Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   2   3   4   5   6   7   8   9   ...   44

olunması. Bu dəyərləndirmə uzun illər olduğu kimi qəbul edilmiş və ali 
məktəb dərsliyinə (Y.N.Ctolyarov, “Kitabxana fondu”, 1979)  daxil 
edilmişdir (9). 
Sonralar bəzi kitabxanaşünaslar (V.İ.Tereşin, A.V.Markina, 
Y.N.Stolarov, V.V.Şilov)
 
kitabxana fondunun formalaşmasına dair pro-
seslərə daha dərindən, detallı şəkildə və bir qədər də qeyri-ənənəvi baxış 
bucağından yanaşsalar da, bu məsələdə  hələ  də yekdil rəyə  gəlinmə-
mişdir.  
Y.N.Stolyarovun 1991-ci ildəki “Kitabxana fondu” (9) adlanan ali 
məktəb dərsliyində isə kitabxana fondlarının formalaşmasının texnoloji 
sistemi aşağıdakı proseslərə bölünmüşdü: kitabxana fondlarının 
modelləşdirilməsi, komplektləşdirmə, sənədlərin uçotu, sənədlərin 
işlənməsi, sənədlərin yerləşdirilməsi, sənədlərin qorunmasının təmin 
olunması, sənədlərin çatdırılması, informasiyanın analizi.  
Y.V.Qriqoryevin davamçıları onunla əsasən razılaşsalar da, fondun 
formalaşması prosesinin mərhələlərə bölünməsi ideyasından imtina 
etdilər. Məsələ ondadır ki, “təşkil” anlayışı bütün bu mərhələləri özündə 
birləşdirir: həm komplektləşdirmə, həm də idarə olunma təşkil edil-
məlidir; idarəetməyə həm komplektləşdirmə, həm də fondun formalaş-
masının sonrakı prosesləri aiddir. Beləliklə, idarəetmə özlüyündə ayrıca 
mərhələ olmayıb, kitabxana fondunun formalaşmasının bütün proses və 
mərhələləri ilə paralel həyata keçirilir. Görünür, problemin həlli bir 
qədər də vaxt tələb edir. Y.V.Qriqoryevin təsəvvürlərinə görə, ida-
rəetmə fondun oxucular tərəfindən istifadəsinin nəticələri bəlli olduqdan 
sonra başlayır. O, nəticə dedikdə, təkrar seçməni və fondun fasiləsiz 
diferensiasiyasını  nəzərdə tuturdu. Y.V.Qriqoryev kitabxana fondunun 
yoxlanılmasını ikinci mərhələdən üçüncü mərhələyə keçirmişdi. Bunlar 
“idarəetmə” bölməsini öz məzmunu ilə tamamlamaq cəhdləri olmaqla 
çox qiymətlidir. Baxmayaraq ki, burada bir sıra dəqiqləşdirmələrə  də 
ehtiyac vardı. Belə ki, ikinci seçməyə  təkcə  nəticə deyil, həm də 
idarəetmə vasitə kimi baxılmalıdır. Eyni ifadələri birinci seçim haqqında 
da demək olar. Üstəlik, onları bir-birindən ayırmaq, ayrı-ayrı mərhələyə 
aid etmək olmaz. Çünki onlar qarşılıqlı əlaqədə mövcuddurlar.  
Xüsusi vurğulamaq gərəkdir ki, Y.V.Qriqoryev fondşünaslıqda 
idarəetmə aspektinin işlənməsinin vacibliyini əsaslandırdı, ümumi kitab-
xanaşünaslıqda “kitabxana menecmenti” adlanan konsepsiyanın mey-
dana çıxmasından bir qədər əvvəl bu aspekti işləməyə başladı.
 


“Kitabxana fondlarının formalaşmasının nəzəri  əsasları” Y.V.Qri-
qoryevin kitabxana fondşünaslığı sahəsində yaradıcılığının zirvəsi idi. 
Bu  əsər kitabxanaşünaslığın bu bölümündə  əhəmiyyətli nailiyyətləri 
ümumiləşdirir, eyni zamanda onun inkişafında keyfiyyətcə yeni mər-
hələnin başlandığına dəlalət edirdi. 
Elmi  ədəbiyyatda
 
kitabxana fondlarının formalaşması prosesləri 
haqqında bir neçə  tərifə rast gəlmək mümkündür. Y.V.Qriqoryevin 
tələbəsi və davamçısı hesab edilən Y.N.Stolyarovun “Kitabxana fondu” 
dərsliyində  aşağıdakı  tərif verilmişdir: “Formalaşdırma dedikdə, 
kitabxana fondunun yaradılması, daimi inkişafı  və  işlək vəziyyətdə 
saxlanılması nəzərdə tutulur.
 
Kitabxana işi üzrə terminoloji lüğətdə
 (
"Kitabxana işi. Terminoloji 
lüğət", М., 1997) 

Kitabxana fondlarının formalaşması” anlayışına daha 
dolğun tərif verilir: “Kitabxana fondunun yaradılmasına və inkişafına 
yönəlmiş proseslərin məcmusu komplektləşdirmədən, fondun təşkili və 
idarə olunmasından, eləcə  də çap məhsullarının və digər materialların 
çıxarılmasından ibarət olub, kitabxananın növündən, oxucuların tərki-
bindən, sayından və maraqlarından, oxucu məhsullarının buraxılma-
sından, elm və istehsalın informasiya tələbatlarının inkişafından asılı-
dır”.
 
Kitabxana fondlarının formalaşması fasiləsiz prosesdir. Bu proses 
kitabxana mövcud olduqca davam edir. Fondun formalaşması üzrə iş ki-
tabxananın bir çox əməkdaşlarının fəaliyyətinin əsas məzmununu təşkil 
edir. Kitabxana fondunun formalaşması kitabxanaçıdan kitabxana qarşı-
sında duran tapşırıqları dəqiq bilməyi, istifadəçi kontingentini daim öy-
rənməyi, onların tələbatlarını, maraqlarını, ədəbi zövqlərini, stimullarını 
və sənədlərə yanaşma motivlərini bilməyi tələb edir. 
Kitabxana fondlarının texnoloji cəhətdən formalaşması fondun 
ideal obrazının və ya modelinin müəyyənləşdirilməsindən başlayır. 
Növbəti mərhələ sənədin əldə olunması, seçilməsi və ya komplektləşdir-
mədir. Daha sonra sənədin uçotu, işlənməsi, yerləşdirilməsi, qorunması 
və oxucunun tələbi ilə çatdırılması  gəlir. Bu proseslərin gedişində 
informasiya daim analiz olunur və analizin nəticələrinə uyğun olaraq 
ona korrektələr edilir. 
“Kitabxana fondları” sistemi üçün kitabxana fondlarının formalaş-
masının əhəmiyyəti ondadır ki, fondun, demək olar, bütün səciyyəvi cə-
hətləri məhz və yalnız onun formalaşması  nəticəsində yaranır. Fondun 


keyfiyyəti və böyüklüyü isə kitabxananın sonrakı fəaliyyətini şərtləndi-
rir.  
1960-cı illərdə yeni informasiya texnologiyalarının meydana 
gəlməsi və sürətlə tətbiqi nəticəsində kitabxana fondları və bütövlükdə 
kitabxanalar üzərində ciddi təhlükə yarandı. İnformasiyanın telekommu-
nikasiya vasitələri ilə ötürülməsi imkanı, qeyri-ənənəvi sənədlərin inki-
şafı “kitablarsız kitabxana” konsepsiyasını ortaya çıxardı ki, bu da son-
radan “kitablarsız, oxucularsız, kitabxanaçılarsız kitabxana” iddiasına 
qədər yüksəldi. Zamanın yeni çağırışına bir çox kitabxanaçılar çap yara-
dıcılığı ilə işləməyin prinsipial xüsusiyyəti və sənəd növü olaraq kitabın 
üstünlüklərini əldə əsas tutaraq kitabxanaları kompüterləşmədən kənar-
da qoymaq cəhdi ilə cavab verdilər. 
Bunun nəticəsi olaraq kitabxanalara alternativ sənəd-kommunika-
siya institutları meydana çıxdı. Yeni yaradılmış informatika elminin nə-
zəriyyəçiləri kitabxanaşünaslığın arxaikliyini sübut etməyə çalışırdılar. 
İnkişaf etmiş ölkələrdə isə, xüsusən ABŞ-da bu cür kəskin kon-
frontasiya yox idi, diskussiyalar kitabxanaşünasların öz aralarında aparı-
lırdı. Onlar yeni informasiya texnologiyalarının üstünlüklərini yetərincə 
tez qiymətləndirərək, onları səylə tətbiq etməyə başladılar, nəzəri səviy-
yədə isə inteqral kitabxana-informasiya elmi anlayışını  işləyib hazır-
ladılar. 
Sovet kitabxanaşünaslığında, xüsusən fondşünaslığında isə  vəziy-
yət daha dramatik şəkildə inkişaf edirdi. Fondşünaslar informatiklərin 
tənqidlərindən konstruktiv nəticələr çıxardılar. Bu, hər  şeydən  əvvəl 
fondyaradıcı element haqqında təsəvvürlərin genişlənməsinə aid idi. 
Onlar 1970-ci illərdən başlayaraq kitabxanaşünaslığın predmeti və 
obyekti haqqında müzakirələrin gedişində  sənəd anlayışını  qəbul 
edərək, onu həm termin dövriyyəsinə, həm də ümumi kitabxanaşünaslıq 
leksikasına daxil etdilər. 
Məlum olduğu kimi, kitabxana fondşünaslığında fondların 
formalaşma sisteminə aşağıdakı prosesləri daxil etmək qəbul edilmişdir: 
1) Fondun modelləşdirilməsi;  
2) Fondun komplektləşdirilməsi; 3) Fonda daxil olan və ya çıxarı-
lan sənədlərin uçotu; 4) Sənədlərin xüsusi işlənməsi; 5) Sənədlərin fond-
da yerləşdirilməsi; 6) Fondun düzülüşü; 7) Onun qorunmasının təşkili; 
8) Fondun istifadə edilməsi; 9) Fondun idarə edilməsi və s.  
Bu zaman fondun idarə olunması başlıca yer tutur. O, iki aspekti 
özündə birləşdirir:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə