Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə10/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

Elmira Fikrətqızı 
 
33
şerinin forma və  məzmununu siz tapdınız. Altı  əsr sizin yolunuzu 
gözləmişdir”, - deyə yazmışdır.  
Beləliklə, türk şeri XIX, xüsusilə də XX əsrdə ciddi şəkildə forma 
və  məzmun dəyişikliyinə  məruz qalaraq bir çox ədəbi cərəyanlarla, 
yeni dəyərləri, düşüncə sistemini, insan və dünya münasibətlərini 
sosiallıq və sentimentallıq baxımından fərqli əks etdirmələrlə meyda-
na çıxır. Bir çox şairlərin yaradıcılığında ənənəvidən fərqli olan yeni 
poetik axtarışlar XX əsrdə – qloballaşmanın daha sürətlə getdiyi bir 
vaxtda böyük bir vüsət alır. XX əsr Türkiyə ədəbiyyatında forma və 
məzmunda gedən yeniliklərlə bağlı bu kimi cərəyanlar meydana 
çıxır: birinci yeni, ikinci yeni, sosializm realizmi, mücərrədçilər, ba-
ğımsızlar (sərbəst olanlar) və s.  
XX əsr boyu türk ədəbiyyatında özünü göstərən bu şeir cərəyan-
ları paralel şəkildə Kıbrıs türk ədəbiyyatında da öz əksini tapmışdır. 
1940-cı ildə və sonralar qurulan Türkiyə - Kıbrıs əlaqələri (qruplar 
şəklində Türkiyədə təhsil alma, dövrün aparıcı söz adamlarının Kıb-
rısa səfərləri) bu yaxınlığı şərtləndirən sosial-tarixi səbəblərdəndir. 
Təbii ki, həm Orxan Vəlinin başçılığı altında ədəbiyyatda başla-
yan yeniləşmə  hərəkatının, həm də  Məmməd  Əmin Yurdaqulun 
Kıbrıs türk poeziyasına böyük təsiri olmuşdur. Kıbrıs türk şeri XX 
əsrin ortalarından başlayaraq yeni bir məcraya yönəlmişdir. Mətin 
Turana və digər tədqiqatçılara görə, Kıbrıs türk poeziyası türk şerini 
müəyyən məsafədən izləmişdir. (Turan, 2004: 169) Yəni XX əsr 
Türkiyə ədəbiyyatında artıq fəaliyyətini başa vurub tənəzzülə doğru 
gedən cərəyanlar, istiqamətlər ada ədəbiyyatında tərəqqi mərhələ-
sinə qədəm qoyurdu. Bu baxımdan “qəribçilər”in təsiri altında for-
malaşan ədəbi-bədii nümunələr Kıbrıs türk poeziyasında 1950-ci il-
lərdən görünməyə başlamışdır.  
 XIX əsrin sonlarında Kıbrıs türk ədəbiyyatında xüsusi yeri olan 
şəxslərdən biri də Əhməd Tofiq Əfəndidir. Müxtəlif həcvlər və sa-
tirik  şeirlərin yaradıcısı olan Tofiq Əfəndi həm də jurnalistika ilə 
məşğul olaraq, “Kokonoz” (1896), “Kərkəs” (“Akbaba” ) (1897), 
“Miratı-Zaman” qəzetlərini çıxarmışdır. O, şeirlərində zəmanəsinin 


Osman Türkayın poetik irsi 
 
 
34
sosial həyatındakı ziddiyyətləri yalnız təsvir etməklə kifayətlənmə-
miş, həm də bu vəziyyətə kəskin etirazını satira vasitəsilə dilə gətir-
mişdir: 
 
Sen sana çekersin parasızlıkla evinde 
Lakin o pamuk şiltede yataruha. 
 
Sen iste o vermez, yine iste yine vermez 
Bu hal devam eyler ise biz bataruha.  
(Kıbrıs Türk Edebiyatı, 1989: 46) 
 
Həmin dövrdə maarifçiliklə, mətbuatla məşğul olmuş digər Kıb-
rıs türk ziyalısı isə  Əhməd Raiqdir (1885-1962). Dünya ədəbiyya-
tından tərcümələri ilə yanaşı, türkçülüklə bağlı  bəzi məqalələri ilə 
“Füyuzat” jurnalında çıxış edən Əhməd Raiq “Çağlar” təxəllüsü ilə 
yazıb-yaratmış, Kıbrıs-Azərbaycan  ədəbi  əlaqələrində xüsusi rol 
oynamışdır
13

XX  əsrin  əvvəllərində  Kıbrıs türk mətbuatında xidmətləri olan 
şəxslərdən biri də Mehmet Rəmzi Okandır (1885-1942). O, 8 sent-
yabr 1920-ci ildə “Söz” qəzetinin nəşrinə başlamış, sonralar əlifba 
dəyişikliyi baş verəndə Kıbrısda ilk dəfə bu qəzet yeni əlifba – latın 
əlifbası ilə çap olunmuşdur. Mehmet Rəmzi Okan Atatürkçü yazı-
larına görə iki dəfə ingilislər tərəfindən məhkum edilmiş, lakin öz 
ideallarından əl çəkməmişdir. 
Müasir Kıbrıs türk ədəbiyyatının hansı illərdən başlanması barə-
də mübahisələr mövcuddur. Bəziləri bu tarixi 1930-cu ildən (Yıl-
maz, Okumuş, 1992: 5), bəziləri 1940-cı ildən (Birinci Uluslararası 
KBTES
a
, 1998: 177), bəziləri də 1943-cü ildən (Serdar, 1996: 382; 
Yaşın, 1994: 36) başlayırlar. 1943-cü ili müasir Kıbrıs türk poezi-
                                                           
13
 Bu barədə geniş məlumat üçün bax: Elmira FİKRETKIZI, “Lefkoşeli Ahmet 
Raik ve Baku’de Çıkan “Füyuzat” Dergisi (1906-1907)”, IV. Uluslararası Kıbrıs 
Araştırmaları Kongresi , 28-29 Kasım 2002, Gazimağusa- KKTC, 2005, s. 339-
345 


Elmira Fikrətqızı 
 
35
yasının başlanğıc tarixi sayanlar arasında Gülgün Sərdarın da adı 
vardır. O bu tarix üzərində dayanmasının səbəbini ingilis müstəm-
ləkə rejiminin yumşalması, “Çığ” adlı ədəbi toplunun nəşr edilməsi, 
Türkiyə ilə əlaqələrin güclənməsi ilə izah edir.  
Müasir ədəbiyyatın yaranmasını həm yeni yazarlar, həm də yeni 
ədəbi cərəyanların meydana çıxması təmin edirdi. Əgər divan şair-
lərinin çoxu Osmanlı sultanlarının himayəsi altında yaşayıb, onlara 
mədhiyyə yazmaqla məşğul olurdularsa, yeni nəsil  şairlər Atatürk 
ideyalarından yararlanıb, ədəbiyyatda kimlik - türklük axtarışlarına 
çıxır, ingilis müstəmləkəsinə, yunan təcavüzkarlığına qarşı mübariz 
poeziya yaradırlar. Məsələn, Talat Yurdaqulun Məmməd  Əmin 
Yurdaqulun təsiri altında vətənpərvərlik mövzusunda yazdığı əsər-
ləri bu baxımdan diqqəti cəlb edir: “Trakya türkləri”, “23 aprel” 
(“23 Nisan”), “Erenköy dastanı” və s. 
Əsrin  əvvəllərində poeziya yuxarıda qeyd etdiyimiz kimi, ata-
türkçülük ideyaları ilə yüklənərək, milli ideallar və  rəmzləri  əks 
etdirir. Həmin poeziyanın nümayəndələrindən biri olan Mehmet 
Fikrinin şeirləri bu idealların poetik ifadəsidir: 
 
Kemal Paşa! Benim ülkem ancak sana layiktir.  
İman suyum, akarlarım, yeşil tarlam açıktır. 
Askerlerim Eski Türk’ün yavruları yürüsün 
Garbu nuru ayak altı nalçelerde çürüsün. 
 (Kıbrıs Türk Edebiyatı, 1989: 51) 
 
Müşahidələr göstərir ki, 1940-1950-ci illər Kıbrıs türk poeziya-
sında əsərlərini heca vəznində yazan şairlər aparıcı mövqeyə malik-
dirlər və onlar “hecaçı romantiklər” adı ilə ədəbiyyat tarixinə daxil 
olmuşlar. Nazif Süleyman Ebeoğlu, Engin Könül (Əminə Otan), 
Urkiye Mine Balman, Necla Salih Sübhi, Pembe Mərmərə bu cərə-
yanın təmsilçiləridir. Təsəvvür aydınlığı yaratmaq üçün verəcəyi-
miz şeir nümunəsi Urkiye Mine Balmanın yaradıcılığındandır: 
 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə