Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   2   3   4   5   6   7   8   9   ...   44

da mühüm dəyişikliklərin aparılmasını  tələb edir. Bu dəyişikliklər artıq 
dünya təcrübəsində, eləcə də, respublikamızda xeyli inkişaf etmişdir.  
Məlum olduğu kimi, kitabxana-informasiya proseslərinin son dərə-
cə mürəkkəbləşdiyi, yeni texnologiya ilə  zənginləşdiyi bir zamanda ki-
tabxana işinin metodik təminatının öhdəsinə çox mühüm vəzifələr düşür. 
Müasir dövrdə kitabxana ictimaiyyəti metodik təminatın necə inkişaf et-
məsini düşünürlər. Bu problem kitabxana işinin ən aktual problemlərin-
dən biridir. Kitabxanaların metodik təminatının həmişəki  məzmunu xey-
li dəyişmiş  və  zənginləşmişdir. Bu, şübhəsiz ki, ilk növbədə kitabxana 
işinin inkişafı, cəmiyyətdəki informasiya proseslərinə  inteqrasiyası ilə 
əlaqədardır.  
Hazırda, kitabxanaların metodiki təminat probleminin müxtəlif 
izahlara, şərhlərə və münasibətlərə məruz qaldığı kitabxanaçılıq fəaliyyə-
tində baş verən kəmiyyət və  keyfiyyət dəyişmələri ilə izah olunmalıdır.  
Müasir dövrdə kitabxana işçiləri, metodistlər kitabxanaların meto-
dik təminatı anlayışının mahiyyətinin dərindən dərk edilməsi üçün müa-
sir dövrdə dünya informasiya məkanında baş verən yeni prosesləri, bu 
proseslərlə əlaqədar kitabxanaların fəaliyyətində meydana gələn konsep-
tual dəyişiklikləri dərindən öyrənməli və tətbiq  etməlidirlər. 
 Müasir  dövrdə kitabxanaların metodiki təminatı dedikdə metodik 
mərkəzlər tərəfindən kitabxanaların və kitabxanaçıların fəaliyyətinin 
dövrün tələblərinə uyğun dinamik inkişafına yönəlmiş nəzəri əsaslara və 
mütərəqqi təcrübəyə söykənən, özündə rəngarəng forma və üsulları bir-
ləşdirən təşkilati-metodiki  əməliyyatların hazırlanıb həyata keçirilməsi 
nəzərdə tutulur. 
 Kitabxanaların metodik təminatı sistemli fəaliyyət olub, cəmiyyətin 
kitabxana işinin analitik-sintetik  təhlil  metodlarına əsaslanan elmi infor-
masiya, pedaqoji və təşkilati funksiyaları yerinə yetirir. Elmi funksiya bu 
gün  ən vacib funksiyalardan biridir. Metodik təminat sisteminin elmi 
funksiyasının əsasını metodik mərkəzlərin ölkədə kitabxana işinin vəziy-
yətini və inkişaf yolların müəyyənləşdirən təhlil metodu ilə aparılan  elmi 
tədqiqatlar təşkil edir. Bunun əsasında metodiki mərkəzlər cəmiyyətində 
kitabxanaların işinə yaradıcı çəkildə müdaxilə edərək metodiki təminatın 
istiqamətləndirilməsinə dair tövsiyələr irəli sürülməlidir.  
Son illərdə dünya metodik təminat sistemində nəzərə çarpan cəhət 
metodik iş üsullarının elmi-tədqiqat üsulları ilə yaxınlaşması bir çox hal-
larda isə onların sintezidir. Bu müasir cəmiyyətdə baş verən mühüm 
kitabxana proseslərinin inkişaf qanunauyğunluqları ilə əlaqədardır. Həm 


də metodik fəaliyyətin elmi-tədqiqat metodları ilə sintezi bu fəaliyyət 
özünün  xarakterik cəhətlərindən irəli gəlir.  
Metodik təminat sistemi baş verən kitabxana-informasiya proseslə-
rinin ayrılmaz hissəsidir. Lakin bu prosesdə onun öz yeri vardır. Əgər hər 
bir kitabxananın əsas xidmət obyekti oxucu və ya informasiya istehsalçı-
sıdırsa, metodik təminat sisteminin üç fəaliyyət obyekti vardır: oxucu, ki-
tabxanaçı və kitabxana. Metodik fəaliyyət eyni zamanda elmi fəaliyyətin 
bir sahəsidir. Bu metodik fəaliyyətin  əsas vəzifələrindəndir. Metodik 
fəaliyyət zamanı yalnız elmi müddəalar və prinsiplərdən, həmçinin kitab-
xanaşünaslığın nəzəri nailiyyətlərindən istifadə etməklə kitabxanaların 
metodik təminat prosesi öz inkişafını  və  səmərəliliyini təmin edə bilər. 
Beləliklə müasir dövrdə kitabxana işinin metodik təminat sistemi kitab-
xanaşünaslıq tədqiqatları ilə vəhdətdə olan sistemli fəaliyyət kimi təzahür 
edir. Bu baxımdan kitabxanaların təşkilari-metodik prosesində kitabxana 
işinin proqramlaşdırılması mühüm kitabxana əməliyyatlarının səmərə-
ləliyinin öyrənilməsi, kitabxanalarda sosioloji tədqiqatların keçirilməsi 
eksperimentlərin qoyulması və ya digər xarakterli müddəaların kitabxana 
işində tətbiq edilməsi, analitik təhlil xarakteri daşıyan arayışların məruzə 
və informasiya sənədlərinin hazırlanması, kitabxana işinin iqtisadi təhlili 
və s. kimi elmi- tədqiqat üsulları metodik–təminat sisteminin ayrılmaz 
tərkib hissəsinə çevrilməlidir.  
Metodiki təminat sisteminin müasir dövr üçün başlıca istiqamətləri 
yeni kitabxana proqramlarının tətbiqi ilə bağlıdır. Azərbaycan Respub-
likasında bu sahədə bir sıra iri elmi kitabxanalarda yeni proqramların tət-
biqinə başlansa da hələlik bu iş tamamlanmamış vəziyyətdədir. Yəni ki-
tabxanalardan dünya təcrübəsində olduğu kimi geniş oxucu kütləsi lazımi 
səviyyədə istifadə edə bilmirlər, yəni bu iş sistem halında oxuculara xid-
mət göstərə bilmir. Elektron kitabxana, elektron kataloqun yaradılması 
və istifadəsi ürək açan deyil. Respublikamızın MKS-lərində  və digər 
məktəb, uşaq, elmi-texniki və s. kitabxana şəbəkələri və internet sistem-
lərindən istifadə etməklə kitabxana xidməti yarıtmaz vəziyyətdədir.  
Bütün bunlar onu göstərir ki, tez bir zamanda kitabxana şəbəkələri 
və sistemlərinin proqram təminatı həyata keçirilməli, bütün kitabxanala-
rın kompüter təminatı, internetə qoşulması, lokal şəbəkə sisteminin qu-
rulması və kitabxana xidmətinin dünya standartlarına uyğun həyata keçi-
rilməsi təmin olunmalıdır.  
Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 6 oktyabr ta-
rixli 3072 saylı sərəncamı iə təsdiq edilmiş 2008-2013-cü illər üçün Döv-


lət proqramının tələblərinə uyğun olaraq Respublikamızda kitabxana işi 
sahəsində çox qlobal məsələlərin həll olunması durur. Prezidentin sərən-
camında kitabxana işi sahəsində ciddi nöqsanların olduğu göstərilir. Gös-
tərlir ki, beynəlxalq  əlaqələr sahəsində kitabxanaların fəaliyyəti müasir 
tələblərə cavab vermir. Ölkədə milli biblioqrafiyanın, milli formatın, 
elektron kitabxananın, toplu kataloqun, koorporativ kitabxana şəbəkələri-
nin olmaması, dünya informasiya məkanında layiqli təmsil edilməyə im-
kan vermir.(1) 
Bütün bu kimi çatışmazlıqların aradan qaldırılması  işində metodik 
mərkəzlərin üzərinə çox ciddi vəzifələr düşür. Xüsusilə M.F.Axundov adına 
Milli Kitabxana onun elmi metodiki şöbəsi, həm kütləvi kitabxanalar, həm də 
digər kitabxana şəbəkələri və sistemləri üçün metodiki əlaqələndirmə 
mərkəzi kimi bu sahədə xüsusi proqnozlar, elmi tədqiqatlar və əməli tədbirlər 
həyata keçirməlidirlər.  
Bunun üçün Dövlət proqramının icrasının  əsas istiqamətlərində çox 
ciddi məsələlərin həlli qarşıya qoyulur. Xüsusilə kitabxana fondlarının müasir 
komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya 
daşıyıcıları ilə  təmin edilməsi, kitabxanaların kompüter və informasiya 
proqram təminatı, respublika üzrə kompüterləşdirilmiş kitabxana informasiya 
şəbəkəsinin yaradılması  və inkişafı, metodik mərkəz olan M.F.Axundov 
adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir infor-
masiya texnologiyaları ilə  təmin edilməsi və madii-texniki bazasının 
möhkəmləndirilməsi və s. bu kimi problemlərin həlli bütövlükdə kitabxana 
işinə və elmi-metodik təminat işinin inkişafına güclü təkan verəcək. 
 
ƏDƏBİYYAT 
Azərbaycan dilində 
1.
 
Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində 
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı//Kitabxaşünaslıq və 
biblioqrafiya.- 2008.-  № 2.-  S.12 
2.
 
İsmayılov. X.İ. Kitabxana menecmentinin əsasları: Dərs 
vəsaiti.- B., 2005.-196 s. 
3.
 
İsmayılov. X.İ. Kitabxana informasiya texnologiyaları:  Dərs 
vəsaiti.-  B.: Nurlar, 2009.- 312 s. 
4.
 
İsmayılov. X.İ. Kitabxana işinin təşkili və idarə eilməsi:  
Dərslik.- B.: Nurlar, 2009 .- 392 s. 
5.
 
M.F.Axundov adına Azərbaycan Milli kitabxananın illik 
hesabatları: 2005-2009-cu illər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə