Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   2   3   4   5   6   7   8   9   ...   30

 

15

 



 

nöqtə qoyulmasında onun vaxtilə Bağırovla olan bu qısa müddətli 

tanışlığının müdhiş rolu tamamilə aydındır... 

1922-ci  ildə  Ə.Cavad  Bakıda  Pedaqoji  Ali  məktəbə  daxil 

olur.  1923-cü  ildə  həbs  edilir.  O,  görkəmli  azadlıq  mücahidi, 

M.Ə.Rəsulzadənin  silahdaşlarından  Mirzəbala  Məhəmmədzadə-

nin Türkiyəyə getməsini təşkil etməkdə ittiham olunur. Lakin itti-

ham sübuta yetmir və Ə.Cavad azad olunur. Nərimanov texniku-

munda  dil  və  ədəbiyyat  dərsləri  deyir,  1924-cü  ildə  “Ədəbiyyat 

cəmiyyəti”nin katibi seçilir. 1925-ci ildə “Maarif və mədəniyyət” 

jurnalına  məsul  katib  təyin  olunur.  İşləyə-işləyə  təhsil  aldığı  Ali 

Pedaqoji  İnstitutu  bitirir.  (Şəhadətnamə  №  86,  1926-cı  il).  Bun-

dan  sonra  Ə.Cavadın  pedaqoji  fəaliyyət  meydanı  daha  çox  ali 

məktəblər olur. O, Azərbaycan Politexnik İnstitutunda müəllimlik 

etmiş,  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunda  dosent  olmuş, 

institutla  birgə  1930-cu  ildə  Gəncəyə  köçmüş,  bir  qədər  sonra 

burada  dilçilik  kafedrasına  başçılıq  etmiş,  həmin  institutda  rus 

dili üzrə ilk professorlardan biri olmuşdur. 

Uzun  illər  texnikum  və  ali  məktəblərdə  dərs  demiş  Ə.Ca-

vad  öz  ömrünü şam kimi əridərək  millətin balalarına savad, elm, 

vətəndaş qeyrəti aşılamışdı. Şagirdləri, tələbələri bu dərin bilikli, 

yüksək mədəniyyətli, şair ürəkli müəllimi sevir və yüksək də qiy-

mətləndirirdilər.  Təhsili  tamam  edib  Azərbaycanın  müxtəlif  böl-

gələrinə  dağılışan  bu  gənclər  öz  müəllimlərini  unutmur,  onunla 

məktublaşır,  xalqın  maariflənməsinə  necə  xidmət  etdiklərindən 

yazır, Ə.Cavada dönə-dönə öz dərin təşəkkür və minnətdarlıqları-

nı  bildirir,  onun  etimadını  doğruldacaqlarına  söz  verirdilər.  Tağı 

Həqqi  27  iyun  1927-ci  il  tarixli  məktubunda  açıqca  etiraf  edirdi 

ki, “Bu gün özümdə hiss etdiyim qırılmaz qüvvəti və sönməz eşqi 

mənə Siz bəxş etmisiniz... Sizdə həqiqi bir iman var”. Bəziləri isə 

şer sahəsində öz qələm təcrübələrindən nümunələr göndərib məs-

 

16



 

 

ləhət istəyir, müəllimlərinə məhəbbəti də mənzum parçalarda ifa-



də edirdilər. 

 

 



Sənin nurun işıq salır gözlərə, 

Çalış deyir, oxu deyir bizlərə, 

Öyrən elmi, alış deyir sözlərə, 

O sözlərin cümlə-canı səndədir. 

(Əhməd Quluzadə, 22 aprel 1925-ci il). 

 

 

Bakı Türk İşçi fakültəsinin məzunu Qüdrət Ələvi isə 7 iyun 



1927-ci ildə Lənkərandan göndərdiyi məktubda “tam dörd il zəh-

mət  və  məşəqqət  çəkib  bizi  hazırlayan  ustadıma”  deyə  müraciət 

etdiyi  müəlliminə  layiqli  hədiyyə  kimi “Qırıq saz” adlı şer yazıb 

göndərmişdir.  Nizami  Muzeyində  Ə.Cavada  -  şair  və  müəllimə 

dərin  məhəbbət,  böyük  ehtiram  və  minnətdarlıq  duyğusunun 

ifadəsi olan bu cür məktublar çoxdur. 

İdeoloji sahədə rəhbər orqanlar, “Qızıl qələmlər” cəmiyyə-

ti,  onun  fəal  üzvləri  olan  “proletar”  şairləri,  bir  sözlə  Ə.Cavadın 

əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edir, 

yalanlar uydurur, “düz yola”, yəni məcburən yeni quruluşu, onun 

bütün sahələrdəki işini tərənnüm etməyə çağırır, belə olmayacağı 

təqdirdə  çox  böyük  cəzalara  məruz  qalacağı  ilə  hədələyirdilər. 

Belə bir vaxtda Ə.Nazim Moskvada çap olunmuş bir məqaləsində 

(“Peçat  i  revolyusiya”,  N  7,  1929-cu  il)  göstərdi  ki,  İstanbulda 

buraxılmış “İstiqlal uğrunda” adlı  kitabda Ə.Cavadın  da bir neçə 

şeri  dərc  olunmuşdur.  Bu  xəbər  şairin  ətrafında  onsuz  da  gər-

ginləşmiş  mühitdə  bir  bomba  kimi  partladı  və  bu  partlayış  çox 

geniş  miqyasda  əks-səda  verdi.  20-ci  illərin  axırlarına  doğru 

Azərbaycanın ədəbi mühitindəki vəziyyət və bu vəziyyətdə Ə.Ca-

vada  münasibət  haqqında  nisbətən  aydın  təsəvvür  oyatmaq 




 

17

 



 

məqsədilə  həmin  məsələ  ilə  əlaqədar  bir  qədər  ətraflı  məlumat 

verməyi məqsədəuyğun sayıram. 

Şair  “Şiddətli  protesto  edirəm”  (“Kommunist”  qəzeti,  31 

oktyabr 1929-cu il) adlı etirazında göstərdi ki, Aprel inqilabından 

sonra  əlaqədar  olmadığı  bir  təşkilat  tərəfindən  nəşr  edilən  bu 

kitabdan xəbəri  olmadığı  kimi,  hansı  əsərlərinin  də  həmin  kitaba 

düşdüyünü  bilmir.  Ə.Cavadın  bəyanatı  ehtirasları  daha  da  qızış-

dırdı,  ondan  “səhvlərini”  etiraf  etməyi  gözləyən  opponentlərini 

qəzəbləndirdi.  “Kommunist”,  “Bakinski  raboçi”,  “Yeni  yol”, 

“Gənc işçi” qəzetləri xüsusi bir sehirli çubuqla hərəkətə gətirilmiş 

kimi  səs-səsə  verib,  tək  imza  ilə,  imzasız,  bir  neçə  imza  ilə  dərc 

olunmuş  yazılarında  Ə.Cavadı  inqilabi  duyğudan  uzaq  olmaqda, 

quruluş əleyhinə böhtan  yazmaqda, gənc  müəlliflərə pis  nümunə 

göstərməkdə  ittiham  edir,  onun  yaradıcılıq  fəaliyyətindən,  müəl-

limlikdən uzaqlaşdırılmasını tələb  edirdilər. “Kommunist”  qəzeti 

özü  bircə  gün  əvvəl  dərc  etdiyi  etiraz  yazısından  peşiman  olub-

muş  kimi  noyabrın  1-də  çıxan  növbəti  sayında  Ə.Cavadın  cəmi 

üç xırda abzasdan ibarət olan əl boyda etirazına az qala bir “pad-

vallıq”  redaksiya  məqaləsilə  cavab  verir.  Güman  etmək  olar  ki, 

şairin  məktubuna  qeyri-rəsmi,  iftiraçı,  təhdidedici  cavab  hələ 

Ə.Cavadın  etirazı  dərc  olunmamış  hazırlanmışdı.  Redaksiya  mə-

qaləsindən verdiyim bu bir neçə parça onun həm məzmunu, həm 

də  ahəngi  barədə  obyektiv  təsəvvür  oyatdığı  üçün  əlavə  şərhə 

ehtiyac  görmürəm.  Əlbəttə,  məqalənin  ümumi  mədəni-etik 

səviyyəsinə  uyğun  da  sərlövhəsi  “seçilmişdi”:  “Keçinin  andına-

mı,  xoruzun  quyruğunamı?  (Cavadın  protestosu  münasibətilə)”. 

Bu da cavabdan cümlələr:  

“Bizi  maraqlandıran  məsələ  hər  şeydən  əvvəl  budur  ki,  nə 

üçün  müsavatçılar öz  kitablarında... Həsən, Hüseyn,  yaxud  Vəli-

nin  deyil,  haman-haman  Cavadın  əsərlərini  dərc  və  nəşr  edirlər? 

Hamı,  xüsusən  Cavadın  özü  bu  məsələ  üzərində  düşünməlidir. 

 

18

 



 

Cavadın  əsərlərindən  müsavat  ruhu,  müsavatçılıq  iyi  gəlir.  Bu 

əsərlər  mövzu  etibarilə  göllər,  meşələr,  bulutlar  və  sevgilərə 

racedir və bu günkü  Azərbaycan  oxucularına əsla lazım  deyildir. 

Bunu  dəfələrlə  qəzetimiz  səhifələrində  Cavada  göstərmişiz... 

Bundan  sonra  Şura  hökuməti  və  sosializm  uğrunda  Azərbaycan 

əməkçilərinin mübarizəsini qəbul və təsdiq etdiyinə (dair) həqiqi, 

müəyyən  sübutlar  olmadıqca  Cavada  və  onun  protesto-etirazına 

inanmaq olarmı?.. Biz heç vaxt yol verməriz ki, Şura müəssisələ-

rində  işləyənlər...  duz-çörəyimizi  yeyənlər  bizə  təpik  atsınlar, 

Krılovun  şerindəki  donuz  olsunlar.  Heç  kəsə,  xüsusən  Cavada 

böylə  etməyə  izin  verməriz...  Xüsusilə  Cavad  böylə  etsə  əlini 

kəsəriz!”. 

Konkret  müəlliflərə  gəldikdə  isə  məsələn,  Ə.Vəliyev  bu 

fikirdə idi: “Biz hər şeydən əvvəl Ə.Cavad kimi müsavatçı şairlə-

rin iç üzünü açmalı və onları şura yazıçılarına yaxın buraxmama-

lıyız. Halbuki Cavadlar bizim Müşfiq  kimi bəzi  yoldaşları öz tə-

siri  altına  almaqla  onların  ruhunu  zəhərləyirlər.  Böylə  işlərə  qəti 

olaraq nəhayət verməliyiz”. (Proletar Yazıçıları Cəmiyyətinin no-

yabrın  birində  çağırılmış  geniş  iclasındakı  çıxışından.  “Kommu-

nist”  qəzeti,  3  noyabr,  1929-cu  il)  Hətta  Hacı  Kərim  Sanılı  kimi 

yaşlı, təcrübəli bir şair də bu vurha-vurdan kənarda qalmağı özü-

nə  rəva  bilməyib,  5  noyabr  1929-cu  il  tarixli  həmin  qəzetdə  bu 

sətirləri  çap  etdirmişdi:  “Cavad  Azərbaycanda  kimi  ağa  görmək 

istəyir?  Sarı  Ələkbərimi?  Onun  qoçuları(nımı)?  Bakıya  Sallaq 

Dadaşı, Teymur bəyi, Qoçu Nəcəfqulularımı dirildib gətirmək is-

təyir?..  Əyər  Cavadın  sözü  ilə  fikri  müvafiq  deyilsə,  əyər  o, 

müsavatçılarla bir yolda getmək istəyirsə, o zaman özünü tək gö-

rəcəkdir  və  Azərbaycanın  qızıl  gülləri  ona  tikan  görünəcəkdir”. 

“Yeni  yol”  qəzetində  dərc  olunmuş  “Cavada  nifrət”  (6  noyabr, 

1929-cu  il)  məqaləsində  də  qəzetin  öz  “kollektiv  müxbirləri”nin 

etirazındakı ahəng hədələyici idi. “Biz Ə.Cavadın çürük müsavat 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə