Microsoft Word ki telimati new


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix20.09.2018
ölçüsü0,88 Mb.
#69871
1   2   3   4   5   6   7   8   9   10   ...   22

KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

15

 

 

  C+ kateqoriyasına o Kİ-lər aid edilir ki,  əməliyyatlarında əsaslı dəyişikliklər edilmədən fəaliyyətlərini 



davam  etdirə  bilmirlər  və  İKA-dan  vəsait  almaq  imkanına  malik  olmurlar.  C+  kateqoriyasına  aid 

edilən  Kİ-lər  zəif  fəaliyyət  göstəricilərinə  malikdirlər  və  ciddi  nəzarət  tələb  edirlər.Əsas  fəaliyyət 

göstəriciləri ola bilsin ki, mənfi xarakter daşısın.  

  C kateqoriyası  fəaliyyətlərini davam etdirə bilməyən və yaxud qeyri-qənaətbəxş fəaliyyət göstəriciləri 

olan  Kİ-lərdən  ibarətdir  belə  ki,  bu  Kİ-lər  İKA-dan  vəsait  almayacaqlar,  onlardan  bəzilərinin 

fəaliyyətləri  ləğv  ediləcək  və  yaxud  bu  kredit  ittifaqları  yenidən  təşkil  ediləcəkdir.C  kateqoriyası 

qeyri-qənaətbəxş  nəaliyyət  göstəricilərini  göstərir  və  burada  nöqsanlar  ciddi  olduğundan 

təxirəsalınmaz  tədbirlərin həyata keçirilməsinin vacibliyini göstərir.  

Kİ-lərin  Hesablanması  Sistemi  AMB-nin  müəyyən  edilmiş  prudensial  əməliyyat  normativlərinə  (Kİ-lərin 

yaradılması  üçün  minimum  lazımı  tələblər)  və  Kİ-lərin    apardığı  əməliyyatların  əsas  5    ciddi  elementinə: 

Kapital  adekvatlığı,  Aktivlərin  keyfiyyəti,  İdarəetmə,  Gəlir  və  Likviditliyə  əsaslanır.  Bu  sistem  ekspert 

tərəfindən  (auditor)    Kİ-nin  fəaliyyət  göstəricilərini    qiymətləndirərkən,  qiymətləndirmə  prosesində  nəzərə 

alınmalı  bütün  maliyyə  və  əməliyyat  göstəricilərini    əks  etdirmək  üçün  tərtib  olunmuşdur.  Kİ-lər  maliyyə 

əmsalı  və  ekspert  mühakiməsinin  vəhdətindən  istifadə  etməklə  təsnif  edilir.Ekspert  Kİ-lərin  fəaliyyət 

göstəricilərini təhlil  edərkən,  əmsalları  bir  kənara  qoymalı  və  həm  keyfiyyət,  həm  də  kəmiyyət  faktorlarını 

nəzərə  alaraq,  peşəkar  mühakimədən  istifadə  etməlidir.  Çox  zaman  Kİ-lər  vəziyyət  göstəricilərinə görə geri 

qaldığından,  ekspert  balları  hesablayarkən,  cari  və  nəzərdə    tutulmuş  əməliyyatların  keyfiyyət  təhlilini 

aparmalıdır. Hər bir əmsal və göstərici üçün Kİ-lər A, B+, B, B-, C+ və ya C kateqoriyalarina bölünəcəkdir. A 

kateqoriyası ən yüksək , C kateqoriyası isə ən aşağı kateqoriyadır. 

    Bu  ayrı-ayrı  kateqoriyalara  əsasən,  İKA  hər  bir  Kİ  üçün  mürəkkəb  dərəcə  sistemini  müəyyən 

edəcəkdir.Bötöv dərəcə   xüsusi dərəcələrin  orta vəziyyətini göstərəcək və ekspertin Kİ-lərin əməliyyatları və 

idarəetməsiniə  dair  bilik  və  mühakimələrinə  əsaslanaraq, bir kateqoriya  aşağı  salına  da bilər.  Kateqoriya və 

Bal sistemi Əlavə 7 -də verilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

16

 

 

4.  Riskin idarə olunması 

İKA  tərəfindən  kreditləşən  sahə  diqqətlə  araşdırılmalı  və  veriləcək  kreditin  riski  qabaqcadan 

müəyyənləşdirilməlidir. Bu səbəbdən, aşağıdakı risk amillərinə xüsusi diqqət verilməlidir: 

 

 



Layihə riski 

İKA müştərilərin təqdim etdiyi layihələri hərtərəfli olaraq araşdırmalı və qarşıya çıxa bilən riskləri minimum 

səviyyəyə endirməlidir. Odur ki, ləvazimatın  çatdırılma  və təmin edilməsi vaxtı, enerji təminatı mənbələri və 

s. müəyyənləşdirilməlidir. 

 

 

Bazar və kommersiya riski 



Bu risk amilini araşdırmaq üçün müştərinin bazar payı, daxil olduğu sektorun xüsusiyyətləri, ölkədəki və ətraf 

dövlətlərdəki siyasi və iqtisadi vəziyyət, mövcud valyuta kursları da təhlil olunmalıdır. 

 

 

İstehsal və təchizat riski  



Bu  risk  araşdırılarkən  istehsal  üçün  əldə  ediləcək  xammalın  və  iş  gücünün  təchizatı  və  mahiyyəti,  mövcud 

bazar qiymətləri haqqında məlumatlar toplanmalı və yoxlanmalıdır. 

 

 

İdarəetmə riski  



Bu  risk  müasir  texnologiyanın  tələblərinə  cavab  verəcək  iş  yerlərinin  olması,  bazar  şəraitində  rəqabət  edə 

bilmə səviyyəsi, işçilərin və rəhbərlərin peşə ixtisasları və nailiyyətlərinin təhlil edilməsindən ibarətdir.  

 

 

Maliyyə riski  



Bu  risk  ilkin  olaraq  müəssisənin  balans  və  gəlir  hesabatlarının  təhlili  nəticəsində  müəyyən  olunmalıdır. 

Burada  kapital  riskinə  xüsusi  diqqət  yetirilməlidir.  Belə  ki,müəsisənin  özünün  lazımi  vəsaitinin  olmaması 

gələcəkdə layihənin  hər  hansı bir  mərhələdə  yarımçıq  qalmasına  səbəb ola bilər  ki, bu  da ümumilikdə,  işin 

ahənginin  pozulmasına  və  kreditin  vaxtında  ödənilməməsinə  gətirib  çıxara  bilər.  Maliyyə  riskinin  üç  əsas 

komponentləri mövcuddur: 1)  Maliyyə  proqnozlaşdırması  – Hər bir  layihə  üçün kredit  mütəxəssisi layihəni 

əhatə  edən  müddət  üçün  pul  dövriyyəsi  proqnozunu  planlaşdırmalıdır.  Bu  təhlil  nəticəsində  borca  xidmət 

göstərilməsi üçün nə qədər sərbəst pul əldə ediləcəyi aydınlaşmalıdır. 2) Göstəricilərin o cümlədən, adekvat 

ehtiyyata malik olub olmamalarının, kredit portfelinin keyfiyyətinin, risklərin idarə edilməsinin, idarəçilik və 

əməliyyat  təlimatlarında  göstərilmiş  siyasət  və  prosedurlara  əməl  edilib  edilməməsinin,  maliyyə 

göstəricilərinin  və  s.  təhlili.

 

3)  Qiymətləndirmə-təhlil  zamanı  toplanmış  bütün  faktlar  layihənin  yekun 



qiymətləndirilməsində nəzərə alınmalıdır. Qiymətləndirmənin üç perspektivi olmalıdır:  

 

  İKA tərəfindən gözlənilən risk; 



  Borcluya fəaliyyətinin həyata keçirilməsinin inkişafında kömək etmə imkanları; 

  İKA üçün mənfəət. 

 

 

Kredit riski  



Bu risk çox diqqətlə təhlil olunmalıdır, belə ki kredit vəsaitlərindən maliyyələşəcək iş və əmtəələr təhlükəsiz 

olmalı  və  ətraf  mühitin  qorunması  nəzərə  alınmalıdır.  Belə  olmazsa,  bu,  bir  tərəfdən  ekologiyanın 

korlanmasına, digər tərəfdən isə dövlətin müvafiq qanunlarına görə əlavə xərclərə və kompensasiyalara səbəb 

ola bilər. Bu əlavə xərclər və öhdəliklər isə öz növbəsində, İKA-yə kreditin vaxtında ödənilməsi baxımından 

təhlükə  yarada  bilər,  üstəlik,  ətraf  mühitə  zərər  vurulduğundan,  təminatlı  girovun  da  dəyəri  əhəmiyyətli 

dərəcədə aşağı düşə bilər. Bu isə, girovun kredit məbləğini qarşılaya bilməməsinə gətirib çıxarar. Bu qəbildən 

olan  risklərlə  qarşılaşmamaq  məqsədilə  kredit  verilməzdən  əvvəl  tədarük  olunacaq  avadanlıq  və  girov 

götürüləcək  əmlaklar  barədə  onların  ətraf  mühit  çirkləndirməməsini  sübut  edən  şəhadətnamə  tələb 

olunmalıdır. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə