Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə80/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   72   73   74   75   76   77   78   79   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
321 
rının “Aşıq Qərib məsəli” eposunda da özünü göstərir. Onun dili və 
süjeti “Aşıq Qərib” dastanının Azərbaycan variantından çox az fərqlə-
nir. Misal üçün, “Zaman yılın bir zamanında, Tavriz şəhərində bir ixti-
yar Adam var imiş, onun bir karısı, bir kızı, bir oqlı var imiş ...”. Azər-
baycanlının bu mətni başa düşməsi üçün tərcüməyə ehtiyac qalmır. 
Hörmətli oxucular, Krım erməni cəmiyyətinin “Surb-Xaç” jurna-
lında verilmiş “Krım” ermənilərinin bayram adlarının, məsələn, “sa-
lamlama, arzu, oyanan təbiətə müraciət”i ifadə edən ilk bahar bay-
ramı “Berekendan”ın (“Maslenitsa”) etimologiyasına diqqət yetirin. 
Bir sözlə, bayram edən insanlar təbiətin oyanışının ilk günündən 
“bərəkət” gözləyirlər. Yaxud “Terndaraç” (“Sreteniye Qaspodne”) və 
s. Köhnə Krım  şəhərinin  ətraflarında olan Surb-Nişan (Müqəddəs 
Bayraq), Surb-Xaç monastırının və s. etimologiyası üzərində  də 
düşünmək olar. 
Biz o fikirdə dayanmışdıq ki, Kilikiya alban hökmdarları özləri-
nin etiqad göstərdikləri qriqoriançılığı  əvvəlcə pravoslav, sonra isə 
katolikliklə birləşdirməyə çalışırdılar. Lakin Kilikiyanın siyasi cəhət-
dən ləğv olunması alban Xətumilərinin
 
niyyətlərinin həyata keçməsi-
nə imkan vermədi. Kamenes-Podolskinin “erməni-qıpçaqları” isə 
1666-cı ildə
 
siyasi ittifaqı tanıyaraq, katolik ayini üzrə kilsə xidmə-
tinə keçdilər. Qriqorianlığa aid öz dini mənsubiyyətini saxlayan Qıp-
çaqlar isə Don sahillərinə getdilər. Georqi Baqdıkovun “Don ermə-
nilərinin qısa tarixi” kitabında belə yazılmışdır: “Krımın altı şəhərin-
dən (Baxçisaray, Kafa, Karasubazar, Solxata, Gezleva (Yevpatoriya), 
Ak-meçet (Simferopol) çıxan ermənilər Naxçıvanda (Naxçıvan-Don) 
məskən salırlar, Tonlu, Melik, Kamışlıq, Sala (Qruşevka), Çürük-Su, 
Sultan-Sala, Ortalənk (Zemlyaniçnoe), Sarıbuz və Soldayadan (Sudak)-
dan olan kəndlilər isə...”. Düşünürük ki, sadalanan türk-qıpçaq mənşəli 
toponomik adları şərh etməyə ehtiyac yoxdur. Elə həmin mənbə faktiki 
olaraq təsdiq edir ki, Krımda Kilikiyadan çoxlu köçkün olmuşdur. 
Qarşımızda daha bir kitab-1965-ci ildə X. Porkşeyanın ön sözü 
ilə erməni dilində Yerevanda Ermənistan EA tərəfindən nəşr olunmuş 
“Yeni Naxçıvan ermənilərinin şifahi xalq yaradıcılığı” durur. Bu ki-
tab vacib bir xüsusiyyəti ilə maraqlıdır, bir tərəfdən müqəddimə 
K A M R A N  İ M A N O V 
 
322 
müəllifi “Don” ermənilərinin etnik erməni mənşəli olmasını sübut et-
məyə çalışır, digər tərəfdən isə “Don” ermənilərindən misal gətirilən 
folklor nümunələri onların qıpçaq köklərini təsdiq edir. Porkşeyan 
yazır ki, türklər (tatarlar) Krımda yaşayan yunanların dilini kökündən 
dəyişmişlər, indi onlar kilsələrdə  də türk dilində dua edir və yalnız 
türkcə yazırlar. Mariupolda məskən salmış Krımdan olan yunan 
qaçqınları bu günə  qədər ancaq türkcə danışırlar. “Yalnız ermənilər 
öz dilini saxlamışlar, ancaq onlar türklərdən çox şey götürmüşlər: on-
ların bütün adətlərini, geyimlərini, mərasimlərini, bayramlarını götür-
müşlər... Krım ermənilərini dili hazırki “Don” ermənilərinin dili kimi 
30% türk sözlərindən ibarətdir.  Şifahi xalq yaradıcılığı da kifayət 
qədər mənimsənilmişdir. Buna baxmayaraq, Krımdan gətirilmiş şifa-
hi xalq yaradıcılığı  və  ədəbiyyat nümunələri yüksək bədii dəyərə 
malikdir”. 
İndi isə “Don” ermənilərinin folklorundan bir neçə nümunə gös-
tərək.  
Məişət nəğmələrinə aid rübailərdə “çörək”(çerək), “çoban”, “dayı”, 
“çal at”, “qara su” sözləri vardır, toy mahnısında isə adaxlı  qız “al 
gəlin” adlandırılır. Erməni qusanları burada “şarqçılar” adlanır və 
“onların içərisində Ağabala fərqlənir”... O, kənd və qəsəbələrdə çox 
sevilən “Samavarın mahnısı” kimi çoxlu şeirlər qoşmuşdur. O, tez-
tez “Koroğlu” və “Aşıq Qərib”dən oxuyardı. Onun ifasına həm Stav-
ropolda, həm də Yekaterinopolda qulaq asardılar. 
“Don” ermənilərinin atalar sözləri isə bunlardır:  
“Qızım sənə deyim, gəlin sən başa düş”.  
“Dünya pəncərədir, gələn baxar və gedər”. 
“Qohumum başıma baxar, düşmənim ayağıma baxar”.  
“Ağıl yaşın içində deyil, ağıl başın içindədir”. 
“Çox yaşayan, çox şey görər”. 
Biz onların Azərbaycan dilində olan analoqlarını, həmçinin “Don” 
ermənilərinin “qarğışları” daxil olmaqla, digər folklor nümunələrini 
vermirik, çünki onlar tamamilə bir-birinə uyğundur. 
İndi isə “Rostov şəhər”inin rəsmi saytına müraciət edək və oxu-
cuları “Don” ermənilərinin burada göstərilən adətləri ilə tanış edək. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
323 
Yeri gəlmişkən, onu da deyək ki, burada onların dilinin xüsusi dialekti, 
yerli folklorun və adət-ənənələrin spesifikası haqqında danışılır. Toy 
dövründə  gəlinə “cehiz”, girov və  zəmanət kimi isə “beh” verirlər. 
“Beh”dən sonra mütləq “nişani kurabiyə”si – adeləmə şirniyyatı pay-
lanır. Gəlinin başına xına qoyulması adəti-“xna gecəsi” olur. Gəlinin 
toyunda, qeyd etdiyimiz kimi, “Al gəlin” mahnısı oxuyurlar, toydan 
sonra “ziyafət”- gəlinin növbə ilə qohumların evlərinə dəvət edilməsi 
başlanır və s. gördüyünüz kimi, hörmətli oxucular, nəinki “Krım er-
məniləri”nin, elə “Don” ermənilərinin də folkloru, adət-ənənələri, 
dilinin leksikası türk-qıpçaqlarınkıdır. 
Beləliklə, hörmətli oxucular, biz artıq “dəniz erməniləri” ilə bağlı 
absurdu yekunlaşdırmağa yaxınlaşırıq və  əsil absurdu bir neçə 
vacib fikirlərlə tamamlayırıq. Hər şeydən öncə, dahi L. Qumilyevin 
sözlərini verək: “... Etnik tarix “əvvəli və sonu olmayan” (A. Blok) 
məlumatların sonsuz yığımı və sadəcə “ötən günlərin lətifələri” (Puş-
kin) deyil, bu, səbəb-nəticə əlaqəsinin mürəkkəb zənciridir...”. “Fər-
di səviyyədə yalan danışmaq – bu nəinki əxlaqın qeyri-simmetrik ste-
reotipidir, həm də ətraf mühitə, etnik və landşaft mühitə təsir üsulu-
dur. Populyasiya səviyyəsində bu, artıq antisistemlərdə sosial və mə-
dəni mühitə  təsir edən kütləvi dezinformasiyadır” (kursiv bizimdir). 
Bu gözəl sözlər, hər şeydən öncə, o kəslərə ünvanlanmışdır ki, C. və 
K. Makkartilərin “Türklər və ermənilər”(1996) kitabına  əsaslansaq, 
kimdə “inkişaf etmiş millətçilik... köhnə dini əməllər üzərində qurul-
muşdur. “Ermənilər, misal üçün, protestantizmi qəbul etmiş erməni-
ləri, həmçinin erməni katolik (unitar) kilsəsinə aid olanları da “er-
məni” anlayışına daxil edərək onu genişləndirmişlər. Avropada möv-
cud olan millətçiliyin tiplərindən fərqli olaraq, dil və mədəniyyət “er-
məniçiliyə” mənsubluğun müəyyənedicisi ola bilməz, ona görə ki, bir 
çox erməni türklərlə dil və mədəniyyəti bölüşmüşdür”(kursiv bizimdir).  
L.Qumilyevdən gətirilən sözlər məhz o kəslər üçündür ki, kimdə 
...xristianlarla onları [erməniləri] birləşdirən amil olmaq əvəzinə, 
erməni kilsəsi erməni separatizminin amili olmuşdur; açıq-aydın 
erməni kilsəsi olaraq, ermənilərin mədəni identikliyinin daşıyıcısı 
oldu (kursiv bizimdir)”.  
K A M R A N  İ M A N O V 
 
324 
Yekun əvəzi 
Hörmətli oxucular! Sizinlə vidalaşarkən biz qərara aldıq ki, ye-
kun  əvəzi olaraq, Kolumbiya Universitetinin professoru N.Q.Qarso-
yanın “Ermənistan IV əsrdə” adlı məqaləsini bəzi ixtisar və qısa izah-
larla misal göstərək (“Ermənistan” və “Sədaqət” terminlərinin dəqiq-
ləşdirilməsi məsələsinə dair). Bu məqalə 1971-ci ildə Ermənistan EA-
nın “Xəbərləri”ndə çap olunandan bir gün sonra anafemaya məruz 
qalır, mətbuatdan geri yığılır və yandırılır. Mənşə etibarilə erməni 
olan bu məşhur Amerika professorunun məqaləsinə göstərilən belə 
münasibətin səbəbi nə idi? Bunun səbəbi onda idi ki, onun baxışları 
ermənilərin bütün əvvəlki müasir tarixi opuslarını tam şəkildə inkar 
edir, hətta bir az da artıq, onun fikirləri saxtakar ermənilərin istinad 
etdikləri “qədim” erməni “salnamələri”nə amansız zərbələr endirirdi. 
Amerika tarixçisi b.e.ə. IV əsr dövrünü təhlil edir və inandırıcı şəkil-
də göstərir ki, 1,5 min il ərzində Ermənistanda dövlətçilik olmamış-
dır, xristianlığın tarixi yalan və uydurmadır. Bütün qədim və sonrakı 
erməni salnamələri başqa xalqlara qarşı olan həsəd hissindən və digər 
xalqlar arasında fərqlənmək cəhdlərindən irəli gələn tarixi yalanlar 
əsasında qurulmuşdur. 
İndi isə N.Qarsoyana müraciət edək. 
“Hər şeydən öncə, hansı dərəcədəsə ölkənin rəsmi xristianlaşma 
tarixinə əsaslanan bu dövrün (IV əsr və V əsrin əvvəli) salnaməsinə 
yenidən baxmaq lazımdır”. Klassik və erməni mənbələrinin məlumat-
ları tez-tez bir-birinə kəskin şəkildə zidd olur və eyni bir fakt müxtəlif 
cür işıqlandırılır. Nəhayət, erməni mənbələrinin öz üslubu bütün bu 
dövr ərzində nəzərəçarpacaq dərəcədə dəyişir. Məsələn, erməni mən-
bələrinin elə erməni (Arşakilər) çarlıq evinə açıq-aşkar “nifrəti” föv-
qəladə dərəcədə maraqlıdır, xüsusən əgər bunu milli tarix kimi oxu-
saq, II Arşaka və Papaya olan münasibət tam izaholunmaz faktdır... 
İstər-istəməz Povstos Buzandın, yaxud Movses Xorenasinin çəkdiyi 
mənzərə onların  şəxsi ideallarını - zərdüşt  İranın hədələrinə qarşı 
duran vahid birləşmiş Ermənistanı əks etdirir. Onlar ayrı-ayrı xəya-
nətkar naxararlar tərəfindən satılan vahid çarlıq haqqında danışır-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
325 
lar... Onlar erməni cəmiyyətinə və institutlarına İranın dərin təsirini 
rədd edirlər..., erməni Ərsaklarının Sasani qəsbkarlarına qarşı duran 
sonuncu və parfyan legitizminin ən parlaq nümayəndələri olduğunu 
unutmağa üstünlük verirlər” (kursiv bizimdir). 
Sonra müəllif əhəmiyyətli bir nəticəyə gəlir:  
“Bizim üçün vacib yalnız odur ki, o, [tarixi mənzərə] Ermənista-
nın vahid, birləşmiş və İran aləminə yad olmadığı IV əsr həqiqətləri-
ni təhrif edir” (kursiv bizimdir)
Müəllif izah edir ki, qədim tarixçilər ayrı-ayrı naxarar [knyaz] 
evləri ilə əlaqəli idilər, onların maraqlarını önə çəkirdilər, ona görə də 
həmin müəlliflərin  əsərlərini “etnikona coğrafi və milli məna qoya-
raq,” Ermənistanın “tarixi” üzrə əsər kimi oxumaq olmaz. Üstəlik də, 
müəllifin qeyd etdiyi kimi, “orta əsrlərdə nə Şərqdə, nə də Qərbdə in-
diki mənada millət anlayışı mövcud deyildi”.  
Salnamələrdə və son tarixi əsərlərdə vahid dövlət birləşməsi kimi 
təqdim olunan o dövrün Ermənistanı əslində nədən ibarət idi? 
Professor N.Qarsoyana müraciət edək: “... IV əsrin  əvvəllərində 
“Ermənistan” şimalda ayrı-ayrı siyasi birləşmələrdən ibarət Arşakid-
lər çarlığı idi. Onun mərkəzi Artaşatdan Dvinə köçürülmüşdü, cənub-
da 298-ci il müqaviləsi nəticəsində muxtar satraplıqlar Romanın nü-
fuz dairəsinə düşmüş  və  Fəratyanı Armenia Minor əyaləti çoxdan 
Roma imperiyasına daxil olmuşdu. Daha sonralar, 387-ci il bölgü-
sündən sonra bu mənzərə yeni müqavilə şərtlərinə görə imperiyanın 
bir hissəsi olan şimali Fəratarxası qavarlardan ibarət olan Armeniya 
İnteriorun ortaya çıxması ilə daha da mürəkkəbləşir” (kursiv 
bizimdir). 
Başqa cür desək, heç bir vahid Ermənistan olmamışdır, onu təşkil 
edən birləşmələr isə Cənubi Qafqazdan kənarda, müasir Türkiyənin, 
İranın və İraqın ərazilərində yerləşmiş, özü də qüdrətli Roma və İran 
imperiyalarının siyasi nüfuz dairəsində olmuşlar. Bu, birincisidir. 
İkincisi isə “biz Ermənistanı [elmi mənbələrdə] dini və siyasi birlik, 
şimali Arşakid çarlığı ilə eyniləşdirilən dəyişməz məzmunlu toponim 
kimi təsəvvür edirik (kursiv bizimdir). 
K A M R A N  İ M A N O V 
 
326 
Üstəlik müəllifin yazdığı kimi, ermənilərin Fərat satraplıqları Arşa-
kid çarlığının satellitləri kimi təqdim olunur. “Onların [satraplıqların] 
mövcudluğunu heç vaxt tanımayan erməni mənbələrinin variantı be-
lədir, halbuki həm ədəbi, həm də hüquqi klassik mənbələr bunu açıq-
aydın göstərirlər”. Oxucu soruşa bilər ki, nə üçün erməni tarixşünas-
lığında nisbi şimali erməni Arşakid çarlığı şişirdilir və cənubi erməni 
satraplıqları rədd edilir. Bəlkə, ona görə ki, birinci çarlıq kimi daha 
ucadan səslənir, digərləri isə sədəcə satraplıqlar və ya tabelikdə olan 
birləşmələrdir? Gəlin, bu sualın cavabını prof. N.Qarsoyanın mətninə 
istinad etməklə tapmağa çalışaq. Məlum olur ki, Roma imperiyasına 
daxil olan erməni satraplıqları böyük muxtariyyətə malik idilər, vergi 
və can vergisi ödəmirdilər, irsən satraplıqlar öz hərbi kontingentinə 
də rəhbərlik edirdilər. Ancaq Arşakid erməni çarlığında hər şey bir az 
başqa cür idi. “Çar I Trdat öz hakimiyyətini Roma imperatorunun 
əlindən almışdır... Satraplıqlardan fərqli olaraq, şimali Ermənistanda 
185-ci ilə qədər Roma qoşunu dururdu, magister militum Trayan və 
digər imperiya zabitləri isə hətta hələ Papanın [erməni çarı] dövründə 
erməni çarlarının sarayında dururdular. Nəhayət,  ən vacibi odur ki, 
iki mənbənin-erməni və klassuk mənbələrin məlumatına  əsasən, Er-
məni çarlığı 358-ci ilə  qədər Roma imperiyasına can vergisi ödə-
məkdə davam etmişdir, halbuki satraplıqlar onlardan yarım  əsrdən 
çox əvvəl tam vergi immuniteti almışdılar. Hər halda Romanın gözlə-
rində onların qeyri-bərabər vəziyyəti tamamilə aydındır”. Belə çıxır ki, 
var-yoxdan çıxmış cənubi erməni satraplıqları şimali Arşakid çarlığı-
na nisbətən daha az vassallıq vəziyyətində olmuşdur. Onda nə üçün 
ermənilərin saxta tarixşünaslığı erməni satraplıqlarının erməni Arşakid 
çarlığının satellitləri olduğunu göstərməyə çalışır? Birincisi, Ermə-
nistanın dövlət və siyasi birliyi haqqında mif yaratmaq üçün. İkincisi, 
əgər satraplıqlar Arşakid çarlığından daha çox dərəcədə müstəqilliyə 
malik idilərsə, “..onda başqa bir sual yaranır: Erməni onların daha 
erkən xristianlığa keçməsi (Yevseviy tərəfindən qeydə alınmış) 
Arşakid çarlığının xristianlaşmaması yox, “Ermənistan” haqqında 
ilk xristian ölkəsi təsəvvürü doğurmuşdur?”  (kursiv bizimdir). N. 
Qarsoyan sualı  məhz belə qoyur və bununla da ermənilərin ilk 
xristianlıqla bağlı mifini dağıdır. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
327 
Daha sonra: “... satraplıqların mühüm rolunun qəbul olunması 
daha sonrakı mənbələrdə sadələşdirilmiş IV əsr Ermənistanının mü-
rəkkəb siyasi mənzərəsinin də  zəruri  şəkildə tanınmasına gətirəcək-
dir”. Sual doğur: Merujan Arsruninin, eləcə də digər naxararların öz 
erməni süzerenlərini satanlar kimi təsvir olunması satraplıqların 
müstəqil siyasətini maskalamaq cəhdi deyilmi? (kursiv bizimdir). 
Başqa sözlə, Romanın nüfuz dairəsinə cəlb edilmiş məhz erməni 
satraplıqları
 
xristianlığı qəbul etmişlər, ona görə ki, bunu Roma im-
peratoru Konstantin qəbul etmişdir, həmin vaxt Arşakid çarlığında 
301-ci ildə çarlıq öz feodalları  və xalqı ilə birlikdə deyil, knyaz III 
Trdat xristianlığı necə  qəbul edə bilərdi? N.Qarsoyana görə, səbəbi 
onunla izah olunur ki, “erməni Arşakidləri 338-ci ildə Tiqranın çarlı-
ğından tutmuş Papanın ölümünə  qədər (əgər daha sonra deyilsə) 
erməni imperiya siyasətinin bütün əyriliklərinə əməl etmişlər”, bu da 
onların Roma imperiyasının patriarxları ilə münaqişəsinə  gətirib 
çıxarmışdır. 
Beləliklə, Arşakidlər Bizans və İran, xristianlıq və zərdüştlik ara-
sında manevr edirdilər, müəllifin yazdığı kimi, o dövr üçün “sədaqət” 
termini mütləq nəinki siyasi, həm də dini səciyyə daşıyırdı”. Burada 
N.Qarsoyananın gəldiyi nəticəni təsdiq etmək lazım gəlir ki, Bizansın 
himayə etdiyi erməni satraplıqları daha çox asılı vəziyyətdə olan və 
Siciliya və Xaribdo arasında manevr edən Arşakid çarlığından çox-
çox əvvəl xristianlığı qəbul etməli idilər. Bir halda ki, bu xristian sat-
raplıqları Arşakid çarlığının satellitləri ola bilməzdilər, onda erməni 
tarixçilərinin saxtakarlıqları  məhz onların tabelilik istiqamətinə, 
həmçinin Arşakid çarlığının “vahidliyinə” və deməli,onların erkən 
xristianlığının şimala doğru yerdəyişməsinə yönəldilirdi. 
Məhz göstərilən səbəblərdən prof. N.Qarsoyan ümid edirdi ki, 
“[“Ermənistan” və “Sədaqət”] terminlərinin yeni anlamı IV əsr Er-
mənistan tarixinin də şərhi üçün həlledici əhəmiyyət kəsb edə bilər” 
və ola bilər ki, o, keçmiş haqqında formalaşmış təsəvvürü yenidən nə-
zərdən keçirməyə kömək edər” (kursiv bizimdir)Ancaq necə deyər-
lər, belə olmadı, məqalə çıxandan bir gün sonra “Ermənistan EA-nın 
K A M R A N  İ M A N O V 
 
328 
Xəbərləri” bütün çapı ilə birlikdə  məhv edildi. Bütün bunlar erməni-
lərə yaxşılıq naminə, guya Ermənistanın milli maraqları üçün edildi. 
Bu yerdə Erazm Rotterdamskinin məşhur sözlərini necə xatırla-
mayasan: “Hər hansı nöqsan onu yaxşılıq maskası altında gizlətməyə 
səy göstərdikcə, daha da dərinləşir”. Biz şübhə etmirik ki, belə xəbər-
darlıqlar, xüsusən də “Nöqsanı  tərifləyən yaxşılığı pisləyir“
 
(Tomas 
Mann) kimi fikirlər tarixi saxtalaşdıranların ağlına gəlmir. Buna əmin 
olmaq üçün biz yekun olaraq C. Morqanın 1919-cu ildə nəşr edilmiş 
“Erməni xalqının tarixi” kitabının nümunəsində tarixşünaslığa dair 
istinadların formalaşdırılmasının erməni mexanizmini təqdim edirik. 
Qeyd edək ki, ermənilər adı  çəkilən kitabın tarixi toxunulmazlıq 
postamentinə yüksəldilməsi və onun əvvəl sitat gətirilən Movses 
Xorenasinin “yaradıcılıq məhsulu” ilə birlikdə klassik əsər sayılması 
üçün əllərindən gələn hər şeyi etmişlər. 
1981-ci ildə ermənilər K.Vetroversin müqəddiməsi və E.Kayaçi-
yanın məqaləsi ilə birlikdə onu yenidən nəşr etdilər və ... ağızlarından 
bir faktı qaçırdılar.
 
Əgər Vetrovers müqəddimədə bu kitabın yazılma-
sını üç məqsədə: “fransız və dünya ictimaiyyətinin maarifləndirilməsi 
və onun diqqətinin cəlb edilməsi, erməni xalqının özünüdərkinin oya-
dılması  və müstəqil erməni dövləti yaratmaq motivinə haqq qazan-
dırılması; nəhayət, müqavilələr bağlanarkən danışıqlara başlayan 
dövlət rəhbərlərinin bu tələbləri yerinə yetirməyə məcbur edilməsi”-
nə nail olmaqla əsaslandırırdısa, E.Kayaçiyan öz məqaləsində “ermə-
ni məsələsi” ilə bağlı hansısa Çobanyanın bu nəşrlərdə xüsusi xidmə-
tini qeyd etmək qərarına gəldi. 
Bu da aldadılmış  və ya aldadılmağa hazır olan adlı-sanlı xarici 
mütəxəssislərin qələmi hesabına yaranan erməni tarixşünaslığının ya-
lan dəlillərini hazırlayan mətbəxin “mexanizmləri”dir. Ondan başla-
yaq ki, İstanbul sakini, sonralar isə Parisdə antitürk qruplaşmaların-
dan birinin rəhbəri olan yazıçı-jurnalist A. Çobanyan yalançı erməni 
tarixini yazmaq üçün Fransa İnstitutunun üzvü bizansşünas Qustav 
Şlumberqerin dəstəyinə nail oldu. Sonuncu məlum olmayan səbəblər-
dən erməni xalqının tarixini “yaratmağı” mümkün saymadı  və A. 


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
329 
Çobanyanı zəmanət məktubu ilə arxeoloq Morqanın yanına göndərdi. 
Məktubda deyilirdi ki, fransız xalqı erməni tarixinə aid yaxşı bir ki-
tab  əldə etməlidir, kitab isə usta əli ilə aydın və parlaq şəkildə ya-
zılmalıdır”. Morqanın cavabı da maraqlıdır: “Düşünürəm ki, mənim 
adımla yazılan tarix sizin bütün xeyirxahlığınızla hərtərəfli  şəkildə 
sənədləşdirilməli və əsaslandırılmalıdır. Ancaq mən başa düşdüm ki, 
vətəndaş Çobanyan və siz başqa şey arzu edirsiniz. Fr. Lenormanın 
“Böyük Yunanıstan” kitabına bənzər, biblioqrafiyasız, ümumi yerlərə 
söykənən kitab gözlənilir. Bu işi bir az dəyişdirir” (kursiv bizimdir). 
İş dəyişdi və gözlənilən yarandı, ancaq Morqanın aşağıda verilən 
ifşaedici açıqlamaları ilə. O yazır:  “...məndə heç bir material yox-
dur... bu işi dayandırmaq məcburiyyətində qalsam... bunu vətəndaş 
Çobanyanın özü asanca edə bilər”. Yaxud “erməni tarixini yazmaq 
üçün hansı  ədəbiyyatın lazım olduğunu deyə bilmirəm, ona görə ki, 
bu mövzuda nəyin nəşr olunduğunu bilmirəm” (kursiv bizimdir). 
Beləliklə, hörmətli oxucular, belə çıxır ki, ermənilərin klassik ta-
rix kitabını bu sahədə heç bir materialı olmayan və hansı kitabların 
nəşr olunduğunu bilməyən bir adam yazmışdır və buna görə  də o
kitabın tamamlanmasını sponsorun özünə-Çobanyana etibar etmişdir. 
Nəhayət, sonuncu, Çobanyan kitabın yazılması üçün Morqana aşağı-
dakı “mənbələri” təqdim etmişdir: 
- “Sissuan, yaxud erməni Kilikiyası”, Vyana, 1889;  
- “Alisxan”, Leon Lemanafik. Vyana, 1888; 
- “Ümumdünya tarixi”, Etyen Laron, Paris,1883;  
- “Yalançı Sebeos”, Maklerin tərcüməsi.  
- “Erməni kilsəsi”, Malaxiya Orlanyan, Paris, 1910;  
- M.Makler, “Yepiskop Sebeosa görə Heraklın tarixi”. Paris, 1904.  
Hörmətli oxucular, göründüyü kimi, bu qısa siyahının tən yarısı 
erməni mənbələridir. Erməniçiliyin tarixi üzrə “klassik” kitab çox az 
sayda mənbələrlərdən istifadə olunmaqla və  nəşr olunmasına dəfə-
lərlə pul ödənilməklə belə yaradılmışdır. 
K A M R A N  İ M A N O V 
 
330 
Beləliklə, hörmətli oxucular, biz sonda erməniçiliyin tarixinin 
“nədən və necə yarandığı” barədə özünüzün mühakimə yürütməyi-
nizə imkan verdik. “Absurd teatrı” fəslini və bütövlükdə “Erməni 
(yad)el(li) nağıllarını”nı başa çatdıraraq, Sizə iki gözəl kəlamı xatır-
ladırıq: “Öz yaxşılıqları ilə öyünən adamlardan ehtiyatlı ol” (Ebner-
Eşenbax), həmçinin məhz “Kim xeyirxahlıq edirsə, bəhrəsini görür” 
(Leonardo da Vinçi).
 

Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə