Microsoft Word kitab-ahmed cavad-son docx



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix19.07.2018
ölçüsü0,85 Mb.
#57170
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 

35

 



 

Bütün  olub  keçənlərdən,  yəni  Azərbaycan  Yazıçılarının  ən 

görkəmli  nümayəndələrinin  böyük  bir  dəstəsi  həbs  ediləndən, 

onların bir çoxu  güllələnəndən sonra, yəni 1937-ci ilin  iyununda 

Respublika partiya təşkilatının XIII qurultayında M.C.Bağırov üç 

il  yarım  bundan  əvvəl  verdiyi  direktivin  yerinə  yetirilməsi  gedi-

şindən,  onun  bəzi  nəticələrindən  razı  qaldığını  dolayısı  ilə  belə 

bildirmişdi:  “Bir  baxın,  Yazıçılar  İttifaqında  kimlər  əyləşmişdi: 

hazırda  ifşa  edilmiş  H.Cavid,  Ə.Cavad,  M.Müşfiq,  Ə.Nazim, 

B.Talıblı, T.Şahbazi, Ə.Tiriniç və başqa əclaflar!” 

Cəlladlar  öz  qara  əməllərini  bir  qayda  olaraq  gizlincə  icra 

edir,  xalq  arasında  böyük  nüfuza  malik  olan  görkəmli  elm,  ədə-

biyyat  və  incəsənət  xadimlərini  xəlvətcə  ilim-ilim  itirirdilər. 

Ə.Cavadın da başına gələn konkret faciələrdən (nə zaman və ha-

rada  edam  edildiyindən)  uzun  illər  boyu  xalqın  xəbəri  olmamış, 

yəni  onun  ömür sapının  harada, hansı şəraitdə,  nə  vaxt və  kimin 

əlilə qırıldığı haqqında ictimaiyyət üçün bir sətir də olsa məlumat 

dərc  edilməmişdi.  Qəribədir  ki,  Ə.Cavadın  güllələnməsindən  ən 

azı 20 il sonra Türkiyədəki  Azərbaycan  mühacirətinin nümayən-

dələrindən  Teymur  Atəşli  özbaşınalıq  qurbanlarına  həsr  etdiyi 

“Bizim ordumuz” şerində Ə.Cavaddan Sibir zindanlarının cəfake-

şi  kimi  bəhs  etmişdir.  Anar  Türkiyədən  gətirdiyi  həmin  şeri 

“Ədəbiyyat  qəzeti”nin  12  iyun,  1992-ci  il  tarixli  sayında  “Azər-

baycan  mühacirət  ədəbiyyatı”  səhifəsində  nəşr  etdirmişdir. 

T.Atəşlinin  təsəvvüründə  bizim  zindanlarda  həlak  olmuş  sənət 

bahadırlarımız  cismən  həyatdan  getsələr  də,  mənən,  ruhən,  öz 

əsərləri  və  böyük  məqsədlərilə  yaşamaqda,  başqalarını  da  öz  ar-

xalarınca  ulu  istiqlal  amalı  uğrunda  mübarizəyə  səfərbər  etmək-

dədirlər.  Mühacir  şairimizin  əsərində  Hüseyn  Cavid  Buz  dəni-

zində böyük bir ordu  yaradıb  qorxunc  düşmənə  qarşı  öz  dağ  vü-

qarilə  müqavimət  göstərir; həmin  ordunun üç rəngli bayrağı Əh-

məd  Cavadın  əlindədir;  Almas  İldırım  isə  bu  bayrağa  ilkin  tapı-

 

36

 



 

nanlardan biridir... Azərbaycanın bu böyük övladları, bu düşünən 

başlar, bu çarpan ürəklər xalqı ədalətsiz quruluşa qarşı, öz hüquq-

ları, xalqın istiqlalı uğrunda mübarizəyə səsləyirdilər: 



 

Haykır şairim, haykır, 

Zaman səni dinləsin. 

Yer-göy səni dinləsin, 

Cahan səni dinləsin. 

 

Haykır ki, sənin səsin 

Bir millətin səsidir. 

İstiqlal deyənlərin 

Ölməz iradəsidir. 

 

Şair qaranlıqlarda 

Bir günəş işığıdır. 

O, haqqın xilaskarı, 

Hürriyyət aşığıdır! 

 

 




 

37

 



 

 

 



 

 

 



 

 

ЯHMЯD CAVADIN KИTABLARI 



 

 

hməd  Cavadın  əsərlərinin  nəşri  tarixi  bir  çox  cəhətdən 



ibrətamizdir.  Şairin  oğlu  Niyazi  Axundzadənin  xatirə-

lərində bununla əlaqədar çox təsirli bir epizoda rast gəldim. O ya-

zır ki, 1937-ci il fəlakətləri vaxtı küçə ilə gedərkən yerdə atasının 

“Dalğa”  kitabından  bir  nüsxə  görüb  toz-torpağın  içindən  götür-

müşdür. Kim isə “xalq düşməni”nin kitabını evində saxlamaqdan 

qorxub  onu  atmağı  qərara  alıbmış.  Sarsılmış  gənc  kitabı  və-

rəqlərkən görmüşdür ki, oradakı bir neçə şerin altında “Əla” sözü 

qeyd  olunmuşdur.  Kitab  bu  gün  də  N.Axundzadənin  arxivində 

qalmaqdadır... 

“Dalğa”nın  həmin  nüsxəsinin  repressiyaya  uğramış  hansı 

bir  ziyalınınsa  viran  qoyulmuş  kitabxanasından  nə  yolla  küçəyə 

çıxarıldığını biz bilmirik. Amma həmin epizod yalnız Ə.Cavadın 

deyil,  fəlakətə  düçar  olmuş  bir  çox  digər  sənətkarlarımızın  da 

əsərlərinin  nəşri  tarixi  baxımından  bu  gün  bizə  çox  şeylər  deyir. 

Я

 

38



 

 

Onların bir sıra kitablarının  hazırda  nəinki rəsmi  dövlət idarələri 



olan  kitab palatası və  kitabxanalarında, hətta bir çox  kitabsevən-

lərin  kolleksiyalarında belə, çox  nadir istisnaları nəzərə almasaq, 

tapılmaması  göstərir ki, zərərdidə sənətkarların  özlərini  qətlə  ye-

tirməklə,  ailə  üzvlərini  cəzalandırıb  gedər-gəlməzə  göndərməklə 

kifayətlənməyən Stalin-Beriya-Bağırov rejimi bu şair və ədibləri-

mizin  əsərlərini  də  amansızcasına  təqib  etmişdir.  Ə.Cavadın 

“Qoşma” və “Dalğa”sı da içində olmaqla həmin kitablar müsadi-

rə  edilib  yandırılır,  onların  tapıldığı  evlərin  sakinləri  barəsində 

guya “əksinqilabi təbliğatda düşmənlərin irsindən istifadə etdiklə-

ri  üçün”  cinayət  işi  qaldırılırdı.  Buna  görə  bəzi  məhbus  qohum-

larımızın  evlərində  H.Cavid,  Ə.Cavad,  Y.V.Çəmənzəminli  və 

M.Müşfiqin  kitablarını  qorxudan  təndirə  atıb  yandırdıqlarının 

uşaq ikən özüm şahidi olmuşam. 

Əhməd  Cavad  kitablarının  nəşri  baxımından,  hətta  özünün 

repressiya  qardaşları  olan  həmkarları  arasında  da,  heç  kəslə  mü-

qayisə edilməyəcək dərəcədə məğmun bir şairdir. Sağlığında iki-

cə  kitabı  nəşr  edilmişdi.  1916,  1919-cu  illərdə.  Bakıda,  “Açıq 

söz” mətbəəsində buraxılmış “Qoşma” kitabında 34, yenə də Ba-

kıda, “Hökumət mətbəəsi”ndə nəşr olunmuş “Dalğa”da isə 23 şe-

ri  var.  “Qoşma”  şersevənlər  tərəfindən  maraqla  qarşılanmış  və 

müəllifi  ikinci  kitabını  nəşr  etdirməyə  ruhlandırmışdı.  Bunu  şai-

rin  özünün “Dalğa”ya  yazdığı “Bir-iki söz”dən  də aydın  görmək 

olur: “Bu say hesabı ilə ikinci kitabımdır. “Qoşma”nın qazandığı 

hüsni  təvəccöh,  bunu  da  təb  etdirdi.  İçərisində  ən  yeni  parçalar 

olduğu  kimi,  pək  əskiləri  də  vardır.  ...Varını  verən  utanmaz. 

Cavad”. 


“Qoşma”  və  “Dalğa”  həcmcə  xırda  kitablardır.  Onları  üst-

üstə qoysan, yenə də bir barmaq qalınlığında ola, ya olmaya. La-

kin  hər  iki  kitabın  bədii  yükü  sanballı  və  dəyərlidir.  Məlum  sə-

bəblər üzündən həmin kitablar çoxdan biblioqrafik nadirəyə çev-




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə