Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   2   3   4   5   6   7   8   9   ...   44

olaraq  metodiki  fəaliyyətin daha radikal formada dəyişməsini, metodik 
xidmətin kökündən yeniləşməsi və marketinq fəaliyyəti ilə əlaqələndiril-
məsini və yenidən qurulmasını nəzərdə tuturlar.  
Bunlardan başqa bir sıra görkəmli kitabxanaşünas alimlər müxtəlif 
dövrlərdə metodik fəaliyyətin perspektivlərinə dair elmi fikirlər söyləmiş 
və göstərmişlər ki, metodik fəaliyyət elmi əsaslara söykənən məqsədli 
proqramlaşma  əsasında inkişaf etməlidir.  Əvvəllər görkəmli kitab-
xanaşünas alimlərdən S.A.Basov, sonralar isə A.F.Xorunjiy məqsədli 
proqramlaşmaya dair məqalələr yazmışlar və bu fikri bir daha təsdiqlə-
mişlər. Onlar sübut etmişlər ki, məqsədli proqramlaşdırma ilə həm uzun  
müddətli, həm də  qısa müddətli məsələləri keyfiyyətli və  səmərəli həll 
etmək mümkündür, bu metod aşağı idarəetmə  orqanlarının rolunu artırır, 
işçilərin yaradıcılıq fəallığını aktivləşdirir.  Ən başlıcası isə metodiki iş, 
təşkilatçılıq formasından tədqiqatçılıq fəaliyyətinə keçir, ənənəvi istiqa-
mətlər qorunub saxlanılır, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, 
kitabxana işçilərinin ixtisasının artırılması, ayrı-ayrı kitabxana  işçilərinə 
köməklik təmin olunur.  
Artıq XX əsrin 90-cı illərində kitabxanaların metodik təminatının 
marketinq fəaliyyəti ilə əlaqələndirilməsi çox geniş vüsət almışdır. Mar-
ketinq fəaliyyətinin tətbiq olunması kitabxanaların fəaliyyətində həlledici 
stimul olmaqla yeni proqressiv forma və metodlardan biri kimi kitabxana 
ictimaiyyəti tərəfindən birmənalı qarşılandı. Hətta Rusiyanın bir sıra apa-
rıcı kitabxanalarında metodiki işin həyata keçirilməsində əsasnamələr ha-
zırlandı, bu sahədə tədqiqatlar həyata keçirildi. 
Metodiki işin tətbiqi ilə bağlı marketinq fəaliyyətinin müxtəlif isti-
qamətləri üzrə konsepsiyaların işlənməsi 90-cı illərdə daha geniş vüsət 
aldı.  
Beləliklə, kitabxana fəaliyyətində marketinq  tətbiqi həlledici stimul 
yaratmaqla yeni və proqressiv marketinq və metodiki  işin yeni forma və 
metodlarını müəyyənləşdirdi. Elə həmin vaxtda kitabxanaların metodiki 
fəaliyyətində marketinqin  tətbiqi ilə bağlı  yeni əsasnamələr işlənilməyə 
başlandı. Xüsusilə “Şöbədə kitabxana marketinqinin tətbiqi və metodiki 
işin yeniləşdirilməsi” M.A. Nekrasov adına MDEK-da (Mərkəzi Dövlət 
Elmi Kitabxanası) marketinq fəaliyyətinə həsr  olunmuş bir sıra metodiki  
işləmələri buna misal göstərmək olar.  
 Metodiki  təminatın müxtəlif aspektlərinin öyrənilməsi və  tədqiq 
edilməsi, tələbələr və təcrübi kitabxana işçiləri ilə aparılan problem mə-
sələlərin müzakirəsi və  təhlili zamanı metodiki işlə bağlı bir sıra yeni 


konsepsiyalar, o cümlədən, məsləhət verən bir qurum kimi  metodşöbə-
lərin rolunun artdığı müəyyən oldu. Metodşöbələrin məsləhət verən bir 
qurum kimi müstəqil fəaliyyət növü kimi meydana çıxması professional 
kitabxana fəaliyyətində, xüsusilə, idarəetmə sahəsində geniş perspektiv-
lər açır, metodiki işin yeniləşməsinə xidmət edir.  
Müasir dövrdə belə bir fakt özünü doğruldur ki, “elmi- metodiki tə-
minat anlayışı “uzun illər formalaşaraq elə bir mərhələyə çatmışdır ki, ki-
tabxana fəaliyyətinin inkişafı ilə müqayisədə bugünkü tələbatdan çox ge-
ri qalır. Odur ki, respublikamızda kitabxanaların metodiki fəaliyyəti dün-
ya standartlarına uyğun olaraq yeni kitabxana texnologiyalarını özündə 
əks etdirməklə aparılmalıdır. Metodiki təminatın yeniləşdirilməsi prob-
lemi uzun illərdir ki, kitabxana ictimaiyyətini həmişə narahat etmiş  və 
düşündürmüşdür. Xüsusilə metodik təminatın rolu, funksiyaları, inkişaf 
istiqamətləri metodik təminatın kitabxana işində rolu, kitabxanaların 
strukturu, yeni şəraitdə diskusiyaların aparılması və s. tədbirlərin keçiril-
məsi hələ də vahid qənaətə gəlməyə imkan verməmişdir.  
Metodiki işin formalaşması  və inkişafı  ərzində onun metodları  və 
funksiyaları  nəzərə çarpacaq qədər genişlənmiş, müxtəlif istiqamətlərdə 
təşkilati  ənənələri və formaları  dəyişmiş, tədqiqatçılıq və informasiya, 
həmçinin, pedaqoji fəaliyyəti xeyli zənginləşmişdir.  
Bütün bu keyfiyyətləri özündə birləşdirən metodiki işdə bir sıra 
idarə, müəssisə və təşkilatların fəaliyyəti birləşməli, qarşılıqlı fəaliyyətdə 
iş qurulmalıdır. Xüsusilə kitabxanaların informasiya və təşkilati işləri el-
mi-tədqiqat institutları ilə, pedaqoji fəaliyyətdə  təhsil müəssisələri ilə
təşkilati məsələlərdə idarəetmə orqanları ilə əməkdaşlığın qurulması me-
todiki işin  əhatəli aparılmasını  təmin edər. Nəticədə aparılan metodiki 
işin həm məzmunu, həm də struktur quruluşu müasir tələbləri ödəmiş 
olar. Odur ki, uzun illər metodiki işlə bağlı həm rus, həm də Azərbaycan 
müəlliflərinin  əsərlərində metodik təminatla  əlaqədar onun kitabxana 
fəaliyyətinin bütün proseslərini hərtərəfli  əhatə etməsinə  həsr olunmuş 
məsələlər xüsusi qeyd olunur və bu da olduqca əhəmiyyətlidir. 
 Demək olar ki, kitabxana ictimaiyyətinin böyük əksəriyyəti meto-
diki işdən danışarkən kitabxana fəaliyyətində onun başlıca məqsədini- 
bütün istiqamətlərinin təkmilləşdirilməsi, forma və metodların yeniləş-
dirilməsi kimi qəbul edirlər. Xüsusilə görkəmli rus kitabxanaşünas alim-
lər bu fikrin üzərində daha çox təkidlə dayanırlar. Görkəmli kitabxana-
şünas alim B.N.Baçaldin metodiki işdən danışarkən göstərir ki, metodiki 
mərkəzlərin səlahiyyətləri imkan verir ki, onlar kitabxanaların bütün təd-


birlərində  fəal və yaxından iştirak etsinlər. Metodistlər kadr işini yaxşı 
bilməli, onlarla işləməyi bacarmalı, onları yaxından tanımalı, onların 
gündəlik ehtiyaclarını bilməli, beləliklə, hər bir kitabxananın inkişafına 
kömək etməlidirlər. Bu fikirlərlə bir sıra görkəmli kitabxanaşünas alimlər 
E.K.Vısoçkaya, N.A.Semyonova və başqaları razılaşaraq göstərirlər ki
metodiki iş kitabxanaların gündəlik fəaliyyətinə kömək etməyə istiqa-
mətləndirilməlidir (5). Bu alimlərin baxışlarına görə bu köməklik gün-
dəlik aparılmalı, vaxtında və əməli olaraq həyata keçirilməlidir. Analoji 
fikirləri kitabxanaşünas alim N.Bibika da təsdiq edir və göstərir ki, 
“Metodiki  şöbənin başlıca vəzifəsi-bütün istiqamətlərdə kitabxanalara 
köməklik göstərməkdir” (2). Belə bir fikri O. Budetskaya təsdiqləyərək 
hesab edir ki, bu gün metodiki işin məzmununu dərinləşdirmək və əhatəli 
etmək lazımdır. O göstərir ki, metodistlər öz üzərlərinə məsləhətlər ver-
məyi götürməlidirlər. Kitabxana işçilərinin daha az-az qarşılaşdığı müha-
sibat işi, iqtisadi məsələlər hüquqi və digər problemlərə dair əməli 
məsləhətlər verməlidirlər (4). Metodiki təminat işinin  əsas problemləri-
nin müəyyənləşdirilməsi metodik mərkəzlərin qarşısında duran çox mü-
hüm vəzifələrdən biridir. Xüsusilə Respublika Milli Kitabxanası metodik 
mərkəz, respublikanın bütün kitabxanalarının metodiki əlaqələndirmə 
mərkəzi kimi müasir problemləri araşdırmalı  və respublikada fəaliyyət 
göstərən bütün  metodiki mərkəzlərə əməli təkliflər verməlidirlər (5). Bu 
təkliflər mərkəzi kitabxana sistemlərinə, yerlərə, filial kitabxanalarına 
çatdırılmalıdır ki, bütün  kitabxana şəbəkələri və sistemlərini əhatə etsin.  
Müasir dövrdə kitabxanaların elmi- metodiki təminatında Azərbay-
can Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli 
sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsində 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proq-
ramı”nda Kitabxanaların metodiki təminatına xüsusi yer verilmiş və gös-
tərilmişdir ki, “Kitabxana işi sahəsində elmi-tədqiqat və elmi–metodiki 
fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndi-
rilməsi nəzərdə tutulmuşdur” (1). Bu proqramdan irəli gələn digər məsə-
lələrin həll edilməsində metodik mərkəzlərin üzərinə çox böyük vəzifələr 
qoyulmuşdur. Metodiki mərkəzlər kitabxanaların inkişaf proqramının ye-
rinə yetirilməsində respublika səviyyəli bütün tədbirlərin həyata keçiril-
məsində xüsusilə respublika və regional mərkəzlər fəal mövqeyə malik 
olmalıdırlar.  
Son illərdə metodiki işin müxtəlif illərdə bir məfhum  kimi dəyiş-
məsi, onun bir termin kimi yeniləşməsi metodik təminatın məzmununda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə