Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

təmin etmək üçün Moskva və Leninqradın Ali kitabxanaçılıq ins-
titutlarını bitirənlərdən 5 nəfərini Azərbaycan Xalq Maarif Komissarlığı-
nın sərəncamına göndərilməsi, habelə  həmin institutlarda Bakı kitabxa-
naçılıq texnikumunu bitirənlər üçün 5 yer ayırması üçün RSFSR Xalq 
Maarif Komissarlığı qarşısında məsələ qaldırılması da nəzərdə tutulurdu.  
Qərar özlüyündə çox geniş və əhatəli idi. Demək olar ki, burada 
texnikumun yaradılması  və normal işləməsi üçün lazım gələn bütün 
məsələlərə diqqət yetrilirdi.  
Bakı şəhər sovetinə təklif olunurdu ki, 1938-ci ilin avqust ayının 
1-dək tədris korpusu üçün 360 nəfərlik yataqxana üçün 240 nəfərlik bina 
ayrılsın. RSFSR-dən dəvət olunan mütəxəssis müəllimlər üçün şərait 
yaratmaq, onları  mənzillə  təmin etmək üçün Azərbaycan Xalq Maarif 
Komissarlığına göstəriş verildi. 1938-ci ilin iyul ayında respublika 
qəzetlərində texnikuma qəbul ilə  əlaqədar elanlar dərc olunur. 
Azərbaycan Xalq Maarif Komissarlığı  Ələsgərov  Əli Qafar oğlunu 
Kitabxanaçılıq texnikumuna direktor təyin edir.  
1938-ci ilin sentyabr ayının 15-də bu tədris müəssisəsi 
Azərbaycan Xalq Maarif Komissarlığının Kitabxanaçılıq məktəbi adı ilə 
fəaliyyətə başlayır.  İlk gündən müxtəlif maddi-texniki çətinliklərlə 
qarşılaşan məktəb normal fəaliyyət göstərə bilmir. Bakı Xalq Maarif 
şöbəsinin ayırdığı sinif otaqlarında bütün gün ərzində ümümtəhsil mək-
təblərinin dərsləri keçirildiyi üçün onlardan ancaq üçüncü növbədə - ax-
şamlar istifadə olunurdu ki, bu da çox böyük  çətinliklər yaradırdı.  
1938/39-cu tədris ilində  məktəbə 150 nəfər tələbə  qəbul olunur. 
Lakin tələbə  qəbulu bununla bitmir və bütün tədris ili ərzində davam 
edir. Məhz buna görədir ki, 1939/40-cı tədris ilində artıq məktəbdə 177 
nəfər oxuyurdu. İxtisas fənlərindən dərs deyən müəllimlər çatışmırdı. 
Azərbaycan Xalq Maarif Komissarlığı Respublikasının görkəmli maarif 
xadimi, kitabxana işinin bilicilərindən biri olan M.H. Rzaquliyev 
Azərbaycan bölməsinə, 1933-cü ildə Moskva Kitabxanaçılıq institutunu 
bitirmiş S. Yəhyazadəni isə rus bölməsinə ixtisas fənn müəllimi təsdiq 
edir. Fəaliyyətə başladığı birinci tədris ilində  məktəbdə  işləyən ilk 
müəllim kollektivi və onların apardığı  dərslərin ümumi mənzərəsi 
aşağıdakı kimi olmuşdur.  
Siyasi Maarif məktəbinin 1 oktyabr 1941-ci il tarixli pedaqoji şu-
rasının qərarı ilə  tələbələr kitabxanaçılıq və siyasi maarif profili üzrə 
qruplaşdırılır. Bununla da yeni ixtisas, klub işçisi ixtisası üçün zəmin ya-


radılır. Öz fəaliyyətin təşkili üzrə peşəkar, ixtisaslı adamlar müəllim kimi 
dəvət olunurlar.  
1948-ci ildə çağırılmış Azərbaycan respublikası kitabxana işçiləri-
nin müşavirəsində ixtisaslı kitabxana işçilərinin hazırlanması sahəsində 
yeni vəzifələr irəli sürülür. Təhsilin səviyyəsini yüksəltmək üçün Azər-
baycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq  şö-
bəsinin ayrıca kitabxanaçılıq fakültəsinə çevirmək və siyasi maarif mək-
təbində keçirilən kitabxanaşünaslıq və biblioqrafiya fənlərinə dair dərs 
kitabları hazırlamaq siyasi-maarif məktəbində qiyabi şöbə yaratmaq kimi 
vəzifələri mədəni-maarif müəssisələri komitəsi qarşısında qoyur.  
Şuşa Mədəni-Maarif məktəbi 1921-ci ildən seminariya kimi 
fəaliyyətə başlamışdır. 1932-ci ildən pedaqoji (məktəb) texnikum kimi 
fəaliyyət göstərmişdir. 1938-ci ildə texnikuma M.Əzizbəyovun adı veril-
mişdir. Texnikumda 1980-81-ci tədris ilinə kimi əsasən orta təhsilli peda-
qoji kadr hazırlanmışdır. 1974-cü ildə Şuşa pedaqoji məktəbinin ilk bura-
xılışının 50 illiyi qeyd edilərkən məktəb fəaliyyətə başladığı dövrdən 50 
il müddətində 5823 nəfər orta ixtisaslı müəllim hazırlanmışdır. 1976-77-
ci dərs ilindən başlayaraq Şuşa pedaqoji məktəbinə əlavə iki ixtisas üzrə 
tələbə  qəbulu keçirildi: kitabxanaçılıq işi ixtisası orta təhsil bazasından 
30 nəfər, mədəni-maarif işi ixtisası üzrə 25 nəfər natamam orta təhsil 
bazasından.  
Orta ixtisas təhsilli kitabxanaçı qismən də olsa aradan qaldırmaq 
məqsədilə 1981-ci il 13 dekabr tarixində SSRİ Alı və Orta ixtisas təhsili 
Nazirliyi Azərbaycanda orta ixtisaslı kadr hazırlayan texnikumların 
təşkili üçün 93-01-54/109-18 nömrəli məktubuna  əsasən Azərbaycan 
Respublikası Ali və Orta ixtisas Təhsili Nazirliyinə xüsusi göstəriş verdi. 
Həmin məktubu  əsas götürərək Azərbaycan Respublikası Ali və Orta 
ixtisas Təhsili Nazirliyi özünün 11 noyabr 1981-ci il 169 nömrəli əmri ilə 
M.  Əzizbəyov adına  Şuşa pedaqoji məktəbinin adı  dəyişdirilərək,  Şuşa 
Mədəni Maarif Məktəbi kimi fəaliyyətə başladı. Odur ki, məktəbə ibtidai 
sinif müəllimi ixtisası üzrə tələbə qəbulu dayandırıldı və məktəbin yeni 
profilinə uyğun olaraq tələbə  qəbulu iki ixtisas: “Kitabxanaçılıq işi və 
mədəni-maarif işi” ixtisasları üzrə aparılırdı.  
1982-ci ildən “Kitabxanaçılıq”  və  “Mədəni-maarif” işi ixtisasları 
üzrə  təhsil və  tərbiyə sahəsindəki işlərin keyfiyyətini yaxşılaşdırmaq 
üçün ayrı-ayrı ixtisaslar üzrə şöbələr fəaliyyətə başladı. Artıq bu zaman 
kitabxanaçılıq işi  şöbəsində 228 nəfər, mədəni-maarif işi  şöbəsində isə 
250 tələbə təhsil alırdı. Tələbə kontingentinin çoxalması ilə əlaqədar ola-


raq hər iki ixtisas üzrə müxtəlif şöbələr fəaliyyətə başladı. Kitabxanaçılıq 
şöbəsində 228 nəfər, mədəni-maarif işi  şöbəsində isə 250 tələbə  təhsil 
alırdı. Tələbə kontingentinin çoxalması ilə əlaqədar olaraq hər iki ixtisas 
üzrə müxtəlif şöbələr fəaliyyətə başladı. Kitabxanaçılıq şöbəsində qəbul 
qaydası belə idi. Şöbəyə  qəbul orta və natamam orta təhsil bazasından 
qəbul olunan 2 il, natamam orta təhsil bazasından qəbul olanlar isə 2 il 
10 ay təhsil alırdılar. Təhsil müddəti başa çatdıqdan sonra mövcud tədris 
planlarına  əsasən məzunlara kütləvi kitabxanalarda işləmək hüququ ilə 
kitabxanaçı ixtisası verilirdi. Ümumiyyətlə, 1982-ci ildən başlayaraq 
şöbəyə  tələbə  qəbulu planı Respublika Təhsil Nazirliyi tərəfindən 
müntəzəm olaraq ildən-ilə artırılmağa başlandı.  Əyani  şöbəyə 1982-ci 
ildə 90 nəfər tələbə qəbul edildi. Onlardan 30 nəfəri natamam orta təhsil 
bazasından, 60 nəfəri isə orta təhsil bazasından qəbul edilmişdir. 1983- 
cü il tələbə  qəbulu planı bu şöbədə bir qədər də artırılır. Belə ki, 
natamam orta təhsil bazasından, 60 nəfər yəni 2 qrup, orta təhsil 
bazasından isə 90 nəfər,  yəni 3 qrup qəbul edilmişdir. Dağlıq Qarabağ 
Muxtar Vilayətində  ərazinin profilliyinə uyğun olaraq erməni dilli 
əhalinin tələblərini nəzərə alan Respublika hökuməti 1984-cü ildə 
məktəbin  əyani  şöbələrində  hər iki ixtisas üzrə ayrıca erməni  şöbəsi 
yaradılmasına göstəriş verdi və ilk qəbulda hər ixtisasdan 25 nəfər 
olmaqla 50 nəfər tələbədən ibarət erməni şöbəsi fəaliyyətə başladı. 1989-
cu ildə bu şöbə Qarabağ hadisələri ilə bağlı olaraq Xankəndinə köçdü və 
1990-cu ilə kimi Şuşa Mədəni-Maarif texnikumunun büdcəsindən 
maliyyələşərək hər il müstəqil tələbə qəbulu keçirtməyə nail oldu(4). 
Beləliklə, respublikada kitabxanaların sayının artması və mövcud 
kitabxanaların maddi-texniki bazasının güclənməsi ixtisaslı kadrların 
yetişdirilməsinə diqqəti artırdı. Artıq 40-cı illərin sonlarından başlayaraq 
respublikada ali təhsilli kitabxanaçı kadrların hazırlanması prosesi 
başlandı.  
 
ƏDƏBIYYAT 
 
1. Cəbrayılov F. Mədəniyyətə xidmət edən təhsil ocağı. Bakı: 
Vətən nəşriyyatı, 2005, 223 s. 
2. Xələfov.A Azərbaycanda kitabxana işinin tarixindən.-
Bakı,1986.-50s 
3. Xələfov.A Azərbaycanda kitabxanaçılıq təhsilinin inkşafı. 
Bakı:Maarif, 1987, 130 s. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə