Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   22   23   24   25   26   27   28   29   30

 

119


 

 

Ə.Cavad yaradıcı tərcüməçi idi. Orijinalın ruhuna, mayası-



na,  məna  incəliklərinə  sədaqət  onun  tərcüməçi  mənliyini  buxov-

laya bilmirdi. Buna görə də şair hər cür hərfi tərcümə  qəliblərin-

dən  uzaq  idi.  Onun  tərcüməsində  misraların  sayı  bəzən  arta,  bə-

zən  də  azala  bilər,  yaxud  hər  hansı  bir  xüsusi  isim  (coğrafi  ad) 

orijinaldakından fərqli olaraq ilk beytdə yox, ikinci, hətta üçüncü 

beytdə  verilə  bilər,  təki  mətləbin  poetik  məna  tamlığı  qorunub 

saxlanmış  olsun.  Mütəxəssislərin  fikrincə  o,  Ş.Rustavelinin  poe-

ması  üzərində  işlərkən  əsərin  vəznini  saxlasa  da  dörd  misralıq 

bəndlərin qafiyə sistemində (aaaa) dəyişiklik etməli olmuş, aaba 

qafiyələndirmə  yolu  ilə  getmişdir.  İlk  baxışda  bu,  əsərin  forma-

sının  azacıq  da  olsa  təhrifi  deməkdir.  Lakin  digər  tərəfdən  bu 

addım mütərcimi hər bənddə dörd həmcins qafiyə işlətmək buxo-

vundan  xilas  etmiş,  bəndlərdəki  məzmunun  daha  dəqiq  və  aydın 

ifadəsini təmin  etmişdir. Hələ orasını  demirəm  ki, Ə.Cavadın bu 

tərcümədə tətbiq etdiyi qafiyələndirmə üsulu klassik şerimizdə və 

folklor nümunələrində geniş işlədilən və Azərbaycan oxucusunun 

öyrəncəli  olduğu bir üsuldur. (Hamı bilir ki, bizim  qoşmalarımız 

birinci  bəndini  çıxmaq  şərtilə  bir  qayda  olaraq  aaba  üsulu  ilə 

qafiyələnir). 

A.S.Puşkinin “Tunc atlı” poemasının ikinci  hissəsində Ne-

va çayının daşıb Petroqrada çox böyük ziyanlar vurduqdan sonra 

öz yatağına çəkilməsi, maraqlı və geniş bir təşbih silsiləsi əsasın-

da  təsvir  olunur.  On  dörd  misradan  ibarət  bütöv  bir  bənddə  daş-

qından  sonrakı  çay  kəndi  çapıb-talamış,  kəndliləri  qarət  etmiş 

quldurlar dəstəsi ilə müqayisə olunur. 

 

Но вот насытясь разрушеньем 



И наглым буйством утомясь, 

Нева обратно повлеклась, 

Своим любуясь возмущеньем. 

И покидая с небреженьем 

 

120



 

 

Свою добычу. Так злодей, 



С свирепой шайкою своей 

В село ворвавшись, ломит, режет, 

Крушит и грабит: воплы, скрежет, 

Насилье, брань, тревога, вой!.. 

И грабежом отягощенны, 

Боясь погони, утомленны, 

Спешат разбойники домой, 

Добычу на путь роняя. 

 

Ə.Cavad  poemanın  bu  parçasını  14  yox,  12  misrada  verir, 



Nevanı  da  üçüncü  misradan  götürüb  birinci  misraya  çıxarır.  La-

kin  başlıcası  budur  ki,  Puşkinin  mətnində  əksini  tapan  təşbeh 

silsiləsini tərcüməçi Azərbaycan dilində müvəffəqiyyətlə yaradır: 

 

Nəhayət ki, Neva doydu çapğından, 

Yoruldu yaramaz iş yapdığından. 

Öz çılğınlığından zövq ala-ala 

Qənimətlərini sayğısızlıqla 

Dağıdıb ətrafa, çəkildi.Kəndə 

Xain dəstəsilə quldur girəndə 

Böylə talan edər, doğrar, devirər, 

Hər yerin altını üstə çevirər. 

Zorlama, sızlayış, söyüş, həyəcan... 

Qarətdən doyaraq, yaxalanmaqdan 

Qorxaraq quldurlar dönərlər geri, 

Dağılar ətrafa qənimətləri. 

 

(A.S.Puşkin. Tunc atlı, Azərnəşr, 1937, səh.14) 



Göründüyü  kimi,  orijinaldakı  bütün  əsas  tərkib  hissələri, 

obrazlar  sistemi,  daşqın  hadisəsinin  dinamikası  tərcümədə  usta-




 

121


 

 

lıqla  qorunub  saxlanmış,  həm  də  Puşkin  sənətinin  rus  ədəbi  dili 



üçün örnək olan şeriyyəti heca vəzninin ən çox yayılmış on birli-

yi əsasında tam axar-baxarı ilə ehya edilmişdir. Yenə də Puşkinin 

“Padşahın  ölmüş  qızı  və  yeddi  bahadır”,  “Qızıl  xoruz”  nağılları-

nın Ə.Cavad qələmindən çıxmış Nizami Muzeyində qorunan tər-

cümələri  də beləcə  gözəl təsir  oyadan  yüksək səviyyəli  yaradıcı-

lıq əməyinin bəhrəsidir. 

Ə.Cavadın  dilimizə  çevirdiyi  irihəcmli  əsərlər  arasında 

“Pələng dərisi geymiş pəhləvan” poeması xüsusi yer tutur. Qonşu 

gürcü xalqının mənəviyyat xəzinəsinin 800 ildən bəri parlaqlığını 

itirməyən bu ən qiymətli incisi, Gürcüstan renessansının çox gör-

kəmli  nümunəsidir.  Məlum  olduğu  kimi,  Ə.Cavad  böyük  fasilə-

lərlə  də  olsa,  Gürcüstanda  yaşamış,  ailə  üzvlərilə  birlikdə  istira-

hətini çox  vaxt bu təbii gözəlliklər diyarının  yaylaqlarında keçir-

miş, qonşu xalqın yaradıcı ziyalıları ilə dostluq etmişdir. Onun ilk 

və yeganə məhəbbətinin də toxumu Gürcüstanın gözəl guşələrin-

dən olan Acarıstanda çalışdığı zaman şairin qəlbinə düşmüş, boy 

atıb bar vermişdir. O, qonşu  diyarın ürəkaçan  mənzərələrini,  gur 

dalğalı  Rion  çayını,  Suramın  sıx  ormanlarını,  Minqreliyanın  xe-

yir-bərəkət təminatçısı olan qalın qarlı qışını, ənənəvi gürcü toyu-

nu, insanda xoş duyğular oyadan Kaxetiya şə-rabını, vətənpərvər, 

qonaqsevər  gürcü  dostlarını  səmimiyyətlə  vəsf  etdiyi  “Gürcüs-

tan”  (1929)  şerinin  müəllifidir.  Şairin  məşhur  səhnə  ustası 

Y.P.Orbelianiyə  həsr etdiyi  eyni adlı şeri  də (1935)  elə bu ruhda 

yazılmışdır: 

 

Gürcüstan qəşəngdir, buna yox sözüm, 

Gəzərkən yurdunda sevinir gözüm. 

Gürcü yaxşı dostdur, görmüşəm özüm... 

 

 



122

 

 



Ə.Cavad  gürcü  dilini  bilirdi.  Bununla  belə,  “Pələng  dərisi 

geymiş pəhləvan”ı tərcümə edərkən yenidən aylarla Gürcüstanda 

qalmış, öz gürcücəsini təkmilləşdirmiş, Rustavelinin əsəri ətrafın-

da  axtarışlar  aparmış,  Gürcüstan  Elmlər  Akademiyasının  Ş.Rus-

taveli adına Ədəbiyyat İnstitutunun və Tbilisi Dövlət Universite-

tinin  bu  sahədə  tədqiqat  aparan  görkəmli  alimləri  ilə  görüşüb 

məsləhətləşmiş, öz tərcümələrindən parçaları dilimizi  yaxşı bilən 

ziyalılara oxumuşdur. 

30-cu illərin  faciəli  hadisələrilə əlaqədar olaraq Ə.Cavadın 

tərcüməsi vaxtında çap olunmadı. S.Vurğun, M.Rahim və S.Rüs-

təm onlara verilmiş sətri tərcümə əsasında “Pələng  dərisi  geymiş 

pəhləvan”ın  poetik  tərcüməsini  hazırlayıb  1940-cı  ildə  nəşr 

etdirdi. Ə.Cavadın tərcüməsi isə 1962-ci ildə Azərbaycan Elmlər 

Akademiyasının  Nizami  Gəncəvi  adına  Ədəbiyyat  Muzeyinin 

fonduna  daxil  olmuş,  başda  filologiya  elmləri  doktoru  Ə.Mirəh-

mədov olmaqla bir qrup əməkdaş onu nəşrə hazırlamışdır. Əlyaz-

masının bəzi səhifələri hələ muzeyə gətiriləndən əvvəl itmiş oldu-

ğundan  həmin  səhifələr  vaxtilə  Ə.Cavadın  özünün,  sonralar  isə 

D.Əliyevanın  hazırladıqları  sətri  tərcümələr  əsasında  bərpa  edil-

mişdir.  Vaxtilə  muzeyin  direktoru  olmuş  bu  sətrlərin  müəllifinin 

xahişilə,  çatışmayan  səhifələri  müqavilə  əsasında  tərcüməçi-şair 

Ə.Ziyatay  şerlə  işləmişdir.  Ədəbi  əlaqələr  sahəsində  tanınmış 

alim, gürcü dilini doğma dili kimi sərbəst bilən filologiya elmləri 

doktoru  mərhum  D.Əliyeva  şəhadət  verirdi:  “Əsəri  orijinalla  tu-

tuşduranda  aydın  oldu  ki,  öz  işinə  tam  məsuliyyətlə  yanaşdığın-

dan Ə.Cavad tam mənası ilə orijinala yaxın, onun ruhunu verə bi-

lən,  Ş.Rustaveli  dühasına  layiq  bir  bədii  tərcümə  yaratmışdır” 

(Sitat poemanın Ə.Cavad tərəfindən edilmiş tərcüməsinə müqəd-

dimədən  götürülmüşdür.  “Elm”  nəşriyyatı,  1978,  səh.12)  Gürcü 

ədəbiyyatını, Azərbaycan-gürcü ədəbi  əlaqələrini yaxşı  öyrənmiş 

mərhum  Dilarə  xanımın  verdiyi  yüksək  qiymətə  inandığım  və 



 

123


 

 

tərcüməni  hələ  əlyazmasında  dönə-dönə  oxuyub  onu  təsdiq  etdi-



yim  üçün  bu  tərcümənin  üstünlükləri  haqqında  sözü  burada  qur-

tarır, poemanın azərbaycancasından bəzi bəndləri  eynilə  verir və 

Ə.Cavadın  rəvan  tərcüməsi  haqqında  mühakimə  yürütməyi  oxu-

cuların öz öhdəsinə buraxıram: 



 

Eşqə düşən adamların ərəblərdə ismi “Məcnun”; 

Çünki vəslə çatmayınca divanəlik şüğlü onun. 

Can ataraq ülviyyətə aşiq haqqa yaxınlaşır, 

Miskinlərsə hər gün, hər an başqasına olur məftun. 

 

Aşiqlərin şirin dili, günəş kimi gül camalı, 

Fərasəti, qoçaqlığı, bol dövləti, hədsiz malı. 

Düşmən yenən gücü-səbri, düşüncəsi olmalıdır, 

Bundan məhrum olan kəsi heç də aşiq saymamalı! 

 

Heç bir kəsə açmamalı öz sirrini aşiq olan, 

El içində ah çəkəndə yar inciyər çünki ondan. 

Heç bir şeylə bildirmədən sevdasını, duyğusunu, 

Eşq atəşi təsəllidir, iztirablar−aşiqə can. 

 

 



 

124


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

СОН


 

СЮЗ


 

ЯВЯЗИ


 

 

 



iyazi  Axundzadə  öz  məqaləsində  Ə.Cavadın  “Sədəf” 

adlı bir romanı olduğunu göstərir. Lakin ailənin tifaqı-

nın dağılmasından sonra bu əsərin də itdiyini qeyd edir. Ə.Cava-

dın ədəbi mühakiməsinə həsr edilmiş yığıncaqların bəzi protokol-

larından,  şairin  bu  yığıncaqlardakı  hücumlara  verdiyi  cavablar-

dan, nəhayət, M.C.Bağırovun adına yazdığı bir ərizədən (ərizənin 

ilk,  qaralama  variantı  Nizami  muzeyinin  fondunda  qorunur) 

göründüyü kimi, şair həqiqətən də iri həcmli bədii nəsr sahəsində 

qələmini  sınamış,  çağdaşı  olduğu  hadisələrdən,  yeni  cəmiyyətin 

həyatından,  qadın  azadlığı  məsələsindən  bir  roman  yazmışdır. 

Əsər üzərində işlərkən geniş müşahidələr aparmış, Əli Bayramov 

adına qadınlar klubunun  fəalları ilə üç  il əlaqə saxlamışdır. Əsər 

hazır olandan sonra onun böyük bir hissəsini (150 səh) Yazıçılar 

İttifaqının  o  zamankı  məsul  katibi  ilə  birlikdə  oxumuşlar,  məsul 

katibin  işi  çox  olduğundan  onun  romanla  tanışlığı  bununla  da 

bitmişdir. Lakin həmin məsul katib yığıncaqların birində, yumşaq 

desək,  çox  namünasib  bir  atmaca  atmağa  fürsət  tapıb  hamının 

N



 

125


 

 

qarşısında özünü belə sığortalamışdır: “Bu barədə (Ə.Cavada) bir 



sual  da  verdim  ki,  nə  üçün  (əsərdə)  bir  müsavatçı  tipi  verməmi-

sən?” 


Ə.Cavad  “Sədəf”  romanının  makinə  nüsxələrini  Yazıçılar 

İttifaqının  rəhbərlərindən  M.K.Ələkbərliyə,  Xalq  Maarif  komis-

sarı  Müseyib  Şahbazova,  MK  katibi  Ruhulla  Axundova  təqdim 

etmiş, üstündən xeyli keçəndən sonra əsərin taleyilə maraqlanan-

da ona məlumat vermişlər ki, roman oğurlanıbdır. Romanın itmə-

yi azmış kimi, onu oxuyan məsul işçilərdən biri bu əsəri ilə bağlı 

Ə.Cavada qarşı çox ağır ittihamlar irəli sürür, onun müəllifi barə-

sində  kəskin  tədbirlər  görülməsində  təkid  edirdi.  Şairin  M.C.Ba-

ğırova ərizəsindən  notlar: “O, əsərimin  mənfi  qəhrəmanının söy-

lədiyi  sözləri  seçib  mənim  müsavatçılığı  təbliğ  etdiyimi  “sübut” 

etməyə çalışır... mənim yalnız Azərbaycan Sovet Yazıçıları İttifa-

qı sıralarında deyil, Sovet Azərbaycanında qalmağımı da sual al-

tında göstərir. Nə üçün? Mən hansı xəyanətlərdə bulundum? Gü-

nahım nədir ki, bəzi yoldaşlar öz acıqlarını məni təhqir etmək, al-

çaltmaqla isbat etmək istəyirlər, məni Azərbaycanda yaşamaq hü-

ququndan  məhrum  etmək  istəyirlər?”  Protokolların,  xüsusən  Ba-

ğırova ərizənin qaralamasının xəzan yarpaqları tək saralmış, bəzi 

yerləri  ovxalanıb  tökülmüş  səhifələrindəki  bu  məlumatı  oxuyub 

özün-özünə suallar verməli olursan: 

Yetkin  bir  sənətkar,  bitkin  bir  qələm  sahibi  o  zamankı  ro-

man  qıtlığı  şəraitində  öz  epik  əsərini  işıq  üzünə  çıxarmaq  üçün 

niyə  mütləq  Mərkəzi  Komitədə,  Xalq  Maarif  komissarlığında  və 

digər  “yuxarı”  idarələrdə  işləyən  “qazdan  ayıq”  məsul  işçilərə 

təqdim  etməli  imiş?  Tənqidçi  M.K.Ələkbərli  bilmirdimi  ki,  bu 

müddəanı  heç  bir  alim,  heç  bir  tənqidçi  qəbul  edə  bilməz: 

“Ə.Cavad  müsavatı  razoblaçat  edib  ortalığa  qoymuş,  fəqət  bunu 

axıra qədər etməmişdir. O, səmimi deyil. Onda mənfi tip olduqca 

səmimi  danışır...”  Bəs  onun  qələm  yoldaşı  olan  “məsul  katib”in 

 

126


 

 

əsas vəzifəsi yeni bədii əsərlərin meydana çıxması üçün istedadlı 



yazıçılara şərait yaratmaq, onların təzə əsərlərinə Yazıçılar İttifa-

qında  və  jurnal  redaksiyalarında  “yaşıl  küçə”  açmaq  deyildimi? 

Nəhayət,  romanda  bir  müsavatçı  tipi  verilmədiyi  barədə  təkidlə 

söylənən  irada,  mənfi  qəhrəmanın  dilindən  alınmış  söz  və  ifadə-

lərdən  müəllifə  qarşı  ittihamnamə  kimi  istifadə  olunduğuna  nə 

deyəsən?  Bu  ki, yaradıcılıq sahəsində  əsil  diktatorluq  siyasətinin 

təzahürü  idi?!  Hələ  mən  son  iradda  “müsavatçı”  sözü  ilə  yanaşı 

gedən “tip” kəlməsinə də diqqəti cəlb etmək istərdim. Yəni müsa-

vatçı surəti, yaxud obrazı yox, məhz “tipi”! Tip, tipik, tipikləşdir-

mə  sırasından  yox,  məhz  mənfi  xasiyyətlərin  daşıyıcı  mənasını 

verən “tip”dən söhbət getdiyinin yəqin ki, hörmətli oxucu da fər-

qinə  varır.  Məsul  katibin  sualında  tip  sözü,  pis  davranışlı,  zəh-

lətökən adam haqqında “filankəs tipin biri tipdir” həqarətində ol-

duğu çalarda işlədilmişdir. 

Ə.Cavad  yüksək  mədəniyyətli  və  uca  mənəviyyatlı  Azər-

baycan  ziyalısı  idi.  Öz  xalqının  azadlıq  və  istiqlaliyyəti  uğrunda 

ardıcıl  olaraq  mübarizə  aparan  şair  üçün  Azərbaycanın  səadəti, 

xoşbəxtliyi başqa bir xalqın zəlaləti və bədbəxtliyi əsasında quru-

la  bilməzdi.  O,  bütün  xalqların  azad  və  müstəqil  yaşadığı  dünya 

gülşənində  müxtəlif  xalqlara  məxsus  güllər,  çiçəklər  arasında 

Azərbaycan  ətirli,  Azərbaycan  rəngli  möcüzəni  də  həmişə  gör-

mək  istəyirdi. Bu təşbeh bizi reallıqdan uzaqlaşdırmasın. Bir qə-

dər yuxarıda deyildiyi kimi, Ə.Cavadın şair, sənətkar mənəviyya-

tının  bəhrələndiyi  dünya  məxəzləri  arasında  ingilis  dramaturgi-

yası,  rus,  Ukrayna  lirikası,  gürcü  epik  şeri  və  s.  vardı.  Həm  də 

Əhməd Cavad bu mənbələri oxumaq, feyz almaqla kifayətlənmir, 

dünya ədəbiyyatı klassiklərinin ən yaxşı əsərlərilə həmvətənlərini 

öz dilimizdə yaxından tanış etmək üçün böyük yaradıcılıq zəhmə-

tinə qatlaşırdı. 



 

127


 

 

Ə.Cavadın  “Sədəf”  adlı  romanının  başına  gəlmiş  qəziyyə 



məlumdur. Ə.Saləddin  onun “İki  düşmən”  və “Leyla” adlı  heka-

yələr, bəzi ssenari və librettolar da yazdığını, habelə  Azərbaycan 

dilinin qrammatikası və Dağıstan xalqlarının tarixi mövzularında 

əsərləri olduğunu göstərir. Lakin bunlarsız da Ə.Cavad Azərbay-

can  ədəbi-ictimai  fikir  tarixində  görkəmli  xalq  şairi,  azadlıq  və 

istiqlaliyyət  uğrunda  alovlu  mübariz,  məhsuldar  tərcüməçi  və 

publisist kimi tanınır. Ən böyük arzularının həyata keçdiyi doğma 

yurdunda, eləcə də Türkiyə, İran, İraq, Dağıstan, Gürcüstan və b. 

kimi  dilimizin  anlaşıldığı  ölkələrdə  Ə.Cavad  istedadının  saysız-

hesabsız  pərəstişkarları  vardır.  Əsərlərinin  yeni  nəşrləri,  ya-

radıcılığı  ətrafında  aparılan  tədqiqatlar,  yazılan,  çap  edilən  kitab 

və məqalələr onun irsinə ictimai marağın getdikcə genişləndiyinə, 

zəngin  ədəbi  irsinin  yeni  həyatda  yaşamağa  başladığına  dəlalət 

edir. 


M.Ə.Rəsulzadə  hələ  1922-ci  ildə  İstanbulda  nəşr  etdirdiyi 

“Azərbaycan  Cümhuriyyəti”  kitabında  Ə.Cavadı  bir  sənətkar 

kimi yüksək qiymətləndirmiş, onun adını S.Ə.Şirvani, M.Ə.Sabir, 

H.Cavidlə  bir  sırada  çəkərək  göstərmişdir  ki,  Azərbaycan  oxu-

cusu  “Sədini,  Tolstoyu  və  dünyanın  digər  məşhur  ədiblərini  an-

lamaq üçün əvvəlcə bu adı çəkilən öz sənətkarlarının yaradıcılığı-

nı  öyrənməlidir”.  “Çağdaş  Azərbaycan  ədəbiyyatı”  əsərində  isə 

Ə.Cavadın  “Qoşma”  kitabını  ədəbiyyatımızın  klassik  nümunə-

lərindən  H.Cavidin  “Şeyx  Sənan”,  M.Hadinin  “Eşqi-ilahi”, 

C.Cabbarlının “Qız qalası” əsərləri ilə yanaşı tuturdu. M.Ə.Rəsul-

zadənin fikrincə, Azərbaycan xalqı öz tarixinin ən həyəcanlı gün-

lərində milli respublika quruculuğu ilə məşğul ikən “ədəbiyyat bu 

həyəcana  tərcüman  olur,  milli  istiqlal  günlərinə  yaxınlaşmanın 

şövq  və  sevinci  içində  yaşayır,  bütün  ümidini  böyük  həssaslıqla 

tərənnüm  edirdi”.  Milli  qurtuluş  hərəkatını  qəlbin  incə  tellərinə 

təsir  göstərən  bir  ustalıqla  əks  etdirmək  keyfiyyətinə  görə  bu 

 

128


 

 

kitabda  Ə.Cavadın  “Nədən  yarandın?”  şeri  nümunə  gətirilir  və 



əsər lirizmin bariz nümunəsi kimi təqdir olunurdu. 

Bu  yazını  mühacir  şairlərimizdən  Əhməd  Qaracanın,  Əh-

məd  Cavadın  əziz  xatirəsinə  həsr  etdiyi  və  elə  onun  “Nədən  ya-

randın?”  əsəri  kimi  də  yığcam,  dərin  mənalı  “Nasıl  var  oldun?” 

şeri ilə qurtarmaq istəyirəm. 

 

Səni görüncə 

Qısqandı gözəlliyinə, 

Axdı ulduzlar 

Göy üzünün maviliklərinə - 

Sən ulduzların 

Axışından var oldun. 

Dadlı bir təbəssüm, 

Dadlı bir baxış 

Eşqin əbədi möcüzəsidir -  

Sən aşiqlərin 

Baxışından var oldun. 

Aydınlıqsan, 

Nur səpərsən işım-işım 

Yer üzünə, göy üzünə -  

Sən “mələklərin gülüşündən” var oldun, 

Misralarımda adı var, 

Dodaqlarımda mavi Xəzərimin 

Duzu var, dadı var. 

Azərbaycan, odlu yurdum, 

Sən “qəlbimin vuruşundan” var oldun! 

 

 



 

20 may 1992-ci il 




 

129


 

 

 



 

 

MÜNDƏRİCAT 

 

 

Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamı......................3 

 

Tale yazısından səhifələr ..............................................................5 



 

Əhməd Cavadın kitabları............................................................37 

 

Yolun başlanğıcı ........................................................................47 



 

Göy gölün göz yaşları ................................................................63 

 

Məhəbbətin qanadında ...............................................................73 



 

Epik təhkiyənin imkanları ..........................................................87 

 

Poetikasından notlar ...................................................................98 



 

Məhsuldar tərcüməçi ................................................................115 

 

Son söz əvəzi ............................................................................124 



 

 

 



 

 

 



 

130


 

 

 



 

 

Bəkir Nəbiyev 



“Əhməd Cavad” 

 

 

 

 

 

 

 

Nəşriyyatın direktoru: Cavid Cəfərov 

Texniki redaktor: Alik Xankişiyev 

 

 

Çapa imzalanıb: 01.10.2012.  

Formatı: 60x84 

1

/



16

. Həcmi: 8 f.ç.v. Tiraj: 500. 

“Proqres” nəşriyyatında nəşr olunub. 

Ünvan: İ.Qutqaşınlı 97/2. Tel: 012 510 02 80. 

E-mail: mail@proqres.com. Web: www.proqres.com 

 

  



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə