Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə7/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   2   3   4   5   6   7   8   9   10   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
29 
nəğməsi” adlı iki əsərində istifadə olunmuş söz nümunələri əsasında 
Q.Qasparyan tərəfindən lüğət tərtib edilmiş  və  nəşr edilmişdir. Hə-
min lüğətdə dilimizdən alınmış ifadələr “dialekt” adlandırılmışdır 
(Q.Qasparyan,  Əsərləri, c.IV, Yerevan, EA-nın nəşriyyatı, 1947, er-
məni dilində). Hörmətli oxucuların diqqətini bir şeyə cəlb etmək istə-
yirəm, hələ türkcədən birbaşa köçürülən atalar sözlərindən danışma-
dan X.Abovyanın “Ermənistanın yaraları” romanında işlətdiyi “plov”, 
“çalma”, “qarapapax”, “xurcun”, “təndir” və s. kimi Azərbaycan söz-
lərini “dialekt” adlandırmaq olarmı? Bu təsadüfi deyil, ona görə ki, 
erməni ədəbiyyatının klassiki X. Abovyanın özü kəndləri və şəhərləri 
gəzərək Azərbaycan əhalisindən eşitdiyi Azərbaycan folkloru nümu-
nələrini toplayan və yazıya köçürənlərdən biri olmuşdur. Görün o, nə 
yazırdı: “Mən bir arzu ilə yaşayırdım: xanın ayağına düşüm ki, acın-
dan ölməmək üçün o, mənə bir tikə çörək versin, mən isə gecə  və 
gündüz yaşayış  məntəqələrini gəzə bilim... və xalqın danışdıqlarını 
toplayıb yazıya köçürə bilim” (Abovyan, “Seçilmiş  əsərləri” Yere-
van, 1939, erməni dilində). X. Abovyana haqq qazandırmaq olar – o, 
çox şeyi, o cümlədən mahnıları və əfsanələri, tarixi rəvayətləri, atalar 
sözləri və  məsəlləri, bayatıları  və  lətifələri, aşıq söyləmələrini və 
dastanları  və bir çox başqa nümunələri toplamağa nail olmuşdur. 
Topladıqlarının hamısı Azərbaycan dilində erməni əlifbası ilə yazıya 
köçürülmüşdür. Təəssüf ki, onun sonrakı acı  nəticələri o zaman da 
özünü göstərmiş, indi də göstərməkdədir. Bütün bunlar XIX əsrin bi-
rinci yarısında baş vermişdir. Məhz həmin illərdə Azərbaycan folk-
loru nümunələri X. Abovyan tərəfindən latın  əlifbasında Azərbay-
canda yaxşı tanınan F. Bodenştedə verilmiş, o isə bu nümunələri er-
məni folkloru kimi nəşr etdirmişdir. Bəli, hörmətli oxucular, məhz X. 
Abovyan Azərbaycan  şifahi xalq yaradıcılığı nümunələrini həddən 
artıq səylə toplayır, onları çox diqqətlə öyrənir, erməni transkripsiya-
sına keçirir və bu mədəni mənbələrdən tam şəkildə öz əsərlərində 
istifadə edirdi. X.Abovyan bununla kifayətlənməyərək, öz saxta əl-
yazmaları  əsasında 1850-ci ildə Berlində F. Bodenşted tərəfindən 
üçcildlik “Şərqdə min bir gecə” kitabının nəşr olunmasına imkan ya-
ratmış  və  həmin kitabda Azərbaycan folkloru nümunələri Avropa 
oxucusuna erməni, bəzi hallarda isə fars folkloru nümunələri kimi 
K A M R A N  İ M A N O V 
 
30 
təqdim olunmuşdur. Azərbaycan folkloru incilərinin uydurma yolla 
ermənilərinki kimi göstərildiyi və  hətta məşhur Azərbaycan dastanı 
“Əsli və Kərəm”in erməni mədəni irsi kimi təqdim olunduğu A. fon 
Hakstauzenin “Qafqaz ölkəsi” (1855) kitabının nəşrinə kömək edən 
də məhz həmin X. Abovyan olmuşdur. Həmin dövrün əqli mülkiyyət 
qarətçiləri sırasında layiqli yerlərdən biri də Gevorq Haqverdyana 
verilməlidir, çünki o, Azərbaycan folkloru nümunəsi “Aşıq Qərib və 
Şahsənəm” nağılını tam şəkildə öz əsərinə köçürmüşdür.  Əqli mül-
kiyyətimizi mənimsəyən ermənilərin səyləri nəticəsində bu kədərli 
tale “Şah İsmayıl” və “Koroğlu” kimi gözəl dastanlarımızın da başına 
gəlmişdir. Azərbaycan mədəni ənənələrinin
 
qarətçilərinin nəzəri kre-
dosu, onların öz etiraflarına əsasən, erməni dilində parlaq milli xalq 
dastanlarının olmaması ilə (Q. Ağayan) bağlıdır. Azərbaycan folklo-
runun mədəni “yayıcıları”nın fikrinə görə, erməni “aşıqları” adlandı-
rılan şəxslərin mahnı yaradıcılığında dastanların istisnasız olaraq türk 
(Azərbaycan) motivli, xüsusən də Azərbaycan dilində olması onların 
köhnə tarixlə “erməniləşdirilməsi”ni “əsaslandırmışdır”. 
Elə həmin Q. Ağayan öz fəaliyyətinin çox hissəsini Azərbaycan 
folkloru nümunəsi olan “Koroğlu” dastanının “erməniləşdirilməsi”nə 
həsr etmişdir. Onun “yaradıcılığının” bəhrəsi olan “Dəyirmançı Ko-
roğlu” (1887), “Koroğlunun qılıncı” (1893), “Koroğlu həbsdə” (1893) 
və  nəhayət, 1898-ci ildə  oğurluq materiallardan ibarət ayrıca nəşr 
olunmuş kitab öz-özlüyündə  hər  şeyi söyləyir. Azərbaycan xalqının 
ermənilər tərəfindən oğurlanmış  həmin  əqli mülkiyyəti “Koroğlu” 
eposunun erməniləşdirilməsinin guya “nəzəri”  əsası olmuşdur, üstə-
lik də, elə həmin Q.Ağayan tərəfindən dastanın qəhrəmanı Koroğlu-
nun erməni  əsilli olması barədə iddianın izahı isə demək olar ki, 
absurd səviyyəsinə çatdırılmışdır. Bu “nəzəri araşdırma” tam şəkildə 
1962-ci ildə erməni dilində nəşr olunmuş əsərlər toplusunda istifadə 
(c.2, səh.:100) olunmuş və belə bir fikir irəli sürülmüşdür ki, Koroğ-
lunun atası kor yox, xor olmuşdur, yəni erməni tayfası xorxoru-
yanlardan törəmişdir. Guya onun əsl adını zaman təhrif edərək “kor” 
etmiş və tarixdə də bu ad qalmışdır. Ermənilər xalqımızın folklor nü-
munəsi olan “Koroğlu” dastanını Avropa oxucusuna məhz belə təq-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
31 
dim etməyə çalışmışlar. Biz “Koroğlu”nun erməniləşdirilməsinə par-
laq erməni cəfəngiyatı nümunəsi kimi ayrıca materialda yenə qayı-
dacağıq. Əsas hissəsi Azərbaycan xalq melodiyalarından ibarət olan 
“Erməni xalq havaları” (toplayanı Q.Boyaçyan, nəşrə hazırlayanı 
A.Serpeks) kitabı da Parisdə elə bu cür nəşr olunmuşdur. Yeri gəl-
mişkən, S.P.Ağayanın dediyinə  əsaslansaq, onun 1961-ci ildə Yere-
vanda nəşr etdirdiyi “Erməni və Azərbaycan xalqlarının tarixi dost-
luğu” kitabından belə çıxır ki, X.Abovyan Mirzə Şəfi Vazehin poezi-
yasının alman dilinə “tərcümə” olunmasında da iştirak etmişdir.  
Məşhur erməni mədəniyyət xadimlərinin  əsərlərinə qayıdaq və 
Azərbaycan folkloru nümunələrinin ermənilər tərəfindən geniş istifa-
də olunmasını nümayiş etdirən bəzi atalar sözləri üzərində dayanaq. 
Bizim xalqdan oğurlanmış aşağıda göstərilən atalar sözlərinin hamısı 
görkəmli erməni müəllifləri tərəfindən istifadə olunur və erməni 
dilində səslənir. 
X.Abovyan: “Deyirlər dəli dənizə bir daş atdı, yüz ağıllı üstünə 
töküldü, çıxarda bilmədi” (Azərbaycan orijinalı: “Bir dəli quyuya bir 
daş atdı, min ağıllı
 
çıxarda bilmədi”).  
Q.Ağayan: “Dost dostun üzünə baxar, ancaq yad adam baş-
ayağına” (Azərbaycan orijinalı: ”Dost başa baxar, düşmən ayağa”). 
P.Proşyan: “Çörəyi çörəkçiyə ver, birini də üstəlik” (Azərbaycan 
orijinalı: “Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik”) 
Q.Sundukyan: “Yüz yol ölç, bir yol biç” (Azərbaycan orijinalı: 
”Yüz kərə ölç, bir kərə biç”). 
Erməni dilinə sözbəsöz tərcümə olunmuş alınma atalar sözləri ilə 
yanaşı, müəyyən qədər dəyişdirilmiş atalar sözlərinə  də rast gəlinir, 
eyni zamanda anologiya, yaxud antiteza prinsipi əsasında, Azərbay-
can orijinalından düzəldilənlər də vardır”. Onlardan bir neçə nümunə 
verək: 
X.Abovyan: “Mən ağa, sən ağa, bəs bizim dənimizi kim uyutsun” 
(Azərbaycan orijinalı: “Mən ağa, sən ağa, inəkləri kim sağa”). 
K A M R A N  İ M A N O V 
 
32 
P.Proşyan: “Bir çiçəklə bahar olmaz”, Q.Sundukyan: “Bir çiçəklə 
yay olmaz” (Azərbaycan orijinalı: “Bir güllə bahar olmaz”). 
X.Abovyan: “Köhnə malın qiyməti olmaz” (Azərbaycan orijinalı: 
“Ucuz ətin şorbası olmaz”). 
X.Abovyan: “Çıraq öz dibinə  işıq salar” (Azərbaycan orijinalı: 
“Çıraq öz dibinə işıq salmaz”). 
Ola bilsin ki, aşağıda misal gətirilən erməni etirafları, bu cür 
mənimsəmələrin mahiyyətinə  işıq salsın, lakin bu, heç cür belə 
kütləvi plagiata əsas verə bilməz. Ermənistan EA-nın akademiki 
Terteryan “Abovyanın yaradıcılığı” kitabında bunu belə  şərh edir: 
“Ermənilər ünsiyyətdə  və danışıq dilində  həmişə Azərbaycan atalar 
sözləri və  məsəllərinə müraciət edirdilər”, çünki Abovyanın özü də 
belə hesab edirdi ki: “...[bizim] xalq çoxlu miqdarda türk sözləri öy-
rənib və onlardan bu günədək istifadə edir”. Onun başqa bir gözəl 
etirafı da vardır: “Türkcə (Azərbaycan dili) dilimizə o qədər daxil 
olub ki, bizdə mahnılar,  şeirlər, atalar sözləri türkcə (azərbaycanca) 
səslənir”. 
Erməni  ədəbiyyatının başqa bir klassiki - X.Abovyanın xələfi 
Q.Ağayan: “Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir 
çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir... ona görə 
biz türkcə (azərbaycanca) oxuyuruq”. N.Nalbandyan öz fikrini daha 
aydın ifadə etmişdir: “Onlar (ermənilər) sağlıq deyəndə belə, azər-
baycanca deyirlər: “yaxşı yol”. Proşyana gəlincə, o, erməni plagiatını 
və ya belə demək mümkünsə, folklor nümunələrinin yaranmasındakı 
“ümumiliyi” bununla izah etmişdir ki, “biz etiqada görə bölünmüş 
qardaşlarıq”. Bu deyilənləri  şərhsiz qoyaraq, həqiqətə daha yaxın 
olan bir fikri misal çəkək. Adını Ermənistan EA-nın Ədəbiyyat İnsti-
tutunun daşıdığı M. Abeqyan (keçən paraqrafda bu institutun bir qrup 
müəllifinin “Orta əsrlər erməni ədəbiyyatı” kitabına istinad etmişdik) 
belə yazmışdır: “Bədbəxtlikdən bizim dilimiz çoxmənalı sözlər, ox-
şar məna daşıyan söz və ifadələr baxımından çox kasıbdır və buna 
görə  də biz yaxşı bildiyimiz türk (Azərbaycan) dilinə müraciət 
edirik” (M.Abeqyan, “Xalq mahnıları). 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə