Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə8/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   4   5   6   7   8   9   10   11   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
33 
Hörmətli oxucular! Gətirilən faktlardan məlum olur ki, erməni 
plagiatının təşəkkül tapmasına, Azərbaycan mədəni ənənələrinin mə-
nimsənilməsi erməni ənənəsinin formalaşmasına imkan yaradan şərt-
lər Azərbaycan dilinin erməni əhalisi arasında geniş yayılması, folk-
lor nümunələrimizin toplanması  və erməni  əlifbasında yazıya köçü-
rülməsi, onların erməni dilinə tərcümə olunması və əlbəttə, müəyyən 
erməni arxivlərinə və fondlarına verilməsi olmuşdur. Folklor nümu-
nələrinin kütləvi şəkildə yayılmasında “erməni ifaçıları” – “aşıqların” 
rolu da böyükdür. Bir vaxtlar məşhur erməni xadimləri Azərbaycan 
xalq yaradıcılığı nümunələrindən plagiatı həmin nümunələrin erməni 
əhalisi arasında böyük nüfuza malik olması və ermənilərin Azərbay-
can dilinə xüsusi münasibəti ilə izah edirdilər. Bu, məşhur erməni 
xadimlərinin yuxarıda göstərilən etiraflarından da aydın görünür. 
Sonralar folklor nümunələrinin “oxşarlıgı”na apellyasiya verən, 
məsələn, E.Arustamyanda (“Azərbaycan və erməni atalar sözləri və 
məsəllərinin oxşar  əlamətləri”) olduğu kimi arqumentlər meydana 
çıxdı. Təqdimat formasının ümumiliyi və  məzmun yaxınlığı tarixi, 
ictimai və iqtisadi əlaqələr və eyni zamanda coğrafi yaşayış arealının 
ümumiliyi ilə
 
izah edilirdi. Üstəlik, qeyd etməyi də unutmurdular ki, 
folklor nümunələrimizin çoxunun ermənilər tərəfindən ilkin formada, 
orijinalda istifadə olunmasının səbəbi onların erməni dilinə  tərcümə 
edilməsinə imkan verməyən dərin fəlsəfi mahiyyətinin saxlanılması 
cəhdləri ilə  əlaqədardır. Heç də  təsadüfi deyildir ki, XIX əsrin son-
larından başlayaraq, “Erməni mahnıları”, “Tiflisin mədəni həyatı”, 
SMOMPK və digər nəşrlərin
 
səhifələrində Azərbaycan folkloru ifa-
dələri Azərbaycan və paralel olaraq erməni dilində çap olunur və be-
ləcə də arxivlərə ötürülürdü. Buna baxmayaraq, yuxarıda göstərdiyi-
miz kimi, folklor nümunələrimiz bir çox hallarda xarici dillərdə 
erməni xalqının yaradıcılıq sərvəti kimi verilirdi. Bu, XIX əsrin ikin-
ci yarısında planlı  şəkildə  həyata keçirilirdi. Sonralar Azərbaycan 
nümunələrinin ermənilərə  mənsub olmasını  “əsaslandırmaq” üçün 
müxtəlif
 
üsullar ortaya çıxmağa başlayır və geniş vüsət alırdı. Hətta 
ermənilərin bu nümunələri niyə Azərbaycan dilində  işlətdiklərinə 
izahlar da tapılırdı. Misal üçün, erməni “aşıqları” tərəfindən Azər-
K A M R A N  İ M A N O V 
 
34 
baycan  əsərlərinin orijinalda ifa edilməsi necə  “əsaslandırılırdı”. O. 
Tatevosyan görkəmli erməni aşıqlarından biri sayılan Quçağın bu cür 
ifasını onunla izah (“N.Quçağın şeirləri”, Tiflis, 1903, erməni dilin-
də) edirdi ki, guya erməni ifaçısı Azərbaycan dilindən deyil, xüsusi 
erməni dialekti - “xayeren”dən istifadə etmişdir. Həmin müəllifdən 
sitat gətiririk: “...Keçmişdə (hələ indi də) müxtəlif tarixi səbəblərdən 
erməni xalqı öz mahnılarını türkcə oxuyurdu. Bununla belə, o (xalq) 
öz sırasından çıxmış ifaçıların erməni dilində ifalarını da sevirdi. On-
ları forma və mahiyyətini türkcədən fərqləndirmək üçün “xayeren” 
adlandırırdılar”. 
Sonrası daha maraqlıdır! Akademik M. Abeqyan “Qusanların 
qədim xalq mahnıları” əsərində “sübut edir” ki, qusanlar, yəni “ermə-
ni aşıqları” “xayeren” dialektindən savayı, “antuni” adlanan daha qə-
dim formadan da istifadə etmişlər. Ən başlıcası isə odur ki, türklərin 
də “xayeren” və “antuni” nümunələrinə oxşar qədim və orta əsrlərə 
aid “türkü” və “şərqi” adlanan mahnı nümunələri mövcud olmuşdur. 
Belə çıxır ki, “xayeren” və “antuni” “türkü” və “şərqi”nin prototiplə-
ridir. Başqa cür də yox! 
Əlbəttə, oxucular başa düşürlər ki, “xayeren” və “antuni” ən yax-
şı halda Azərbaycan motivlərinin erməni dilinə Azərbaycan sözləri 
ilə qarışdırılmış  tərcüməsi,  əksər hallarda isə Azərbaycan xalqının 
orijinalda olan nümunələridir.  
Ortaya çıxan bu suallar da çox təbiidir: özlərinin “xayeren” və 
“antuni”si ola-ola, qusanlar nəyə görə “türkü” və “şərqi”
 
ifa edirdilər, 
Azərbaycan aşıqları isə ermənilərin heç nəyini ifa etmirdilər və  nə-
hayət, erməni dilində qoşulmuş “xayeren”lər niyə Azərbaycan dilin-
də ifa olunurdu? Bunların cavabını bir sözlə ifadə etmək olar: Plagiat 
və yenə plagiat. Növbəti paraqraflarda da biz Azərbaycan xalqının 
müxtəlif yaradıcılıq nümunələrinin mənimsənilməsi və erməniləşdi-
rilməsi həqiqətlərini nümayiş etdirmək niyyətindəyik.  
Yekun olaraq, xalqımızın əqli mülkiyyətinin ermənilər tərəfindən 
oğurlanmasının ümumi mərhələlərini göstərməyi vacib hesab edirik. 
“Erməniləşdirmə” prosesi, bir qayda olaraq, işlənmiş müəyyən sxem 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
35 
üzrə: yiyələnmək məqsədi ilə qavramaq, mənimsəmək və sonda 
“erməniləşdirmək” mərhələləri vasitəsi ilə aparılırdı. 
Görünür, mədəni sərvətlərimizi mənimsəmək, üstəlik də, bütün 
dünyaya ermənilərinki kimi təqdim etmək (“erməniləşdirmək”) üçün 
ilk öncə onları qavramaq lazım idi. Erməni mühiti buna hər cür 
hazırlanıbmış və bu mərhələ onunla nəticələndi ki, Azərbaycan dilini 
bilən və az-çox ifaçılıq məharəti olan ermənilər mahnılarımızı oriji-
nalda ifa edir və geniş istifadə edirdilər. Onlar bu mərhələdə çalı-
şırdılar ki, əhalinin daha çox hissəsini buraya cəlb etsinlər və buna 
görə  də folklor nümunələrimizin erməni əlifbasında yazıya köçürül-
məsi həyata keçirilirdi. Bunun ardınca  əsərlərimizin erməni dilinə 
tərcüməsi başlayırdı, özü də imkan daxilində burada şərait, məişət, 
personajların adları erməni tərzinə uyğun dəyişdirilib erməniləşdi-
rilirdi. Yerlərin orijinal coğrafi adları ermənilərin kompakt yaşayış 
yerlərinin adları ilə  dəyişdirilir və digər təhriflər edilirdi. Beləliklə, 
haqqında danışdığımız yiyələnmək məqsədi ilə qavramaq mərhələsi 
bizim nümunələrin qəsb edilməsi, plagiatı, saxtalaşdırılması  və  də-
yişdirilməsi ilə müşayiət olunan geniş istifadə və yayılma mərhələsi 
olmuşdur və yad əqli mülkiyyətin kütləvi erməni şüurunda özününkü 
kimi qavranılmasına istiqamətləndirilmişdir. 
Müəyyən müddət keçəndən və ictimai şüurda erməni variantı 
möhkəmlənəndən sonra mənimsəmək mərhələsi başlamışdı  və bunu 
da həmin və digər (o cümlədən maddi, “tarixi” və elmdən uzaq) üsul-
larla “əsaslandırmağa” cəhd göstərilirdi. Bu məqsədlə Azərbaycan 
orijinallarının mənimsənilmiş nümunələri erməni variantında maddi 
daşıyıcılara köçürülür, süni şəkildə “qədimləşdirilir”, arxivlərə  və 
fondlara verilir, hökmən,  əksər hallarda isə xarici dillərdə  nəşr olu-
nurdu. Paralel olaraq, artıq oğurlanmış sərvətlərin uydurma sübutlar, 
yalan faktlar, “qədimlik” və s. əsasında erməni mənşəli olmasının 
əsaslandırılmasına və izahına yönəldilən “elmi” işlər yazılırdı. 
Bununla da mənimsəmə  mərhələsi həyata keçirilən  əqli oğurlu-
ğun saxtalaşdırılmış “dayaqlarının” və maddi sübutlarının formalaş-
dırılması mərhələsi olmuşdur. 
K A M R A N  İ M A N O V 
 
36 
Yekun mərhələnin - erməniləşdirmə  mərhələsinin səciyyəvi xü-
susiyyəti ondan ibarətdir ki, qəsdən təhrif edilmiş “sübut və  dəlil-
lər”dən istifadə etməklə, informasiya - təbliğat metodları vasitəsi ilə 
beynəlxalq ictimaiyyəti öz tərəfinə  çəkməyə çalışmaqla və bununla 
paralel olaraq, saxta dəlillərə istinad edən geniş informasiya mənbə-
ləri yaratmaqla (ardıcıl “istinadlar” sistemi yaradılır) ermənilər  əqli 
mülkiyyətin mənşəyi və ona sahibliklə bağlı bu əqli mülkiyyətin əsl 
sahibləri ilə müzakirələr açmağa cəhdlər göstərirlər. Beləliklə, bu 
mərhələnin mahiyyəti “yalançılıqda ifşa edilməmək üçün özün daha 
ucadan ifşa etməlisən” məntiqinə  əsaslanan riyakarlıq və ikiüzlülük 
üstündə qurulmuşdu.  
Qeyd olunan sxem çərçivəsində  nəyin və necə “özününküləşdi-
rilməsi”ni isə aşağıda göstərməyə çalışacağıq. 
 
 
 
 
 
 
 
 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə