Microsoft Word k&b 2010 doc



Yüklə 258,91 Kb.
Pdf görüntüsü
tarix08.09.2018
ölçüsü258,91 Kb.
#67398


Solmaz SADIQOVA 

Biblioqrafiyaşünaslıq  kafedrasının baş müəllimi 

 

İQTİSADİYYAT ELMİNƏ HƏSR OLUNMUŞ ÜMUMİ 



XARAKTERLİ BİBLİOQRAFİK İNFORMASİYA MƏNBƏLƏRİ 

 

İqtisadiyyat sosial-siyasi elmlərin mühüm tərkib hissələrindən biri 



hesab olunur. İqtisadiyyat üzrə ədəbiyyatın yaranması ictimai biliklərin 

öyrənilməsi və təbliği ilə əlaqədar olmuşdur. Ona görə də Azərbaycanda 

iqtisadiyyat üzrə  ədəbiyyatın nəşri və onun biblioqrafiyası XX əsrin 

əvvəllərindən həyata keçirilməyə başlamışdır.   

Müstəqil Azərbaycan Respublikasının bazar iqtisadiyyatı sisteminə 

keçməsi şəraitində elmi iqtisadi biliklərə, elmi iqtisadi təfəkkürə kifayət 

qədər malik olmaq mühüm əhəmiyyət kəsb edir. İqtisadi  ədəbiyyatın 

öyrənilməsində  və bu sahədə yeni məlumatların operativ şəkildə 

mütəxəssislərə çatdırılmasında Azərbaycan milli biblioqrafiyasının 

mühüm qollarından biri olan iqtisadiyyat ədəbiyyatının biblioqrafiyası 

mühüm əhəmiyyətə malikdir. 

İqtisadiyyat keçmişdə də, indi də hər bir şəxsin, ailənin, cəmiyyətin 

həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Bunun üçün də bu gün 

müstəqil Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş ölkə-

mizin iqtisadiyyatını, onun keçmişini, bu gününü bilməlidir. 

İqtisadiyyat-istehsal münasibətlərinin məcmusu, cəmiyyətin 

iqtisadi bazisidir. Tarixi mənbələrdə iqtisadiyyatın tərifi belə veril-

mişdir: «İstehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi qurulu-

şunu, real bazisi təşkil edir, hüquqi və siyasi üstqurum və bazis üzərində 

yüksəlir və müəyyən ictimai şüur formaları bu bazisə uyğun olur». 

İqtisadiyyat bütün digər ictimai münasibətlərin  əsasını  təşkil edir və 

cəmiyyətin inkişafında həlledici rol oynayır (10, S.379).  

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müvafiq sahəyə 

dair 2004-cü il 11 fevralda fərman imzalamışdır. Fərmanda deyilir: 

«Azərbaycan Respublikasında son on ildə  həyata keçirilən iqtisadi 

islahatlar qısa tarixi dövr ərzində ölkədə makroiqtisadi sabitliyin 

bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan 

vermiş  və  əhalinin həyat səviyyəsini  əhəmiyyətli dərəcədə 

yaxşılaşdırmışdır» (1, S.1). 

İdeoloji məhdudiyyət və qadağalar nəticəsində Azərbaycan 

xalqının iqtisadi fikir tarixində çoxlu çətinliklər mövcud olmuşdur. 



Müstəqillik qazanaraq hüquqi demokratik dövlət quruculuğunu həyata 

keçirdiyimiz müasir dövrdə respublika iqtisadçıları üçün yeni olan bazar 

təsərrüfatı problemləri ilə qarşılaşmışlar. Ona görə  də  cəmiyyətdəki 

dəyişikliklərin bu mərhələsində iqtisadi fikirlər, iqtisadi publisistika 

üstünlük təşkil edir. İqtisadi hadisə  və proseslərin həm mütəxəssislər, 

həm də geniş kütlə üçün izahı ön plana keçir. Bununla əlaqədar olaraq 

kütləvi və iqtisadi mətbuat səhifələrində çoxlu yazılar dərc olunmuşdur.  

Hazırda iqtisadi fikrin, həm də müəyyən mənada dövlətin də 

başlıca vəzifələri iqtisadi inkişaf modelini seçmək və bu modelin 

reallığa çevrilməsinə xidmət etməkdir. Bu istiqamətdə ilkin addımlar 

atılmış  və Azərbaycan tarixi təcrübəsində  sınanmış bazar iqtisadiyyatı 

əsasında inkişafa üstünlük verilmişdir. Respublika iqtisadçılarının və 

digər mütəxəssislərin birgə  iştirakı  və yaxından köməkliyi ilə bazar 

iqtisadiyyatı prinsipinə cavab verən qanunvericilik bazarı yaradılır. 

1991-ci ildən sonrakı dövrdə iqtisadi mövzuda 70-dən çox qanun 

hazırlanıb qəbul edilmişdir. Mülkiyyət, özəlləşdirmə, fermer təsərrüfatı, 

sahibkarlıq fəaliyyəti, haqsız rəqabət, torpaq islahatı, banklar və bank 

fəaliyyəti, maliyyə  və  sənaye qurumları, dövlət vergi xidməti,  əmək 

birjası, kooperasiya və s. haqqında qanunlarla münasibətlərin bazar 

iqtisadiyyatı prinsipləri  əsasında təşəkkül tapmasının hüquqi təməli 

qoyulmuşdur. Bu qanunlar ilk növbədə mətbuat səhifələrində öz əksini 

tapmışdır.  İqtisadiyyatın biblioqrafik təminatı informasiya təminatının 

əsas istiqamətlərindən biridir. Azərbaycan dövlətinin informasiya 

təminatı həmişə böyük əhəmiyyət kəsb etmişdir.  

 Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhə-

ləyə  qədəm qoymuş Azərbaycan Respublikasında həlli vacib məsələ-

lərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı 

əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə et-

məklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırıl-

masına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan 

ibarətdir.  

Müasir dövrdə iqtisad elminə, iqtisadçı sözünə ehtiyac hər hansı 

dövrdə olduğundan daha çoxdur. Bir tərəfdən dərin iqtisadi böhran, 

digər tərəfdən yeni iqtisadi inkişaf modelinə keçidin çətin yolları iqtisad 

elminin və onun nümayəndələrinin qarşısına mühüm vəzifələr qoyur. 

İqtisadi biblioqrafiya sosial-siyasi elmlər kompleksinə daxildir. So-

sial-siyasi elmlər kompleksinin biblioqrafik informasiya sisteminə müx-

təlif məzmunlu biblioqrafik materiallar daxildir. Sosial-siyasi elmlər 




kompleksinin biblioqrafik informasiya sistemi dinamikdir. Bu isə 

bilavasitə biblioqrafik nəşrlərin mövzu dairəsinin genişlənməsi, onların 

tiplərə, növlərə, oxucu və  məqsəd istiqamətinə görə biblioqrafiyanın 

daim təkmilləşdirilmiş metodikası əsasında formalaşmasıdır. Bu proses-

lərin inkişafına aşağıdakı əsas amillər təsir edir: 1. Elmi Texniki Tərəq-

qinin təsiri nəticəsində insan fəaliyyətinin bütün sahələrində  dərin də-

yişikliklərin baş verməsi; 2. Sosial-iqtisadi elmlər kompleksinin sənəd 

axını; 3. Sosial-iqtisadi fəaliyyət sahəsinin daha da formalaşması; 4. 

İqtisadiyyatın informasiya istifadəçiləri; 5. İqtisadi biblioqrafiyanın 

nəzəri və metodiki məsələləri ümumilikdə; 6. İqtisadiyyat, hüquq və 

sosiologiya üzrə dövlət siyasəti; 7. Yeni informasiya texnologiyasının 

tətbiqi; 8. İqtisadiyyat sahəsi üzrə ölkədə  fəaliyyət göstərən idarə  və 

müəssisələr. 

İqtisadi elmlər ictimai-siyasi xarakter daşımaqla öz növbəsində 

təbii və texniki elmlərlə  əlaqədardır.  İqtisadi elmlərin bu qayda üzrə 

öyrənilməsi kitabxanaçı-biblioqrafların işini mürəkkəbləşdirir. Ona görə 

də iqtisadi ədəbiyyatın kitabxana-biblioqrafiya təsnifatına  əsasən 

təsnifləşdirilib qruplaşdırılması lazım gəlir. Beləliklə, iqtisadi ədəbiy-

yatın böyük əhəmiyyəti vardır. 

Müstəqillik  şəraitində iqtisadi ədəbiyyat başqa respublikalarda 

olduğu kimi, Azərbaycanda da iqtisadi əlaqələrin yaranmasına və 

əlaqələrin öyrənilməsinə kömək edir. 

Məlumdur ki, 1925-ci ildə respublikamızda Dövlət Kitab Palatası 

təşkil olunmuş  və onun biblioqrafik nəşrləri olan «Salnamə»lər nəşr 

olunmağa başlamışdır. «Azərbaycan mətbuat salnaməsi»ndə, «Birillik 

Azərbaycan kitabiyyatı»nda başqa elmlərlə yanaşı, iqtisadiyyat üzrə 

ədəbiyyatın cari biblioqrafik mənbələri verilmişdir. 

Salnamələrin «İqtisadiyyat.  İqtisadi elmlər» adlanan bölməsi 

iqtisadiyyat üzrə  ədəbiyyatın öyrənilməsində oxucular üçün istiqamət 

verir. Daxildə bu əsas bölmə müxtəlif yarımbölmələrə ayrılmışdır. 

Məsələn, «Siyasi iqtisad», «Maliyyə», «Pul dövriyyəsi», «Kredit», 

«İctimai sığorta» adlanan bölmələr verilmişdir. Bu dövrdə iqtisadiyyatın 

biblioqrafiyasının yaradılmasına təşəbbüs göstərilmişdir.  

İqtisadiyyat sahəsində elmi fikrin yaranması da keçən  əsrin 

əvvəllərində özünü göstərmişdir. Belə ki, kitabxana işinə dair bir neçə 

kitabın müəllifi kimi tanınmış  Əli  Əjdər Səidzadə 1922-ci ildə çap 

etdirdiyi məqalələrinin birində yazmışdı: «Azərbaycanda çıxmış bütün 

ədəbiyyatın bir ümumi biblioqrafiyasını düzəltmək işinin tam vaxtıdır» 




(11, S.76). Ə. Səidzadənin ilk dəfə olaraq bu çağırışına qoşulan alim, 

biblioqraf A. Baqri olmuşdur. 

A.Baqri «Azərbaycanı  Tədqiq və  Tətəbbö Cəmiyyəti»nin kitab-

xanasında biblioqrafiya bürosuna rəhbərlik etmişdir (9, S.102). Azər-

baycanın xalq təsərrüfatına, etnoqrafiyasına, tibb elminə,  şifahi xalq 

ədəbiyyatına, tarixinə, coğrafiyasına və eləcə  də iqtisadiyyatına aid 

ədəbiyyatın ilk dəfə olaraq toplanması  və biblioqrafiyalaşdırılması A. 

Baqrinin adı ilə bağlıdır. Professor A.Baqri Azərbaycan iqtisadiyyatına 

aid  ədəbiyyatın biblioqrafiyasını yaratmaq üçün keçən  əsrin  əvvəl-

lərində çap olunmuş  qəzet və jurnalları araşdırmış, Azərbaycan 

iqtisadiyyatına dair materialları toplayıb, həmin materiallar əsasında 

«Biblioqrafiya: Azərbaycan iqtisadiyyatı üçün materiallar» mövzusunda 

tərtib etdiyi elmi-köməkçi biblioqrafiyanı «Ali iqtisad şurasının əxbarı» 

jurnalında 1924-cü il 8-9, 10-11 və 12-13-cü nömrələrində hissə-hissə 

çap etdirmişdir. Materialların davamı jurnalın 1925-ci il 1-2-ci nömrə-

lərində çap edilmişdir. 

Biblioqraf alim F.Bayramovun qeyd etdiyi kimi, biblioqrafik 

göstəricinin  əvvəlində verilmiş «Giriş»dən  məlum olur ki, belə bir 

biblioqrafiyanın yaradılmasına ehtiyac duyulmuşdur (8, S.28-29). Belə 

ki, orada qeyd edilmişdir ki, Azərbaycana dair biblioqrafik əsərlər 

olmadığından onun öyrənilməsi də  çətinləşir. Jurnalda verilmiş  qısa 

izahatdan məlum olur ki, Azərbaycan haqqında olan materialların 

toplanması  işinə alimlər və ayrı-ayrı müvafiq təşkilatlar da cəlb 

edilmişdir. Jurnalın giriş hissəsindən sonra Azərbaycan iqtisadiyyatına 

dair 1134 ədəbiyyatın təsviri verilmişdir.     

Burada birinci olaraq N.A.Belovun 1887-ci ildə Tiflis şəhərində 

çap olunmuş  «İssledovaniə gkonomiçeskoqo bıta qosudarstvennıx 

krestğən v Qeoqçayskom i Şemaxinskom uezdax Bakinskoy qubernii» 

adlı kitabın təsviri verilmişdir. Bu onu göstərir ki, hələ XIX əsrdə qeyri 

millətdən olan mütəxəssislər, elm adamları Azərbaycan iqtisadiyyatı ilə 

maraqlanmış və bu sahədə kitablar, məqalələr yazıb çap etdirmişlər. 

A.Baqri materialların sistemləşdirilməsində  əlifba qaydasına tam 

əməl etsə  də, mənbələrin təsvirində  təsvir ünsürlərinin indiki qaydada 

verilmədiyi müşahidə olunmuşdur (9, S.103.). Lakin bunu o dövr üçün 

müqayisədə müəllifə əsas nöqsan kimi irad tutmaq düzgün olmaz. Ona 

görə ki, kitabxana-biblioqrafiya təsnifatına aid vəsaitlər o zaman yox 

dərəcəsində idi. Buna baxmayaraq, A.Baqrinin bu sahədə müəyyən 

təcrübəyə malik olduğu, tərtib etdiyi «Biblioqrafiya»dan hiss olunur. 




Biblioqrafik göstəricidə  Səməd Ağamalıoğlunun 1919-1920-ci 

illərdə çap etdirdiyi xeyli miqdarda məqalələr A.Baqri tərəfindən 

toplanaraq buraya daxil edilmişdir. Bundan başqa burada «İskra», 

«Novoe obozrenie», «Kavkaz», «Jiznğ Kavkaza», «Russkiy vestnik», 

«Sın oteçestva» və digər adda müxtəlif istiqamətli qəzet və jurnallarda 

Azərbaycan iqtisadiyyatına dair çap olunmuş çox zəngin materiallar 

vardır.  

Biblioqrafik mənbənin  əhəmiyyətli cəhətlərindən biri də onunla 

əlaqədardır ki, XIX əsrdə  və XX əsrin  əvvəllərində Azərbaycan 

iqtisadiyyatına aid yaranan ədəbiyyatın mənbələrinin öyrənilməsi üçün 

ikinci belə biblioqrafik göstərici  yaradılmamışdır. Ona görə  də 

Azərbaycan iqtisadiyyatına həsr olunmuş biblioqrafik göstərici müasir 

oxucular üçün çox əhəmiyyətli biblioqrafik mənbə hesab olunur. 474 

adda  ədəbiyyatın sıra nömrəsi ilə verilməsi oxucular üçün 

əhəmiyyətlidir. Vaxt itirmədən  ədəbiyyatın ümumi miqdarı haqqında 

məlumatı oxuculara çatdırır, həm də  mənbələrə  sıra nömrələrinin 

verilməsi ayrı-ayrı müəlliflərin məqalələrinin ümumi miqdarını daha tez 

müəyyənləşdirilməsini asanlaşdırır. Bu cəhətdən A.Baqrinin çap 

etdirdiyi «Biblioqrafiya» oxucuların informasiya təminatında mühüm 

biblioqrafik mənbə hesab olunur. Bunu «Biblioqrafiya»dan istifadə edən 

oxucuların qeyd etdikləri müxtəlif işarələrlə izah etmək olar (9, S.104).  

Azərbaycanda iqtisadiyyat üzrə ədəbiyyatın biblioqrafiyası 1970-ci 

ildən sonra təşkil olunmağa başladı. Bu sahədə Azərbaycan Milli Elmlər 

Akademiyası MEK-nın fəaliyyəti təqdirəlayiqdir. Kitabxana həmin 

ildən sonra yerli nəşrlərin biblioqrafik göstəricisini hazırlayıb çap 

etdirməyə başlamışdır. Göstərici Azərbaycan və rus dilində çap 

edilmişdir: «Biblioqrafiçeskiy spisok novıx oteçestvennıx kniq», «Yeni 

kitabların biblioqrafik siyahısı» adı ilə çap edilmişdir. Hər iki 

göstəricinin nəşrlərində «İqtisadiyyat. İqtisadi elmlər» adlanan bölmə öz 

əksini tapmışdır. 

Azərbaycanda iqtisadiyyat üzrə ədəbiyyatın yeni nəşrləri haqqında 

elmi işçilərə məlumat verilməsində Elmi-məlumat mərkəzinin fəaliyyəti 

də çox olmuşdur. Mərkəz tərəfindən «Azərbaycanda ictimai elmlər üzrə 

çap olunmuş ədəbiyyat» adlı göstərici 1990-cı ildən sonra nəşr edilməyə 

başlamışdır. Göstəricidə iqtisadiyyat üzrə çap olunmuş kitablar xüsusi 

bölmə üzrə sistemləşdirilib təsvir edilmişdir. Göstəricidə kitab və dövri 

mətbuat materialları da əks etdirilmişdir. Göstəricinin daxilində 



«Azərbaycan dilində», «Rus dilində» adlanan bölmələr informasiya 

istifadəçiləri üçün çox əhəmiyyətlidir. 

Göstəricidə iqtisadiyyat üzrə ədəbiyyat iqtisadiyyatın sahələri üzrə 

qruplaşdırılıb təsvir edilmişdir. «İqtisadiyyat» adlanan bölmə, «Ümumi 

məsələlər», «Xalq təsərrüfatının idarə olunması», «İqtisadi rayonlaşdır-

ma», «Sənaye  iqtisadiyyatı», «Əmək» və s. kimi bölmələr verilmişdir. 

Cari mənbələrlə yanaşı, keçmiş illərdə iqtisadiyyat üzrə ədəbiyyatı 

özündə əks etdirən ümumi xarakterli biblioqrafik göstəricilər də vardır. 

1920-ci ildən sonra respublikamızda iqtisadiyyata aid çap olunmuş 

kitablar «Azərbaycan kitabı»nın ikinci cildinin birinci kitabında öz 

əksini tapmışdır (4, S.140-150). Göstəricinin VII bölməsində «Siyasi-

iqtisadi nəzəriyyələr tarixi» adlanan bölmədə 28 ədəbiyyatın təsviri 

verilmişdir. Göstəricidən istifadəni asanlaşdırmaq üçün «Fərdi müəl-

liflərin  əlifba göstəricisi» və «Müəllifsiz kitabların  əlifba göstəricisi» 

kimi köməkçi aparat onun informasiya dəyərini daha da artırmış olur. 

Azərbaycan dilində iqtisadiyyata aid çap olunmuş  ədəbiyyatı 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 

ümumi xarakterli biblioqrafik nəşrlərindən də öyrənmək olar (5). 1960-

cı ildən sonra AMEA MEK Akademiya nəşrlərinin ümumi xarakterli 

elmi-köməkçi biblioqrafik göstəricisini hazırlayıb çap etdirmişdir. 1923-

45-ci illəri  əhatə edən «Azərbaycan EA nəşrlərinin biblioqrafiyası» 

1984-cü ildə «Elm» nəşriyyatında çap olunmuşdur. Biblioqrafik 

göstəricinin 236-cı səhifəsində «İqtisadiyyat» bölməsi verilmişdir. 

Biblioqrafik göstəricinin ayrı-ayrı illərdə çap olunmuş  nəşrlərinə 

iqtisadiyyat üzrə də ədəbiyyat daxil edilmişdir. Göstəricinin 1945-1959-

cu illəri əhatə edən nəşrində «İqtisadiyyat, statistika, iqtisadi coğrafiya» 

adlanan bölmə öz əksini tapmışdır. Göstəricinin  əhatə etdiyi dövr 

ərzində iqtisadiyyat üzrə çap edilmiş 161 kitab və jurnal məqalələri 

toplanıb göstəriciyə daxil edilmişdir. Akademiyanın nəşrlərinin bib-

lioqrafiyası sonrakı illərdə «illik» formasında çap olunmuşdur. «İllik» 

nəşrlərində iqtisadi ədəbiyyat «İqtisadiyyat  İnstitutu» adı ilə verilmiş 

bölmə daxilində düzülüb təsvir edilmişdir.  

Qeyd etmək lazımdır ki, Azərbaycan Elmlər Akademiyasının 

nəşrlərinin biblioqrafiyasında daha bir göstərici müvafiq sahəni  əks 

etdirir (6). Azərbaycan EA-nın nəşrlərinin biblioqrafiyasının 1960-

1965-ci illər arasındakı dövrü əhatə edən 3-cü cildin 6-cı kitabında 

iqtisadiyyat üzrə AMEA-nın «Elm» nəşriyyatında Azərbaycan və rus 

dillərində  nəşr olunan monoqrafiyalar, məqalələr, dövri mətbuat 




materialları  və s. çap məhsulatı daxil edilmişdir. Göstəricidə Azər-

baycan dilində nəşr olunan ədəbiyyatın rus dilinə tərcüməsi verilmişdir. 

Biblioqrafik göstəricidə materiallar tarix və iqtisadiyyat, eləcə də fəlsəfə 

və hüquq elmlərinin müxtəlif sahələri üzrə təsnifləşdirilmiş, hər bölmə 

daxilində isə müəlliflərin əlifba sırasına riayət edilmişdir. Təhlil zamanı 

məlum olmuşdur ki, iqtisadiyyat üzrə 279 adda ədəbiyyatın biblioqrafik 

təsviri verilmişdir ki, bunlardan da 87 adda Azərbaycan dilində, 182 

adda rus dilində olan ədəbiyyatdır (6, S.139-179).  

Biblioqrafik göstəricinin axtarış imkanlarını artırmaq üçün 

«Müəlliflərin əlifba göstəricisi» verilmişdir. Vəsait iqtisadi ədəbiyyatın 

bu dövrdə  nəşrini izləmək, iqtisadçı alimlərin, informasiya tələbat-

çılarının sorğularını ödəmək baxımından çox faydalı mənbədir.  

İqtisadiyyata dair ümumi xarakterli mənbələrdən biri də ADU 

alimlərinin elmi əsərləri çap olunmuş mənbədir (2, S.300-309).  

Biblioqrafik göstəricidə 1969-1978-ci illər  ərzində humanitar və 

ictimai elmlər üzrə  ədəbiyyat öz əksini tapmışdır. 1982-ci ildə çap 

olunmuş bu vəsaitdə 91 adda Azərbaycan və rus dilində olan ədəbiyyat 

«Siyasi iqtisad kafedrası» bölməsində verilmişdir. 68 adda Azərbaycan 

dilində, 23 adda rus dilində olan iqtisadiyyat ədəbiyyatı verilmişdir. 

ADU-nun digər biblioqrafik göstəricisində də bu sahəyə həsr olun-

muş  ədəbiyyat verilmişdir (3, S.23-31). «ADU-nun dövri və  nəşri da-

vam edən əsərləri 1921-1962-ci illər: Elmi işlərin sistematik göstəricisi» 

adlanan biblioqrafik göstərici 1964-cü ildə  nəşr olunmuşdur. Biblioq-

rafik göstəricidə 69 adda Azərbaycan və rus dilində olan ədəbiyyat ve-

rilmişdir. Bu sahəyə dair ədəbiyyat «Gkonomiçeskie nauki i gkonomi-

ka» adlanan III bölmədə verilmişdir. Biblioqrafik vəsait iqtisadiyyat sa-

həsinin müəllimləri, tələbələri və ümumiyyətlə, bu sahənin oxucuları 

üçün faydalıdır. 

 İqtisadiyyata dair ədəbiyyatın ümumi biblioqrafik mənbələrdə 

tədqiqi göstərdi ki, bu mənbələr mühüm əhəmiyyət kəsb edir və 

kitabxanalarda biblioqrafik xidmətin təşkilində əlverişli vasitədir.  

 

 



 

 

 



 

 


ƏDƏBİYYAT 

 

1.



 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı 

Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında: 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı // Azərbaycan. – 2004. 

– 12 fevral. – S.1. 

2.

 

ADU alimlərinin elmi əsərləri (1969-1978-ci illər): H. 1. 

Humanitar və ictimai elmlər üzrə / Tərt. ed.: K.Həsənov. – B.: Azərnəşr, 

1982. – S. 300 – 309 

3.

 

ADU-nun dövri və  nəşri davam edən  əsərləri 1921-1962-ci 

illər: Elmi işlərin sistematik göstəricisi / Tərt. ed. V.M. Rüstəmbəyli. – 

B.: ADU, 1964. – S.23-31 

4.

 

Azərbaycan kitabı: Biblioqrafik göstərici: 3 cilddə: C. 2. kit. 1. 

(1920-1940) / Tərt. ed. V. Mirzəyeva, M.Ə. Zabalova, N.A. İsmayılova / 

Azərbaycan Dövlət Kitab Palatası. – B.: Yazıçı, 1982.-S.140-150. 

5.

 

Azərbaycan SSR Elmlər Akademiyası 

nəşrlərinin 

biblioqrafiyası: 1923-1945-ci illər) / Tərt. ed.: T.D.Sadıxova, M.T. 

İbrahimova, D.T. Məhərrəmli; Məs. Red. M.M.Həsənova; Red.: 

N.M.Teymurova: Azərb. EA MEK.- B.: Elm.-1984. – 319s. 

6.

 

Azərbaycan SSR Elmlər Akademiyası 

nəşrlərinin 

biblioqrafiyası. III cild (1960-1965) VI kitab: Tarix, İqtisadiyyat. 

Fəlsəfə  və hüquq elmləri / Tərt. ed. T.D. Əhmədova; Red. Z.V. 

Mustafayeva, Z.S. Markina. – B.: Elm, 1984. – 201s. 

7.

 

Baqri A. Biblioqrafiya. Azərbaycan iqtisadiyyatı üçün 

materiallar // Ali iqtisad şurasının əxbarı. – 1924. - № 8-9, 10-11, 12-

13; 1925.- № 1-2. 

8.

 

Bayramov F. Azərbaycan iqtisadiyyatının biblioqrafiyası // 

A.V.Baqri tərəfindən «Azərbaycan iqtisadiyyatına dair materiallar» 

mövzusunda tərtib olunan biblioqrafiya haqqında // Ziya. – 1992. - № 

1.-S.28-29. 

9.

 

 

Bayramov F. A.Baqri və Azərbaycan iqtisadiyyatının 

biblioqrafiyası // Kitabxanaşünaslıq və biblioqrafiya. – 2000. -№ 1. – 

S.99-105. 

10.

 

 İqtisadiyyat // ASE. C.4. – B.: ASE,1980.- S.379. 

11.

 

 Səidzadə  Ə.Ə. Kitabiyyat təşkilatı: quruluşu və islahatın 

elmiyyə məsələsinin geniş müzakirəsi // Qızıl Şərq. – 1922. - № 1. – S. 

76. 

 


С. САДЫГОВА 

БИБЛИОГРАФИЧЕСКИЕ ИНФОРМАЦИОННЫЕ 

ИСТОЧНИКИ ОБЩЕГО ХАРАКТЕРА ПОСВЯЩЕННЫЕ  

ЭКОНОМИЧЕСКОЙ НАУКЕ 

  

РЕЗЮМЕ 

В  статье  рассказывается  о  библиографических  информацион-

ных  источниках  общего  характера  посвященные  экономической 

науке,  которые  составляют  самую  важную  область  социально-

политических  наук.  Анализируется  библиографические  источники 

экономической  литературы,  который  является  одним  из  особых 

притоков  Азербайджанской  национальной  библиографии  в 

изучении экономической литературы, в доведении их специалистам. 

Также отмечается их важная роль в организации библиографиичес-

кого обслуживания.   

  

S. SADIGOVA 

BIBLIOGRAPHIC INFORMATION SOURCES ON THE 

GENERAL NATURE DEDICATED TO ECONOMIC SCIENCE 

 

SUMMARY 

 

The article tells about the sources of bibliographic information of a 



general nature on economic science, which constitute the most im-

portant area of social and political sciences. We analyze the 

bibliographic sources of economic literature, which is one of the special 

tributaries of the Azerbaijan national bibliography in the study of the 

economic literature, bringing them to specialists. It is also noted their 

important role in the organization of bibliographic services. 



 

Yüklə 258,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə