Microsoft Word ki telimati new


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix20.09.2018
ölçüsü0,88 Mb.
#69871
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

19

 

 

Prudensial  normalara  əlavə  İKA  Kİ-nin  minimum  həcmi  və  likvidliyini  idarə  etməsinə  aid  əlavə  5  tələb 



hazırlamışdır. 

 

Norma 



Təsvir 

İKA-nın tələbi  

İKA 1 

Əməliyyat dövrü 

12 aydan çox olmalı 

İKA 2 

Nizamnamə kapitalı 

20.000 manat 

İKA 3 

Kİ üzvlərinin sayı 

>100 

İKA 4 

Üzvlərə verilən kreditin faiz 

məzənnəsi 

>25%-la 


 

İKA 5 

Kİ-dən borcalanlar üçün Grovun 

tələb edilməsi 

Kİ-nin  əməliyyatların  1-ci  ili  –  ən  azı  iki 

şəxsi  zəmanət  ilə  üzvün  pay  kapitalının  4 

misli.Əgər  sub  borcalan  biznes  plan  ilə 

əsaslandırıldığı  kimi  daha  yüksək  kredit 

məbləğləri  üçün  (AMB-ın  nizamnaməsinə 

görə,  maksimum  məbləği  aşmamalıdır)  

müarciət  etmişsə,  artıq  məbləğ  maddi 

əmlakla  təmin edilməlidir. 

Növbəti illərdə – ən azı iki şəxsi zəmanət ilə 

üzvün  pay  kapitalının  5  misli.  Əgər  sub 

borcalan biznes plan ilə əsaslandırıldığı kimi 

daha  yüksək kredit məbləğləri üçün ( AMB-

ın  nizamnaməsinə  görə,  maksimum  məbləği 

aşmamalıdır)  müarciət  etmişsə,  artıq  məbləğ 

maddi əmlakla   təmin edilməlidir. 

 

6.3


 Borcvermə Prosesi 

 

6.3.1



  Ümumi Kreditvermə Prosesi   

Kİ-lərə borcun verilməsi prosesi aşağıda təsvir olunmuşdur.

 

 

1.  6.3.1.1 Kİ-nin İKA-ya müraciəti üçün tələb olunan sənəd və prosedurlar 



 

Kİ  öz  fəaliyyətini  maliyyələşdirmək  məqsədilə  İKA-ya  kredit  müraciəti  etmək  üçün  ərizə  blankını 

doldurur. Beləliklə, Kİ aşağıdakı sənədləri hazırlamalıdır: 

 

İKA-dan ilk dəfə kredit alan Kredit İttifaqları üçün   



  İH sədrinin, Baş mühasibin və İH-nin üzvlərinin ali təhsilini təsdiq edən sənədlərin 

surəti, 


  Nizamnamənin surəti, 

  Təsis Müqaviləsinin surəti, 

  Təsis Protokolu surəti, 

  İdarə Heyəti və üzvlərin imza nümunələri, 

  Kredit İttifaqının VÖEN-inin surəti, 

  Kredit İttifaqının lisenziyasının surəti 

  Ədliyyə Nazirliyindən (Qeydiyyat )Şəhadətnaməsinin surəti, 

  Bankın adı və Bankın Hesab Nömrəsi, 



Формат: Список

Формат: Список


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

20

 

 

 

İKA-ya bütün kredit müraciətləri üçün:   



  Son  müraciətdən  sonra  hər  hansı  dəyişiklik  varsa,  Kİ  üzvlərinin  yeniləşdirilmiş 

siyahısı, 

  Mənfəət/Zərər hesabatı, Balans və nəğd pul dövriyyəsi,   

  Kİ üçün doldurulmuş kredit müraciət forması,  

  İdarə Heyəti tərəfindən təsdiq olunmuş üzvlər üçün kredit müraciət forması, 

  İdarə Heyətinə Kredit Komitəsinin təklifi, 

  Fərdi üzvlər üçün Kİ tərəfindən verilən kredit qərarı (İdərə Heyətinin qərarı), 

  Kİ üzvlərinin pay kapitalının banka ödənilməsini təsdiq edən qəbz, 

  Təklif  olunmuş  girov  üçün  qanunveriçilikdə  nəzərdə  tutulduğu  kimi 

rəsmiləşdirilmiş sənədlər paketi, 

  Təklif olunmuş girov üçün qiymətləndirmə formatı (Kİ və sub-borclular arasında) 

İKA Kİ-dən alınan kredit müraciətlərini nömrələyir və qeydə alır, tələb olunan sənədlərin İKA-nın 

qaydalarına uyğunluğunu 2 (iki) iş günü ərzində yoxlayacaqdır.  

Girov tətbiq edilirsə, İKA-nın məsul işçisi hər kredit üçün girovun qiymətləndirilməsini nəzərdən 

keçirəcəkdir (zaman müddəti 1 həftəyə qədərdir).

   


 

2.  İKA tərəfindən kreditin qiymətləndirilməsi  

 

Bu mərhələdə işin ardıcıllığı aşağıdakıları əhatə edəcəkdir:  



 

  İKA bütün kredit müraciətlərini sənədlərin daxil olduğu gün qeydə alacaqdır; 

  İKA-ya  təqdim  olunan  bütün  sənədlər  Kredit  və  Monitorinq  Şöbələri  tərəfindən 

qiymətləndirilir.  İKA-nın  Kredit  və  Monitorinq  Şöbələri  bütün  müraciət  formaları  İKA-nın 

tələbləri  və  AMB-nın  prudensial  normalarının  tələbləri  çərçivəsində  olmasını  yoxlayırlar 

(zaman müddəti 1 həftəyə qədərdir); 

  İKA-ya  təqdim  olunan  girov  sənədləri  qiymətləndirildikdən  sonra  İKA-nın  Hüquqşünasına 

təqdim  edilir.  Hüquqşunas  təqdim  olunmuş  sənədlərin  qanunvericiliyə  uyğunluğunu  yoxlayır 

və Kredit Şöbəsinə rəy verir (zaman müddəti 1 gündür); 

  Bütün sənədləri təhlil edərək, Kredit Şöbəsi kreditin şərtlərini müəyyən edəcək və öz təklifini  

edib  onları  İKA-nın  Baş  direktoruna  təqdim  edəcəkdir  (zaman  müddəti  müraciətlərin  təhlili 

başa çatdıqdan sonra eyni gündür) ; 

  Baş  direktor  təqdim  olunmuş  sənədləri  təhlil  edir  və  əgər  lazımdırsa,  əlavə  araşdırma  üçün 

Kredit Şöbəsinə geri göndərir (zaman müddəti 1 gündür); 

  Əgər Baş Direktor sənədi təsdiqləmişdirsə, kredit şöbəsi kreditin ödənişinə, o cümlədən lazımi 

kredit sənədlərinin hazırlamasına başlayır (İKA və Kİ arasında müqavilələr); 

  Əgər rədd edilsə, İKA-nın Kredit Mütəxəssisi Kİ ilə əlaqə saxlayaraq İKA-dan vəsait alınması 

üçün qeyri müvafiq olan sahələri göstərəcəkdir. 

  Kredit Şöbəsi Kİ üçün təsdiq olunmuş kredit haqqında Maliyyə şöbəsinə məlumat verəcəkdir. 

  

  



7.  İKA-nın Kİ-yə borc verməsi üçün kredit sənədləri

7

 

7.1


 Kİ tərəfindən verilən Kredit Müraciət Formaları  

Kİ kredit vermə prosesini başlamaq üçün İKA-ya Kredit Sifariş Forması ilə müraciət edəcəkdir. 

                                        

           

7

 Formalar Əlavə 4-də verilib. 



 

Формат: Список


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə