Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə11/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   7   8   9   10   11   12   13   14   ...   71

Osman Türkayın poetik irsi 
 
 
36
Ne olurdu, uçup da dağdan dağa yarına 
Koynunda çocuk gibi ağlasaydım, ey vatan. 
Eğer beni çekseydin bir hızla dağlarına 
Gelecektim bağrımdan aksa da son damla kan.  
(Yılmaz, Okumuş, 1992: 50) 
 
18 aprel 1943-cü ildə qurulan KATEK-in (Kıbrıs Adası Türk Et-
nik Qurumu) fəaliyyəti siyasi və mədəni sahələri əhatə edir və ingi-
lis idarəçiliyinə qarşı yönəlmişdir. Həmin ilin digər önəmli  ədəbi 
hadisəsi isə, artıq öncə  də xatırlatdığımız kimi, “Çığ” adlı anto-
logiyanın nəşri ilə bağlıdır. Türkiyə Cümhuriyyətinin Lefkoşa kon-
sulluğunda çalışan Hikmət Daşkəndin başçılıq etdiyi çığçıların Kıb-
rıs türk ədəbiyyatına kənd həyatının təsvirini gətirməsi yeni ədəbi 
istiqamətin əsasını qoydu. (Birinci Uluslararası KBTES
a
, 1998: 87) 
İctimai-siyasi, ədəbi-mədəni həyatın güzgüsünə çevrilən bir sıra 
jurnalların dərci də  həmin dövrün diqqətəlayiq hadisələrindəndir. 
“Dünya” (1945-1947), “Yaşıl ada” (1948-1950), “Çardaq” (1951-
1953) kimi dərgilərdən sonuncusu öz ətrafına müəyyən qrup şairləri 
toplamışdır. Yeri gəlmişkən qeyd edək ki, həmin dərgi bir sıra ya-
zarları da öz çevrəsinə  cəmləyərək, Kıbrıs türk ədəbiyyatında çox 
az nümunələri olan hekayə və roman janrının inkişafında da müəy-
yən rol oynamışdır. Arqun Qorqud, Saməd Mart, Numan Əli Lə-
vənt, Afif Mopalar həmin mərhələnin nəsr yaradıcılarındandır. 
Kıbrıs türk ədəbiyyatında sərbəst şerin yaradıcısı larnakalı Meh-
met Nazim hesab olunsa da, sonradan bu şerin başında duranlar Öz-
ker Yaşın (1932), Taner Baybars (1936), Mustafa İzzət Adiloğlu 
(1934), Cevdet Çağdaş (1926), Bener Hakeri (1936), Osman Tür-
kay (1927-2001) və başqalarıdır. Adları  çəkilən  şairlər  əsərlərində 
həm milli ideyalarla çıxış edir, həm də toplumun sosial həyatına to-
xunmağa çalışırdılar. Taner Baybarsın “Camaşır ipi” adlı  şerini 
klassik  şəhraşubların müasirləşdirilmiş variantı kimi dəyərləndirə 
bilərik:  
 


Elmira Fikrətqızı 
 
37
Beni de al teknene, camaşırçı kadın, 
Bırak, gözyaşı dökeyim ben de. 
Ve camaşır ipinin üstünde 
Bırak insanlara güleyim.  
 (Yılmaz, Okumuş, 1992: 85) 
 
Kıbrıs türklərinin həyatında ağır mərhələ sayılan 1960-1974-cü 
illər ədəbiyyat sahəsinə də təsirsiz qalmadı. Bu cəhətləri nəzərə alan 
ədəbiyyat tarixçiləri Z.Yılmaz və R.Okumuş 1960-1963-cü illər 
mərhələsini durğunluq dövrü kimi qiymətləndirirlər. (Yılmaz, Oku-
muş, 1992: 18) 1963-cü ildən sonra isə həm bu dövrün hadisələri – 
rumların türklər üzərinə hücuma keçmələri, Kıbrıs türklərinin yaşa-
dığı faciələr və  fədakarlıqlar  ədəbiyyatın  əsas mövzusuna çevrilir, 
həm də Fikrət Dəmirağın (1940) simasında abstrakt şeir özünü gös-
tərməyə başlayır.  
Kıbrıs türk ədəbiyyatının ən böyük vətənpərvər şairlərdən biri və 
üslub baxımından azərbaycanlı şair Məmməd Arazla müqayisə edi-
lən Özker Yaşın xalqının ağır günlərində də onunla bir olur, dərd-
lərinə  şərik çıxır, amma bu faciə onun yaradıcılığında ağıya çev-
rilmir: 
 
İnanıyorum boşuna akmadı döktüğün kan,  
Ne güzel de duruyor şehit yavrum mezarında 
Beyaz bademlerle al karenfiller 
Bir parçasıymış gibi Türk Bayrağının… 
 (Kıbrıs Türk Edebiyatı, 1989: 212) 
 
 Mehmet Leventin (1946) “Azadlıq və sülh marşı” şeri də vətən-
pərvərlik və milli qürur hissinin poetik ifadəsi olması ilə diqqəti 
cəlb edir: 
 
Türk doğduq, Türk yaşadık, yine Türk kalacağız! 
Hepimiz bir mücahit, burçlarında sancağız! 


Osman Türkayın poetik irsi 
 
 
38
Dağlar gibi direndik, yıkılmadık yıllardır! 
Dün vardık, bugün varız, yarın var olacağız! 
 (Yılmaz, Okumuş, 1992: 125) 
 
Bener Haqqı Həkərinin aşağıdakı misraları isə bu gün Azərbay-
can türklərinə də tanış olan məsələlərdən bəhs edir: 
 
Silahın en iyisi onlarda  
Yunan yapısı, Rus yapısı, duşman yapısı.  
(Yılmaz, Okumuş, 1992: 88) 
Həmin dövrdə ədəbiyyata öz imzasını qoyanlardan Orbay Dəli-
cəırmağın da əsərləri, xüsusilə “Cəbhədən sevgiliyə  məktub” adlı 
şeri azadlıq mübarizəsinə qoşulanların yüksək vətənpərvərlik ruhu-
nu əks etdirir: 
 
Sen aklıma gelme savaş alanlarında, 
Sen aklıma gelme, sevdiğim kız. 
Çıldıracağım. 
İçimde esir doğmuş insanların acısı var, 
Aklıma ne sen gel savaş alanlarında, ne bahar.  
(Kıbrıs Türk Edebiyatı, 1989: 95) 
 
Şerin sonunda şair: “Əsir doğulmuş insanlara sevişməkdən çox 
savaşmaq yaraşır” (Kıbrıs Türk Edebiyatı, 1989: 109) deməklə, hə-
min dövrdə poeziyanın əsas istiqamətinin mübarizlik olmasını diq-
qətə çatdırır.  
Beləliklə,  şəhid  şair Süleyman Uluçamgilin (1944-1964) də öz 
dəst-xətti ilə iz qoyduğu 1960-1974-cü illər Kıbrıs türk ədəbiyyatı 
həm nəzm, həm də  nəsr sahəsində adada türk varlığını yox etmək 
istəyənlərə qarşı aparılan qanlı savaşlarla paralel şəkildə özü-


Elmira Fikrətqızı 
 
39
nütəsdiq kimi yaranmışdır
14
. Buna görə  tədqiqatçı alim Yaşar Ak-
soy  ədəbiyyat tarixində bu mərhələni müqavimət  ədəbiyyatı kimi 
dəyərləndirir. (Birinci Uluslararası KBTES
a,, 
1998: 137) 
Burayadək söylədiklərimizdən də göründüyü kimi, görkəmli şair 
Osman Türkayın Kıbrıs türk poeziyasına qədəm basdığı ikinci 
mərhələ (1930-1960-cı illər) ədəbiyyatdan “qan-barıt qoxusu” gəl-
diyi zamanlar idi. Bu dövrdə  Kıbrıs Böyük Britaniyanın hakimiy-
yəti altında olduğu üçün şairin qismətinə müstəmləkə olan bir ölkə-
nin vətəndaşı kimi doğulmaq düşmüşdü. Lakin o bu adada təxmi-
nən 400 illik bir yerli mədəniyyətin, geniş mənada isə Altaylardan 
qopub gələn və möhtəşəm  ədəbi nümunələrə, dahi şəxsiyyətlərə, 
çoxəsrlik tarixə malik türk millətinin varisi idi. Sonralar Nobel mü-
kafatına iki dəfə namizəd göstərilən Osman Türkayın ilk şeirləri də 
bu dövrdə  nəşr edilir. Onun həm milli, həm də  bəşəri mövzularda 
əsərləri Kıbrıs türk ədəbiyyatının yeni mərhələyə qədəm qoymasına 
və dünya arenasına çıxmasına səbəb olmuşdur. 
Türkay şeir yazmağa başladığı illərdə “Ədəbiyyatda kıbrıslı türk 
kimliyi” (1987) adlı məruzəsində qeyd etdiyi kimi, poeziyaya güclü 
axın olsa da, sonradan o da daxil olmaqla yalnız iki-üç şair “şeri öz-
lərinə ömür boyu dərd edəcəkdilər”.  
Onun şəxsiyyət və yaradıcılığı ilə tanışlıq bizə kosmos əsri şai-
rinin orijinal sənət yolunu izləməyə, dünya ədəbiyyatı tarixindəki 
mövqeyini və rolunu müəyyənləşdirməyə imkan verəcəkdir.  
                                                           
14
 Bu mövzu ilə əlaqəli və Azərbaycan ədəbiyyatında şəhid şair Ülvi Bünyadzadə-
nin yaradıcılığı ilə müqayisəli şəkildə “Milli Mücadele Uğrunda İki Şehit Şair: Sü-
leyman Uluçamgil ve Ulvi Bünyadzade” adlı  məruzə  tərəfimizdən “Kıbrıs Türk 
Millî Mücadelesi Ve Bu Mücadelede TMT’nin Yeri” (19-25 Ekim 2008) sempozi-
umunda çıxış edilmişdir.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə