Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   2   3   4   5   6   7   8   9   ...   30

 

11

 



 

həm  orduya  əlindən  gələn  mənəvi  köməyi  edir,  həm  də  öz  xal-

qını, millətini oyadırdı. 

1916-cı  ildə  xeyriyyə  fəaliyyəti  ilə  əlaqədar  Batumun 

küçələrini  dolaşarkən  Ə.Cavad  gələcək  həyat  yoldaşına,  sonralar 

şirinli-acılı  ömrünün dayağı olmuş Şükriyyə xanıma rast gəlir və 

təlatümlü şair  qəlbi  ilə  ona  vurulur. Qız  da bu gənc  və yaraşıqlı, 

sinəsi  dolu,  istedadlı  Azərbaycan  şairinin  duyğularına  biganə 

qalmır.  Batum  zadəganlarından  Süleyman  bəyin  və  onun  arvadı 

Səhər xanımın övladı olan Şükriyyə o zaman qızlar gimnaziyası-

nın son sinifində oxuyurmuş. Süleyman bəy Ə.Cavadı tanıdığına, 

onun xeyriyyəçilik fəaliyyətində öz maddi imkanları ilə yaxından 

iştirak  etdiyinə  baxmayaraq  şairin  göndərdiyi  elçiyə,  yazıçı  Əli 

Səbriyə müsbət cavab vermir. Lakin bu, gənclərin bir-birinə olan 

məhəbbətini  daha  da  qüvvətləndirir.  Onlar  çox  çətinliklə  də  olsa 

məktublaşırlar... Əhməd Cavad Şükriyyə xanımı götürüb qaçır və 

onlar birlikdə Gəncəyə  gəlirlər. Şair burada müəllimliklə  məşğul 

olur,  1917-ci  ildə  ailənin  ilk  övladı  Niyazi  dünyaya  gəlir.  Ba-

tumdakı qohumlarla münasibətlər də yoluna qoyulur. 

1917-ci ildə Rusiyada öz ziddiyyətlərinə görə bəşər tarixin-

də  bəlkə  də  heç  bir  ictimai-siyasi  hadisə  ilə  müqayisə  oluna  bil-

məyən Oktyabr çevrilişi baş verir. Şüarlarda ictimai azadlıqla ya-

naşı  həm  də  imperiyada  amansız  milli  zülmə  məruz  qalan  xalq-

lara öz  müqəddəratını təyin  etmək  hüququ  verilir.  Ucqarların bir 

çoxunda olduğu kimi, Azərbaycanın da vətənpərvər övladları ya-

ranmış  bu  fürsətdən  istifadə  edərək  Tiflisdə  toplanıb  çox  böyük 

çətinliklərlə,  maddi  və  mənəvi  məhrumiyyətlər  hesabına  da  olsa 

28  may  1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradıl-

dığını  elan  edirlər.  Xalqımızın  tarixində  ilk  demokratik  dövlət 

təsisatı  olan  bu  cümhuriyyətin  ilk  paytaxtı  Ə.Cavadın  çalışdığı 

Gəncə elan edilmişdi (az sonra hökümətin Bakı şəhərinə köçürül-

düyü  məlumdur).  Ə.Cavad  da  buraya  daxil  olmaqla  xalqımızın 

 

12

 



 

qabaqcıl  oğullarının,  vətənpərvər,  tərəqqipərvər  ziyalılarının  hə-

yatında,  taleyində  bu  yeni  müstəqil  dövlətin  nə  demək  olduğunu 

aydın  təsəvvür  etmək  üçün  şairin  bu  zaman  yazdığı  şerlərilə 

ümumi tanışlıq kifayətdir ki, onlarda əks etdirilən azadlıq, vətən-

pərvərlik ideyalarının vüsətinə inanasan. 

Bu  şerlərdən  biri  musiqisini  sonralar  əsrin  qüdrətli  bəstə-

karlarından biri kimi tanınmış Üzeyir Hacıbəyovun yazdığı Azər-

baycan  Xalq  Cümhuriyyətinin  himnidir.  Himn  çox  böyük  fikri-

bədii  təsir  qüvvəsinə  malikdir.  Hər  bir  azərbaycanlını  yerindən 

oynadan, az qala mühiti lərzəyə gətirən melodiyası ilə həmahəng 

oxunduqda  bu  təsir  qat-qat  qüvvətlənir  və  adama  elə  gəlir  ki, 

onun sözləri adicə mürəkkəblə yox, şairin ürəyinin qanı ilə yazıl-

mışdır. 


Bu  himnin  ilk  baxışda  çox  dar  görünən  meydanında  şair 

doğma  Azərbaycanın  miniatür  poetik  tarixçəsini  vermişdir:  tək-

rarsız  təbii  gözəlliklərə,  bərəkətli  torpaqlara,  təravətli  şəfa  sula-

rına, zəngin yeraltı sərvətlərə malik olan yurdumuz əsrlər boyun-

ca xarici işğalçıları cəlb etmiş, gözəllikləri öz başına bəla kəsilən 

torpağımızda  cahangirlər  zaman-zaman  at  oynatmışlar.  Xalqın 

qeyrətli  oğulları  istiqlal  davalarında  qəhrəmanlıqla  vuruşub  bir 

sıra hallarda qüvvələrin bərabər olmaması ucbatından həlak olsa-

lar da, ölümsüzlüyə qovuşmuş, vətəni xəritələrdən silinməyə qoy-

mamış,  onun  mənəviyyatını,  dilini,  ədəbiyyatını  qorumuşlar. 

Onların şərəfli adları tarixin şanlı səhifələrinə ölməz qəhrəmanlar 

kimi  daxil  olmuşdur.  Məhz  buna  görə  bu  gün  hər  bir  qeyrətli 

cavan  vətənin,  xalqın  “namusunu  hifz  etməyə”,  “bayrağını  yük-

səltməyə”  hazırdır.  Nəqəratda  dönə-dönə  təkrarlanan  “Azərbay-

can!”,  “Azərbaycan!”  nidası  mətnin  və  musiqinin  bütün  tərkib 

hissələrini  özündə  birləşdirən  böyük  və  qüdrətli  bir  akkord  kimi 

səslənərək,  onların  hamısını  himnin  əsas  məqsədi,  baş  ideyası 

ətrafında toplayır. 




 

13

 



 

Ə.Cavadın 1918-1920-ci illərdə  yazılmış  məqalələri  yalnız 

şairin özünün deyil, bütünlükdə Azərbaycan xalqının, o cümlədən 

də gəncəlilərin ölkədə baş vermiş bu böyük hadisədən necə təsir-

ləndiklərini,  onların  yüksək  vətənpərvərlik  duyğularını əks  etdir-

məkdədir. Həmin  məqalələr müəyyən  dərəcədə şairin  tərcümeyi-

halının  da üzərinə  işıq salmaqdadır. Çünki Ə.Cavadın  bu dövrdə 

yazılmış bir sıra şerlərilə publisistik yazıları arasında təkcə  möv-

zu  ümumiliyi  yox,  həm  də  fikir,  qənaət  birliyi,  əqidə,  fəaliyyət 

uyarlığı  vardır.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  yaradılması-

nın ilk ildönümünə - xalqımızın rus imperiyasının zülmündən xi-

las olub qurduğu birinci müstəqil dövlətinin birinci yubiley təntə-

nəsinə  həsr  olunmuş  “Gəncədə  istiqlal  günü”  məqaləsi  (“Ədə-

biyyat  qəzeti”nin  22  may  1992-ci  il  tarixli  nömrəsində  Abbas 

Çingizov  nəşr  etdirmişdir)  bu  baxımdan  çox  səciyyəvidir.  1919-

cu  ilin  28  may  günündə  Gəncədə  keçirilən  bayram  təntənələri 

haqqında təəssüratdan ibarət olan bu məqalə göstərir ki, Ə.Cavad 

təkcə  şerlərində  deyil,  publisist  çıxışlarında  da  ardıcıl  surətdə 

Azərbaycanın  istiqlalını  xalqımıza  tarixən  nəsib  olmuş  ən  böyük 

nemət  kimi təqdim  və tərənnüm  etmişdir. O zaman “Azərbaycan 

Demokratik  Cümhuriyyəti  xalqın  hökuməti  deyil,  yalnız  beş-on 

nəfərin təsəvvüründən doğan uydurma bir şeydir” iddiasında olan 

bədxahlarımızın qara niyyətlərini alt-üst edən bu yazıda qarşılaş-

dığımız “28 mayis”, “üç rəngli milli bayraq”, “milli ordu”, “istiq-

lal bayramı”, “türk birliyi”, “şəhidlər”, “qərib qurbanlar” anlayış-

ları bu və ya digər şəkildə Ə.Cavadın 1918-1920-ci illər arasında 

yazdığı bir sıra şerlərinə səpələnmiş  incilər kimi par-par parılda-

mırmı? 


Şəhidlərimizə, o cümlədən də Türkiyədən gəlib Azərbayca-

nın  səadəti  yolunda  canından  keçmiş  qardaşlarımıza  həsr  etdiyi 

şerlər öz səmimiyyəti,  kövrəkliyi, həm  də  mübarizə ruhu ilə Əh-

məd  Cavadın  ən  yaxşı  əsərlərindəndir.  Təəssürat  səciyyəsi  daşı-

 

14

 



 

yan, bir növ hesabat, reportaj ruhunda yazılmış “Gəncədə istiqlal 

günü”  məqaləsində  də  şəhidlər  motivi  Ə.Cavadın  diqqət  mərkə-

zindədir: “Camedən  müntəzəm bir surətdə çıxan cəmaət... came-

nin qarşısındakı məzarlarda yatan şəhid türk qardaşlarını da yada 

saldı. Bizi  qurtarmaq üçün  özlərini  öldürən bu əsgərlərin ruhunu 

şad  etmək  üçün  önlərində  bütün  başlar  əgilib,  gözlər  yaşardı! 

Bayrağından  uzaq  düşən  bu  möhtərəm  şəhidlərə  bayrağımız  baş 

əgdi!.. Hələ  o  dərin bir sükut ilə  oxunan fatihədəki bəlağətə,  vü-

zuhə, sidqə dünyanın əski-yeni bütün şerləri, məntiqləri yetişməz-

di! Bu abidəsiz, qərib qurbanların  müstəqil vətənləri nə haldadır, 

Allahım!?”. 

1920-ci ilin aprel ayının sonlarında tərkibi əsas etibarilə rus 

bolşeviklərindən və erməni daşnaklarından ibarət olan XI Qırmızı 

Ordu  Azərbaycana  soxulur.  İdealları  uğrunda  Ə.Cavadın  fəal 

mübarizə apardığı  Azərbaycan Demokratik Cümhuriyyəti yıxılır. 

Cümhuriyyətin  süqutundan  bir  neçə  ay  sonra  Ə.Cavad  təyinatla 

Qusara  müəllim  göndərilir.  O,  ailəsilə  birlikdə  Qusarın  Xuluq 

kəndinə  köçərək  burada  müəllimliyə  başlayır.  Tezliklə  həmin 

məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsin-

dən  yüksək  səviyyədə  gəldiyi  barədə  Quba  qəza  xalq  maarifi 

şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var. 

Xuluqda  işlərkən  dönük  taleyin  Əhməd  Cavadla  başladığı 

amansız  bir  oyunun,  böyük  bir  faciənin  ilk  düyünləri  vurulur. 

Sonralar  Azərbaycanda  Fövqəladə  Komissiyanın  (ÇK)  sədri, 

Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  başçısı 

olmuş  Mir  Cəfər  Bağırov  da  həmin  kənddə  Ə.Cavadla  bir  yerdə 

işləyirdi.  Şair  özünün  xalq  ruhunda,  türkçülük  əhvali-ruhiyyəsilə 

yazdığı  əsərlərindən  bəzilərini  Bağırova  oxuyur,  o  da  bunları 

bəyənirmiş.  Üstündən  16-17  il  keçdikdən  sonra  Ə.Cavadın  ağır 

repressiyaya məruz qalmasında, cəlladların əli ilə nakam həyatına 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə