıl edilir ki, tanrılardan biri hima-
yədarlıq etdiyi xalqı ucaltmaq üçün ona yazı yazmağı öyrətmək qəra-
rına gəlir. Bunun cavabında tanrılar tanrısı ona izah edir ki, yazı yad-
daşı əvəz edə bilməz: sözlər keçmiş hadisələri və yaradılmış surətləri 
izah edə bilməz, onlara yeni fikir və yeni təəssürat gətirməz. Bir söz-
lə, himayədarlıq etdiyi xalqın intellekt və müdrikliyini artıra bilməz... 
Bununla belə, qonşuların intellektinin qoyulmadığı, onların mentallı-
ğının heç bir
 
əksi olmayan bizim mədəni irsimizin, o cümlədən müa-
sir yaradıcılıq məhsullarımızın erməniləşdirilməsi olmuş və yenə də 
davam edir. 
  
 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
27 
§4.  
“..., Mənimsədim”də erməni əqli oğurluğunun 
ümumi fonunda erməni etirafları və 
“sübutlarından” danışılır 
 
Hörmətli oxucular! “Gəldim, gördüm,...mənimsədim” mövzusu-
nu davam etdirərək, sizi əqli mülkiyyətimizin ermənilər tərəfindən 
mənimsənilməsi faktlarının ən “parlaq” səhifələri ilə tanış etmək istə-
yirik.  Əvvəlki paraqraflardan göründüyü kimi, bunların kökü bizim 
eranın əvvəlinə gedib çatır. Xahiş edirik heç nəyə təəccüblənməyəsi-
niz, yaxud qədim romalılar dediyi kimi “nil admirani”. 
Çalışacağıq ki, öncə ermənilərin  əqli oğurluqlarının, “Azərbay-
can mədəni ənənələrinin
 
mənimsənilməsi erməni ənənəsi”nin ümumi 
mənzərəsini təsvir edək. 
Ondan başlayaq ki, Ermənistanın Qədim  Əlyazmalar  İnstitutun-
da, Matenadaranda və digər saxlanc yerlərində Azərbaycan orijina-
lında, lakin erməni əlifbasında yazıya köçürülmüş çoxlu sayda yara-
dıcılıq nümunələri saxlanılır. Bu iş çoxdan - XVI-XVII əsrlərdən baş-
lamışdır. Yalnız Matenadaranda Azərbaycan folkloruna aid 55 əlyaz-
ması saxlanılır, onlardan 26-sı XIX əsrə, qalanları isə daha erkən 
dövrlərə aiddir. Misal üçün, Azərbaycan dastanlarının  əlyazmalarını 
götürsək, onlar da erməni əlifbasında yazıya köçürülərək saxlanc ye-
rinə ötürülmüşdür. Bu dastanlar, bir qayda olaraq, Azərbaycan dilin-
də  səslənir. Elə  əlyazmalar var ki, nəsr hissəsi Azərbaycan dilində
nəzm hissəsi isə  tərcümədə, ya da bunun əksinədir. Nəhayət, çoxlu 
sayda əlyazmalar Azərbaycan dilində və tərcüməsi ilə birlikdə saxla-
nılır. Bunlar, necə deyərlər, mənimsənilmə  və erməniləşdirmənin 
yazılı sübutlarının  əsaslarıdır. Erməni  əhalisinin Azərbaycan dilini 
bilməsi, həmin dildə danışması, erməni mədəniyyət xadimlərinin bi-
zim folklor nümunələrini geniş şəkildə istifadə etməsi, bu nümunələ-
rin ermənilər arasında geniş yayılması və nüfuzu, bir az bundan əvvəl 
qeyd etdiyimiz kimi, öz növbəsində plagiata və erməniləşdirilməyə 
imkan yaratmışdır. 
K A M R A N  İ M A N O V 
 
28 
Bəli, hörmətli oxucular, söhbət  əlyazmalar saxlanılan digər yer-
lərdən deyil, məhz Azərbaycan xalqının mədəni irsinə aid, o cümlə-
dən orijinalın dilində olan qalın kitabların saxlandığı Matenadaran-
dan gedəcək. Yeri gəlmişkən, lap bu yaxınlarda Minnesota ştatının 
Universiteti ilə məhz Matenadaranın bağladığı müqavilə Ermənistan 
Milli Elmlər Akademiyasında çaxnaşma predmeti olmuşdur. Erməni 
akademiklərinin narahatlığının səbəbi də  mənasız deyilmiş. Məlum 
olur ki, qədim əlyazmaların surətləri ilə tanışlığa icazə alan Amerika 
alimləri, elmi dairələrdə qəbul edildiyi kimi, qədim əlyazmaları açıq 
müzakirə etməyə başlayacaqlar, onda Allah eləməsin ki, birdən onları 
“düşmən  əli”nə verərlər. Beləliklə, qədim  əlyazmalara erməni milli 
təhlükəsizlik prizmasından baxılmalıdır və buna görə də onlar “gizli” 
qrifi ilə istifadə olunmalıdır. Hörmətli oxucular, yuxarıda  şərh olu-
nanlara təəccüblənməyin. Bütün bunlar, yəqin ki, erməni absurdları 
sırasında layiqli yer tuta bilər, lakin bir halda ki, söhbət Azərbaycan 
xalqının mədəni irsinin mənimsənilmiş nümunələrinin saxlandığı 
Matenadarandan gedir, onda qonşu alimlərin həyəcanını başa düşmək 
olar. Üstəlik də, bu cür qədim  əlyazmalara istinadlar ermənilərin 
özgə torpaqlarına tarixi iddialarının az qala başlıca dəlilidir. Son hal-
da əgər qədim əlyazmalarda olmayan nəyəsə istinad olunursa, yaxud 
onlarda olanlar gizlədilirsə, onda doğrudan da, yad əqli mülkiyyəti 
mənimsəyən və tarixi saxtalaşdıran ermənilər üçün Matenadaran əl-
yazmaları çox təhlükəli ola bilər. Bax, yəqin elə buna görə onlar yad 
gözlərdən gizlədilməlidir ki, özgələrin mədəni irsini mənimsəmək 
üzrə erməni ənənəsinə uyğun iddia ermənilərin “Böyük Ermənistan” 
sayıqlaması və özgə torpaqlarına ərazi iddiaları ilə birlikdə zamanına 
uyğun və “əsaslı” olan qədim əlyazmalara istinadlarla təmin edilsin. 
Lakin yenə mövzuya qayıdaq və  əziz oxucular, özünüz müha-
kimə edin. 
Ermənistanın məşhur mədəniyyət xadimləri hələ XIX əsrdə öz 
əsərlərində Azərbaycan folkloru nümunələrindən geniş istifadə edir-
dilər. X.Abovyan, N.Nalbandyan, Q.Ağayan, P.Proşyan, R.Patkan-
yan, Q.Sundukyan və başqaları onların sırasındadır. Konkret misal 
gətirək. X. Abovyanın yalnız “Ermənistanın yaraları” və “Ağasının 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə