Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

Osman Türkayın poetik irsi 
 
 
56
əzabların, yalnızlıq acısının yox olduğunun  şahidi oluruq. Əksinə, 
qələmə alınan misralarda vüsal anlarının  şirin xatirəsinin, bir yaz 
axşamı tanış olduğu avropalı  qızın gözəlliyinin təsviri  əsas yer 
tutur.  Əslində bu şeir ötəri duyğuların yaratdığı  təəssüratın bədii 
ifadəsidir. 
Osman Türkayın 1960-cı ildə “Beşbarmaq” jurnalında çap et-
dirdiyi “Ömrümün dağlarında” adlı əsəri şairin həyat yolunun sanki 
yığcam inikasıdır. Bu əsər bir insan həyatı haqqında kiçicik poe-
madır. Aşıq  şerinin  şəkillərindən olan vücudnamədə olduğu kimi, 
sərbəst vəzndə yazılmış bu şeirdə də qapısında portağal, ərik, əncir, 
tut və yasəmən ağacları bitən köhnə bir kənd evində dünyaya göz 
açdığı gündən, həmin il məşhur  şair T.S.Eliotun ingilis vətəndaş-
lığını  qəbul etməsindən, Eynşteynin atomun formulunu düşün-
məsindən, Atatürkün Qastamonuda şapka geyməsindən, Bəhlul Hü-
seyn ilə Dilli Razqənin evlənməsindən, hətta qışın bərk gəlməsin-
dən tutmuş ömrünün körpəlik, uşaqlıq, gənclik illərinə aid müxtəlif 
acılı-şirinli hadisələri təsvir etməyə çalışır. Yuxarıda qeyd etdiyimiz 
kimi, şair atasını hələ uşaqlıq illərindən itirmişdi və bu itkinin ağrısı 
onu ömrü boyu tərk etməmişdi. Bu, balaca Osmanın hələ çox kə-
dərlənəcəyi dünyada qarşılaşdığı ilk acı idi. Sonralar isə bacısının 
və anasının ölümü onun atasızlıq kədərinə başqa əzizlərinin də yox-
luğunun qüssəsini  əlavə etmişdi. Xüsusilə  də,  şən-şaqraq, quş da-
lınca, kəpənək arxasınca qaçdığı, çöllərdə gül-çiçək dərdiyi və qəm-
siz-kədərsiz yaşadığı vaxtlarla, həmin günlərin işıqlı, nurlu xatirəsi 
ilə müqayisədə özünü olduqca yalnız hiss etməkdədir:  
 
Söyleyin, ben size ne yaptım, kuşlar? 
Ben size ne yaptım, haylaz çiçekler? 
Seni gidi periler, cinler, melekler, 
Alıp hangi ülkelere götürdünüz 
Annem ile babamı, 
Genç kızlık çağında büyük ablamı?  
(Türkay, 2002: 127-128) 


Elmira Fikrətqızı 
 
57
Canlı  və cansız varlıqlara müraciətlə  səslənən O. Türkay ölüm 
haqqında düşünməkdə, insanı  hər an ağacdan düşə bilən yarpaqla 
müqayisə etməkdə, bütün kainatın kabuslarla dolduğunu yazmaq-
dadır. Lakin o, insan iradəsinin xaricində olan hadisə və prosesləri 
bir labüdlük kimi qəbul etməyin zəruriliyi nəticəsinə gəlir və duy-
duğu bədbin hissləri unutmağa çalışır. Dəzgahda yun əyirən kiçik 
bacısına xitab edərək deyir ki, onsuz da insan ömrü rəmzi mənada 
yun  əyirməklə keçir, belə olan halda işıqlı, xeyirli işlər “əyirmək” 
daha yaxşı olar. 
“Dünyəvi simfoniya” (“Evrensel Senfoni”) adlı  əsəri Osman 
Türkayın sevgi şeirlərindən olsa da, burada o, şəxsi duyğularının 
timsalında bir həlqə kimi insanları birləşdirən, onları  vəhdətə  gə-
tirən məhəbbət haqqında danışır. Qədim yunan mifologiyasından 
epiqraf olaraq seçdiyi “hər  şeydən öncə Dünya İlahəsi gözəl Öri-
nomenin Xaosdan doğulmasına” etirazını bildirərək ən əvvəl eşqin, 
sonra isə qədəm basdığımız torpağın yaranması fikrini irəli sürməsi 
əbəs yerə deyildir. Məlumdur ki, coğrafi amil kimi üstündə yaşadı-
ğımız torpaq, mənəvi amil kimi isə  məhəbbət bütün bəşəriyyəti 
birləşdirən obyektiv və subyektiv gerçəkliklərdir.  
Şair poemaya gözəl bir dünyanın təsviri ilə başlayır. Məhəbbət 
dastanlarında buta verilmiş aşiqlər kimi, nəhayət, gəlib yer üzündə 
bir-birini tapan şair və onun “bahar gözəli” poemanın  əsas qəhrə-
manlarıdır. Osman Türkay əsərin bir yerində  əvvəllər yaşadığı 
uğursuz sevgilərə işarə vuraraq deyir: 
 
Bir büyük sarsıntıda  
Hər şey yitirilmiş, 
Hər şey unutulmuştu, zannımca.  
(Türkay, 2002: 142) 
 
İndi isə o sərhədsiz sevgilər aləmində, hər şeyin harmonik şəkil-
də  bərqərar olduğu bir məkandadır. Bu məkanın bir ucu Əndəlisə, 
Babilə, qədim Çinə, bir ucu isə “bilinməyən ölkələrə” qədər uzanır 


Osman Türkayın poetik irsi 
 
 
58
və şair bir sıra gözəl bənzətmələr vasitəsi ilə sehrli məhəbbət əfsa-
nəsini bizlərə təqdim edir. 
 “Tanrı  qızları”  şeri 1961–ci ildə “Beşbarmaq” dərgisində çap 
olunmuşdur. Qərb və Şərq dünyasının qarşılaşdırıldığı bu əsərdə qə-
dim türk mifinə müraciət olunmuşdur. Xəyal, həsrət və qürur hissi 
ilə yazılmış  əsər badam çiçəkləri arasından gülümsəyən Tanrını 
seyr etmək arzusu ilə başlayır.  Şairin xiffəti qədim yunan mə-
dəniyyətinin qalıqları arasında bitmiş bir zeytun ağacında, qan yad-
daşından süzülüb gələn xatirələri isə turunc çiçəyində yaşayır. Qır-
ğız çölləri, ər igidlərin at yarışı, türk süfrəsinin qımızı, kababı, yo-
ğurdu və Tanrı qızları adlandırdığı Qırx qız bu gün modern dünya-
da, beton divarlar arasında yaşayan Türk oğlunun içini genişlədən
fərəhləndirən, gen yaddaşından süzülüb gələn işıqdır: 
 
Betondan, kromdan, atomdan uzak 
Yeryüzü güzeldi, gökler güzeldi. 
Doğaya baktın mı? 
Her karış torpakta bir kalp çarpar sanırdın, 
Kişi ölünceye dek severdi.  
(Türkay, 2002: 164) 
 
Şairə görə, modern dünyada sevginin də yeri qəribdir. Sevgi ali 
hisslərdən adi hisslər sırasına keçmişdir. Bir ömür boyu yaşanan, 
yaşadılan saf duyğular insanın bayağı ehtiraslarının qabarıq olduğu 
bir yerdə görünməz olmuşdur.  Əsərdə  qırğız yaradılış mifinə  də 
müraciət olunmuşdur. Köpüklərdən doğulan uşaqlar mifində deyilir 
ki, qırğızlardan Saqan adlı xaqanın qızı ilə onun 39 xidmətçisi bir 
gün köpüklü gölün kənarına gəlirlər və əlləri ilə ona toxunurlar. Bir 
müddətdən sonra onlar hamilə qalırlar, xaqan bu qırx qızı ölkə-
sindən qovur, qızlar meşəyə gedirlər, burada övladlarını dünyaya 
gətirirlər və  qırğızlar bu uşaqlardan törəyirlər. Mifin digər varian-
tında isə Saqan xanın qızı 39 xidmətçisi ilə bir bulaq başına gedir. 
Günəş  şüalarının bərq vurduğu suya əllərini salan qızlar hamilə 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə