Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə15/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

Elmira Fikrətqızı 
 
49
əmri ilə Asiyadan Avropaya doğru hücum edən süvarilərdən, Alp-
arslanın Malazgird zəfərindən, Bizans İmperiyasını parçalayan şanlı 
Sultan Məhəmməd Fatehdən, “torpağının altında səssiz uyuyan 
Atadan” (Mustafa Kamal Paşa Atatürkdən), tarixi türk məskənləri 
olan Krım, Qafqaz, Kosova, İnönü, Afyon, Sakarya kimi coğrafi 
ərazilərdən bəhs etsə də, sonda xiffətini çəkdiyi mücərrəd bir diyar-
dan söz açır: 
 
Martılar!.. kanat verin uçayım ben de yurda
Bin bir çelenk takayım o kahraman Bozkurda. 
Deva bulsun bağrımda açılan derin yara, 
Dalgalar alın beni özlediğim diyara. 
 (Türkay, 2002: 34) 
 
Dərin hiss-həyəcan duyulan və tarixə  səyahət formasında olan 
bu şeirdə şairin xəyalının cızdığı geniş üfüqlər Böyük Türk Dünya-
sının simvolik obrazıdır və o, çağdaş dövrdə sərhədlərlə bölünmüş 
bu dünyanı Toros dağlarının zirvəsindən gözlərində yaş seyr etmək-
dədir.  
Ümumiyyətlə,  şairin “Haraya?” (“Nereye?”), “Fəğan”, “İncik-
lik” (“İğbirar”), “Bu xəzan aləmi”, “Alov”, “İllər” (“Yıllar”) və s. 
şeirlərində kədərli notlar duyulmaqdadır. İnsanın torpaqdan yaranıb 
torpağa dönəcəyi, sürətlə axıb gedən və gənc, qoca demədən hər kə-
si məchul bir boşluğa doğru aparan illərlə bağlı düşüncələr bu şeir-
lərin əsas mövzularıdır: 
 
Yıllar!...Eleğinden elenen toprak 
İlahi sevgili, sanki da bana  
 
Bereketli toprak, müebbet kucak, 
Ne zalim şefkatli ana insana?  
(Türkay, 2002: 43) 
 


Osman Türkayın poetik irsi 
 
 
50
Beləliklə, yalnız  ədəbiyyata ilk gəliş illərində – Kıbrısda yox, 
sonralar  İngiltərədə, Londonda da bir yerdə çalışdıqları  ən yaxın 
dostlarından biri – Taner Baybars bu barədə  aşağıdakıları yazmış-
dır: “…Yahya Kemal ve Ahmed Haşım’in yetiştiği şiir geleneğine 
yakın, yoğun bir Osmanlı dili ve aruzla yazdığı  şiirlerini okumuş-
tum Osman’ın ve çok etkilenmiştim. Aruz vezni benim için şaşırtıcı 
labirentler gibiydi ve yara bere almadan kurtulmam olanaksızdı. 
Osman “abi” tanışacak isabetli insandı. Hece vezinli şiirlerimde 
beni cesaretlendirir, bu şiirlerin gazetede yayınlanması için Fevzi 
Beyi yönlendirirdi.” (Türkay, 2002: 4) 
Taner Baybarsdan başqa digər bir dostu – o zamanlar “Hürr söz” 
qəzetinin redaksiyasında  əməkdaş kimi çalışdıqları Salahi Sonyel 
də şairlə bağlı xatirələrində ondan əsl şairlik istedadına malik sənət-
çi kimi danışır: “Osman Türkay, o sıralarda Yahya Kemal Beyatlı 
ve Ahmed Haşim gibi aruz vezni ustalarının sembolik eserlerinin 
etkisi altında kalarak, zevkle okunan, kişinin zevkini ve ufkunu 
açan, yada kişiyi uzun süre düşündüren sembolik şiirler yazar; onun 
şiirlerini okudukça herkes kendini uzak ve sıcak ülkelerin tılsımına 
kaptırırdı. Henüz onsekiz, ondokuz yaşlarında aruzu bu denli usta-
lıkla kullanan bir ozan, daha o sıralarda adı etrafında bir mith yarat-
mış bulunuyordu.” (Türkay, 2002: 10) 
Həqiqətən də, Osman Türkayın bu şöhrəti onu bütün ömrü boyu 
müşayiət edir. O, Kıbrıs və Türkiyə ədəbi mühitində özünə xüsusi 
bir mövqe tutaraq ədəbiyyatda aparıcı şəxsiyyətlərdən birinə çevri-
lir. Uzun müddət İngiltərədə yaşamasına baxmayaraq, o, Kıbrıs və 
Türkiyədə şeir kitablarını nəşr edir, hər iki ölkənin mətbuatına qür-
bətdən məqalələr, müxtəlif şeirlər göndərir, Qərb və Şərq arasında 
mənəvi körpü rolunu oynayır,  şair, tənqidçi, jurnalist kimi həmişə 
ön sıralarda olur. 
 O. Türkayın ilk dövr yaradıcılığında mənzumələrinin böyük bir 
qismi sevgi şeirləridir. Sonrakı mərhələdə, demək olar ki, bu möv-
zuda  əsərlərə  təsadüf etmirik. “Lotusun içinə uçmaq” əsəri istisna 
olmaqla, Osman Türkay modernist şair olaraq heç bir zaman eşq 


Elmira Fikrətqızı 
 
51
şeirləri yazmamışdır. Həmin əsərdə də əslində mücərrəd, göylərdən 
gələn bir qadına olan məhəbbətdən danışılır.  Şübhəsiz ki, bütün 
kosmosla - bəşəriyyətlə maraqlandığı halda, onun “gözəl bir nüma-
yəndəsi” ilə əlaqənin tamam kəsilməsinin və müvafiq olaraq poezi-
yada bu xəttin qırılıb itməsinin obyektiv və subyektiv səbəbləri 
mövcud idi. Şairin “Dünyəvi səyahət” adlı  əsərini rus dilinə  tər-
cümə edən və onun rusiyalı  tədqiqatçısı olan Ravil Buxarayev bu 
məqamı belə açıqlayır: “Mən ancaq və ancaq şair olmaq üçün 
doğulmuşam”- o, nə vaxtsa belə demişdir. O. Türkay həmişə tənha 
insan olaraq qalmışdır və onun konkret gözəl qadınla dünyəvi mə-
həbbət simfoniyasında əlaqəsini axtarmaq əbəs yerədir. Həyatda iki 
dəfə onun bəxti “yerəməxsus adaxlılarda” gətirməmiş və, beləliklə 
də, evlənməmişdir. Bundan sonra isə onun sevgisi gözlə görülə bi-
lən və bilinməyən bütün aləmə yönəlmişdir”. (Buxaraev, 2001: 3) 
Şəxsi həyatında, sevgi səltənətində  uğursuzluğa düçar olan Os-
man Türkay öz içinə qapanaraq yalnız ədəbiyyatla nəfəs almış, bü-
tün ömrünü poeziyaya həsr etmişdir
17
. Lakin gənclik illərində o da 
ürəyinin səsinə qulaq asmış, onun iniltisini də, sevincini də dinləmiş 
və hiss etdiklərini sözlə ifadə etməyə çalışmışdır. “Haraya?”, 
“Şərqi”, “Canan”, “Mehtabla bir həsbi-hal” və s. kimi şeirləri şairin 
                                                           
17
 Türkayın Kıbrıs adasını tərk edərək uzun müddət İngiltərədə yaşamasını bəziləri 
(bacısı Ləman Yavaş, bacısı qızı Tuncay Özdoğanoğlu, eləcə də əsərlərini çapa ha-
zırlayan Şövkət Öznur) gənclik illərində bir qızı sevməsi və ona qovuşmaması ilə 
bağlayırlar: “Osman köyün öğretmenine aşık oldu. Ama kavuşamadılar. Fahri 
Abim evlenmelerini istemezdi. Kız da daha zengin birini bulunca beklemedi, gitti. 
Osman da kızı nişanlısı ile balkonda görünce baygınlık geçirmiş. Ve ondan sonra 
adayı terk etti. Bir daha da buraya yaşamak için gelmedi”. (Türkay, 2002: 15) 
2008-ci ilin 19-25 oktyabr tarixlərində “Kıbrıs Türk Millî Mücadelesi Ve Bu 
Mücadelede TMT’nin Yeri” 
adlı 
Beynəlxalq sempoziumda iştirak etmək üçün ada-
ya səfər etdiyimiz zaman İsmayıl Bozkurtun köməyi ilə (ona və həmin səfərimizdə 
bizə yol yoldaşı olan Lefke 
Avropa Universitetinin
 müəllimi Nazim Muradova tə-
şəkkürlərimizi bildiririk) Ozanköy qəsəbəsində olduq və köçlə bağlı başqa fikirlər 
də eşitdik. Böyük şairin qəbrini ziyarət edib, gənclik dostları Behzat Yusufağaoğlu 
və Mustafa Dervişağa ilə görüşdüyümüz vaxt adanı tərk etmə məsələsi barədə də 
suallar verdik və bu köçün səbəbi şəxsi məsələlərlə bər
abər, 
siyasi təhdidlərlə də, o 
zamanlar bir çox Kıbrıslının yüksək gəlir əldə etmək üçün İngiltərəyə getməsi ilə 
də bağlandı.  


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə