Microsoft Word Kamran Imanov Kitab Designed doc



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə9/80
tarix11.03.2018
ölçüsü4,58 Kb.
#31238
1   ...   5   6   7   8   9   10   11   12   ...   80

E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
37 
§5. 
“..., Mənimsədim”də Azərbaycan bayatılarının 
mənimsənilməsindən danışılır. 
 
Hörmətli oxucular! Biz “Gəldim, gördüm,...mənimsədim” mate-
rialının  şərhini “... mənimsədim” hissəsində davam etdiririk. Biz bu 
paraqrafda bayatılarımızın geniş şəkildə istifadə olunması və “ermə-
niləşdirilməsi” faktları üzərində dayanmağı məqsədəuyğun hesab et-
dik. Xalqımızın zəngin folklor irsindən məhz bu janrın seçilməsi tə-
sadüfi deyil: ənənəvi Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz 
ifadələri poetika və musiqini birləşdirir. Məhz buna görə dərin fəlsəfi 
məna kəsb edən, xalqımıza məxsus mentallığı və əxlaqı, poetikliyi və 
ahəngdarlığı lakonik formada ifadə edən bayatılar haqqında tamamilə 
aydın bir şəkildə demək olar ki, bu nadir folklor janrı yalnız bizə 
məxsusdur. 
Bu deyilənlər öz təsdiqini hələ 1959-cu ildə çıxan “Ensiklopedik 
musiqi lüğəti”ndə tapmışdır.
 
Burada verilən izahata görə, “bayatı- 
Azərbaycan xalq mahnı janrıdır” və mövzu genişliyinə (məhəbbət, 
toy, qəhrəmanlıq, mərsiyə  və s.) baxmayaraq, onların hamısı “lako-
nikliyi ilə fərqlənir” və “bayatılar 4 misradan və hər misrası yeddi he-
cadan ibarət olur”, bunlardan 1-ci, 2-ci və 4-cü misralar həmqafiyə 
olur. Sonra doğru olaraq qeyd edilir ki, bayatı, “əsasən, səsin yüksək 
registrində oxunur, zəngin vokal rəngarəngliyinə malikdir”. Bu yerdə 
lüğətin müəllifləri gözlənilməz bir haşiyə çıxırlar: “Bayatılar peşəkar 
Şərq ifaçıları (qusanlar, aşıqlar və başqaları) tərəfindən oxunur” 
(kursiv bizimdir). 
Bu nadir Azərbaycan janrının istifadə olunmasında və yayılma-
sında bizim aşıqlarla müqayisədə erməni “aşıqları” kimi adlandırılan 
qusanların rolunun nəzərə çarpdırılması tam aydındır. Lüğətin tərtib 
olunmasında iştirak edən müəlliflərin tərkibinə baxmaq kifayət edər 
ki, orada “vurğu sistemi”nə görə məsul işçi kimi M. Terterovun gös-
tərilməsinin  şahidi olasan... Bununla belə, ziddiyyət qalmaqdadır: 
Azərbaycan folkloru janrı hansı səbəbdən ilk növbədə ermənilər tərə-
K A M R A N  İ M A N O V 
 
38 
findən ifa edilir? Biz artıq sızə müraciət etmişdik: “Nil admirani” – 
heç nəyə təəccüblənməmək? Ermənilər bayatılarımızın “erməniləşdi-
rilmiş” variantlarını özlərinin yaradıcılıq nümunələri kimi göstərərək, 
onlara iddia etməyə cəhd göstərirlər. Belə səmərəsiz cəhdlər, nə qədər 
cəfəngiyat olsa da, onlar müxtəlif erməni opuslarında yazılı  şəkildə 
qeydə alınmaqla qalır. Daha doğrusu, latın kəlamında lakonik 
formada ifadə olunmuş qaydadan istifadə olunur: “Verva valant, 
seripta manent”, yaxud “sözlər uçur, yazılanlar isə qalır.” 
İndi biz Azərbaycan mədəni ənənələrinin
 
mənimsənilməsi erməni 
ənənəsi haqqında mövzunu davam
 
etdirərək, ermənilərin öz yazılı 
dəlillərindən istifadə etməklə elə həmin qaydaya əsaslanacağıq. 
Qədim şeir formalarını, musiqi havalarını və nəğmələri çox səylə 
tədqiq edən məşhur erməni mütəxəssisi N. Nalbandyanın dediklərini 
şərh etməkdən başlayaq. Görün o, nə yazır: “...Bununla belə, nəğmə-
lərin çoxunu biz türklərdən (azərbaycanlılardan) mənimsəmişik. Mən 
ermənilərin yaşadığı çox yerdə olmuşam. Həmişə təmiz ermənicə olan 
bir şey eşitməyə çalışmışam. Təəssüf ki, bu günədək mən buna nail 
olmamışam!” (N.Nalbandyan, “Qədim  şeirlər və  nəğmələr haqqın-
da”, Seçilmiş əsərləri külliyyatı, c.1 ). Doğrudan da, erməni əhalisi-
nə böyük təsir göstərən qədim Azərbaycan şeir-musiqi forması olan 
bayatılar artıq erməni orta əsrlər mənbələrinin erkən yazılarında, son-
ralar isə çap olunmuş erməni nümunələrində rast gəlinir. Qeyd edək 
ki, onların hamısı tamamilə Azərbaycan dilində olmuş  və  təbii ki, 
erməni  əlifbasında yazıya köçürülmüşdür. Bir sözlə, ermənilərin 
Azərbaycan bayatılarından istifadə etməsi qədim tarixə malikdir. Ba-
yatıların təsirini S.Palasanyana məxsus başqa bir etiraf da (“Erməni 
nəğmələri”, S.Peterburq, 1868, erməni dilində) təsdiq edir: “bizim 
mahnıların motivləri fərqlənir... və ümumiyyətlə, biz hansı xalqın tə-
siri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik”. 
Bunu erməni arxivlərində saxlanılan yüzlərlə bayatılar da təsdiq 
edir. Xüsusən Matedaranda çoxlu sayda bayatılar saxlanılır, üstəlik 
də, onların böyük əksəriyyəti Azərbaycan dilində erməni əlifbası ilə 
yazıya köçürülmüşdür. Artıq bir neçə əsrdir ki, ermənilər bizim baya-


E R M Ə N İ   ( Y A D ) E L ( L İ )    N A Ğ I L L A R I 
 
 
39 
tılardan istifadə edirlər və hələ 1721-ci ildə nəşr etdirdiyi “Nəğmələr” 
kitabında erməni Elyas Azərbaycan dilində çoxlu sayda bayatılar top-
lamışdı. Ermənilər Azərbaycan bayatılarının ermənilər tərəfindən ge-
niş  şəkildə  məhz Azərbaycan dilində istifadə olunmasını belə izah 
edirdilər. Manuk Abeqyan: “Bizim əlimizdə
 
bayatıların 1700-dən ar-
tıq müxtəlif variantı vardır. Təəssüf ki, bizim dilimiz sözün çoxmə-
nalılığı baxımından çox kasıbdır, oxşar məna daşıyan ifadələr olduq-
ca azdır və ona görə biz yaxşı tanıdığımız türkcəyə (Azərbaycan 
dilinə) müraciət edirik” (“Xalq mahnıları”).  
Azərbaycan bayatıları o dərəcədə geniş yayılmışdı ki, hətta ermə-
nilərin baş daşlarında istifadə etdikləri bayatılarımızın əlyazmaları bu 
gün də Matenadaranda saxlanılır. Matenadaranda saxlanılan əlyazma-
ların başlığı da elə belə adlanır: “Baş daşlarında istifadə olunan ba-
yatılar...” Məsələn, dünyasını dəyişənləri ağlamaq üçün istifadə olu-
nan Azərbaycan bayatısına diqqət yetirin:  
  
Aşıq haralar gəzər,  
 Ovçu 
dərələr gəzər, 
 
Can burda, cəsəd burda 
 
Könül haralar gəzər. 
İndi isə bayatılarımızın erməniləşdirilməsinə aid konkret faktlar 
gətirək. Hər şeydən öncə qeyd edək ki, erməni yazıçıları, ilk növbədə 
klassik X. Abovyan öz yaradıcılığında Azərbaycan bayatılarından ge-
niş şəkildə istifadə etmişlər. Görün o, Azərbaycan bayatılarının mö-
cüzəvi təsiri barədə nə yazırdı: “Hər kəs bilir ki, insanın ürəyi qanla 
qaynayanda nə  xəncər, nə  dərman, nə  də yuxu ona söz və söhbət, 
ilahi mahnı  və bayatılar kimi faydalı deyil” (X. Abovyan, Seçilmiş 
əsərləri külliyyatı, c.3). Onun yaradıcılığını tədqiq edən erməni mü-
təxəssislərin fikrinə görə, xalqın səsini  əks etdirən bayatılardan isti-
fadə etmək məharəti erməni  ədəbiyyatı klassikinin əsərlərini gözəl-
ləşdirirdi. X.Abovyanın yaradıcılığında bayatılara verdiyi böyük əhə-
miyyəti, Azərbaycan yaradıcılıq sərvətinin psixoloji təsirini əks etdi-
rən yalnız bir misala diqqət yetirək. O, “İlk məhəbbət” povestində öz 
qəhrəmanını təsvir edərkən, bunu söyləyir: ”Onun ürəyi yanmış, göz-
ləri qaralmış, ayaqları qurumuş, əlləri qüvvəsini itirmiş kimi idi. Ça-
K A M R A N  İ M A N O V 
 
40 
rəsizlikdən o, yüyəni götürüb, daşın üstündə oturdu və əllərini sinə-
sinin üstünə qoyub bayatı deməyə başladı (X.Abovyan, Seç. əsər. 
külliyyatı, Ermənistan EA-nın nəşri, 1947, erməni dilində). Hələ üs-
təlik, o, Azərbaycan bayatılarının stil, forma və məzmunundan istifa-
də etməklə 80-ə yaxın “öz” bayatısını yazmışdır. Görün o, “İstirahət 
saatlarında” kitabının girişində nə yazır: “Mən bayatıları o məqsədlə 
yazmışam ki, ermənilər məclislərdə, süfrə başında bu türk (Azərbay-
can) ifadələrini erməni dilində istifadə edərək öz dillərini şirinləşdir-
sinlər. Ona görə ki, dili heç nə  şeir misraları  və mahnılar kimi gö-
zəlləşdirmir...” 
Onun yaradıcılığını  tədqiq edən B.Partuzini 1952-ci ildə Yere-
vanda Xaypetrat nəşriyyatında erməni dilində nəşr olunan “X. Abov-
yanın həyatı və yaradıcılığı” kitabında birbaşa yazır ki, “...[Abovyan] 
Azərbaycan folkloru ilə yaxşı tanış olub və ondan istifadə edərək, 
xalqın [Azərbaycan] yaratdığı rübailər  əsasında həmin ruhda onlara 
oxşar bayatılar yaratmışdır”. A.Terteryan adlı başqa bir tədqiqatçı 
1941-ci ildə Yerevan Dövlət Universiteti tərəfindən erməni dilində 
nəşr edilmiş “Abovyanın yaradıcılığı”
 
kitabında göstərir: “Abovyan 
xalqın (Azərbaycan xalqı) dilindən eşitdiklərini istifadə edirdi”. 
Xaçatur Abovyan ənənələrinin tanınmış davamçısı Qazaros Ağayan 
da ermənilərin əzbər öyrəndikləri Azərbaycan bayatılarını təsvir edə-
rək belə demişdir: “Türk (Azərbaycan) bayatılarını istifadə etməyi-
mizin səbəbi məhz bu dildə istədiyin qədər iki və daha çox mənaya 
malik olan sözlərin olmasıdır”. Doğrudan da, bayatılar Q. Ağayanın 
yaratdığı surətlərin dilindən düşmürdü: onun ədəbi qəhrəmanları istər 
toqquşma vəziyyətində, istərsə də özləri ilə tək qalanda bayatılardan 
ayrılmırlar (Əsərləri c.B). 
O hətta bayatıların mahiyyətini və forma quruluşunu başa düşərək 
və onların daha geniş  şəkildə yayılması  məqsədini güdərək yazırdı: 
“Bayatılar həmişə dörd misradan ibarət olur və əsas fikir son iki mis-
rada ifadə olunur... Birinci iki sətir köməkçi xarakter daşıyır və əsas 
fikir dördüncü sətirdə qafiyələnir... Birinci, ikinci və dördüncü misra-
lar eyni sözlə qurtarır. Bu söz birinci sətirdə müəyyən olunmur, an-
caq ikinci və dördüncü misralarda çoxmənalı olur”. 


Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə