Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   36   37   38   39   40   41   42   43   44

nalara  olunan  müraciətlərə  diqqət  yetirdikdə, bu  müraciətlər  arasın-
da  gənclərin  də  önəmli  yer  tutduğunu  görə  bilərik.   
Bu  müraciətlərin  şəhər  yerlərində yerləşən  kitabxanalara  görə  
bölgüsü  zamanı, cəmi  2864282  dəfə  qeydə  alınmasını  görürük.Bu  
müraciətlər 1295300 dəfə  kütləvi,  333167  dəfə  elmi, 441707 dəfə  ali  
təhsil müəssisələrinin kitabxanalarına edilmişdir. Eyni zamanda onların  
içərisində  virtual  istifadəçilər  tərəfindən  edilən müraciətlərin sayını  
da  nəzərə  alsaq, ümumilikdə bu müraciətlərin  sayının 33,8%-nin 18  
yaşınadək  uşaq  və  gənclər  tərəfindən  edildiyi görünür. 
Təbii ki, müraciətlərdən  bəhs  edərkən,   kənd  yerlərində  yerləşən 
kitabxanalara  edilən  müraciətləri  də  nəzərdən  qaçırmaq  olmaz. Belə  
ki, bu müraciətlərin  sayı ümumilikdə 1910695 dəfə olmuşdur. Onlardan 
922970 dəfə və ya 48,3%-i 18 yaşınadək gənclər  tərəfindən edilmişdir. 
Bu informasiya tələbatçıları arasında virtual istifadəçilər yoxdur. 
Bununla  belə,  bu  istifadəçilər  tərəfindən Mədəniyyət və Turizm  
Nazirliyi tabeliyində olan kütləvi kitabxanalara 1248012 dəfə  müraciət  
olunmuşdur. Bu müraciətlərin 275358 dəfəsi və ya 22,1%-i 18 
yaşınadək  uşaq və gənclər tərəfindən olunmuşdur. Ümumilikdə isə  bu 
müraciətlər 65,2%-dir, onların da, 29,8%-i 18 yaşınadək uşaq və gənclər 
tərəfindən edilmişdir. Kənd yerlərində yerləşən  kitabxanalara olunan 
müraciətlərə diqqət yetirdikdə, ümumtəhsil məktəblərində yerləşən  
kitabxanalara olunan müraciətlərin də önəmli yerlərdən  birini   
tutduğunu  görürük. Belə  ki, bu  müraciətlərin  sayı  cəmi  639264  dəfə  
olmuşdur.                                                                                                      
İnformasiya tələbatçılarına verilmiş kitab və digər informasiya  
mənbələrinin sayı  cəmi 53377 min nüsxə olmuşdur ki, onların 11926 
min nüsxəsi 18 yaşınadək istifadəçilərə verilmişdir. Kütləvi kitabxanalar 
tərəfindən oxuculara 42624900  nüsxə kitab verilmişdir. İnternet vasitəsi 
ilə elektron kitabxanalardan istifadə edənlərin informasiya təlabatları  
41,8%  ödənilmişdir.  
Şəhər yerlərində  tələbatçılara  verilmiş  kitab və digər mənbələrin  
cəminin 272223 min nüsxə  olduğunu, onlardan 206136 min  nüsxənin  
kütləvi,19872 min nüsxənin elmi,10846 min nüsxənin ali təhsil 
müəssisələrində  yerləşən  kitabxanalar   tərəfindən  verildiyini  görürük.       
Kənd yerlərində istifadəçilərə verilmiş  kitab  və digər  informasiya 
mənbələrinin sayı  cəmi 261547 min nüsxə  olmuşdur.Onların  67688 
min nüsxəsi 18 yaşınadək uşaq və  gənclər tərəfindən istifadə  
olunmuşdur. Mədəniyyət  və Turizm Nazirliyinin   tabeliyində  yerləşən  


kütləvi  kitabxanalar  tərəfindən informasiya  tələbatçılarına  220113  
min  nüsxə  informasiya  mənbələri  verilmişdir.     
Ümumiyyətlə, informasiya tələbatçılarının cəmi  84,2%    sorğuları  
ödənilmişdir.Bunun da 48,8%-i 18 yaşınadək uşaq və gənclər olmuşdur. 
Ümumtəhsil  məktəblərində  41283  min  nüsxə  informasiya  mənbələri  
verilmişdir ki, bu  da  15,8%  edir.  
Azərbaycan Respublikasının  regionları üzrə kitabxanalarda 
informasiya və kommunikasiya  texnologiyalarının  mövcudluğuna  
görə bölgüsündən  göründüyü  kimi, Quba-Xaçmaz  iqtisadi  rayonunda  
yerləşən  698  kitabxanada  cəmi  2 ədəd   və  ya  6,7%   elektron  
katoloq, 2 ədəd   və  ya 2,3%  elektron  poçt  var.  
Regionda yerləşən  kitabxanalarda  ştatda  olan,  mütəxəssislərin  
sayının 569  nəfər  olduğunu  nəzərə alsaq, onların təhsil   səviyyələrinə, 
kənd və  şəhər yerlərində necə yerləşmələrinə baxaq. Bu  kitabxana-
çılardan  26  nəfəri  və  ya  4,6%-i   kitabxana  üzrə  ali  təhsilli  mütə-
xəssis, 23  nəfəri  və ya  4%-i   ali  qeyri-ixtisas  təhsilli, 106  nəfəri  və 
ya  18,6%-i  kitabxana  üzrə  orta  ixtisas  təhsilli  mütəxəssis, 78  nəfəri  
və ya  13,7%-i  orta  qeyri- ixtisas  təhsilli, 336 nəfəri  isə orta  təhsil-
lilərdir.  Şəhər  yerlərində  yerləşən  kitabxanalarda  90  nəfər  mütə-
xəssis  çalışır ki, onlardan  10  nəfəri  kitabxana  üzrə ali  ixtisas  təhsilli, 
9  nəfəri  isə kitabxana   üzrə  orta  ixtisas  təhsillidir. Kənd  yerlərindəki  
kitabxanalarda  çalışan   479 nəfər  işçidən  16  nəfəri  kitabxana  üzrə  
ali  ixtisas  təhsilli, 97  nəfəri kitabxana  üzrə orta  ixtisas  təhsilli,12 
nəfəri  ali  qeyri- ixtisas  təhsilli,292  nəfəri ümumi  orta  təhsillilərdir.  
 Beləliklə, Quba-Xaçmaz regionunda məskunlaşmış əhali   respub-
lika  əhalisinin 5%-ni, kitabxanalarda çalışan mütəxəssislər 6,5%-ni,  
kitab fondu   isə  8,2%-ni   təşkil   etdiyini   görürük. 
Regiondakı ayrı-ayrı rayonlarda yerləşən kitabxanalarda  mütə-
xəssislərin təhsil  səviyyələrinə  görə  bölgüsünü   hər  bir  rayon  üzrə 
ayrıca  apardığımızdan,  ixtisaslı  kadrlarla  kitabxanaların  tam  təmin 
olunması yüksək səviyyədə deyil. Kitabxanalarda mütəxəssislərin  sayı-
nın çox olmasının, informasiya tələbatçılarının sorğularının daha  
dolğun  ödənilməsi demək olduğunu nəzərə alsaq, bu sahədə    çatış-
mazlıqların olması  diqqəti  cəlb edir. Belə ki,  yuxarıda  bəhs  etdiyimiz  
kimi, hər oxucuya düşən kitab sayını, ixtisaslı kitabxanaçı-
biblioqrafların neçə  oxucuya xidmət  etmələrini və s. nəzərə alsaq, onda 
bu sahədə dövlətin də diqqət  mərkəzində  olan kadr  potensialının  
artırılmasını  nəzərə almaq  lazımdır. 


Ümumiyyətlə, kitabxanaların   fondunu   zənginləşdirmək, əhaliyə  
kitabxana-informasiya xidmətinin səviyyəsini daha  da   yaxşılaşdırmaq, 
kitabxanaların inkişaf  etmiş  cəmiyyətin tələblərinə  uyğun   şəkildə  
inkişafını təmin etmək üçün, “Azərbaycan  Respublikasında   kitabxana- 
informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət   
Proqramı”ı qarşıya bir çox məsələlərin yerinə yetirilməsi kimi mühüm  
bir vəzifə qoyur. Bunlardan: kompüterləşdirilmiş kitabxana infra-
strukturunun  qurulması;  kitabxanaların  yeni  texnologiyalarla  təchiz  
edilməsi; kitabxana fondlarının  mühafizəsi  və  təhlükəsizliyinin  təmin  
edilməsi; kitabxana işi sahəsində elmi-tədqiqat və elmi-metodiki 
fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin geniş-
ləndirilməsi; Azərbaycanda kitabxana-informasiya şəbəkəsinin  modern- 
ləşdirilməsini  təmin edən layihələrin  işlənməsi   üçün  dövlət və  donor  
təş kilatlarının cəlb edilməsi  və  s.  göstərmək  olar (3). 
Dövlət Proqramının həyata keçirilməsi üzrə  Tədbirlər Planı   
kitabxanalarda  keçiriləcək tədbirlər arasında şəhər  və  rayonlarda   bir  
çox  kitabxana filiallarının  birləşdirilməsi, internetin  mövcud   veb-
saytlarında Azərbaycanın tarixi, ədəbiyyatı,  mədəniyyəti və  incəsənəti   
haqqında  informasiyaların  monitorinqi,  regionlarda   nəşr  edilən yerli 
qəzetlərdə diyarşünaslığa dair materialların toplanması, qorunması  
məqsədi ilə onların   biblioqrafik  uçotunun aparılması,ümummilli  lider 
Heydər  Əliyevin “Müstəqilliyimiz  əbədidir” çoxcildli kitabının bib-
lioqrafik göstəricisinin və  elektron  nəşrinin   hazırlanması və s. var. 
Hörmətli  prezidentimiz  İlham Əliyev cənablarının, son illərdə re-
gionlarla bağlı verdiyi bir sıra qanun və  sərəncamlarda, həmçinin, re-
gionlara səfəri zamanı,  əhalinin mədəni və  təhsil səviyyəsinin artırıl-
masına, regionlarda iqtisadiyyatın daha da  inkişaf etdirilməsinə  və bu  
kontekstdə kitabxanaların da inkişafına önəm  verməsi diqqəti  cəlb edir.    
                                                                                                                       
 
 
 
 


 
 
 
 
 
                
       Quba
-X

maz    
iqtisadi  ray
onund
a    
ye
rl
əş
ən   MKS-

r    
         
           (c
ədv
əl.1) 

 MK
S

  


Yara
n-
d
ığ
ı 
Il


Ki
ta
b
-
xa
n

fo
nd

əh
alin
in
 
say
ı 
Ox
uc
u -
 
la

n s
ay
ı 
 
K
itab
-
xa
na
da
  



n-

ri
n
  sa

 
İnt
er
ne
t-


istif
ad
ə  
ed
ənl
ər 
Fi
li
al
-
la

n  
say
ı 
Al

ix
tis
a  

hs
illi
l
ər  
Al
i-
qe
yr

ix
ti
sa

sl
ıla

Ort
a  
ix
ti
sa


hs
il

li


Ort


hs
il
-
li


Or
ta
 
Qe
yr

ix
ti
sa
sl
ılar 
Te
xn
ik
i  

çil
ər 
1. Q
ub

ra
yo

MK
S
 
1
932
 6
66
.3
0

13
68
45
 
32
.4
00
 
14

   

1
07
 
7
 
1
 
3

87 
 _ 

2. Q
usar
 
ra
yo

MK
S
 
1
930
 5
12
.4
0

80
81
6
 
16
.2
00
 
18

  _
 
7

9
 
1
 
  _ 
62 
27
 
82
 
3. X
açm
a
z r
ay
on
 
MK
S
 
1
97
6
 
66
78
04
 
14
26
22
 
31
53

14
9 80
8 1
01
 
1

1
 
4

74 
 _ 
11
 
4. 
Ş
abra
n
 
ra
yo

MK
S
 
 
1
979
 3
14
.4
4

86
19
3
 
25
61

14

   
  _
 
5

1

2
 
  _ 
51 
16
 
62
 
5. Siy
əz
ə
n r
ay
on
 
MK
S
 
1
99
2
 
11
20
61
 
33
46
2
 10
04
9 60
 
   
 _ 
1

5
 
1
 
1

16 

25
 
C
ə
mi
 
  
22
73
00

 
47
99
38
 11
57
95
 
67

 
3
55
 
4

6
 
9

29
0
 
44
 
18




 


 


DƏBİYYAT 
 
1.   Azərbaycan kitabxanaları  XXI  əsrin  informasiya  məkanında. 
I  və II c.- Azərbaycan  Respublikası  Mədəniyyət və Turizm  Nazirliyi.-B 
Nurlar,2007.-820 s. 
2.  «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi  inkişafı 
üzrə Dövlət Proqramı (2004- 2008-ci illər)»// Azərbaycan.- 2004.- 11 
fevral. 
3. «Azərbaycan  Respublikası regionlarının 2009- 2013-cü illərdə 
sosial-iqtisadi  inkişafı üzrə Dövlət  Proqramı»-Bakı: Nurlar, 2009.-
184s. 
4. «Azərbaycan  Respublikasında kitabxana-informasiya  sahəsinin  
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı» // Kitabxa-
naşünaslıq  və biblioqrafiya: elmi- nəzəri, metodiki  və  təcrübi  jurnal.-
2008.№ 2.-S.6-29. 
5.  «Azərbaycanda  kitabxanaların  fəaliyyətinin  yaxşılaşdırılması  
haqqında». Azərbaycan Respublikası Prezidentinin sərəncamı//-
Azərbaycan.-2007.-21 aprel. 
6. «Kitabxanaların fəaliyyəti haqqında» statistik müayinənin  
nəticələri barədə. Statistik bülleten. Azərbaycan Respublikasının   
Dövlət  Statistika  Komitəsi.-B.-2009.-88s. 
7.  Əliyev Z.H.  Müasir  biblioqrafik  fəaliyyətin  təşkili, inkişafı  və  
tətbiqi məsələləri // Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, 
metodiki və  təcrübi  jurnal.-2009.-№ 1.- s.91-98. 
8. XələfovA.A. Kitabşünaslığa giriş: Dərslik(3 hissədə).-H.3.-
B.,2003.- 314s. 
9.  İsmayılov X. İ.  İsmayılov N. İ. Azərbaycan Respublikası  
regionlarının  sosial-iqtisadi   inkişafı Dövlət Proqramının   biblioqrafik   
informasiya  təminatı // Humanitar elmlərin öyrənilməsinin  aktual   
problemləri: ali  məktəblərarası elmi məqalələr məcmuəsi.-Bur.7.-B, 
Mütərcim,2007.-s.318-320. 
10.  İsmayılov.X.İ,  İsmayılov.N.İ, Bayramova.İ.Z, Azərbaycan  
Respublikası regionlarının kitabxana-informasiya resurslarının inki-
şafının bəzi məsələləri (Gəncə-Qazax iqtisadi rayonunun  nümunəsində) 
// Kitabxanaşünaslıq və biblioqrafiya: elmi-nəzəri, metodik və  təcrübi  
jurnal.-2009.-№ 1.-S.99-112. 
11.İsmayılov.N.İ. Azərbaycanda kitabxana-biblioqrafiya   ehtiyat-
larının yerləşməsi və istifadəsinin bəzi məsələləri // Kitabxanaşünaslıq   


və  biblioqrafiya: elmi- nəzəri  və  təcrübi   jurnal.-B.:BUN,1999,-№1, s. 
94-100. 
12. İsmayılov.N.İ. Azərbaycanın kitabxana-biblioqrafiya  ehtiyatı // 
Kitabxanaşünaslıq  və  biblioqrafiya: elmi- nəzəri  və təcrübi   jurnal.-
B.: BUN, 1998.-№2.-s. 81-89. 
13.  Məmmədov.Z.S. Regionların   iqtisadi   inkişaf   problemləri.-
B.: Elm,2007.-465s. 
14.  Muradov.Ş.M.  İnsan  potensialı:  Əsas  meyllər, reallıqlar, 
problemlər.-B.: Elm.2004.- 660 s. 
15.   Müstəqil   Azərbaycan   10  il.- B.:Səda, 2001.- 698 s.             
          
И.З.БАЙРАМОВА  
НЕКОТОРЫЕ ВОПРОСЫ РАЗВИТИЕ БИБЛИОТЕЧНО-
ИНФОРМАЦИОННЫХ РЕСУРСОВ В РЕГИОНАХ 
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ ( НА ПРИМЕРЕ 
ЭКОНОМИЧЕСКОГО РАЙОНА КУБА-ХАЧМАЗ ) 
 
РЕЗЮМЕ 
 
В  статье  говорится  о  развитии  Централизированной  Биб-
лиотечной  Системы  (ЦБС)  во  втором  большом  регионе  Aзер-
байджанской  Pеспублики-экономическом  районе  Куба-Хачмаз, 
проявление заботы государства в этой области, о роли обеспечения 
в повышение интеллектуально-культурного развития населения. 
          
İ.Z.BAYRAMOVA 
SOME PROBLEMS OF DEVELOPMENT OF LİBRARY-
İNFORMATİON RESOURCES OF REGİONS OF AZERBAİJAN 
REPUBLİC( ON A MODEL OF GUBA- KHACHMAZ 
ECONOMİC REGİON) 
                                                      
SUMMARY 
 
This Article deals with development of Centralized Library Systems 
(CLS) of Guba-Khachmaz Economical region-the second largest region 
of Azerbaijan Republic, consern for this field provided by our 
government and the role of library-information supply in increasing 
intellectual and cultural level of population. 


 
10
 
Kompüter tərtibçisi:                                            Esmira ZƏRBALİYEVA 
 
 
 
 
 
 
 
 
Jurnal Azərbaycan Respublikası 
Mətbuat və İnformasiya Nazirliyində 
qeydə alınmışdır. 
Şəhadətnamə № 575. 27 mart 1997. 
 
 
 
 
Yığılmağa verilmişdir:01.06.2010 
Çapa imzalanmışdır: 21.06.2010 
Kağız formatı 70x100 1/16 
Fiziki ç.v. 9 
Sayı 300 
Qiyməti müqavilə ilə. 
 
 
 
 
 
 
 
 
Ünvan: AZ-1073/1. Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23 
Bakı Universiteti Nəşriyyatı  
Bakı Universiteti Nəşriyyatının mətbəəsi.  
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə