39
rilmişdir. Bunu bir də ondan görmək olar ki, Azərbaycanın baş
kitab xəzinəsi hesab olunan M.F.Axundov adına Dövlət kitabxa-
nasının hətta keçmişdə “Xüsusi fond” adlanan bölməsində də bu
kitabların heç biri yoxdur. Burada oxucuların sorğusuna cavab
olaraq əməkdaşlar onlara ancaq “Dalğa”nın bir neçə yerdən cırıl-
mış hansı bir nüsxəsininsə mikrofilmini təqdim edə bilirlər. Bir
də axı, nə etsinlər? Əhməd Cavad demiş, varını verən utanmaz...
İlk iki kitabı şairin yaradıcılığının təqribən on ilini əhatə
edən birinci mərhələsi (1911-1919) haqqında aydın təsəvvür oya-
dır. Onların əhəmiyyəti hər şeydən əvvəl bundadır ki, hər ikisi
müəllifin özü tərəfindən seçilib tərtib edilmiş, özünün arzusunca,
yəni necə var, elə buraxılmışdır. Lakin dərin təəssüflər olsun ki,
“Dalğa” şairin özünün gördüyü, əlinə alıb vərəqlədiyi sonuncu ki-
tabı oldu. Bolşevik-daşnak qoşunlarının Azərbaycanı işğal etmə-
sindən keçən 38 il ərzində Ə.Cavadın bircə kitabçası da buraxıl-
madı. Yalnız 1958-ci ildə sükut buzu sındı, ölümündən xeyli son-
ra bəraət verilməsinin ardınca Azərnəşrdə onun “Şerlər” adlı
kitabı buraxıldı.
“Şerlər” Əhməd Cavadla kütləvi oxucu arasında süni su-
rətdə çəkilmiş Çin səddini dağıdan ilk təşəbbüs olduğundan onu
şer həvəskarları da, ədəbi-elmi ictimaiyyət də hərarətlə qarşıla-
mışdı və on min nüsxə tirajla buraxılan kitab bir neçə gün içəri-
sində satılıb qurtarmışdı. Buraya şairin ilk kitablarından alınmış
bəzi şerləri ilə yanaşı yaradıcılığının sonrakı mərhələsinə dair 38
əsəri də salınmışdı. Bununla belə, şersevənləri, Ə.Cavadın yaradı-
cılığına xüsusi rəğbət bəsləyənləri həmin nəşr təmin edə bil-
məzdi. Çünki şairin bir sıra çox qiymətli əsərləri yenə də konyun-
ktur səbəblər üzündən kitaba salınmamışdı, çap olunanların bir
qismində isə təhriflərə yol verilmişdi. Bir sıra şerlərin mətninə
M.Rahim “əl gəzdirmiş”, yazıldıqları dövrün ədəbi dili üçün sə-
ciyyəvi olan türk söz və ifadələrini pozub yerinə başqalarını yaz-
40
mışdı. Tərtibdəki yarıtmazlıq hər şeydən əvvəl Ə.Cavadın “Mən
kiməm”, “Gəlmə!”, “Türk ordusuna”, “Azərbaycan bayrağına” və
digər istedadla yazılmış, milli ruhlu, proqram səciyyəli əsərlərinin
kitabdan kənarda qalması idi.
Məmməd Rahimin kitaba yazdığı müqəddimə ciddi narazı-
lığa səbəb olmuşdu. Ziddiyyətlərlə dolu olan bu müqəddimədə bir
tərəfdən Əhməd Cavad “solmaz boyalara malik yazı tərzi olan,
olduqca incə, lirik bir şair” kimi təriflənir, digər tərəfdən isə heç
bir əsası olmayan günahlarla ittiham edilirdi. Müqəddimə mü-
əllifinin qənaətinə görə Ə.Cavad “turançılıq və pantürkizm kimi
mühafizəkar fikirlərə uyaraq yaxasını xeyli müddət bu əhval-
ruhiyyədən qurtara bilməmişdir”. Qəribədir ki, şair ümumiyyətlə
din əleyhinə yox, yalnız pis mollalara qarşı çıxdığı üçün tənqid
olunur və belə uydurma bir iddia irəli sürülürdü ki, guya Ə.Cavad
milli şerlə millətçilik ruhunda yazılmış şeri fərqləndirə bilmir-
miş... Hədyan dolu bu ittihamları oxuyanda fikirləşdim ki, şai-
rimiz 1958-ci ildə sağ olsaydı, yəqin ki, onu yenidən o müdhiş
idarəyə aparar, bir də mühakimə edər və cəzalandırarmışlar.
Üstündən 33 il də keçdi. 1991-ci ildə “Yazıçı” nəşriyyatı
Əhməd Cavadın “Sən ağlama, mən ağlaram...” kitabını oxuculara
təqdim etdi (tərtibçiləri Tofiq Mahmud və Rəhman Həsənov, re-
daktoru Məmməd Aslan). Bu, Əhməd Cavadın indiyədək işıq üzü
görmüş ən vüsətli kitabıdır. Onun “Maralsız qaldınız, a qarlı dağ-
lar”, “Sən ağlama, mən ağlaram, gözəlim!”, “Mən çeynənən bir
ölkənin haqq bağıran səsiyəm” və s. bölmələrində yüzdən artıq
şeri toplanmışdır. Ə.Cavadın satirik əsərləri “İmansızlar nə an-
lar”, uşaqlar üçün yazdıqları “Quq-qulu-qu” başlıqları altında ay-
rıca bölmələrdə verilmiş, “Kür”, “Səsli qız” və “Pambıq dastanı”
poemaları isə ilk dəfə olaraq bir yerdə “Həyat həyatdır yenə”
bölməsində dərc olunmuşdur. Kitab Məmməd Aslanın “Ruhların
kölgəsində” adlı bədii oçerki və Niyazi Axundzadənin son söz
41
yerində verilmiş “Atam Əhməd Cavad” adlı məqaləsi ilə müşayi-
ət olunur. Xüsusən sonuncu məqalə Ə.Cavadın şəxsiyyəti, vüqarı,
iradəsi, xasiyyəti, ailəsinə, dostlarına münasibəti, həyat və yaradı-
cılıq prinsipləri haqqında qiymətli məlumatla zəngindir.
Dediyimiz keyfiyyətlərlə yanaşı “Sən ağlama, mən ağla-
ram...” kitabında bəzi qüsurlar da var ki, onlardan bir qismi üzə-
rində dayanmaq vacibdir.
Hər şeydən əvvəl onu göstərim ki, bu kitabda nədənsə mü-
qəddimə verilməmişdir. Kitabın əvvəlində dərc olunmuş “Ruhla-
rın kölgəsində” məqaləsi Ə.Cavadın güllələnməsindən sonra ailə-
sinin başına gətirilmiş faciələrə həsr edilmişdir. Bu sahədə faktla-
rı yaxşı öyrənmiş Məmməd Aslan öz yazısına Ə.Cavadın ömür-
gün yoldaşı Şükriyyə xanımı baş qəhrəman seçmiş və Axundza-
dələr ailəsinin cəfalar, mərhumiyyətlər, məşəqqətlər dolu sərgü-
zəştlərini başlıca olaraq bu fədakar şair arvadının, pak və ülvi
duyğular daşıyıcısı olan nəcabətli xanımın, kipriklərilə od götür-
müş ananın duyğular aləmindən keçirərək təsvir etmişdir. Bir qə-
dər emosional qələmlə işlənən və daha çox şair Məmməd Aslanın
duyğularını, həyəcanlarını əks etdirən “Ruhların kölgəsində” mə-
qaləsi yaxşı oxunur və bu kitabda verilməsi də yaxşıdır. Lakin hə-
min məqalə adı çəkilən kitabın müqəddiməsi olmaq vəzifəsini ye-
rinə yetirməkdən uzaqdır. Mənə elə gəlir ki, şairin az qala 40 illik
bir fasilədən sonra nəşr edilmiş “Sən ağlama, mən ağlaram...”
kitabı üçün səriştəli elmi müqəddimə yazılmalı idi. Həmin yazıda
hər şeydən əvvəl Ə.Cavadın yaradıcılıq yolu elmi ümumiləşdirmə
əsasında şərh edilməli, şairin, müxtəsər də olsa, dəqiq tərcümeyi-
halı verilməli, nəhayət, onun Azərbaycan ədəbiyyatı tarixindəki
mövqeyi açılıb göstərilməli idi. Əlbəttə, burada Ə.Cavad
əsərlərinin nəşri tarixindən də bəhs olunmalı, bu kitabın özünün
tərtib prinsipləri haqqında da bəhs açılmalı idi.
42
Yeri gəlmişkən deyim ki, bu kitab irəlicədən düşünülmüş
elmi tərtib prinsipinə də malik deyil. Tərtib zamanı nə xronoloji
ardıcıllığa əməl edilmiş, nə də əsərlərin məzmun, məqsəd, motiv
etibarı ilə qruplaşdırılması qayğısına qalınmışdır. Məsələn, bil-
mək olmur ki, Ə.Cavadın ilk qələm təcrübələrindən biri, 1913-cü
ildə yazılmış “Yaralı quş” şeri nəyə görə 1930-cu ildə qələmə
alınmış “Gözüm yoldadır” şerindən sonra verilmişdir? Yaxud nə
üçün “Leyla” (1934) şeri “Aşiqin dərdi” (1916) əsərindən əvvəl
getmişdir? Tərtibçilər deyə bilərlər ki, kitabdakı əsərlər məzmun
səsləşməsinə görə düzülmüşdür. Əgər belədirsə, qızı Almasın
vaxtsız vəfatı ilə əlaqədar ürəyinin qanı ilə yazdığı “Almasım
üçün”, “Qızım üçün” şerlərinin arasına “Süzgün gözlərini yana
süzəli, saldı məni oda ləzgi qızları” beyti ilə bitən “Pərizadə” şeri
necə yerləşdirilmişdir?
Bir neçə kəlmə də təhriflər haqqında. Bəzən bircə sözlə
diqqətsizlik üzündən yol verilmiş cüzi fonetik fərq misranın məna
yükünü sanbaldan salır. “Oyan” şerindəki bu misrada olduğu
kimi:
Təpinmə azğın şeytanə!
Əslində misra bu cür yazılmalı idi:
Tapınma azğın şeytana!
Aydın məsələdir ki, şerdə başqasına bərk acıqlanmaq, onu
kəskin şəkildə danlamaq mənasını verən “təpinmək”dən yox, iba-
dət etmək mənasında “tapınmaq”dan söhbət gedir. Bu cür fonetik
fərqlərə və söz düşümlərinə kitabdakı “Unudulmaz sevda”, “O qı-
za”, “Bunumu istəyirdin”, “Sən”, “Olsun qoy”, “Mən kiməm”,
“İmdad”, “Of, bu yol!”, “Gözünə döndüyüm”, “Quşlara”, “Nə ya-
zım?” şerlərində də yol verilmiş, bu səbəbdən də vəzn pozulmuş,