Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

Rayon  ərazisində kitabxanaların səmərəli yerləşdirilməsi, kitab-
xanası olmayan ərazilərdə kitabxanaların yaradılması  məqsədəmüvafiq 
olardı. Təcrübə mübadiləsi üçün digər ölkələrə ezamiyyələrin təşkili, 
beynəlxalq konfraslarda kitabxana işçilərinin iştirakı  və s. lazımi 
instansiyalarda bu işə daha çox diqqət ayırmağı  zəruri edir ki, bu da 
dünyada kitabxana-informasiya sahəsində baş verən yenilikləri praktiki 
olaraq görmək, bu işdə bilavasitə  iştirak  etmək və qabaqcıl təcrübənin 
işimizdə tətbiqinə çox böyük töhfə verərdi. 
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi gələcəkdə 
fəaliyyətini kitabxana “Kitabxana işi haqqında” qanuna uyğun qurmaqla, 
beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələrdə  iştirak 
etməklə, Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 
2008-2013-cü illərdə inkişafı üzrə dövlər proqramının müddəaları 
əsasında, kitabxana işində yenilikləri özündə  tətbiq etməklə müasir 
dövrün tələbləri səviyyəsində fəaliyyət göstərməyə çalışacaqdır. 
Fikrimi ümummilli liderimiz Heydər Əliyevin kitabxanalar haqqın-
da aşağıdakı sözləri ilə tamamlamaq istərdim “Kitabxana xalq, millət 
üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mən-
bəyidir, ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini 
nümayiş etdirən amillərdən biridir...Kitabxanaya, burada çalışan 
insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm”. 
Ümid etmək istərdim ki, yaxın gələcəkdə bizim kitabxanalar da 
müstəqil Azərbaycanın uğurlarının rəhninə çevriləcəkdir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı. 2008-ci il 
2.
 
Xələfov.A.- XXI əsrin  əvvəllərində Azərbaycanda kitabxana 
işinin əsas inkişafı istiqamətləri.:Bakı,2006, 106 s. 
3.
 
İsmayılov.X.- Kitabxana işinin idarə edilməsinin metodiki və 
təşkilati məsələləri: Dərs vəsaiti.-Bakı,1996, 98 s. 
4.
 
Kuzmin.Y. Azərbaycan Kitabxanaları.: Bu gün və Sabah, 
məruzə.: Bakı,2004, 60 s. 
5.
 
Məmmədova.L. Azərbaycan kitabxanaları: Modernləşmə yol-
ları axtarışında.:Bakı,2003, 56 s. 
6.
 
Xətai rayon Mərkəzi Kitabxana Sisteminin hesabatları 
 


О. КУЛИЕВ 
О ДЕЯТЕЛЬНОСТИ ЦБС ХАТАИНСКОГО РАЙОНА В 
ИНФОРМАТИЗАЦИИ ОБЩЕСТВА 
 
РЕЗЮМЕ 
 
В  статье  рассматривается  деятельность  Хатаинского  ЦБС  г. 
Баку,  особенности  обслуживания  читателей,  модернизация  работы 
библиотеки, процесс создания электронной библиотеки. 
 
O.GULİYEV 
ABOUT CONTEMPORARY ACTIVITY OF 
CONTRALISED LIBRARY SYSTEM OF KHATAI REGION 
 
SUMMARY 
 
The article reviews the activities of Khatai CLS of Baku, 
particularly service to readers, the modernization of the library, the 
process of creating an electronic library. 
 


Mitra DADAŞİ NASRİN  
Kitabxana resursları və informasiya axtarış sistemləri 
 kafedrasının aspirantı 
       
TƏBRİZ UNİVERSİTETİ KİTABXANALARININ SƏNƏD-
İNFORMASİYA RESURSLARI 
 
Təbriz Universitetinin Mərkəzi kitabxanası ölkənin  ən zəngin ali 
məktəb kitabxanalarından biridir. Təbriz Universiteti 1967-ci ildə  yeni-
dən yaradılmış  və  həmin ildə  də onun strukturunda önəmli yeri olan 
kitabxana təşkil olunmuşdur. Təbriz Universiteti bərpa edildikdən dərhal 
sonra rəhbərlik ali məktəbin bir nömrəli laboratoriyası hesab olunan 
universitet kitabxanasının yaradılmasına başladı. İlk növbədə universitetə 
ayrılmış binanın birinci mərtəbəsində kitabxanaya yer verildi. Kitab-
xananın fondunu yaratmaq üçün 1967-ci ildə universitetin keçmiş fakül-
tələrinin bazasında yaranmış institutlardan kitablar köçürüldü və Mərkəzi 
kitabxananın fondu yaradıldı. Azərbaycanda fəaliyyətə başlayan ilk elmi 
kitabxana Təbriz Universitetinin Mərkəzi Kitabxanası olmuşdur  (1).     
Universitetlərdə fakültə kitabxanaları ilə yanaşı  mərkəzi kitabxana 
fakültə kitabxanalarının işlərini harmonikləşdirmək, eyni işlərin yenidən 
təkrar olunmaması, vaxtı itirməmək, xərcdə qənaətçilik, başqa kitabxana-
lara texniki xidmətlər (yeni kitab və  sənədlərin sifarişi, alınması  və s.  
vermək və oxucuların kütləvi tələbatını təmin etmək məqsədilə yaradılır. 
Deyilən məqsədlərə görə 1967-ci ildə  ədəbiyyat və tibb kitabxanaları 
birləşdi və Təbriz Universitetinin Mərkəzi kitabxanası yarandı.  
Universitetin Mərkəzi kitabxanası tələbələrin və professor-müəllim 
heyətinin mədəni və mənəvi mərkəzidir. Təbriz Universitetinin  Mərkəzi 
kitabxanası  şəxsiyyətin formalaşması üçün mədəniyyət fenomenidir. O, 
yaradılan mədəni sərvətləri və informasiya resurslarını toplayır, qoruyur, 
eyni zamanda onların istifadəsini və yayımlanmasını  təmin edir. Bu 
kitabxana 2008-ci ilə qədər Təbriz Universitetinin içindəki binada xidmət 
göstərirdi. 
Əvvəlki binanın üç mərtəbəsi vardı. Zirzəmidə dövri nəşrlər (300 
adda), dissertasiya, xəritə, nadir və  əlyazma kitablar, əvvəlki mətbuatın 
arxivi yerləşmişdir. Birinci mərtəbədə uçot şöbəsi, kitabişləmə  və 
kataloqlaşdırma, təsnifat şöbəsi, sənədlərin sifariş şöbəsi, məlumat fondu 
yerləşmişdir.  İkinci mərtəbədə kitabların bazası, abonement şöbəsi və 
kitabxana rəhbərinin otağı vardı (1,2,3,4,5,6). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə