Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə2/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   2   3   4   5   6   7   8   9   ...   71

Elmira Fikrətqızı 
 
7
özünü  göstərən  bu  xidmətin  son  nəticəsi  bu  sanballı 
tədqiqatın  meydana  çıxmasına  təkan  vermiş,  Elmira 
Fikrətqızı  2007‐ci  ildə  “Müasir  Kipr  türk  poeziyasının 
formalaşmasında  Osman  Türkayın  rolu”  mövzusunda  öz 
aktuallığı  və  elmi  yeniliyi  ilə  seçilən  namizədlik  dis‐
sertasiyasını  uğurla  müdafiə  etmişdir.  Oxucuların  ixtiyarına 
veriləcək  bu  kitab  bəhs  etdiyimiz  mövzuda  qələmə  alınmış 
ilk əsər kimi olduqca aktualdır.  
Monoqrafiyanın strukturu və məzmunu, elmi‐nəzəri müd‐
dəaları  ilə  dərindən  tanışlıq  imkan  verir  deyək  ki,  tədqiqat 
işinin  bütün  fəsil  və  bölmələri  (tədqiqat  işi  giriş,  üç  fəsil, 
nəticə,  istifadə  olunmuş  ədəbiyyat  siyahısı  və  adlar  göstəri‐
cisindən  ibarətdir)  problemin  konkret  aspektləri  ilə  bağlı 
olduğundan  mövzu  tam  açılmışdır.  Ilk  növbədə  qeyd  edək 
ki, Kipr poeziyası bir problem kimi indiyə qədər bu şəkildə ‐ 
hərtərəfli,  bütün  parametrləri  ilə  araşdırmaya  cəlb  olun‐
mamışdır.  Müəllifin  istifadə  etdiyi  çoxsaylı  ədəbiyyatın  (bu 
ədəbiyyatın  içində  son  beş‐on  ildə  çap  olunan  elmi‐nəzəri 
əsərlər, xüsusilə də, ilk mənbələr üstünlük təşkil edir) heç biri 
deklarativ,  məlumatçılıq  xarakteri  daşımır.  Monoqrafiyada 
istifadə  olunan  elmi‐nəzəri  mənbələrin  hamısı  tədqiqatçının 
sağlam  yaradıcı‐tənqidi  baxışlarından  keçərək  qiymətlən‐
dirilir.  
Tədqiqatda  Kipr  və  onun  ədəbiyyatına  dair  məqalələri 
olan  azərbaycanlı  tədqiqatçılardan  C.Nağıyev,  İ.Öməroğlu, 
K.V.Nərimanoğlu,  S.Kazımoğlu,  L.Tağızadə,  C.Əmirova, 
T.Abbasxanlının;  Kiprli  alimlərdən  Mustafa  Yeniasır,  Şövkət 
Öznur,  Tuncay  Özdoğanoğlu,  Mehmet  Qansu,  Fikrət  Dəmi‐


Osman Türkayın poetik irsi 
 
 
8
rağ, Nəriman Cahid, Gülgün Serdar, Z.Yılmaz, R.Oxumuş və 
digərlərinin; tatar tədqiqatçısı və Osman Türkayın rus dilinə 
tərcüməçisi  Ravil  Buxarayevin;  türkiyəli  ədəbiyyatşünaslar 
Tələt  Səid  Halman,  Müzəffər  Uyğunər,  Doğan  Hızlan, 
Mustafa  Balcı  və  başqa  görkəmli  elm  adamlarının  estetik 
tutumu və dərin elmi mündəricəsi ilə seçilən əsərləri iddiaçı 
tərəfindən diqqətlə araşdırılıb, yaradıcı şəkildə istifadə edilib 
və düzgün elmi‐nəzəri nəticələr çıxarılıb.  
Monoqrafiyada bizi razı salan ən ciddi elmi məqamlardan 
biri  də  müəllifin  bu  sahənin  nəzəriyyəçisi  kimi  çıxış  etməsi, 
öz  araşdırmasında  müasir  ədəbiyyatşünaslıqda  əksəriyyətin 
söykəndiyi  metodoloji  konsepsiyaya  –  sosial‐tarixilik 
prinsipinə və müqayisəli təhlil metoduna söykənməsidir.  
Məlumdur  ki,  təxminən  3500  illik  tarixi  olan  Kipr  adası 
minilliklər  boyu  xetlərin,  misirlilərin,  finikiyalıların,  asur‐
ların, farsların, romalıların, bizanslıların, ingilislərin və vene‐
siyalıların  idarəsində  olmuş,  sonunculardan  1571‐ci  ildə 
osmanlılar  almış,  iki  yüz  il  burada  hökmranlıq  etdikdən 
sonra  yenidən  ingilislərə  verməyə  məcbur  olmuşlar.  Yaxın 
tarixin,  yəni  1960‐cı  ildən  sonrakı  hadisələr,  1974‐cü  il  türk 
Barış  Hərəkatı  və  1983‐cü  il  Kuzey  Kıbrıs  Türk  Cümhu‐
riyyətinin  qurulması  kimi  şanlı  səhifələr  də  bilinən  reallıq‐
lardır.  
Monoqrafiyanın  I  fəslində  məhz  yuxarıdakı  tarixi  hadisə‐
lər  kontekstində  Kipr  türk  ədəbiyyatının  və  ümumiyyətlə, 
ədəbi‐estetik  fikrinin  yaranması  və  inkişafı  tarıxində  böyük 
rolu  olan  Qədim  və  Erkən  Orta  əsrlər  Şərq  epos  mədəniy‐
yətinin,  klassik  türk  ədəbiyyatının,  Qərbi  Avropa  ədəbi 


Elmira Fikrətqızı 
 
9
konsepsiyalarının,  XX  əsrin  yeni  və  ən  yeni  dövr  türk 
poeziyasının  dərin  elmi  təhlili  vardır.  Yenə  burada  Türki‐
yənin  Namiq  Kamal,  Ziya  Paşa,  Məmməd  Əmin  Yurdaqul, 
Yəhya  Kamal,  Əhməd  Haşim,  Nazim  Hikmət,  Orxan  Vəli, 
M.C.Anday  kimi  ədiblərinin  yaradıcılığının  təhlili  fonunda 
onların  müasir  Kipr  türk  poeziyasının  formalaşmasındakı 
xidmətləri işıqlandırılır. 
Monoqrafiyanın  dərin  elmi‐nəzəri  ümumiləşdirmələri  ilə 
seçilən  II  fəsli  bütövlükdə  müasir  dünya  poeziyasının  kiprli 
dahisi,  50‐dən  artıq  yerli  və  beynəlxalq  mükafata  layiq 
görülmüş,  iki  dəfə  (1988  və  1990‐cı  illərdə)  ədəbiyyat  sahə‐
sində Nobel mükafatına namizədliyi irəli sürülmüş, müxtəlif 
janrlı  onlarla  kitabı  çap  olunmuş,  bir  çox  əsəri  dünyanın 
müxtəlif dillərinə tərcümə edilmiş Osman Türkayın həyat və 
yaradıcılığına həsr olunmuşdur. Tədqiqatçı Kiprlə yanaşı, az 
bir müddət Türkiyədə, uzun illər İngiltərədə yaşamış, özünü 
dünya vətəndaşı sayan bu görkəmli sənətkarın yaradıcılığını 
sadəcə sırf milli Kipr türk ədəbiyyatı bağlamında təhlil etmir, 
onun  poetik  dünyasını  geniş  mənada  türkçülük,  maarifçilik, 
müasirlik,  qərbçilik,  bəşərilik  və  s.  fikir  cərəyanları 
müstəvisində işıqlandırır. Həm də bu təqdimatda iddiaçı bəzi 
bədxahları  tərəfindən  kosmopolitlikdə  təqsirləndirilən  şairin 
dünyaya  və  bəşəriyyətə  baxış  bucağını,  poetik  dün‐
yagörüşünü  sadəcə  Yerüzü  övladı  kimi  yox,  kosmosu  da  öz 
içinə  alan  “kainat  ozanı”  kimi  ciddi  məsələlər  müstəvisində 
təhlil  edir.  Bütün  hallarda,  araşdırılan  problemlərə  müəllifin 
öz elmi baxışları, prinsipial mövqeyi daim özünü hiss etdirir.  


Osman Türkayın poetik irsi 
 
 
10
Monoqrafıyada  çağdaş  Kıpr  türk  poeziyasının  formalaş‐
ması və inkişafında böyük xidməti olan Osman Türkayın öz 
növbəsində müasirləri və xələfləri olan kiprli şairlərin dünya‐
görüşü  və  ədəbi‐estetik  zövqünün  formalaşması,  poetik  ya‐
radıcılığının  təşəkkülü  və  təbəddülatı  prosesində  mühüm 
rolu  konkret  ədiblərin  və  onların  əsərlərinin  nümunəsində 
araşdırılır.  
Ustad şairin poeziyasının sənətkarlıq xüsusiyyətləri, onun 
şeirindəki  ənənə  və  novatorluq  məsələləri,  bədii  dil,  üslub, 
təsvir  və  ifadə  vasitələri  də  tədqiqatın  ikinci  fəslində  əhatəli 
təhlil  edilir.  Müəllif,  haqlı  olaraq,  belə  bir  düzgün  elmi 
mövqedən  çıxış  edir  ki,  Osman  Türkayın  şeir  və  poemaları 
forma  və  məzmun  baxımından  klassik  Şərq  poetikasının, 
fransız və türk simvolizminin, Türkiyə ədəbiyyatında “birin‐
ci”  və  “ikinci  yeni”  adı  verilən  ədəbi  məktəblərin,  ingilis 
modernist poeziyasının sintezindən təşəkkül etsə də, öz fərdi 
üslubi  məziyyətləri,  ideya‐məzmun  və  mündəricəsi  ilə  ta‐
mamilə  orijinal  poeziya  nümunələridir.  Yaradıcılığı  boyu 
həm əruz, həm heca, həm də sərbəst vəznlərdən istifadə edən 
şairin,  ilk  iki  vəznə  ədəbi  yaradıcılığının  başlanğıc  dönəm‐
lərində müraciət etməsi, 50‐ci illərdən sonra isə sərbəst şeirə 
üstünlük verməsinin səbəbləri və elmi‐nəzəri əsasları iddiaçı 
tərəfindən doğru işıqlandırılır.  
Monoqrafiyanın  üçüncü  fəslində  Osman  Türkayın  milli 
ədəbiyyatın sərhədlərini aşan ədəbi‐tənqidi və estetik gö‐rüş‐
ləri, müasir ədəbi cərəyan və konsepsiyalara münasibəti elmi 
şəkildə  şərh  olunur.  İddiaçı  ədibin  XX  əsr  ədəbiyyatı  tari‐
xində  hakim  olan  üç  ədəbi  istiqamət  –  modernizm,  sosialist 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə