Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 

27

 



 

...Dün biri haykırdı: çaldığım sazdır, 

Xəzanım bulunmaz, günlərim yazdır. 

Baxdım: rəngi solğun, ruhu da azdır, 

Fidanın yerində gəzənlərə bax! 

 

 

“Bax”  rədifli  qoşmada  özünün  ilk  gənclik  illərindəki  port-



retini görən S.Rüstəm məqalələrindən birində Ə.Cavadı yeniliyin 

düşməni kimi ifşa etmək üçün bu bəndləri ondan sitat kimi gətir-

mişdi.  Nizami  muzeyində  həmin  qoşmanın  daha  mükəmməl  bir 

variantı  qorunur.  Mənzərənin  tamlığı  naminə  qoşmanın  digər 

bəndlərini də burada verməyi məqsədəuyğun sayıram: 

 

Küsərlər, bilməzlər küsdükləri nə, 

Dün küsənlər bu gün barışır yenə. 

Öylə ki, səs düşür, qızışır çənə, 

Sənət meydanına girənlərə bax! 

 

Hələ vardır biri, “kişidir-kişi”! 

Öylə ki, bir parça qarışdı işi, 

Bərəldib gözünü, qıcırdıb dişi, 

Yazdığı bol çərən-pərənlərə bax! 

 

 



Beləliklə  də  Yazıçılar  İttifaqının  Mart  (1937-ci  il)  plenu-

munda  Ə.Cavadın  əleyhdarları  təkcə  son  hadisə  və  əhvalatlarla 

kifayətlənmir,  keçmişlərə  də  əl  atır,  ədəbi  həyatın  gündəlik,  adi 

faktlarına  siyasi  don  geydirib  eybəcər  şəkildə  meydana  çıxarır-

dılar. 

Bütün  bunlardan,  bir  çoxunu  burada  qeyd  etmədiyim  hü-



cum  və  təkliflərdən  sonra  plenumun  Ə.Cavad  haqqında  qəti  və 

amansız  qərarı  müəyyən  edilir:  “Kontrrevolyusioner,  millətçi, 

müsavatçı ideologiyadan özünü təmizləmək üçün heç bir ciddi və 

 

28



 

 

səmimi  iş  görməyən  Ə.Cavad  özünün  plenumdakı  çıxışı  ilə  bir 



daha sübut etdi ki, o qətiyyən sovet yazıçılarının Nizamnaməsinin 

tələblərinə  riayət  etməyir,  onun  müddəalarını  həyata  keçirmək 

istəmir,  sovet  platformasında  durmur,  sosializm  quruluşunda 

aktiv iştirak etmir. Buna görə də Azərbaycan Sovet Yazıçıları İt-

tifaqının  plenumu  Əhməd  Cavadı  öz  sıralarından  çıxarmağı  qə-

rara alır”. 

Lakin şairin  Yazıçılar İttifaqından  çıxarılması  da  müəyyən 

dairələr  arasında  anti-Cavad  ehtiraslarını  söndürə  bilmədi.  Onun 

haqqında  materiallar  artıq  yenə  İttifaq  (Moskva)  mətbuatına  yol 

tapır, çıxışların ahəngi daha sərt, tələbləri  isə daha dəhşətli  olur-

du. Əvvəlcədən də bolşevik-daşnak siyasətçilərin gözündə “əskisi 

tüstülü” görünən Ə.Cavadın Yazıçılar İttifaqından çıxarılması in-

zibati  orqanların  əl-qolunu  daha  da  açdı  və  iyunun  3-də  Əhməd 

Cavad həbs edildi. Azərbaycan yazıçılarına divan tutulmasında o 

zaman “Pravda”nın necə qızışdırıcı rol oynadığını aydın təsəvvür 

etmək  üçün  həmin  qəzetin  8  iyun  1937-ci  il  tarixli  sayında 

müxbir  Q.Rıklinin  dərc  etdirdiyi  “Düşmənin  hiylələri  (Azərbay-

can Yazıçılar İttifaqında)” adlı  məqalə çox səciyyəvidir. İttifaqın 

rəhbərlərindən S.Şamilov müxbirlə söhbətində lovğalanır ki, “Biz 

Ə.Nazimi,  Ə.Cavadı,  M.Rəfilini  (İttifaqdan)  çıxarmışıq”.  Lakin 

“Pravda”  əjdahasının  iştahını  bununla  təmin  etmək  çətin  idi. 

Müxbir yazır: “İş bundadır ki, İttifaqın idarə heyəti digər təşkilat-

lar tərəfindən artıq ifşa edilmiş olan düşmənləri qızğın ifşa edir”. 

Beləliklə də qəzet “sinfi mübarizə” meydanında qanları tökülmək 

üçün  Azərbaycan  yazıçılarından yeni,  hələ başqa təşkilatlar tərə-

findən ifşa edilməmiş qurbanlar tələb edirdi... 

Ailə üzvlərinin dediyinə görə, Ə.Cavad totalitar rejim şəra-

itində  onu  nə  gözlədiyini  bilirdi.  Şairin  yayınıb  aradan  çıxmağa, 

məsələn,  Türkiyəyə  getməyə  imkanı  var  idi.  Lakin  o,  belə  şeyi 

xəyalına  belə  gətirmək  istəmirdi.  Uşaqlarını,  ailəsini  ilahi  bir 




 

29

 



 

məhəbbətlə  sevən  bir  şair  özünü  qorumaq  naminə  onları  atıb 

uzağa  gedərdimi?  Bu  da  onun  xarakterinin  əsas  xüsusiyyətlərin-

dən,  vüqarından,  əyilməzliyindən  doğan  bir  keyfiyyət  idi.  Yaxın 

adamları  etiraf edirdi  ki,  həyatının ən çətin anlarında  belə Ə.Ca-

vadı  sarsılan,  sıtqıyan,  şikayətlənən,  dərin  kədərə  qapılan  gör-

məmişdilər. O hər şeyə nikbin, xeyirxah nəzərlə baxmağa adət et-

mişdi.  Həm  də  bu,  təkcə  adət  deyilmiş.  “Onun  öz  varlığından, 

daxilindən  qaynayan  duyğulardan  süzülüb  gələn  sehrli  inam, 

güclü bir işıq” imiş. Düşmənlər də yarasa kimi hər şeydən çox bu 

işıqdan qorxduqları üçün onu amansızcasına söndürdülər. 

Əhməd Cavadın sovet hakimiyyəti illərində təqib olunması, 

dəfələrlə  həbs  edilməsi,  mühakiməsi,  məhbəsdə  çəkdiyi  əzab  və 

işgəncələr,  başda  ömür-gün  yoldaşı  Şükriyyə  ana  olmaqla  ailə-

sinin məruz qaldığı faciələr haqqında məlumatı oxuyanda dəhşətə 

gəldim.  Bu  məlumatı  qeydə  almaq  üçün  qələm  götürəndə  həyə-

canımdan  əlim  titrədi.  Keçmiş  Azərbaycan  Xalq  Daxili  İşlər 

Komissarlığının arxivindəki 12493 nömrəli istintaq işində bu ba-

rədə  çox  dəhşətli  materiallar  var.  On  illərin  qadağan  və  yasaqla-

rından sonra, nəhayət, həmin istintaq işi haqqında ətraflı məlumat 

xalqa  çatdırılmışdır.  (Bax:  “Xalq  qəzeti”,  7  mart,  1992-ci  il)  Bu 

məlumatda Dövlət Təhlükəsizliyi idarəsi dördüncü şöbəsinin tər-

tib  etdiyi bir arayışın  məzmunu açıqlanır. Həmin arayışda Ə.Ca-

vadın  məsuliyyətə cəlb  edilməsinin zərurəti belə “əsaslandırılır”: 

“Axundzadə Əhməd Cavad... 1918-ci ildən Müsavat partiyasının 

üzvüdür.  1920-ci  ildən  1923-cü  ilədək  Müsavat  Mərkəzi  Komi-

təsinin birinci gizli Heyətinin üzvü olmuş, buna görə də 1923-cü 

ildə  həbs  olunmuş  və  deklarasiya  ilə  azad  edilmişdir.  Müsavatçı 

“Yaşıl  qələmlər”  ədəbi  cəmiyyətinin  rəhbərlərindən  biri  olmuş-

dur...  Öz  müsavatçı  mövqelərindən  əl  çəkməmiş  və  gizli  müsa-

vatçılıq  işini  davam  etdirərək  ətrafına  toplaşan  gənc  Azərbaycan 

şairlərinə  müsavat  ruhunda  təbliğat  aparmışdır.  Əhməd  Cavad 

 

30

 



 

respublikanın  partiya  və  hökumət  rəhbərlərinə,  onların  yeritdiyi 

milli  siyasətə  əksinqilabi  müsavat  mövqeyindən  böhtan  atmış-

dır...  Əksinqilabi  burjua  millətçi  təşkilatının  işində  iştirak  etmiş-

dir”. 

Diqqət  edilərsə  görmək  heç  də  çətin  deyil  ki,  sivilizasiyalı 



ölkələrdə  qəbul  edilmiş  adi  beynəlxalq  hüquq  normalarına  əsa-

sən,  bu  arayışda  deyilənlərin  hamısı  üst-üstə  qoyulsa  belə,  yenə 

də Əhməd Cavadı cinayət məsuliyyətinə cəlb etmək üçün heç bir 

ciddi  hüquqi  əsas  yoxdur.  Mətndə  tez-tez  işlədilən  müsavat  kəl-

məsi və onun törəməsi olan müsavatçı anlayışı rus bolşevizminin 

və  erməni  daşnaklarının  oddan  qorxan  kimi  qorxub  çəkindikləri 

anlayışlar və bu anlayışların əks etdirdiyi qüvvə olmuşdur. Çariz-

mi  yıxdıqlarına  baxmayaraq  imperiya  iddialarını  ciddi-cəhdlə 

yenidən  bərqərar  edən  bolşeviklərin,  eləcə  də  “Böyük  Ermənis-

tan” xülyası ilə o zaman da indiki kimi canfəşanlıq edən daşnak-

ların  Yaxın  Şərqdəki  islam  ölkələrində,  türk  bölgələrində,  xüsu-

sən Qafqazda yeritdikləri anti-türk, anti-islam siyasətinin qarşısı-

na çəkilən qüvvətli sədlərdən biri məhz müsavat olmuşdur. Azər-

baycan  xalqını  hələ  çar  zamanında  milli  istiqlal  uğrunda  müba-

rizəyə hazırlayan, onu 1918-ci ilin baharında ilk milli demokratik 

cümhuriyyət  qurmağa  gətirib  çıxaran  ən  işıqlı  qüvvə  məhz  Mü-

savat  partiyası  və  bu  partiyanın  ətrafında  birləşən  digər  ictimai-

siyasi  qurumlar  olmuşdu.  M.Ə.Rəsulzadə  kimi  görkəmli  partiya, 

dövlət  xadimləri  ilə  yanaşı  Üzeyir  Hacıbəyov  kimi  bəstəkar  və 

jurnalist,  Seyid  Hüseyn  kimi  tənqidçi  və  nasir,  C.Cabbarlı  kimi 

dramaturq, Ə.Cavad kimi şair, yüzlərlə  digər  elm, sənət, ədəbiy-

yat  xadimləri,  xalqımızın  rövşənfikir,  hürriyyətpərvər  övladları 

cəmiyyətin  xilasını  məhz  müsavat  hökumətində  görmüş  və  öz 

taleyini onunla bağlamışdı. Buna görə də Odlar yurdunu həmişə-

lik  bolşevik-daşnak  əsarəti  altında  saxlamaq  üçün  düşmənlər  ilk 

növbədə  Azərbaycan  xalqının  görən  gözü,  çarpan  qəlbi,  namusu 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə