Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   2   3   4   5   6   7   8   9   ...   30

 

23

 



 

qilabi yazılar adlandırır, onu sağdan da, soldan da şiddətlə tənqid 

və ifşa edirdilər. Buna görə də Ə.Cavad plenumda ətraflı bir çıxış 

edib bu hücumlara cavab verməli olur. Əlbəttə, o, özünün bir za-

manlar  müsavat  yazıçısı  olduğunu  etiraf  edir.  Bunun  səbəbini 

aldığı tərbiyədə, təhsildə, yaşadığı mühitdə görür. Şairə qarşı irəli 

sürülmüş ittihamların necə amansız olduğuna inanmaq üçün onun 

cavab nitqindən bir neçə cümlə gətirirəm: “Bəzi yoldaşlar mənim 

əsərlərimi  düzgün  olmayaraq  təhlil  etmişlər,  onlara  yalnız  milli-

şovinist məzmunu deyil, hətta əksinqilabi xarakter vermişlər. Mə-

nim  (isə)  yeganə  idealım  yalnız  milli  hərəkat  olmuşdur...  Kom-

munist, sosialist hərəkatını mən bilməmişəm, sol hərəkatın da heç 

vaxt  düşməni  olmamışam...  Mən  həmişə  əməkçi  kütlə  arasında 

çalışmışam.  Müharibə  əsnasında  yaralılara  yardımda  bulunmu-

şam.  Mənim  yazılarımın  əlli  faizi  cəbhədən  məktub  alanlar  və 

yoxsullar həyatına ithaf edilmişdir... Burada çıxıb “bu adam bol-

şeviklər,  kommunistlər  əleyhinə  yazmışdır”  söyləmək  doğru  de-

yil. Mən rica edərdim  ki, ...faktlar düzgün qiymətləndirilib təhrif 

edilməsin. Mən söz  vermişəm  ki, yeni ruhda  işləyəcəyəm. Lakin 

imkan veriniz, mənə yardım ediniz”. 

1934-cü ildə şairin ailəsində çox dəhşətli bir faciə baş verir. 

Onun Almas adlı on altı yaşlı gözəl və ağıllı qızı sarkoma (yaman 

xassəli şiş) xəstəliyinə mübtəla olur. Ə.Cavad və Şükriyyə xanım 

bütün  maddi  və  mənəvi  imkanlarını,  valideyn  şəfqətlərini  səfər-

bərliyə alırlarsa da müalicə heç bir nəticə  vermir. Azərbaycanda, 

Gürcüstanda  xəstəni  çox  həkimlərə  göstərirlər,  Moskvadan  çağı-

rılmış professor da Almasın dərdinə əlac tapa bilmir... Qızının fa-

ciəsi  şairi  çox  dərindən  sarsıdır.  Böyük  oğlu  Niyazi  Axundzadə-

nin  yazdığına  görə  atasının  qapqara  saçları  Almasın  faciəsindən 

sonra ağarmışdı. 

1935-ci  ildə  Bakıya  gələn  Ə.Cavad  Azərnəşrdə  tərcümə 

əsərlərinin redaktəsilə məşğul olur. Özü də bədii tərcümə sahəsin-

 

24

 



 

də  fəaliyyətini  davam  etdirir,  kinostudiyada  çalışır.  Bir  müddət 

şer yaradıcılığı ilə məşğul olmayan Ə.Cavad əlinə qələm alarkən 

ilk misralarını nakam qızının müsibətinə həsr edir...  

Faciə  isə  faciə  üstündən  gəlirdi.  Mətbuatda,  ictimai  yığın-

caqlarda görkəmli  elm, ədəbiyyat, incəsənət xadimlərinə, o cüm-

lədən də nədənsə hamıdan artıq Ə.Cavada hücum getdikcə şiddət-

lənib  1937-ci  ilin  əvvəllərində  özünün  ən  yüksək  mərhələsinə 

çatdı.  Məsələn,  Yazıçılar  İttifaqının  martın  18-də  açılan  plenu-

munda  gündəlikdə  iki  məsələ  durduğuna  və  onlardan  biri 

A.S.Puşkinin 100 illiyinə, digəri isə Oktyabr çevrilişinin 20 illiyi-

nə  həsr  edildiyinə  baxmayaraq,  ən  çox  və  ən  kəskin  söhbətlər 

ədəbi  həyatda  yol  verilən  “əyintilərdən”,  sinfi  sayıqlığı  qüvvət-

ləndirmək  zərurətindən,  Ə.Cavadın  yeni  cəmiyyət  quruculuğuna 

biganəliyindən  gedir, şair dönə-dönə açıq-aşkar hədələnirdi. Mə-

ruzəçilərdən S.Şamilov göstərirdi ki, bütün yazıçılar Oktyabr yu-

bileyinə öz sözünü deməlidir, lakin Ə.Cavaddan bu barədə bir səs 

çıxmır.  (Mən  stenoqramı  mətləbə  xələl  gətirməyən  cüzi  ixtisarla 



verir, stenoqrafistin canlı danışıq zamanı tuta bilmədiyini güman 

etdiyim tək-tük ifadələri bərpa edirəm - B.N.). Ə.Cavadın məsələ-

sini  siz  bilirsiniz.  Bilirsiniz  ki,  gənc  proletar  Qızıl  qələm  cəmiy-

yəti  öz  inkişafında  mühüm  zərbəni  Ə.Cavada  qarşı  çevirmişdir. 

Bu da təsadüfi deyil, Ə.Cavadda ölmüş sinfin ideologiyası davam 

etdirilir.  Bu  ideologiyanın  təbliği  qorxulu  və  zərərlidir.  Çünki 

Ə.Cavad  az-çox  bədii  sözə  malikdir.  Bilirsiniz  ki,  bəzi  gənclər 

onun ilk şerlərini oxuyurlar. Ə.Cavadın inqilabdan sonrakı şerləri 

maskalanmış mürtəce əsərlərdir. “Oktyabr inqilabı” və “İşçi” şer-

lərinin mürtəce, kontrrevolyusion əsərlər olması hər kəsə məlum-

dur...  İnqilab  gəldi,  o,  yeni  insanlar  yaratdı.  Sən  də  yeni  insan 

verməli  idin.  Yeni  insan  vermirsənsə  onda...  ədəbiyyatımızdan 

atılmalısan!” 




 

25

 



 

Məruzədən  sonra  görünür,  ittihamların  ağırlığına  dözə  bil-

mədiyi  üçün  birinci  sözü  Ə.Cavad  alır  və  qətiyyətlə  deyir:  “Mə-

yər  “Nə  yazım?”,  “Sən  ağlama!”,  “Göy  göl”  əksinqilabi  şerlər-

dir?..  Bundan  belə  çıxır  ki,  mən  nə  yazmışamsa  hamısı  əksin-

qilabi şerlərdir. Bilmirəm, məsələni belə qoymaq olarmı? Demək 

olar  ki,  şerlərimin  bəzilərində  müvəffəq  olmamışam.  Lakin  bun-

lara əksinqilabi ad vermək tamamilə doğru bir qiymət deyil!” 

Ədəbi  taleyi  mənə  məlum  olmayan  Feyruz  adlı  birisi  ple-

num  iclasında Ə.Cavadın fəaliyyətinin bir qədər də  əvvəlki  mər-

hələsinə  diqqəti  yönəldərək  göstərir  ki,  şair  Yazıçılar  Cəmiyyə-

tinin katibi olanda guya yeni istedadların inkişafına mane olmuş-

dur. Feyruz fakt kimi bunu göstərir ki, vaxtilə “S.Rüstəm cəmiy-

yətə daxil olmaq üçün ərizə vermiş, lakin o, “komsomolçu olduğu 

üçün” Ə.Cavad ərizəyə məhəl qoymamışdır. Şair Müşfiqin nüfu-

zundan  sui-istifadə  edərək  “öz  əksinqilabi  fikirlərini”  onun  dila-

vər  şerləri  vasitəsilə  yaymışdır”.  Bu  sətirləri  oxuyanda  fikir 

adamı götürür. Yəni o Feyruz, hər kəsdirsə, bilmirdi ki, gənc hə-

vəskarları  üç-beş  qələm  təcrübəsinə  görə  Yazıçılar  Cəmiyyətinə 

qəbul etməməkdə qəbahət yoxdur? Axı o vaxt S.Rüstəm ilk yazı-

larını  yazırdı  və  əsasən  “proletar  mövzularına”  girişdən  ibarət 

olan  yazılar  hələ  müəllifinin  poetik  istedadına  dəlalət  eləmirdi. 

Əgər məhz bu səbəbə görə bir cavanın Yazıçılar Cəmiyyətinə qə-

bul edilməsi bir qədər təxirə salınıbsa bu zəmində gərgin münasi-

bət  saxlayıb  sonra  da  onu  ədavətə  çevirməyə  nə  ehtiyac  var  idi? 

Həmin plenumun üç  gün sonrakı (21  mart) iclasında S.Rüstəmin 

özünün  Ə.Cavad  əleyhinə  əsassız,  lakin  çox  iddialı,  hücumçu 

çıxışı  göstərdi  ki,  gərgin  münasibət, doğrudan  da qalmış  və  əda-

vətə çevrilibmiş. Yenə həmin gün iclasın sədri məruzəçi A.Musa-

xanlıdan soruşur: “Belə bir (mülahizə) var ki, Cavad guya yüksək 

talantlı  şairdir.  Buna  bizim  əlimizdə  vəsiqə  (əsas)  var  ki?..”  Bu 

sual  növbəti  hücum  üçün  tənqidçiyə  fürsət  verir  və  məsələnin 

 

26

 



 

estetik  tərəfi  barədə  “xala,  xətrin  qalmasın”  el  sözündə  olduğu 

kimi  bircə  namüəyyən  cümlə  deyib  yenə  də  “sarı  simə”  keçir: 

“Cavadın  dili  (nin)  zahiri  formalara  sahib  olmasını  inkar  etmək 

olmaz.  Fəqət,  bununla  bərabər  yüksək  şair  üçün  təkcə  məzmun 

düzmək kifayət deyil. O şair ki, geniş həyatı əhatə edə bilmir, onu 

sovet şairi kimi böyük talant saymaq olmaz”. 

Ən  kəskin  çıxışlardan  birini  də  nəzərdən  keçirib  üçüncü 

plenumda Ə.Cavadın bir yaradıcı-ziyalı kimi necə axırına çıxıldı-

ğı barədə ürəksıxan söhbəti  yekunlaşdırıram. S.Rüstəmin  yuxarı-

da  qeyd  etdiyim  çıxışında  dediklərindən:  “Cavad  bizim  proletar 

ədəbiyyatına  çox  zərər  vermiş  (dir).  Vaxtilə  (onun  təsiri  ilə)  kü-

çələrdə gənc yazıçılar üzümüzə tüpürürdülər. Onun şerlərini (isə) 

sinfi düşmənlər məktəblərə qədər yeridirdi... Bu hərəkətlər bizim 

inqilabi  ədəbiyyatın  qabağına  çıxmaq,  onun  nüfuzunu  öldürmək 

(demək)  idi.  (Cavada  müraciətlə)  Sən  bu  qədər  yazıçılıq  stajın 

ola-ola  partiyamız  üçün  əsərlərinlə  öz  səmimiyyətini  göstərməli 

idin. Sən isə bunu etmədin... Nə vaxta qədər bizi... aldadacaqsan? 

Yoldaşlar! Cavad məsələsini konkret qoyuram: O, həmişə bizi al-

datdığına  görə  və  bu  vaxta  qədər  özünü  göstərmədiyinə  görə 

Yazıçılar İttifaqından çıxarılsın!” 

Elə buradaca qeyd  edim  ki, Ə.Cavad heç kəsi, o cümlədən 

də  S.Rüstəmi  aldatmırdı.  Ədəbi  hadisələr,  yazıçılar,  o  cümlədən 

də bəzi iddialı cavanlar haqqında nə düşünürdüsə onu da deyirdi. 

20-ci illərin ortalarında “köhnə” şair və ədibləri bəyənməyən, on-

ları  gözümçıxdıya  salan,  istedad  və  davranış  mədəniyyəti  zəif 

olan “proletkultçu” şer həvəskarı haqqında da Ə.Cavad məhz hə-

qiqəti demişdi: 



Özləri məhrumkən feyzi-ədəbdən, 

Günahı bizlərdə görənlərə bax! 

“Parlayıb” bir zaman düşdülər dəbdən, 

Bazara yeni mal verənlərə bax! 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə