Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   2   3   4   5   6   7   8   9   ...   44

Rus dilində 
6.
 
Бибика Н. Не люблю быть проверяющим//Библиотекарь.-
1991.-№II.-С.22-23. 
7.
 
Библиотечное дело: терминолог . словар М.,1986.-С.87 
8.
 
Будецкая  О.Управленец?  Методист?  Консультант!// 
Библиотекарь.-1990.-№5.-С.41-42. 
9.
 
Высоцкая Е.К,Семенова Г.А.Методической службе разви-
ваться // Сов.библиотековедение.-1991.-№1С.-46. 
10.
 
Тюлина  Н.И.  О  развитии  интеграционных  пропессо  в 
библиотечном деле // Сов.библиотековедение.-1986. № 4.-С.3-14 
11.
 
Фенелонов  Е.А.  Актуальные  вопросы  совершенствования 
теории  практики  организация  методической  работы  в  биб-
лиотечном деле.-М.,1984.-23 с. 
 
Х. И.ИСМАИЛОВ 
НОВЫЕ НАПРАВЛЕНИЯ МЕТОДИЧЕСКОГО 
ОБЕСПЕЧЕНИЙ БИБЛИОТЕЧНОГО ДЕЛА 
 
РЕЗЮМЕ 
В  статье  рассматриваются  новые  направления  методического 
обеспечения  библиотек  в  соответствии  Государственной  програм-
мой развитии библиотек Азербайджана. Здесь также особое внима-
ние удаляется работе методических центров в этом направлении. 
 
Kh.İ.İSMAİLOV 
THE NEW DRECTION S of METHODICAL PROVISION of  
LIBRARY 
 
SUMMARY 
Given article describes new directions of methodical provision of 
libraries in accordance with State Program of Azerbaijan Republic on 
Library Development. Special attention was paied also to the activity of 
methodical centers on the direction.   
 


Sevda XƏLƏFOVA 
Kitabxana resursları və informasiya axtarış sistemləri 
 kafedrasının baş müəllimi 
tarix üzrə fəlsəfə doktoru 
 
KİTABXANA FONDUNUN FORMALAŞMASI: 
İDEYASI, ANLAYIŞI VƏ İNKİŞAFI 
 
Kitabxana fondunun formalaşması- fondşünaslığın son illər yeni 
elmi təhlil tələb edən əsas problemlərindən biridir. Bu mövzu həm nəzə-
riyyəçilərin, həm də praktiklərin diqqətini özünə cəlb etmişdir. Çünki bu 
sahədə təxirə salınmadan baxılmasını tələb edən bir sıra suallar yaran-
mışdır. Fondun formalaşmasının tədqiqat problemlərinin işıqlandırıldığı 
və analiz olunduğu icmal xarakterli ümumiləşdirici işlərin az olması ki-
tabxana işçilərinin informasiya alma səviyyəsini  əhəmiyyətli dərəcədə 
azaldır (7). 
1920-40-cı illərdə A.A. Pakrovski, L.B.Xavkina, V.N.Denisyev, 
A.N. Barabaşov və s. alimlər tərəfindən fondşünaslıq fikrinin yaranma-
sı, tarixi və inkişaf mərhələləri təhlil edilmiş, ümumiləşdirilmiş və əsər-
lərində öz əksini tapmışdır. 1950-70-ci illərdə kitabxana fondunun for-
malaşması  və inkişafı sahəsində Y.V.Qriqoryev, T.D.Aydenberq, 
K.L.Varonko, N.S.Kartaşov və başqaları  əvvəlki fondşünas alimlərdən 
müəyyən qədər irəli getmiş, onların fikirlərinə əlavələr etmişlər. 1980-
90-cı illərdə isə uzun müddət kitabxana fondunun formalaşmasının nə-
zəri problemləri ilə məşğul olan müəlliflərdən professor Y.N.Stolyarov, 
V.İ.Tereşin, A.V.Markina, V.V.Şilov, T.A. Jdanov, İ.S.Pilko, respubli-
kamızda isə professor A.A.Xələfov, M.M.Həsənov, A.Əliyev və başqa-
ları bu işin təkmilləşdirilməsi sahəsində xeyli işlər görmüşlər. 
Kitabxana fondu haqqında təlimin işlənməsində əsas rol Y.V.Qri-
qoryevə (1899-1973) məxsusdur.
  “
Kitabxana fondunun formalaşması” 
anlayışı 1960-cı illərin sonunda Y.V.Qriqoryev tərəfindən sənədləri 
sistemləşdirilmiş toplu, daha dəqiqi, kitabxana fondu şəklinə salan 
bütün texnoloji prosesləri özündə  əks etdirən ifadə kimi düşünülərək 
elmi dövriyyəyə buraxılmışdır. Bu, kitabxana fonduna sistem şəklində 
yanaşmanın ortaya çıxmasında, eləcə  də kitabxana fondunun forma-
laşması  nəzəriyyəsinin inkişafında böyük rol oynadı. Kitabxana fond-
şünaslığının görkəmli banisi sayılan Y.V.Qriqoryev 50 ilə yaxın müd-
dətdə kitabxanaşünaslıq problemlərinin işlənməsi ilə  məşğul olmuş, 


kitabxana fondunun formalaşmasının müxtəlif nəzəri və  təcrübi məsə-
lələrinə dair 30-dan artıq iş çap etdirmişdir. Dağınıq tədris qaydalarının 
“Kitabxana fondları” mükəmməl ali məktəb kursunda birləşdirilməsində 
də onun mühüm xidmətləri olmuşdur (10). 
“Kitabxana fondlarının təşkili” anlayışının geniş  şəkildə  təşəkkül 
tapması 1950-ci illərin  əvvəlinə  təsadüf edir. Həmin vaxtlar Y.V.Qri-
qoryevin indinin özündə də məşhur olan eyni adlı kitabı çapdan çıxmış-
dı. 1955-ci ildə geniş “kitabxana fondları” anlayışı meydana çıxdı. Bu 
termin “kitabxana fondunun təşkili” anlayışını “komplektləşdirmə” və 
“məzmun” anlayışları ilə birgə ehtiva edirdi.  
Bu sahədə keyfiyyətli sıçrayış 1973-cü ildə baş verdi- Y.V.Qri-
qoryev bütün bu prosesləri “formalaşma” anlayışı altında birləşdirdi. Və 
onun “Kitabxana fondunun formalaşmasının nəzəri  əsaslsrı” kitabı 
fondşünaslığın inkişafında  əhəmiyyətli təkan oldu, Y.V.Qriqoryev ilk 
dəfə olaraq sistemli yanaşmanın tətbiqinin mümkünlüyünü bəyan etdi, 
kitabxana fondunun yaradılması  və qorunması üzrə bütün proses və 
əməliyyatları birgə götürməklə bu yanaşmanı təcrübədə reallaşdırdı. 
Y.V.Qriqoryevin  əsas nəzəri nailiyyəti fondun komplektləşdiril-
məsi və  təşkilinin (onun təbirincə desək, uçot, işlənmə, yerləşdirmə, 
qorunma), habelə idarə olunmasının ümumi prinsiplərə  əsaslanan və 
vahid tələblərə tabe olan vahid sikl olmasını sübut etməsindən ibarətdir. 
Bu traktovka sayəsində kitabxana fondu haqqında təlim bütövlük
mükəmməllik qazandı və qəti olaraq kitabxanaşünaslığın müstəqil böl-
məsinə çevrildi. Y.V.Qriqoryev kitabxana fondunun mahiyyətini müəy-
yənləşdirdi, bu anlayışın geniş və dar planda miqyasını, kitabxana fon-
dunun fərqləndirici cəhət və xüsusiyyətlərini, onun formalaşmasının 
ümumi prinsiplərini (o vaxta qədər yalnız komplektləşdirmə prosesinin 
prinsipləri işlənmişdi) səciyyələndirdi. Müasir dövrdə onlardan daha 
əhəmiyyətlisi ilk dəfə olaraq əsaslandırılmış fondun tərkib və həcminin 
kitabxananın vəzifələrinə  və onun oxucularının tələblərinə uyğunluğu 
prinsipidir. Müəllif bəzən uyğunluq prinsipinə qanun kimi baxırdı.  
 
Kitabxana fondunun formalaşması  nəzəriyyəsində daha bir ideya 
fondların vahid formalaşma prosesinin bir-biri ilə bağlı olan və dialektik 
birlikdə  çıxış edən üç mərhələyə (komplektləşdirmə; kitabxananın 
komplektləşdirmə üzrə  işinin təşkili və idarə olunması; fondların 
cəmiyyətin yeni tələblərinə daim uyğunluğunun təmin edilməsi əsasında 
təşkili) ayrılması haqda Y.V.Qriqoryevin təklifi oldu (6). aha dəqiq 
desək, fondun komplektləşdirilməsi, fondun təşkili və fondun idarə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə