95
vəlkindən də kəskin davam edirdi. Məsələn, Yazıçılar İttifaqının
o zamankı rəhbərlərindən biri yenə də 37-ci ilin mart plenumun-
dakı məruzəsində “Pambıq dastanı” haqqında deyirdi: “Adı çox
gözəldir. Ancaq müəllif bu fikirdədir ki, bizim həyatımızın hamı-
sı pambıq üçündür. Halbuki yoldaş Stalin deyib ki, bizə pambıq-
dan, neftdən əvvəl xalqlar dostluğu lazımdır. Bilmək lazımdır ki,
neft, pambıq xalqlarımızı yaşatmaq üçündür. (Ə.Cavada müra-
ciətlə) Sən isə... Azərbaycan kəndinin yaxşılaşmasını göstərmir-
sən”.
Plenumun stenoqramından bu sətirləri oxuyanda istər-istə-
məz yadıma bir el məsəli düşür: “Bəzənirəm, xanım döyür, bə-
zənmirəm - ağam!” İllər boyu yeri gəldi-gəlmədi, Ə.Cavadın adı-
nı hallandırırdılar ki, həyatdan yazmır, yeni mövzulara biganədir
və s. Poema hazır olanda isə şairin əməyini yerə vurur, müəllifi
daha “vacib” mövzuya, “xalqlar dostluğuna” yönəldir və onu
kənddə həyatın yaxşılaşdığını göstərməməkdə ittiham edirlər.
Əcəb “məntiqdir!”
İctimai quruluşu zorla yıxan bolşeviklər əllərindən gələn
qədər qırıb dağıtdıqdan, qarət etdikdən sonra ölkənin kənd təsər-
rüfatını kollektivləşdirmək şüarını ortaya atdılar. Kollektivləşmə-
nin törətdiyi böyük dramatik gərginliyə, çoxlu faciələrə baxmaya-
raq 30-cu illərin əvvəllərində onun artıq müəyyən üstünlükləri də
özünü göstərirdi. Torpağın, istehsal alətlərinin ümumiləşdirilmə-
si, plan ödənildikdən sonra qalan məhsulun bərabər bölünməsi
“işləyən əllərin”, iflasa uğramış kənd yoxsullarının, keçmiş muz-
durların mənafeyinə uyğun gəlirdi. Azərbaycanda hələ ilk nümu-
nələri görünən o dövr üçün müasir maşınları, kənd təsərrüfatı
texnikasını almağa, iş həyətləri, fermalar, tövlələr, pambıq qurut-
ma məntəqələri tikməyə, suvarma kanalları çəkməyə yalnız tək
təsərrüfatçıların yox, onların ilk birliklərinin, kommunanın gücü
çatırdı və i.a. Növ-növ kimyəvi gübrələrlə geniş miqyasda zəhər-
96
lənmə və şorlaşma, duzlaşma baş vermədiyi həmin illərdə bir sıra
təsərrüfatlarda məhsuldarlığın həqiqətən yüksək olduğunu da
burada qeyd etmək yerinə düşərdi. Bir çox ziyalılar kimi şairləri-
miz də kolxozu bir zaman bolşeviklərin tarixdə bərabəri olmayan
kütləvi istismar vasitəsinə çevirəcəyini görə bilmirdilər. Ona görə
R.Rza faraş qozanı tərənnüm edir, ilin hamı üçün əziz olan bahar
fəslinə “bolşevik yazı” adı verirdi. Ə.Cavadın da “Pambıq dasta-
nı” (1931) poemasındakı mahnını bu deyilənləri və bəzi digər
məqamları nəzərə aldıqda düzgün başa düşmək olar:
Oxuyurdu tarlada
Kolxozun gözəl qızı:
Var olsun insanlığın
Beş guşəli ulduzu!
Yaşasın şuraların
Şərəfli istiqlalı!
Yaşasın ölkəmizin
Bu pambıq istiqbalı!
...Pambığın feyzinədir:
Sarsıldı köhnə həyat,
Dünyaya örnək oldu
Kollektiv təsərrüfat.
Mən də qoşdum səsimi
Bu gəncliyin səsinə;
Belə bir dastan yazdım
Bu pambıq ölkəsinə.
97
Mənzərə tam aydın olsun deyə bunu da deyək ki, “Pambıq
dastanı” poemasını və yeni mövzularda tərənnüm səciyyəli bəzi
şerlərini yazdığına baxmayaraq, 1937-ci ilin martında vəzifəli bir
qələm yoldaşı Yazıçılar İttifaqının plenumunda Ə.Cavadı ittiham
edib sonra belə bir sual verməklə onu bir növ “vətəndaş edamı”na
məhkum etmişdi: “Sən vaxtilə bu partiyaya (Müsavata - B.N.)
mənsub olubsan. Bu gün sənin qulağının dibində bu qədər proses
gedir, bu qədər müsavatçılar tutulur: ümumiyyətlə xalqımız onla-
ra lənət oxuyur. Bəs sən necə xalq dostusan ki, bu barədə bir şey
də olsun yazmadın? Xalqımızın qələbələrində nə üçün iştirak et-
mirsən? Bəlkə müsavatçıların sənə, bəlkə də sənin musavatçılara
ümidin var?!”
98
ПОЕТИКАСЫНДАН
НОТЛАР
aşım altmışı keçsə də (kitabın ilk variantı 1990-cı illə-
rin əvvəllərində yazılıb-red.) bir sıra təqiblərə məruz
qalmış sənətkarlarımız kimi Ə.Cavadı da görmək, onu dinləmək,
şairlə ünsiyyət saxlamaq mənə müyəssər olmayıb. Bu cür böyük
xadimlərin tale kitabı bağlananda mənim yeddi yaşım vardı, ailə-
miz də onların yaşayıb-yaratdığı Bakıdan uzaqlarda məskun idi.
1937-ci il hadisələrinin amansızcasına tüğyan elədiyi hə-
min gərgin vaxtda cəmiyyətin həyatına ölüm saçan ildırımlardan
biri də Ağdaşda bizim köhnə dudmanımıza düşüb, tifaqımızı da-
ğıtdı. Bir gecə yarısı atamı, əmimi “xalq düşməni” ittihamı ilə
apardılar. Mərhum böyük qardaşım didərgin düşdü. Bizim dörd
otaqlı, əmimin üç otaqlı mənzillərimizdən hamımızı çıxarıb sək-
kiz adamdan ibarət ailəyə bircə otaq verdilər. Həyətimizi, ona bi-
tişik bağımızı əlimizdən aldılar. Vaxtilə anam gəlin gələrkən
cehizinə əlavə olunmuş balaca taxıl yerimizi isə hələ 20-ci illərdə
müsadirə etmişdilər. Düşmən ünsürün övladları kimi həyətdə, kü-
çədə, məktəbdə, digər ictimai yerlərdə gözü kölgəli dolanır, uşaq-
Y