Microsoft Word kitab elm doc



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə22/71
tarix02.01.2018
ölçüsü332,27 Kb.
#19505
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

Osman Türkayın poetik irsi 
 
 
72
d) O. Türkayın  şeir dilində  Ə. Haşımla müqayisədə  ərəb-fars 
sözləri azdır və türk oxucusu üçün daha anlaşıqlı olması ilə  sə-
ciyyələnir. 
e) Ə. Haşım və O. Türkayın milliyətçilik və beynəlmiləlçilik gö-
rüşlərində  də  kəsişən və ayrılan məqamlar var. Rüfət Necdət 
Evrimer birincinin bu baxışları haqqında yazır: “A. Haşim milliyet 
prensiplerine inanır bir adam değildi. O, her şeyden önce bir insandı 
ve insanlığı severdi, muhtelif insan tiplerini, muhtelif iklim huşu-
siyetlerini onun kadar kuvvetli anlayan, tadan kimselere nadir 
tesadüf ettim. Zevkindeki keskinlik ve kafasındaki “eclectisme” 
onu böyle bir “universalisme” atmıştı.” (Evrimer, 1959: 45) O. Tür-
kay da Ə. Haşım qədər beynəlmiləl ruhlu bir insan idi və xarak-
terinin, dünyagörüşünün bu cəhəti onun ikinci dövr yaradıcılığında 
daha qabarıq  şəkildə üzə  çıxdı. Onun vətən anlayışı  nəinki Kıbrıs 
adasının, Türkiyənin və  İngiltərənin, hətta bizim Günəş siste-
mimizin hüdudlarından kənara çıxıb, kainatlar sistemini əhatə etdi 
və bu universallıq da çox zaman kosmopolitizm kimi dəyərlən-
dirildi. Amma Haşımdan fərqli olaraq, Türkay kifayət qədər milli-
yyətçi şair idi və balaca bir ada, daha doğrusu, Türk Dünyasının ən 
uc nöqtəsindən biri kainatlar sistemini beynində  gəzdirən  şəxsin 
ürəyinin tərkedilməz məskəni idi. 
R. N. Evrimər Ə. Haşım poeziyasına Freyd psixologiyasının ha-
kim olduğunu yazır. Biz isə Freyd fəlsəfəsindən çıxış edərək hər iki 
şairin ümumi ruhi vəziyyətinə, bədii yaradıcılıqda eyni emosional 
hisslərlə  çıxış etmələrinə  nəzər salaraq yekunlaşdırma aparmaq 
istərdik. Freyd fəlsəfəsində deyilir ki, “XX əsr adamı iblislər alə-
mində yaşayır: texnika, kütləviləşmə, dyavolim, faşizm, kommu-
nizm, absurdizm və s. insana qarşı duran, onu insan kimi məhv 
etməyə-depersonifikasiya etməyə çalışan qüvvələrdir” (İsmayılov, 
2003: 156). Simvolistlərin, eləcə də, Ə. Haşım və O. Türkayın föv-
qəl bir dünya arzusu ilə yaşamalarında sadalanan faktorlar da möv-
cud olmamış deyildi və Türkay kosmik əsrin  şairi ünvanını qaza-


Elmira Fikrətqızı 
 
73
nanda artıq xəyali təsvirlərdən çox-çox irəliyə gedərək bəşəri faciə-
lərin həllinə çalışırdı.  
Bunlardan başqa, bir mühüm cəhətə də diqqət yetirmək lazımdır 
ki, simvolist istiqamət Ə. Haşımın bütün yaradıcılığı boyu və Tür-
kayın isə yalnız ilk dövr poeziyasında müşahidə olunur.  
Göründüyü kimi, O. Türkayın ilk dövr yaradıcılığının mövzu, 
vəzn, üslub və s. baxımından formalaşmasında türk simvolistləri-
nin, xüsusilə Əhməd Haşımın inkaredilməz rolu vardır. Hətta yara-
dıcılığının ikinci mərhələsində də Əhməd Haşımın adı çəkilməkdə 
(Bir ses der ki: “İşte Haşim’in merdiveni, hadi, çıkabildiğin kadar 
çık” Türkay, 1969: 9) və bu təsirlənmə müəyyən dərəcədə qalmaq-
dadır. Fikrimizi Mehmet Kaplanın “Bethovendə aydınlığa oyan-
maq” şerinə verdiyi şərhlə əsaslandırmaq istərdik: “Musikî bir “za-
man sanatı”dır. Fakat başıboş bir zaman değil, Beethoven’inki gibi 
en karışık ve fırtınalı bir musikîde bile sesleri idare eden bir düzen 
vardır.  Şâir bu gerçeği “zamanı denetliyen lâcivert kuş” hayâli ile 
anlatıyor. Bundan sonra gelen kısımda seslerin uyandırdığı hayâl-
lerle birlikte, âdeta musikînin hareketine uyarak mısraların yapısı da 
değişir:  
 
 İçlenir,  
 güneş batar  
 bir yerimde  
 duygulardan öte  
 Gülümser  
 tanyeli allanır  
 ağaç olduğum  
 bir aydınlıkta.  
 
Bu son hayâller musikînin insanı değiştirmesi bakımından dik-
kati çekicidir. Hâşim, akşam vakti sulara, batan güneşe bakarken 
“göllerde kamış olmayı” özler. Mahiyeti bilinmeyen ruh, insanda 
insan  şekline girmiştir. Acaba o, başka bir şekle bürünemez, kuş, 


Osman Türkayın poetik irsi 
 
 
74
ağaç, veya bulut olamaz mı? Budistler insan ruhunun öldükten son-
ra işlediği günahların kefaretini ödemek için çeşitli hayvan şekille-
rine girdiğine inanırlardı. Rüyalar ve dünya mitolojisi, insan ruhunu 
temsil eden binbir hayâl ve sembolle doludur.” (
http://09aydinkir-
man52-90tr.spaces.live.com/default.aspx
 - 09.08.08.) 
Osman Türkayın yuxarıda təhlilə  cəlb etdiyimiz şeirlərinin bir-
ikisi istisna olmaqla heç biri nəşr etdirdiyi kitablarına daxil . Mus-
tafa Balcı (2004:16) bunun səbəbini onun təsirləndiyi  şairlərdən 
bədiilik etibarilə daha zəif olan yaradıcılıq örnəkləri qələmə alması 
və sonralar özü tərəfindən bəyənilməməsi ilə bağlayır. Biz də tədqi-
qatçının bu fikri ilə razılaşırıq və qeyd etmək istəyirik ki, o özünü 
fərqli üslublu şair olaraq sərbəst şeirdə və kosmos əsrinin tələb etdi-
yi mövzularda təsdiqləmişdir. 
 
2.2. Kosmik əsr şairinin yaradıcılığında  
yeni mövzu və üslub axtarışları 
 
1950-ci illərin sonuna doğru Osman Türkay yaradıcılığının sim-
volizm mərhələsini geridə qoymuşdu. Artıq 1959-cu ildə nəşr olu-
nan ilk kitabı ilə Türkay Kıbrıs türk poeziyasının yeni məzmun və 
formada inkişafı üçün təzə bir cığır açmışdı. Onun poeziyasının ye-
ni istiqamətini nəinki Kıbrıs, həmçinin Türkiyə və dünya ədəbiyya-
tında XX əsrin aktual və bəşəri məsələlərini ehtiva edən tamamilə 
fərqli və orijinal mövzu müəyyənləşdirdi. Bu mövzu nə idi? 
1883-cü ildə Siolkovskinin reaktiv hərəkət prinsiplərindən isti-
fadə edərək kosmosa uçuşun mümkünlüyünü irəli atması  və sonra 
bunun riyazi düsturunu verməsi XX əsrin elmi-texniki yöndən 
başqa bir xarakterdə olacağından xəbər verirdi. İrəlidəki  əsrdə – 
1933-cü il-də Korolyovun ilk dəfə raket uçuşunu təmin etməsi, 
1957-ci il 4 oktyabr tarixində isə dünyada ilk dəfə olaraq keçmiş so-
vet məkanından Yerin Süni Peykinin fəzaya buraxılması bəşər şivi-
lizasiyasının indiyə qədər mövcud olan ən yüksək inkişaf pilləsinə 


Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə