Microsoft Word ki ayi balasi



Yüklə 5,07 Kb.
Pdf görüntüsü
tarix02.01.2018
ölçüsü5,07 Kb.
#19440

background image
İKİ AYI BALASI 

 

 



Bakı, Altun Kitab, 2009 

Mətn – Gülşən Orucova 

Redaktor – Rafiq İsmayılov 

Rəssamlar – Elçin Cabbarov, Səidə Eyvazova 

12 səh. 

17 sm x 24 sm 

Qiyməti: 1.00 AZN 

 

 



İki ayı balası yağlı, iri bir pendir tapmışdı. Amma heç cür bölə bilmirdilər. 

Qorxurdular ki, birinə az, o birinə çox düşər. 

Bir tülkü onlara yaxınlaşıb dedi: 

‐ Verin mən bölüm! 

Onlar pendiri tülküyə verdilər. 

Tülkü pendiri bərabər olmayan iki hissəyə böldü. Ayı balaları o saat qışqırdılar:  

‐ Biri o birindən böyükdür! 

Tülkü onları sakitləşdirdi: 

‐ Dayanın, bu saat bərabərləşdirəcəyəm. 

O böyük hissədən bir parça dişləyib yedi, ancaq bu dəfə həmin hissə o birindən 

kiçik oldu. 

Tülkü pendir tikələrinə baxdı: 

‐ Deyəsən, yenə bərabər deyil! 

O yenə böyük pendir tikəsini dişlədi. 

Ayı baları bu dəfə narazı qaldılar. 

Tülkü hey dişləyir, dişləyirdi. Ayı balaları isə burunlarını gah bu, gah da o biri 

tikəyə çevirib narazı qalırdılar. 

Tülkü doyunca pendirdən yedi. Axırda iki balaca tikə qaldı. O, bu tikələri ayı 

balalarına verib dedi:  

‐ Alın yeyin, az da olsa, bərabərdir.  



Bunu deyən tülkü şələ quyruğunu qaldırıb öz yolu ilə getdi.    

Yüklə 5,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə